Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə38/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

120
Müctəba Sadət
1 – Əqli dəlil: Bürhana əsaslanmalıdır. Yəni müğalətə və cə-
dələ deyil, əqli aksioma əsaslanmalıdır.
2 – Nəqli dəlil (Qurani-kərim): Mütəşabih deyil, möhkəm 
ayə.
3 – Nəqli dəlil (Şərafətli sünnə): sadir olması, habelə də-
lalət baxımından qəti olan hədis və ya rəvayət.
Sadir  olması  qəti  olan  o  deməkdir  ki,  yəqin  ifadə  edəcək 
tərzdə mütəvatir rəvayətdir.
Dəlalət baxımından qəti olan isə mənanın zahirinə deyilir, 
təvil (yozum) qəbul edilmir.
İmam Mehdinin doğulma məsələsi, onun varlığı, həyatı və 
qeyb  dövrü  (ideoloji  –  qeybi  –  varolma  məsələsi)  barəsində 
təkcə tarixi araşdırma aparma ilə kifayətlənmək olmaz. Əksinə, 
ideoloji  və  tarixi  bəhs  eyni  anda  aparılmalıdır.  Belə  ki,  əqidə 
əsas, tarixi tədqiqat isə tamamlanma rolunu oynayır. Biz bütün 
sahələrində hiss olunan maddi məsələdən danışmırıq ki, isbat 
və inkarında təkcə tarixçilərə etimad edək. Biz Allahın varlıq 
içərisində adətləriylə əlaqədar olan qeybi məsələnin əsas ye-
rindən  danışırıq.  Yəni  tarixi  olmamışdan  öncə  buna  ideoloji 
dəlil olmalıdır. 
İmamiyyə şiələri İmam Mehdi “M-h-m-m-d” ibn Həsən Əs-
kərinin doğulması, onun varlığı və qeybi, Allah ona vəd olunan 
gün zühur etməyə icazə verənə qədər qalacağını doğrulamaq 
üçün çoxlu əqli və nəqli, habelə ideoloji, tarixi dəlil və bürhan-
ları dəlil gətirmək imkanına malikdirlər. 
Birinci: Əqli dəlil və ideoloji nahiyə
Şiələr deyir ki, Mehdinin doğulması və varlığı ağılla yəqin 
etmək əsasında sabitdir. Bundan əlavə nəql vasitəsilə də sübu-
ta yetib. Bu, imamiyyə təfəkküründə ideoloji əsasdır və təkcə 
nəqli dəlillərə istinad olunmur. Əksinə, burada əsas əql hakim-
dir ki, hər bir əsrdə hidayət imamının varlığı zərurətdir. O kəs 
ki,  Allah  tərə indən  Peyğəmbər  dili  ilə  nəss  söylənilib.  İmam 


121
Məhdəviyyət haqqında nəzərlər
Mehdinin doğulması və varlığına əqli istidlal və metodu ima-
miyyələr iki hissəyə ayırır: 
1 – İmamın varlığı, onun Allah tərə indən təyin olunub se-
çilməsinin zəruri olmasına əqli dəlil.
2 – İntizarı çəkilən Mehdinin imamətinə çatmaq üçün bu 
imamətin davamlı olmasına əqli dəlil.
Buradan aydın olur ki, nə üçün imamət şiələrin düşüncə-
sində əqaidi əsas kimi təqdim edilib və o,  iqhi sahə hökmün-
də deyil. Bu, sona çatan nübuvvətdən sonra imamətin zərurə-
tinə  bəslənilən  etiqadlarında  şiələrin  təməlidir.  Allah-təala 
Peyğəmbərin xüsusiyyətlərini daşıyan, bəşəriyyətə hidayətedi-
ci və xəbərdarlıq edən olaraq göndərilən, ilahi vəzifənin yerinə 
yetirilməsində davamlı olan məsum imam olmadan yer üzünü 
boş, başlı-başına buraxmamış və buraxmayacaq. “M-h-m-m-d” 
ibn Həsən Əskərinin imamətinin xüsusi olmasını isbat etməyə 
gəlincə, imamətin zərurətinə əqli dəlilin əsası sübut olunduq-
dan sonra əql nəqlə istinad edir.
Həmin  dəlillər  və  əqli  işarələrə  əlavə  olaraq,  burada  çox 
sayda  rəvayətlər  var  ki,  yer  üzünün  höccətsiz  olmamasına, 
olacağı təqdirdə yerin öz əhlini batıracağına işarə edir. Çünki 
məsum  imam  rəhmətin  nazilolma,  ümmət  üzərindən  əzabın 
qaldırılma səbəbidir.
Allah-təala buyurub: “Sən aralarında olduğun halda Allah 
onlara əzab verməyəcək”.
115
 Burada bir sıra rəvayətlər vardır 
ki, hər zamanda imamın varlığının zəruri olmasını vurğulayır. 
Habelə qeyd edir ki, yer üzərində höccət olmadan insanın var 
olma imkanı yoxdur. İmam Rza (əleyhissəlam) buyurub: “Əgər 
bir göz qırpımı olsa belə, yer üzü höccətsiz boş qalsaydı, sözsüz 
ki, öz əhlini batırardı”.
116
Əhli-beytin imaməti nübuvvət və hi-
dayət xəttini uzadır. İmamətinin yayılmasına ən böyük nümunə 
115
 Ənfal, 33
116
 Muxtəsəru Bəsairid-dərəcat, s.228


122
Müctəba Sadət
İmam  Mehdinin  (əleyhissəlam)  varlığıdır.  Bu  hərəkət  nöqtə-
sindən  hər  bir  zamanda  imamı  tanımağın  zəruriliyinə  önəm 
verilir. Necə ki, nəbəvi hədisdə qeyd edilib: “Kim zəmanəsinin 
imamını tanımadan ölsə, cahiliyyət ölüsü kimi ölüb”.
İkinci: Nəqli dəlil və tarixi tərə i
Tarix baxımdan böyük sayda şiə kitablarında İmam Mehdinin 
doğulması əhvalatı qeyd olunub. Onların ən əhəmiyyətlisi Əllamə 
Məclisinin “Biharul-ənvar” ensiklopediyasıdır.
117
 Onun doğulma-
sının tarixi təsdiq yönümündən gerçək olması sübut edilib. Buna 
əlavə olaraq, müsəlmanların onun nəsəbini müəyyənləşdirməkdə 
yekdil  ikirdə olduqlarını bilirik. Hamı ittifaq edib ki, o, Əhli-beyt-
dəndir və zühuru axirəzzamanda baş verəcək.
Nəqli, tarixi dəlil və bürhanlarla tanış olmaq üçün bu bəh-
sin başlanğıcında həmin dəlillərdən bəzisini qeyd etmişik. Siz 
“İmamiyyənin  nəzərində  tezisin  kök  və  əsasları”  bölümünə 
müraciət  edə  bilərsiz.  Əlavə  olaraq,  biz  “Mehdinin  varlığına 
yəqin” adlı uzun biz bəhs yazmışıq.
118
 Orada geniş şəkildə ta-
rixi və nəqli dəlillərə toxunmuşuq. Burada örnək üçün həmin 
dəlillərə və bəzi şahidliklərə müxtəsər şəkildə işarə edirik: 
1 – Quran ayələri (Nəqli dəlil): Hansı ki, hər bir əsr və za-
manda  imamın  varlığının  zəruri  olmasını  göstərir.  İmamət 
mövzusuna  dəlalət  edən  ayələrə  əlavə  olaraq,
119
  Peyğəmbər-
dən  sonra  imamətin  davamlı  olmasına  işarə  edən  ayələr  də 
117
 Məusuətu Biharil-ənvar, c.51, birinci bab, Babu viladəti və əhvali ummihi, 
s.2-28.
118
 “Ən-Nurul-Ğaib” kitabımız, birinci bab, ikinci fəsil, s.65-125.
119
 Bir sıra ayələr hər bir zamanda imamın var olmasını təkid edir. Məsələn, 
Rəd, 7; Qasas, 51. İkinci ayədəki sözün çatdırılmasında məqsəd onlara Alla-
hın ayələrinin və əhkamının təbliğidir ki, bu da yalnız rəbbani imam vasitə-
silə mümkündür. Bizim zəmanəmizdə həmin şəxs İmam Mehdidir. Bəqərə, 
30; Saff, 8; Qədr surəsi. Bunlar isə baş verməmişdən əvvəlki, yəni Mehdi 
doğulmamışdan öncə olan Quran ayələridir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə