18
Antik elmin ərəblər arasında və ərəblər vasitəsilə Avropada yayılmasında
bu irsi dərindən bilən dahi ensiklopedist alim Əbu Əli Hüseyn ibn
Abdullah ibn \X Sinanın (980 - 1037) müstəsna rolu olmuşdur. İbn Sina
''V • Buxara yaxınlığındakı Əfşan kəndində anadan olmuş, Yj Həmədanda
vəfat etmişdir. Doğma tacik dilində yazan İbn
Sinanın qələmindən çıxan 450-dək əsərdən 200-ü tibbə aiddir. Əslində
tibb elminin ensiklopediyası olan çoxcildli «Tibb elminin qanunu))
əsərində anatomiya, insanın bütün orqanlarının daxili və cərrahi
xəstəlikləri, onların səbəb və müalicəsi, sadə və mürəkkəb dərmanlar,
zəhərlər, əks- zəhəıiər, gigiyena və s. haqqında məlumat verilir. Sanitariya
maarifinə dair ilk əsəri də ibn Sina yazmışdır.
ibn Sina xəstəliklərin yaranmasında xarici mühit amillərinin,
gözəgörünməz canlı varlıqların rolunu qeyd etməklə materialist
mövqedən çıxış edirdi. O, göstərirdi ki, xəstəliklər su, hava, torpaq
vasitəsilə gözə görünməyən toxumlarla keçir, ibn Sina xəstəliklərin
etioloji prinsip üzrə təsnifatını yaratmış, taun, cüzam, meningit, şəkərli
diabet • və s. xəstəliklərin əlamətlərini təsvir etmişdir. Diaqnostika
məqsədilə nəbzdən istifadə etməyi bacarmışdır.
Ərəb-ispan mədəniyyətinin çiçəkləndiyi Əndəlisdə (İspaniyanın cənub
hissəsi) IX əsrin sonundan başlayaraq ərəbdilli alimlər geniş fəaliyyət
göstərərək, tibb elmini təmsil edən bir sıra alimlər dünya şöhrəti
qazandılar. Əbül
Qasım İbn Abbas Əz-Zəhrəvi (936-1013), Əbu Bəkr Məhəmməd ibn
Bəcca (1070-1139), Əbu Mərvan İbn Zöhr (1070-1162), Əbu Bəkr
Məhəmməd İbn Tüfeyl (1110- 1185), Əbül-Valid Məhəmməd İbn Əhməd
İbn Rüşd (və ya ibn Röşd (1126-1198) və başqaları belələrindəndir.
Əndəlis. alimləri Aristotel fəlsəfəsinin materialist
ünsürlərini inkişaf etdirərək, təkamül mövqeyində durur,
downloaded from KitabYurdu.org
19
canlı təbiətin cansız materiyadan yarandığını, cansızlar
aləmi ilə canlılar arasında keçid formasının olduğunu,
materiyanın və hərəkətin əbədiliyini etiraf edirdilər.
Əlbəttə, buna görə təqib edilir, çox əziyyətlərə məruz
•
qalırdılar. Məsələn, ibn Bəccanı dinsizlikdə günahlandırıb, həbsxanaya
salmış, orada zəhərləyib öldürmüşlər.
Orta əsrlərdə Əz-Zəhrəvinin yazdığı 30 kitabdan ibarət «Ə1 Təsrif»
toplusu ilə müqayisə ediləcək digər güclü əsər olmamışdır. Avropada
dəfələrlə nəşr edilən bu əsərin Bakıdakı əlyazmasını mərhum akademik
Z.Bünyadov rus dilinə tərcümə etmişdir. Əz-Zəhrəvi xüsusən cərrahiığın
müxtəlif sahələri haqqında ətraflı məlumat vermişdir. Məsələn, təkcə
yandırmaqla müalicə ilə əlaqədar 151 aləti
təsvir etmişdir.
•
1288) «ağciyər
ibn Rüşdün Aristotelin əsərlərinə yazdığı şərhlər antik fəlsəfənin Avropa
filosoflarına tamtdırılmasmda böyük rol oynamışdır. Onun məşhur
ensiklopedik əsəri «Tibbin ümumi prinsipləri kitabı» («Kitab-əl-
külliyyət») idi. İbn Rüşd hələ o dövrdə yazırdı ki, materiya daimidir,
ölmür, yalnız bir şəkildən başqa şəklə keçir. Alim axirət dünyasını inkar
edənlərdən biri idi.
Ərəb alimi İbn ən-Nafis (1210 ideyası»nı irəli sürmüşdür. O, Qaleniıı
fikrini təkzib edərək,
qanın ürəyin sağ mədəciyindən sol mədəciyinə guya mədə-
downloaded from KitabYurdu.org
20
ciklərarası çəpərdə olan dəlikdən yox, əslində ağciyərlər
vasitəsilə keçdiyini deməyə cəsarət etmişdir. Beləliklə, ibn
ən-Nafis əslində U.Harveydən təxminən dörd əsr əvvəl
qan dövranını təsvir edə bilmişdir.
#
ismayıl Cürcani (1340 - 1413) hələ o vaxt doğuşdan
əvvəl uşağın oğlan və ya qız olmasını müəyyənləşdirən metod təklif
etmişdir. O, infeksiyada immunitetin rolunu göstərmişdir. Cürcaninin
bütün orqan və sistemlərin xəstə¬lənməsindən bəhs edən «Xarəzmşahlar
zəxirəsi» əsərində mamalığa və ginekoloji xəstəliklərə dair xüsusi bölmə
ayırmışdır.
Orta əsrlər epidemiyaların, xüsusən taun xəstəliyinin («qara ölüm»)
yayılması ilə xarakterizə olunur. Odur ki, Avropanın böyük liman
şəhərlərində (Venesiya, Genuya və s.) ticarət gəmilərində yoluxucu
xəstəliklərə tutulanlar üçün sığınacaqlar, lazaretlər, epidemiyalarla
mübarizə aparan müəssisələr təşkil edilirdi. Epidemiya əleyhinə tədbirlərə
karantinlər (40 günlüklər), şəhərlərin təmiz içməli su ilə təchiz edilməsi
və s. işlər aid idi.
İlk xəstəxanalar (Parisdə, Londonda və s.) adətən monastırlarda
yaradılırdı. Amma əhaliyə tibbi yardım göstərən rahiblər arasında peşəkar
həkimlər də vardı. Monastır təbabətində otlardan daha çox istifadə
edilirdi. Tibbin inkişafını kilsə ayinləri, dualar, bunların möcüzə¬lərlə
əlaqələndirilməsi ləngidirdi. Cərrahlıqla həkimlərdən daha çox smıqçılar
və dəlləklər məşğul olurdular.
Orta əsrlərdə əczaçılıq əlkimya ilə bağlı olub, orta əsr Avropa tibbi üçün
mürəkkəb dərman reseptləri səciyyəvi
downloaded from KitabYurdu.org
21
idi.
Tədricən Qərbi Avropa universitetləri tibbin mərkə¬zinə çevrilirdi. XI
əsrdə Neapol yaxınlığındakı Salerno tibb məktəbində universitet
yaradıldı. XÜ-XIII əsrlərdə Bolonya¬da, Monpelye, Paris, Oksfordda,
XIV əsrdə Praqada, Vyanada universitetlər təşkil edildi. Bunlarda, əsasən,
Hippokratın, Qalenin, ibn Sinanın əsərləri tədris edilirdi. Amma həmin
universitetlərin nizamnaməsinə və tədris pla¬nına katolik kilsələr nəzarət
edirdi. XIII əsrdə Romadan və İspaniyadan katolik kilsənin təqibindən
qaçan alimlər kilsənin nəzarətindən kənar Paduya universitetini
yarat¬mışdılar ki, bu XVI əsrdə tibb elminin mərkəzi oldu.
VI əsrdən etibarən kütləvi qırğınlar zamanı meyit
yarmağa başlamışdılar. Sonralar bir sıra universitetlərdə buna icazə
verilirdi.
1231-ci ildə imperator II Fridrix 5 ildən bir insan meyiti yarmağa icazə
vermiş, 1300-cü ildə Roma papası ' insan meyiti yarıb, skelet hazırlamağı
qadağan etmiş, 1376- cı ildə isə Monpelye Universiteti edam edilənlərin
meyitini yarmağa icazə ala bilmişdi. 1316-cı ildə Mondino de Luççinin
tərtib etdiyi anatomiya dərsliyindən Qərbi Avropa universitetlərində 2
əsrdən artıq müddət ərzində istifadə edilmişdir.
Renessans dövründə (XIV-XVI əsrlər) Avropada elm və texnika
sahəsindəki canlanma biologiya və tibb elmləri¬nin də inkişafını
sürətləndirdi. Təbiətşünaslar əvvəlki kor- koranə inamdan qaçaraq, hər
şeyi təcrübə yolu ilə öyrənməyə meyl edirdilər. Təcrübəni yüksək
qiymətlən¬dirən ingilis materialist filosofu Frensis Bekon (1561-1626)
elmi metodda islahat aparıb, idrakı aldanışlardan («bütlər- dən» və ya
«kabuslardan») təmizləməyə, eksperimentə müraciət etməyə çağırırdı.
Texniki elmlərin inkişafı ilə ' əlaqədar olaraq, XVI əsrdə tibbdə
yatrokimya (yun. yatros - həkim), yatroriyaziyyat, yatromexanika və ya
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |