Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə35/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

111
Məhdəviyyət haqqında nəzərlər
Üçüncü - Səmavi nida:  Qərinə  bir  hadisədir  və  mələkut 
aləmindən baş verəcək. O, səmadan çəkilən nida olacaq (Cəb-
railin səsi). Onu yer əhalisinin hamısı, hər bir qövm öz dilin-
də  eşidəcək.  Bu  səs  ramazan  ayında  baş  verəcək.  O,  belə  xə-
bər  verəcəkdir:  “Bilin,  haqq  Mehdi  və  tərəfdarları  ilədir”.  O 
Allah-təala tərə indən insanlara aydın bir dəlildir ki, Mehdinin 
zühuru  yaxındır.  Bu  əlamət  ilahi  möcüzədir  və  olduqca  əhə-
miyyətlidir. Belə ki, ona qarşı hiylə işlətmək mümkün olmaz. 
O, İmamın zühuruna dair ən aydın və doğru əlamətdir. Hətta 
Qurani-kərim Allahın sözündə buna işarə edib: “Dinlə! O gün 
carçı  yaxın  bir  yerdən  çağıracaqdır.  O  gün  onlar  bu  səsi  ger-
çəkdən eşidəcəklər. Bu, çıxış günüdür”.
111
 Sonra bunun ardınca 
geniş şəkildə dünya səviyyəsində (lənətlik İblisin başçılığı al-
tında)  buna  təkzib  veriləcək.  Səbəbi  isə  bu  elanı  susdurmaq, 
ləkələmək olacaq. Deyəcəklər ki, bu səs şiələrin sehridir. Nida 
ilə vəd olunan gün arasında üç ay yarım fasilə olar.
Dördüncü – Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, Hüsey-
ni bir gəncdir ki, İmam Mehdi mübarək hərəkat üçün şərait ya-
ratmaq naminə onu Məkkə əhlinə göndərər. O, zülhiccə ayının 
iyirmi beşinci günündə, yəni İmam Mehdinin zühurundan on 
beş gecə öncə hərəkət edər. O, İmam tərə indən Allah evində 
hacılara şifahi xitab edəcək. Sözünü qurtarmamış cinayət törə-
dilər, onu Məkkə hərəmində rükn ilə məqam arasında qətlə ye-
tirərlər. Bu hadisə əlamətlərin axırıncısıdır. Onun barəsində şiə 
və sünnilər yekdil  ikirdədirlər.
Beşinci – Beydə çölündə yerə batma:  Şamdan  Hicaza 
hərəkət edən Süfyani qoşunu yerə batar. Onlar zühurunun baş-
lanğıcında  İmam  Mehdinin  hərəkatına  son  qoymaq  naminə 
Məkkəyə hərəkət edəcəklər. Batmanın yeri Beyda çölündədir 
ki, Məkkə ilə Mədinə arasında yerləşir. Bu batma ilahi möcüzə 
111
 Qaf, 41-42


112
Müctəba Sadət
kimidir,  doğru  Məhdəviyyətin  qeyblə  əlaqəsinin  həqiqilik  və 
düzlüyünə güclü dəlillərdən sayılır.
Bu beş əlamət xüsusi və qəti əlamətlərdir. Onlar barəsin-
də Peyğəmbər və imamlar hələ İmam Mehdi doğulmamışdan 
öncə xəbər verib ki, iki əsrdən çoxdur. Bu əlamətləri öyrənərək 
bir neçə nəticə əldə edə bilərik:
Birinci – Yolun əlamətləri: Bununla öncədən xəbərdarlıq və 
təhdid  planı  cızılır,  yolda  hidayət  mayakları  qoyulur.  Hidayət 
bayraqlarının forma və əlamətləri, habelə zəlalət bayraqlarının 
forma və nişanələri izah olunur.
İkinci – Əməl metodları: Əməli nəzərlər və hərəkət planla-
rı bizə zühur hərəkatını anlatmaq üçün yol göstərir. Həmçinin 
uzunmüddətli qeyb dövründə risalət hərəkatının getdiyi yolun 
istiqamət və rəsmini dövrün bu əlamətləri müəyyənləşdirir.
Zühur əlamətləri müntəzirlər üçün zaman və məkan baxı-
mından qra ikdən ibarətdir. Möminlərə zəmanələrinin imamı-
göstərir ki, yalançı mehdilik iddiası edənlərə aldanmasınlar. 
Buna ən yaxşı misal səmavi nida və Beyda çökməsidir. Həmçi-
nin bu bəla və zülmün gözlənilən İmamın zühuru yaxınlaşdıq-
da sonu çatacaq. Buna ən yaxşı misal Süfyanidir. Zühurun əhə-
miyyətli əlamətlərindən bir vəd olunan bu vaxtın seçilməsidir 
(zühur günü). Həmin vaxt çətinliklər və möhnətlər qarşısında 
möminlərin  daxillərində  ümid  və  optimistlik  cücərəcəkdir.  
Bizə düşən də bu qra iki izləməkdir.
Zühurun şərtləri:
Şiələrin  İmam  Mehdi  barədə  əqidəsi  buna  əsaslanır  ki, 
o,  lider,  dünyanın  zülm  və  haqsızlıqdan  xilaskarı,  qurtarıcısı, 
haqq - ədaləti bərqərar edən, tövhidi yer üzərinin bölgələrinə 
yayandır.  Odur  ki,  (beynəlxalq  Məhdəvi  fəthi)  hərəkatın  baş-
lanğıcında,  olması  əsas  və  başlıca  sayılan  bəzi  zəruri  strateji 
məsələlərin təmin olunması gərəkdir ki, bu ümumdünya inqi-
labı,  əhatəli  dəyişiklik  müvəffəqiyyətlə  nəticələnsin.  Habelə 


113
Məhdəviyyət haqqında nəzərlər
tələb olunan hədə lərin yaxın və uzaq bölgələrdə gerçəkləşmə-
şi baş tutsun, köklü dəyişiklik olaraq bəşəriyyətin getdiyi yolda 
və  hərəkətində  hadisələrlə  uyğunluq  təşkil  etsin.  Bu  məsələ, 
yaxud şərtlərin
112
 əhəmiyyətlisi bunlardır: 
Birinci. Liderlik: hikmətli lider, bu əhatəli dəyişikliyin idarə-
çiliyi və üstün dövlətin təsisi üçün xəbərdar, kifayət olan. Bu 
liderlik isə gözlənilən Mehdidə mücəssəmdir. (Məsum İmam)
İkinci.  İdeoloji  tərəf:  Bu  dövlətin  işlərini  nizamlayan,  ha-
belə  hər  bir  zaman  və  məkan  üçün  şərait  yaradan  qanunlar, 
yaxud şəriət, ya da əqidə səmavi dinlərin sonuncusunda (İslam 
dinində) görünür. 
Üçüncü. Gələcək strateji tərəf: Əhatəli dəyişiklik üçün par-
laq bəsirət, aydın nəzər, həmçinin insan cəmiyyətinin inkişafı 
üçün gələcək baxış tövhid və ədalətin yayılmasında mövcud-
dur (Ali-Muhəmməd dövləti). 
Dördüncü. Çevrə yönü: Qurtuluşa yardım edən ümumi çev-
rə durumunu hazırlamaqda əlaqəsi olan bir neçə istiqamətdə 
ortaya çıxır. Hərəkatın başlanğıcında böyük liderin qarşısında 
fədakar,  nüfuzlu  kadr  və  fərdlərin  kifayət  sayda  olması  (313 
nəfər yardımçı).
Dünya xalqları qanunlardan, qoyulan strukturlardan, sabiq 
inqilabların təcrübələrindən, bu xalqların müxtəlif siyasət və 
nəzərlərin müda iə etdiyi həll yollarının müvəffəqiyyətsizliyə 
uğramasına görə ümidsizliyə qapılması (xalq qaydalarının ha-
zırlıq görməsi). 
Dünya idarəçiliyində liderə yardım edən vasitələrin çox ol-
ması üçün elmi, texnoloji irəliləməsi, həmçinin əhatə və həcmi-
nin geniş olması, bunun asan və rahat olması, gələcək bəşəriy-
yət üçün ideal rifah və səadətin bol olmasına zəmanət.
112
 Bəzi alimlər şərtlərə bunu əlavə edirlər: İlahi icazə və digər şərt: möcüzə 
şəklində deyil, təbii yolla düşmənlərlə üz-üzə gəlmək.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə