Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə29/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

91
Məhdəviyyət haqqında nəzərlər
* İslam elə bir dindir ki, bəşərin bütün işləri üzərində ha-
kimlik edir. Peyğəmbərin yaşadığı dönəmə nəzər saldıqda mə-
lum  olur  ki,  çatdırmış  olduğu  İslamın  hamısını  bəyan  etmək 
üçün kifayət qədər zaman olmayıb.
* Allah Rəsulundan nəql olunan çox sayda hədislər aradan 
gedib.  Bu  isə  hədisin  qeydə  alınmasının  qarşısının  alınması-
na görə baş verib. Bu isə tarix baxımından sübuta yetmiş bir 
məsələdir.
Bu  mülahizələrə  diqqət  etdikdə  aydın  olur  ki,  sonlanan 
nübuvvətdən sonra imamətə zəruri ehtiyac duyulur. Yəni dini 
mərcəiyyətə  ehtiyac  var.  (Bu  isə  imamət  mə humundan  olan 
bir  hissədir).  Səbəbi  isə  həyatda  yenilənən  məsələlər  barədə 
Allahın hökmlərini izah etmək, bəşəriyyətin getdiyi yolu inki-
şaf etdirmək xarakteri daşıyır. Bu bab və girişdən sonra ima-
miyyə  şiələri  görür  ki,  İmam  Mehdi  barədə  bəhs  və  danışıq 
olmalıdır. Bu baxış bucağından və konsepsiyaya əsasən, o elə 
bir şəxsdir ki, bütün müsəlmanlar Axirəzzamanda onun zühur 
edəcəyinin qəti olması barədə bir yerə toplaşırlar. O, hal-hazır-
da  bəşəriyyətin  rəbbani  rəhbəridir.  Onun  varlığının  məsələsi 
hər bir məntiqi əqli, və səhih nəqli dəlillərlə sübuta yetib. Buna 
görə imamiyyə etiqad bəsləyib təkid edir ki, İmamın varlığı din 
və həqiqətlərinin bəyanı, insanlara yol göstərib hidayət etməsi 
üçün hər bir dövr və zamanda zəruridir. Bu, Məhdəviyyət əqi-
dəsinin əsasıdır və on iki imam şiələri arasında olan həqiqəti-
dir. Düşüncə və suallar ortaya çıxır ki, müsəlmanlar Əhli-beyt 
imamlarının ardınca getsəydi, onların təlim və ideologiyalarını 
tətbiq etsəydi,
83
 nələr baş verəcəkdi? Yəni İslamın dünya qarşı-
sındakı görkəmi nə cür olacaqdı?
83
 Nəticə zəlalətdən uzaq olmaqdır... Verin mənə sizin üçün bir yazı yazım ki, 
məndən sonra yolunuzu azmayasınız – zəlalət olmasın, yəni hidayət... Kitab 
və itrətdən yapışmaq – hidayətdir.


92
Müctəba Sadət
İmamiyyə ideologiyasında intizarı çəkilən Mehdi
İmamiyyə  şiələri  Məhdəviyyəti  imamət  etiqadından  hesab 
edirlər. O, qalıcı imamətdir. Həmçinin nübuvvətdən şaxələnir. Biz 
görürük ki, imamın vəzifələrindən – indiki zamanın imamı gözlə-
nilən Mehdi – ümmət üzərində kamil vilayət, ona təlim və tərbiyə 
verməkdir. Onun üzərində imamın hakimiyyət haqqı vardır, həm-
çinin işlərini idarə etmək, getdiyi yolda nəzarət etməsinə layiqdir. 
İmam o kəsdir ki, sağdır, cəmiyyət toplumları içərisində İslamın 
hərəkətinə nəzarət edəndir. Habelə insanlara İslama reaksiya və 
dəvətini qəbul etmək baxımından şahidlik edir. 
Bu onu təsdiq edir ki, İmamın hər bir dövrdə mövcud ol-
ması ilahi hədə lərin reallaşması üçün labüddür.  Bu isə vadar 
etmək, möcüzə üslubları deyil, (könüllülük və ixtiyarlı olmaq) 
təbii yolla, baş verən ilahi sünnələr (adətlər) dairəsində olur.
Bu anlama əsasən, imamətin zərurəti, hər bir dövrdə ima-
mın var olmasının vacibliyi, imamın ümmət haqqında əməlinin 
təbii  olması  normal  ilahi  adətlərə  daxildir.  Bu  konteksdə  ha-
belə gəlir ki, ilahi iradə, rəbbani istək pak imamların sayının 
on ikidən çox olmamasını qəzavət edib. Həmçinin bundan da 
az olmasın. Bu say zamana görə təyin edilməyib. Yəni açıqdır, 
məhdud deyil ki, insanların zehnində xaos yaranmasın, onları 
heyrət və azğınlığa salmasın. Buna görə də ilahi hikmət belə 
hökm verir ki, on ikinci imamın ömrü uzun olsun. Belə ki, dün-
ya müstəvisində əhatəli, islahedici hərəkatı icra etmək fürsəti 
əldə etsin. 
Qeyd  olunanların  hamısına  nəzər  saldıqda  aydın  olur  ki, 
İmamın qeybi, yaxud başqa bir mövqe seçməsi ümmətlə əlaqə 
saxlaması və onlarla birlikdə iş görməsi özü tərə indən müm-
kündür. İstər bu əlaqə xüsusi və ümumi sə irlər, vəkilləri va-
sitəsilə  olsun,  istərsə  də  ixtiyarında  olan  başqa  vasitələrlə.
84
 
84
 Bəhs: Məhdəviyyət  i məuqi`ihat-taliy`i vət-tabiy`i, Seyid Cəfər Murtəza 
Amuli


93
Məhdəviyyət haqqında nəzərlər
Qeybi hikmətli olan bir qərar olur ki, düzgünlük və islah yolu-
nu təqdim edir. Bu, daha çox fəaliyyət və davamlı qüvvəyə sə-
bəb olur. Əgər bu qeyb olmasaydı, o zaman bəşər tarixi boyun-
ca peyğəmbərlərin cəhdlərinin səmərəsi olan səmavi risalətin 
qorunub saxlanılma fürsəti tezliklə azalar və sıfır dərəcəsinə 
çatıb dağılar və Məhdəviyyət tezisi tamamilə sona çatardı. Bu 
isə mehvərin, onun üçün döyünən ürəyin və İmam barədə for-
malaşan tezisin bitməsinə səbəb olardı.
Bu,  böyük  hədə in  qorunmasına  kömək  edir,  habelə  üm-
mətdə  poztiv  ruhiyyənin,  optimistliyin,  həyati  qüvvənin  qo-
runmasını dəstəkləyir və camaata zühur əlamətlərini çatdırır. 
Tarix səhifələrində bir-birinin ardınca gerçəkləşmiş əlamətlə-
ri görməklə əzmlər möhləmlənir, diqqətlər mərkəzə köklənir. 
Beləcə, fərəcin intizarında olmaq fəaliyyət və çevikliklə ümmə-
tin qidalandığı həyat suyu kimidir. Habelə problem, çətinlik və 
yorğunluğa təsiredici əlacdır.
İmamiyyə nəzərində Məhdəviyyət tezisinin əsası və kökü
  İmamiyyə şiələrinə görə Məhdəviyyət tezisi İslamın iki 
rüknü olan Kitab və itrətdən qaynaqlanır. Etiqadın yolu asan 
şəkildə qurulur. Çünki məsələnin əsli və düşüncənin mənbəyi 
İslam şəriətinin əsas qaynaqlarıdır.
85
Qurani-kərim
Gözlənilən  Mehdiyə  işarə  edən  ayələri  araşdırmağımız 
mümkündür. Allahın Kitabı Məhdəviyyət mövzusuna müxtəlif 
yol  və  üslublarla  toxunub.  Quranın  metodunu  aşağıdakılarla 
xülasə etmək mümkündür:
Birinci: Qurani-kərim hər bir zamanda imamın varlığından 
söz açıb. Bunu ümumi mənada (imamət) edib, bir sıra ayələr hər 
dövr və zamanda imamın varlığının əhəmiyyətli, zəruri olduğu-
85
  Kim  bu  mövzuda  geniş  məlumat  əldə  etmək  istəyirsə,  bizim  “ən-Nu-
rul-Ğaib” kitabımıza, birinci bab, ikinci hissə “Mehdi (əleyhissəlam) İslam 
qaynaqlarında”ya müraciət etsin


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə