Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə27/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

85
Məhdəviyyət haqqında nəzərlər
təsəllisi gözəl, danışığı alicənab olmaq onların dinindəndir”.
69
 
Sonra İmam müxtəlif təfərrüatlar qeyd etdi ki,  iqhin müxtəlif 
bablarındandır. Lakin biz burada onları qeyd etmirik.
On iki imam şiəsinin nəzərində imamət məqamı
İmamət məsələsinin Əhli-beyt məktəbinin ardıcılları ara-
sında xüsusi əhəmiyyəti var. Bu, imamiyyənin seçilmiş olduğu 
əsasdır.
70
Habelə  bununla  əlaqədar  başqa  müsəlman  irqələri 
arasından ayrılmışlar. Şiə etiqad bəsləyir ki, nübuvvətdən son-
ra  imamətdir.  İmamət  dinin  əsaslarından  biridir.  Peyğəmbər 
dünyasını dəyişməmişdən öncə imamət və vilayəti on iki ima-
ma vəsiyyət edib. Onların birincisi Əli ibn Əbu Talib, sonuncu-
ları isə intizarı çəkilən Mehdidir. 
Bu,  şiələrin  nəzərində  əsas  etiqaddır  ki,  istinad,  dəlil  və 
əsası vardır. Əqli dəlil buna aiddir. Ağıl məsum imamın
71
 var-
69
 Uyunu əxbarir-Rza, 2:121-122
70
  İmamət  imamiyə  şiələrinin  nəzərində  üçüncü  əsasdır.  İmamətə  etiqa-
da bəsləyən kəs imamiyyə şiəsinin nəzərində xüsusi anlamını ifadə edən 
mömindir.  Əgər  dörd  rüknlə  kifayətlənsə  və  imamətə  iman  bəsləməsə, 
müsəlmandır və ümumi məna daşıyan mömindir. Lakin tövhid, nübuvvət, 
məaddan birini inkar edən kəs nə müsəlmandır, nə də mömin. Əgər Allahın 
təkliyinə, Muhəmmədin peyğəmbərliyinə, cəza gününə dindar olsa, həqiqi 
müsəlmandır. Müsəlmanların lehinə və boyunlarında olanlar ona da aiddir: 
qanı, malı, şərə i möhtərəmdir. Qaynaq: Əsluş-şiə və usuliha, Şeyx Muhəm-
məd Hüseyn Ali-Kaşiful-ğita, s.133 və 134
71
 Allah-təala buyurub: “Mənim əhdim zalımlara yetişməz”. Fəxr Razinin təf-
siri, dördüncü cüz, s.46. Beşinci məsələ: Fəqih və mütəkəllimlər deyib: Fa-
siq öz  isqini nümayiş etdirdikdə, imamət əqdi ona caiz deyil. Lakin  ikir ay-
rılığındadırlar ki, gözlənilməz  isq imaməti batil edirmi, ya yox? Onlar belə 
dəlil gətirir ki, fasiqin imamətinə etiqad bəsləmək düz deyil. Dəlil olaraq bu 
ayəni gətirirlər. İstidlal cəhəti iki xüsusiyyətdəndir. Birincisi odur ki, Allahın 
kəlamından bizə aydın olur: “Mənim əhdim zalımlara yetişməz”. Bu isə İb-
rahimin “Bəs mənim züriyyətimdən?” – ifadəsinə cavabdır. Onun “Bəs mə-
nim imamətimdən” sözü Allah-təalanın zikr etmiş olduğu imaməti istəmək 
idi. Beləcə, vacib olur ki, bu əhddə məqsəd imamətin özüdür. Bu isə, suala 
uyğun gələn cavab olması üçündür. Ayə sanki belə deyir: İmamət zalımlara 
yetişməz. Hər bir üsyankar özünə zülm edəndir. Ayə elə bizim dediyimizə 


86
Müctəba Sadət
lığının zəruri olmasına hökm verir. Hər bir dövr və zamanda 
belə bir imam olmalıdır ki, ilahi lütf qaydası
72
 bunu tələb edir. 
İmamət  Allah  tərə indən  nübuvvət  kimi,  vacib  bir  lütfdür.
73
 
İmam – Allah tərə indən olan və Peyğəmbər vasitəsilə, həmçi-
nin özündən öncəki imamın, barəsində nəss (birbaşa buyruq) 
söylənilən kəsdir. 
dəlalət edir. Əgər “Ayənin zahiri aşkar və daxil baxımından zalımların möv-
cud olmamasına hökm verir. Bu, imam və qazilərdə düz sayılmır” – desə, biz 
deyərik: “Şiələr bu ayəni zahir və batin baxımdan ismətin vacib olmasına 
dair sözlərinə istidlal edir. Ayə elə buna hökm edir”.
72
 Lütf dəlili daha çox asanlıq və aydınlıq şəklində şərh olunub: Hər hansı 
bir ölkə böyük və çətin bir alət düzəltməyə çalışdıqda, onun satışı, yaxud is-
tehsalı üçün alət düzəltməyin necəliyini bilən, izah edən xəbərdar mütəxəs-
sisə, qorunması üçün etimadlı kəslərə müraciət etməsi labüddür. Bəsit və 
kiçik  şeylərə  gəlincə  isə,  bizim  bundan  başı  çıxan  adama  müraciət  etmə-
yimizə  gərək  yoxdur.  İslam  dini  də  belədir.  Onun  hökm  və  təlimlərindən 
xəbərdar olan kəsin varlığı labüddür. Həmin kəsin xətaya düşməsi müm-
kün deyil (məsum olmalıdır). O, bu dinin bəyanı, insanlara açıqlamasının 
mühümlüyünü öhdəsinə alır. Bu isə (hər bir əsr və dövrdə) imamın özüdür. 
Əhli-beyt (əleyhimussəlam) məktəbinin etiqadı bu cürdür.
73
  Ağıl  lütfü  Allaha  vacib  bilir.  Bu,  itaətə  yaxınlaşdıran  və  məsiyyətdən 
uzaqlaşdıran  feildir.  Məcburiyyətə  çatmayacaq  həddə  olan  üzrü  kəsən  və 
illəti aradan götürməyi vacib edir ki, insanların Allah əleyhinə bir bəhanə-
si  olmasın,  Allahın  aydın  bir  höccəti  olsun.  Ağıl  rəsulların  göndərilməsi, 
peyğəmbərlərin məbus olunmasının vacib olmasına hökm verir. Belə ki, Al-
lahın insanlardan yaxşılığa yaxınlaşdıran və pisliklərdən çəkindirən öhdə-
çiliklərlə bağlı istədiklərini onlara bəyan etsinlər. Həmçinin onlar arasında 
ədalətlə hökm etsinlər. Rəsullar isə günahlardan məsum olmalı, qəbahət və 
eyibli  şeylərdən  təmiz  olmalıdırlar.  Belə  ki,  insanlar  onların  sözlərini  qə-
bul edib yalan və təhrifdən uzaq olmalarına arxayınçılıq olsun. Rəsulların 
Allah-təala tərə indən göndərilmələri vacib olduğu kimi, onlar üçün vəsilə-
rin seçilməsi də vacib olur. Bu vəsilər onların şəriətin qorunması, camaa-
ta çatdırılaraq icra olunması, təhrif və dəyişikliyin qarşısını almaqla bağlı 
mövqelərini  icra  edirlər.  Həmçinin  insanlar  arasında  ədalətlə  hökm  edir, 
məzlumu  zalımdan  ayırırlar.  Odur  ki,  peyğəmbərlərin  məsum  olduqları 
şeylərdən onların da məsum olması vacibdir. (Tərcumətul-İmamil-Mehdi  i 
əyaniş-şiə, Seyid Muhsin Əmin, s.50)


87
Məhdəviyyət haqqında nəzərlər
İmamət  mə humu  bu  şəkildə  izah  olunur.  Belə  ki,  imam 
peyğəmbərdən sonra dinin məsuliyyətini öz üzərinə götürən 
kəsdir. Başqa ifadə ilə desək, vəhy daşımaq istisna olmaqla, nü-
buvvətin  vəzifələrinin  davamlı  olmasını  qarşılayır:  ilahi  (nü-
buvvət) hökmlərini bəyan edir, ilahi (imamət) hökmlərin təb-
liğ vəzifəsi və kamala çatdırması sayılır. Əhli-beyt məktəbinin 
ardıcılları etiqad bəsləyir ki, imamət kamil bir vilayətdir. İmam 
kamil insan, əsrin höccəti, zamanın imamıdır. Bu insanın var-
lığı hər bir dövr və zamanda olmalıdır. Əgər olmasa yer öz əh-
lini udar. Bu şəxsin (imamın) məqam və uca dərəcələri var. Bu 
mərtəbə Peyğəmbər və ondan sonrakı on iki imam üçün sabit 
olub. Bu imamların seçilməsi təyin və nəss yolu ilə tamamla-
nır. Belə ki, imamət Allaha bağlıdır. “Sənin Rəbbin mələklərə: 
“Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”, – dedikdə”.
74
 
Bu ilahi bir xilafətdir ki, kəsilmir. Başqa bir ayədə Allah-təala 
buyurur: “Rəbbi İbrahimi (bəzi) kəlmələrlə sınadığı zaman o, 
bunları  tamamilə  yerinə  yetirdi.  (Allah:)  “Mən  səni  insanlara 
imam  edəcəyəm!”  –,  dedi.  (İbrahim:)  “Nəslimdən  də  (imam 
et)!”–, dedi. (Allah:) “Zalımlar Mənim (onlarla) əhd (bağlama-
ğıma) nail olmazlar!”–, dedi”.
75
 Aydın olduğu kimi imamət nü-
buvvət və risalət deyil. O, nübuvvət kimi ilahi qərar və rəbbani 
seçimdir.  İnsanların,  həmçinin  ümmətin  ona  müdaxiləsi  ola 
bilməz. İnsan ona layiq görülmədikdə bu uca və ali mərtəbəyə 
ümmətin seçimi, yaxud nüfuzlu kəslərin seçimi, ya da şura və 
bənzər yollarla nail olmağa çalışır.
İmamət İslamın davamlı, həmçinin yolundan sapmamasına 
zamin olmasında fundamental məsələlərdən biridir. Buna dair 
əqli, Quran və sünnə tərə indən sabit edilən dəlillər söylənilib. 
İmamət  nübuvvətdən  sonrakı  məqamdır,  müsəlmanların  və 
bəşərin ehtiyac duyduğu zərurətdir ki, nübuvvət sona çatdıq-
74
 Bəqərə, 30
75
 Bəqərə, 124


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə