Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə42/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

132
Müctəba Sadət
yət tarixində uzunömürlüləri buna misal çəkmək olar. Odur ki, 
intizarı çəkilən liderin ömrünü inkar edənlərin iddiaları qüv-
vədən düşür. İmamın ömrü qarışıq və bənzərsiz bir şey deyil.
4 – Çoxlu kəslər tərə indən müşahidə olunması: Çox sayda 
möminlər İmam Mehdiylə təkrar-təkrar görüşmüş və onu gör-
müşlər.  Bunlar  həm  onun  atasının  sağlığında,  həm  qısamüd-
dətli, həm də uzunmüddətli qeyb dövründə baş verib. Onu gö-
rüb ziyarət etməklə şərə lənən kələrin sayı olduqca çoxdur.
132
 
Onları  saymaq  mümkün  deyil.  Bizim  alimlərimiz  bu  mövzu 
barədə çox sayda kitablar yazıblar. Onu görmək həqiqətdir və 
tarix səhifələri boyunca sabit olub, habelə təvatür həddinə ça-
tıb. Belə nəticə hasil oldu ki, intizarı çəkilən İmamın ömrünün 
uzun olması mübahisəsiz bir həqiqətdir. Görmək dəlildən ehti-
yacsız edir və onun varlığı vicdanla hiss olunur.
Buna  əsasən,  onun  ömrünün  uzun  olmasının  mümkün-
süz, yaxud ehtimaldan xarici olması barədə şübhə Qurani-kə-
rim,  nəbəvi  hədisləri  əsasında  dəf  olunur.  Sonra  isə  tarix  şa-
hidlərinin və görmə həddinin çoxluq təşkil etməsidir. Bundan 
öncə unutmamalıyıq ki, Yaradanın qüdrəti İmam Mehdi üçün 
möcüzə  və  kəramət  sayılır.  Burada  belə  bir  sual  ortaya  çıxır: 
Bu  təsadüfdürmü  ki,  bəşəriyyətin  həyat  tənzimlənməsini  ye-
niləmək, insanlıq mədəniyyətini pozğunluqdan qurtarmaq  və 
onu yenidən inşa etmək üçün iki şəxs müəyyən işlər aparır. On-
ların hər birinin ömrü uzun olur. Biri bəşəriyyətin keçmişində 
rol oynayır və bu, Nuh peyğəmbərdir. Digəri isə bəşəriyyətin 
gələcəyində rol oynayacaq və o, Mehdidir. Bəs onda nə üçün  ən 
azı min ilə çatan Nuhu qəbul edirik, ancaq Mehdini yox?
132
  Bir  neçə  əhvalat  vardır  ki,  Biharul-ənvar,  c.52,  Şeyx  Nurinin  “Cənnə-
tul-mə`va”, Bəhraninin “Təbsiratul-vəli  iymən rəa əl-Qaiməl-Mehdi” kitab-
larında qeyd olunub.


133
Məhdəviyyət haqqında nəzərlər
Dördüncü: Qeybə çəkilməsinin nə faydası vardır?
İmamiyyə alimləri İmam Mehdinin qeybə çəkilməsi üzərin-
də ittifaq etmişlər. Onlar etiqad bəlsəyir ki, Allah ona zühur et-
mək icazəsi verənədək yaşayacaqdır. Bu mövzu barədə bir sıra 
sual və iradlar gətirmişlər. Onlardan bəzisi bunlardır: Bu gün 
o, qeybdədirsə, sizə nə faydası var? Əgər imamın varlığı əqli, 
dini zərurətdirsə, o zaman onun camaatdan qeybdə olmasına 
necə izah verə bilərsiz? Qeyb zamanı ondan fayda əldə etmək 
mümkündürmü? Habelə sair bu qəbildən suallar mövcuddur.
Əvvəlcə biz qeybin təkcə İmama məxsus olması deyil, ümu-
mi  xarakter  daşıdığını  izah  etməliyik.  Belə  ki,  Qurani-kərim 
qeybin tarxidə təkrarlandığını sabit edir. Söhbət açır ki, bir sıra 
peyğəmbərlər  öz  qövmlərindən  qeybdə  olublar,  müddətləri 
arasında  fərqlilik  olsa  da  bu,  zamanın  müəyyən  kəsimlərin-
də baş vermişdir. Məsələn, Allahın peyğəmbəri olan Musanın 
qeyb dövrü qısa olmuşdur. Lakin Allahın peyğəmbəri İsanın öz 
qövmündən qeybi uzun çəkmişdir. Hətta bəşəriyyətin hamısın-
dan  qeybə  çəkilmişdir.  Onun  qeybə  çəkilməsindən  indiyədək 
minlərlə  il  keçmişdir.  Habelə  Allahın  peyğəmbəri  İbrahimin 
iki qeybi vardır ki, Mehdinin qeybinə bənzəyir. Quran mağara 
əhlinin qeybindən də söhbət açmışdır (309 il). Bundan əlavə, 
Yunis, Yusif peyğəmbərlərin də qeyb dövrü olmuşdur.. Odur ki, 
Mehdinin qeybi sabiq ümmətlərə bənzəyir. Deməli, qeyb ümu-
mi xarakter daşıyır. Qeybə çəkilməyin səbəbi və faydalarına gə-
lincə, burada da sual ümumidir. Nə üçün İsa qeybə çəkildi? Bir 
peyğəmbərin öz qövmündən uzaq yaşamasının faydası nədir? 
Nə üçün mağara əhli qeybə çəkildi? Nə üçün İmam Mehdi də 
qeybə çəkildi?
Öncə izah etdiyimiz kimi, Mehdinin qeybi iki ünvanlı qeyb-
dir. İmam bizimlə birlikdədir, məsələnin qayəsi odur ki, biz onu 
əsla tanımırıq. O isə ümmət və onun işlərindən uzaq deyil. Ək-
sinə, camaatla birlikdə yaşayır, onların həyatında iştirak edir, 


134
Müctəba Sadət
onlara qulaq asır, onları görür və onlar da onu görürlər. Onların 
problem və acılarını hiss edir, bircə odur ki, camaat onu həqiqi 
ünvanı ilə (Mehdi olaraq) tanımırlar. Buna ən yaxşı misal Alla-
hın peyğəmbəri Yusifdir. O, Misirdə qardaşları ilə qarşılıqlı iş 
görürdü, ancaq qardaşları onu tanımırdılar. Qeyb hökmlərinə 
əsasən, İmamla bağlılığımızın kəsilməsi onun bizimlə bağlan-
tısının kəsilməsi anlamını daşımır.. Quran bizə öyrədir ki, vəli 
bəzən  qeybdə  ola  bilər,  ancaq  ümmətindən  qə lətdə  yaşaya 
bilməz. Əksinə, onların mənfəətləri üzərində çalışar və işlərini 
idarə edər. Lakin camaat onu tanımaz, necə ki, bu məsələ Xızır 
tərə indən sabit olmuşdur: “Onlar (orada) Öz dərgahımızdan 
mərhəmət bəxş etdiyimiz və Öz tərə imizdən elm öyrətdiyimiz 
qullarımızdan birinə rast gəldilər”.
133
İmamiyyə  iman  və  etiqad  bəsləyir  ki,  İmam  Mehdi  möv-
cuddur  və  qeybdədir.  Bu  isə,  əqli  dəlillərə  əsaslanır.  Necə  ki, 
şiələrin  nəzərində  hər  hansı  bir  etiqadi  əsas  bu  cürdür.  Bu-
rada əsas olan, hər bir dövrdə Allah tərə indən, Peyğəmbərin 
dili əsasında məsum imamın varlığının zərurət olmasına ağlın 
hökm verməsidir. Əlavə olaraq, imamətin və xilafətin davam-
lı  olmasını,  onun  kəsilməməsini  vurğulayan  Qurani-kərim  və 
şərafətli  sünnədən  olan  nəqli  dəlillər  də  vardır.  Allah-taala 
buyurmuşdur: “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir 
canişin bərqərar edirəm!” – dedikdə...”
134
Həmçinin Peyğəmbə-
rin və əhli-beytinin hədislərinə istinad olunur ki, bu, hələ qeyb 
baş verməmişdən öncə onlar tərə indən sadir olmuşdur. Hətta 
Mehdi doğulmamışdan iki yüz ildən çox söylənilmişdir.
  Agah  olmalıyıq  ki,  Mehdiyə  imanımız  nəfsimiz,  yaxud 
xarakterimizlə  əlaqədar  bir  şey  deyil.  Yəni  sevirik  deyə,  ona 
iman  bəlsəyib,  məsələni  təsdiq  etmirik,  yaxud  sevmədiyimiz 
zaman  məsələdən  üz  çeviririk.  Məhdəviyyət  məsələsi  bu  cür 
133
  Kəhf, 65.
134
  Bəqərə, 30


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə