129
Məhdəviyyət haqqında nəzərlər
qədər uzun yaşaması mümkün sayıla bilərmi? Bu uzun müd-
dət ərzində imam necə yaşaya bilər, halbuki bu müddət min
yüz səksən ili keçib. Bu isə qocalıq xüsusiyyətlərinə uyğun gəl-
mir. İnsanın qocalıq və faniliyinə hökm verən təbiət qanunları
keçərli deyilmi?
İnsan ömrün yüz illər və bir neçə əsr uzanması, normal
həddindən olduqca çox olması insan həyatında qəribəlik sayı-
lır və belə bir iş müşahidə edilən və öyrəncəli hal deyil. Lakin
bu da qeyri-mümkün deyil. Biz gərək mövzunu dindən öncə
əqli və elmi məntiqlə müzakirə edək, görək ki, bu məsələdə
doğru və uyğun rəy nədir.
Birinci: İnsan ömrünün uzun olması əqli baxımdan qeyri
mümkün bir məsələ deyil. İnsanın əsrlərlə yaşaması məntiq
baxımından mümkün bir işdir və ağılla heç bir ziddiyyət təşkil
etmir. Həmçinin elmi baxımdan mümkündür (Elmi nəzər cəhə-
tindən və nəzəriyyə tərə indən). Lakin hələ mümkün olmasa
da, elm buna nail olmaq yolunda addım atır.
İkinci: Uzun və ya qısa ömür yaşamaq Yaradanın əlində
olan bir məsələdir. Dediyimiz məsələ də bu cürdür. Allahın
inayəti təbiət qanunlarının dondurulmasına, sabitləşdirilmə-
sinə də daxildir. Məsələn, Allah İbrahimə odu sərin və salamat
edib, dənizi Musa üçün bölüb. Peyğəmbəri Qureyşin gözündən
gizlədib. Qocalıq qanunları Allahın vəlisi Mehdi üçün bunun
kimidir. Əgər Allah ona uzun həyat bəxş edibsə, onu qocalıq
əlamətlərindən qorunan və gənc saxlayırsa, bunda nə maneə
var? Bir halda ki, o, vəd olunan gününə hazırlanan intizarı çə-
kilən liderdir. Ondan tələb olunan dövr istisna və yeganədir.
Bununla da vəziyyət rəbbani bir möcüzəyə çevrilir ki, təbii qa-
nun qüvvədən düşür.
İmam Mehdinin ömrünün uzun olması inkar və ya şəkk
edilməsi mümkün olmayan həqiqətlərdəndir. Bu elə bir məsələ-
dir ki, ona heç bir təbiət qanunlarının təsir edə bilmədiyi ilahi
130
Müctəba Sadət
istək və qüdrət çərçivəsi olmadan, adi təbii müqayisələr apa-
rılmadan baxılsa, heç bir işkal ortaya çıxmaz. Bu həqiqəti isbat
etmək üçün bəzi dəlil, şahidlik və bürhanlara nəzər salmalı,
ordan-burdan nümunələr gətirməli, İslamın yol göstərməsi və
əsas qaynaqları vasitəsilə işıqlanmalıyıq.
1 – Qurani-kərim: Allah-təalanın kitabında sabit olmuşdur
ki, bəzi kəslər uzunömürlü olub. Məsələn, peyğəmbərlər şeyxi
Nuh: “Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min
ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan
onları zülm etdikləri zaman yaxaladı”.
126
Yunis peyğəmbər: “Balığın qarnında Qiyamət gününə qə-
dər qalardı”.
127
İsa peyğəmbər: “Xeyr, Allah onu Öz dərgahına qaldırıb. Şü-
bhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”.
128
Mağara əhli: “Onlar mağarada üç yüz il, üstəlik doqquz (il
də )qaldılar.”.
129
Lənətlik İblis: “(İblis) dedi: “Ey Rəbbim! Onların dirildilə-
cəkləri günə qədər mənə möhlət ver”. (Allah) dedi: “Sən möhlət
verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər”.
130
Məgər Allah öz vəlisi Mehdini qoruyub saxlamağa qadir
deyilmi? O kəs ki, Allah onun əli ilə İslamı bütün dinlər üzərinə
zahir edib yer üzündə onu möhkəmlədəciyi, onu varislərdən
qərar verəcəyini vəd edib.
2 – Şərafətli sünnə: Mübarək ömrünün uzun olmasına dair
xüsusi hədislər və Peyğəmbərdən nəql olunan rəvayətlərə
əlavə olaraq demək lazımdır ki, İslam dininin Qiyamət gününə
qədər əbədi olacağında heç bir şübhə yoxdur. İmam Mehdinin
126
Ənkəbut, 14
127
Saffat, 144
128
Nisa, 158
129
Kəhf, 25
130
Hicr, 36-38
131
Məhdəviyyət haqqında nəzərlər
ata-babaları olmuş on bir imam şəhid olaraq dünyalarını dəyi-
şiblər. Odur ki, ömrünün uzun olması və qalması üçün gərək on
iki xəlifə hədisi öz təsdiqini tapsın.
İmam diridir, ruzilənir və onun qalması labüddür, çünki bu
din qalıcıdır. Çünki Quran qalıcıdır. Peyğəmbər buyurub: “On-
lar Qiyamət günü hovuz kənarında yanıma gələnədək bir-bi-
rindən ayrılmayacaq. (Quran və itrət). Nə qədər ki, bu, varlıqda
davam edir, onunla birlikdədir və ondan ayrılmaz. Bu da Səqə-
leyn hədisinin təsdiqidir.
Əgər onun varlığı və uzunömürlülüyü olmasaydı, müsəl-
manlar arasında rəbbani imamın mövcud olmaması gərəkli
olardı. Bu isə onların cahiliyyət ölüsü kimi ölmələrinə səbəb
olardı, habelə məxluqat üzərində Allahın höccətinin olmaması-
na gətirib çıxarardı. Sözsüz ki, bu fərziyyələrin batil olmasında
heç bir şəkk-şübhə yoxdur. Bu isə zəmanənin imamı hədisinin
misdaqıdır.
İmam Mehdinin varlığının qalıcı, ömrünün uzun olması,
Allahın onu qoruması və idarə etməsi şəriət baxımından sabit
olur.
3 – Tarixdən bürhan: Bəşəriyyət tarixi uzunömürlü kəslərə
nümunələrini toplayıb.
131
Məsələn:
Adəm peyğəmbər 930 il yaşayıb.
Adəmin oğlu Şis peyğəmbər 912 il yaşayıb.
Nuh peyğəmbər 2500 il yaşayıb.
Zülqərneyn 3000 il yaşayıb.
Loğman ibn Ad Zünnusur 3500 il yaşayıb.
Xızır Bəni-Adəm arasında ən uzunömürlü şəxsdir.
Bunlar sübut edir ki, İmam Mehdinin uzunömürlü olması
nəinki mümkün deyil, hətta təbiidir. Müqayisə üçün bəşəriy-
131
Hatəm Sicistaninin “əl-Muəmmərun” kitabı, habelə Məsudinin bir sıra
uzunömürlüləri qeyd etdiyi “Murucuz-zəhəb” kitabı. Həmçinin tarix kitab-
larında onlarla uzunömürlü insanlar qeyd olunub.
Dostları ilə paylaş: |