60
Müctəba Sadət
6 – “Əl-Burhan i əlamati Mehdi axiriz-zəman” kitabı. Müəl-
lif: Əli ibn Hisamuddin Muttəqi Hindi, “Kənzul-ummal” kitabı-
nın müəlli i. Hicrətin 975-ci ilində vəfat edib.
Əhli-sünnə nəzərində Mehdinin zühur əlamətləri
Xəlifələr məktəbinin nəzərində zühur əlamətləri çox say-
dadır. Biz “Əqdud-durər”, “Urdul-vərdi”, “Qəulul-muxtəsər”,
“Əl-Burhan il-əlamat” kimi bu babda olan məşhur tərtibat və
məktəb böyüklərinin kitablarından gələcək xəbərlərlə əlaqə-
dar bir hissə seçdik. Seçilmiş əlamətlərin hissələrə ayrılma-
sında zaman ardıcıllığına riayət etməmişik. Həmçinin hər bir
əlamət üçün rəvayət və dəlilə də işarə etməmişik
42
ki, bununla
tədqiqat və bəhs metoduna riayət etmiş olaq. Odur ki, az qis-
minə müxtəsər şəkildə diqqət edək:
Bu ümmətin başına gələcək bəla. O həddə qədər ki, kimsə
zülmdən sığınacağı bir pənah yeri tapa bilməz.
Çoxlu itnələr və can sıxıntısına səbəb olacaq hadisələr,
Kufə və Hirə arasında faciəvi qətliam.
Altmış yalançı çıxar və onların hər biri iddia edər ki, Allah
dərgahından göndəriliblər.
Xəzinənizin yanında üç nəfər qətlə yetirilər ki, onların ha-
mısı xəlifə oğludur. Sonra onlardan heç birinə yetişməz.
Şamda olacaq zəlzələ. Orada yüz min insandan çox adam
həlak olacaq.
Kufə məscidinin divarının uçulması. (Abdullah ibn Məsu-
dun evinin aşağısından)
Türklərin
Cəzirəyə enməsi, Rumun Rəmləyə enməsi.
Dəməşq çevrəsinə nida: Yaxınlaşan şərə görə vay olsun ərəblərə.
42
Daha əlavə məlumat, bəhs və tədqiqat üçün, habelə Əhlül-ammənin nəzə-
rində zühur əlamətləriylə tanış olmaq üçün qeyd edilən dörd kitaba müra-
ciət edə bilərsiniz. Habelə hər bir əlamət və buna dəlalət edən hədislə də
tanış ola bilərsiniz. Ondan əlavə bu barədə hədis və rəvayətləri də gözdən
keçirə bilərsiniz.