61
Məhdəviyyət haqqında nəzərlər
Şərqdə ulduzun çıxıb işıq saçması. Sonra iki tərə inin az
qalsın bir-birinə toqquşacaq həddə qədər yaxınlaşması.
“Hərəsta” adlanan Şam bölgələrinin birində yerə batma.
Şam əhlinin öz aralarında ikir ayrılığına düşmələri, Rama-
zan ayında təşvişə düşmək.
Şərq (Xorasan) istiqamətindən qara bayraqlıların üzə çıx-
ması, sonra Allahın xəlifəsi Mehdinin gəlməsi.
Cəzirədən Əshəbin, Şamdan Cürhuminin, Yəmən məntəqlə-
rindən Qəhətaninin çıxması.
Şamda üç nəfərin çıxması, onların hamısı hakimiyyət sev-
dasında olar: Çilli (yaxud ləkəli) bir nəfər, kürən bir nəfər və
Əbu Süfyanın evindən olan bir nəfər.
Quru vadidən ciyər yeyən qadının oğlu Süfyaninin çıxması.
Orucluq ayının ortasında günəşin yaxınlaşması, tutulması.
Ayın axırında isə Ay tutulması.
Ramazan ayının ortasında gecə ucalan səs. Bu səs yatanları
oyadar, oyaqları isə qorxuya salar.
Yer əhlinə səmadan nida. Onu hər kəs öz dilində eşidrər.
Süfyani və ordusunun beş məntəqəyə hakim kəsilməsi.
Qirqisiyada döyüş baş verməsi. Belə ki, onların cəsədlərin-
dən səmanın quşları, yerin yırtıcıları doyar.
Şəvval ayında həngamə qopması, Zülqədə ayında döyüş baş
verməsi, Zülhiccə ayında isə hacılara qarşı quldurluq edilməsi.
Fitnə və əlamətlərin sonunda Nəfsi-Zəkiyyənin öldürülmə-
si, yəni rükn və məqam arasında Haşimi bir nəfərin öldürül-
məsi.
Mehdiylə vuruşmaq üçün Məkkəyə yollanan Şam ordusu-
nun Beydada yerə çökməsi.
Mehdi barədə Əhli-sünnə tezisinin müzakirəsi
Dörd məzhəb məktəbini, onların yaranma tarixini müxtəsər
və sürətli təqdim etdik. Həmin məktəbin əsərləriylə tanış olub
alimlərinin ikirlərini öyrəndik. Beləliklə, Məhdəviyyət məsələ-
62
Müctəba Sadət
siylə əlaqədar dövr edən müxtəlif tənqid və dialoqlardan bizə
aydın olur ki, gözlənilən Mehdi barədə əqidə əhli-sünnə cəmiy-
yəti və alimlərinin yanında məqbul və sağlam möhkəm bir əqi-
dədir. Onlar Məhdəviyyətin əsas və kökünü təsdiq edir, düşü-
nürlər ki, Mehdiyə əqidə bəsləmək ümmətə vacib olan əməlin
təfərrüatlarındandır. Ancaq imanın qurulmuş olduğu əqidələ-
rin əsaslarından deyil. Mehdi əqidələrdən biri deyilsə, riayət
olunması vacib olan şeyrlərlə əlaqədardır. Etiqad kimi deyil,
sadəcə onun barədə səhih xəbər gəlib çıxmasına görədir.
Biz əhli-sünnə nəzərində Məhdəviyyət tezisinin təfsilat və
cövhərini araşdırdığımız zaman, onların düşüncələrinin, onun
tərkib hissələrinin dərinliklərinə daha çox vardıqda görürük
ki, Mehdi sünni təsəvvüründə belədir:
* Mehdi ümmətdən olan adi bir şəxsdir, o, Alul-beytə (əley-
himussəlam) nisbət verilir.
* Axirəzzamanda doğulacaq, o, təbii həyat sürüb adi insan
ömrü yaşayacaq.
* Allah onu hidayət etmək mənsəbinə seçəcək. Onun özü
Mehdi olduğunu bilmir.
* Onun digər insanlardan hər hansı bir məziyyəti yoxdur.
Nə isməti var, nə də səma ilə bir əlaqəsi.
Bu təsəvvürün və tezisin diskussiyası, düşüncələrinin
tənqidi üçün bir sıra cövhəri sual və açıqlama əldə etməyə eh-
tiyac var. Ola bilər ki, ən bəsit suallar bunlardır: Bu şəxsiyyətin
imkanları və bacarıqları (Əhlül-ammə nəzəriyyəsinə əsasən)
nədir? Ona bu imkanlar hər bir peyğəmbər və rəsulların, ömür
və bəşəriyyət tarixini boyunca gerçəkləşdirməkdə aciz olan
kəslərin arzusunu gerçəkləşdirmək naminə əzəmətli nəaliy-
yətləri həyata keçirmək üçün lazımdır. Həm də bu, haqq-ədalət,
tövhidi yer üzərinin hər bir yerinə yaymaq üçündür. Kim Məh-
dəviyyət tezisini, yaxud nəzəriyyənin tənqid və diskussiyasını
istəyirsə, gərək əvvəlcə qaydalar və ideoloji əsaslarını tədqiq
63
Məhdəviyyət haqqında nəzərlər
etməkdən başlayıb düşüncələrinin cövhərini araşdırsın, həm-
çinin metod, görüşləriylə tanış olsun.
43
Sübut olunub ki, Məh-
dəviyyət tezisi barədə xəlifələr məktəbinin tabe olduğu metod
müsəlmanların siyasi və tarixi gerçəyin axını ilə birlikdə gəlib.
Həm də onların xilafət nəzəriyyəsi və Səqifə qanunu qoruyub
saxlaması təsir edir. Məhdəviyyət məsələsiylə əlaqədar bütün
ikirlər məktəbin əsaslarına münasib şəkildə izah olunub. Bu
da onlara görə Məhdəviyyət nəzəriyyəsinin fərqli dəlil və bür-
hanlara parçalanmasına gətirib çıxarıb. Habelə düşüncələrdən
əksəriyyəti alimlərin sözlərinə və onların ictihadına əsaslanıb.
Bunların nəss və əqlə zidd olmasına baxmayaraq.
Əhatəli strateji görüşdən, bir sıra təhlil və tənqiddən olan
xırdalıqlara əsasən, Mehdi barədə xəlifələr məktəbinin ayırmış
olduğu bəzi təsəvvürləri diskussiya edəcəyik. Bununla da biz
İslam mədəniyyəti, rəbbani təlimlər fəzasında tezisin imtiyaz
verdiyi doğruluq və gerçəkliyin sərhədlərini, habelə Mehdi
barədə olan nəzəriyyələrinin əsaslandığı prinsiplərin və qay-
daların doğruluğunun əhatəsini görəcəyik.
Birinci: Axirəzzamanda (gələcəkdə) doğulacaq
Əksər Əhlüs-sünnə nümayəndələri Mehdinin doğulmasını
inkar edir və söyləyirlər ki, o, Axirəzzamanda doğulacaq. Bu
mövzuda onların alimlərinin sözlərini və adamlarının ikir-
lərini səhifələyən kəs bu iddialarının sübutu üçün onlara aid
hansısa bir şəri, elmi və tarixi istinad mənbəyi tapa bilməz.
Əksinə, hər bir dəlil, bürhan və rəvayətlər belə deyir: “Göndə-
riləcək, çıxacaq, zühur edəcək....” Biz Peyğəmbərin, yaxud sə-
43
Əhlül-ammə cəmiyyəti ilə Məhdəviyyət mövzusu barədə dialoq və dis-
kussiyaya əsasən, Məhdəviyyətlə bağlı on iki imam şiəsinin təsəvvürü
üçün həmişə məsələnin tarixi köklərindən başlayırlar. Onların danışığı bu
mehvərdə olur (Doğulma, atasının adı, sərdabə, uzunömürlük, qeyb dövrü,
erkən yaşda imamlığa yetişmək və s.). Ancaq şiə tezisinin əsaslarının qay-
naqlarına nəzər salmırlar.
Dostları ilə paylaş: |