S e n t y a b r c u IL n 8 b e y n ə L x a L q h ə y a t



Yüklə 112,4 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü112,4 Kb.
#26618


6

1 5   s e n t y a b r   2 0 1 0 - c u   il  N  1 3 0   1 8 1 3

B E Y N Ə L X A L Q  

H Ə Y A T

Azad AZƏRBAYCAN

M Ü S T Ə Q İ L  

I  C  T  I  M A İ - S İ Y A S İ  

Q Ə Z E   T

“ Ə z i z   Ə l i y e v i n   t ə b l i ğ   e t d i y i   i n s a n p ə r v ə r l i k ,   i n s a ­

n i   m ə h ə b b ə t ,   d o s t l u q   və  h ə m r ə y l i k ,   x a l q a   və  i n s a n a  

x i d m ə t   k i m i   ə b ə d i y a ş a r   i d e a l l a r   d ə r i n   k ü k   a t ı b   və 

b i z i m   q ə l b i m i z d ə ,   ş ü u r u m u z d a ,   h ə y a t   və  f ə a l i y y ə t i ­

m i z d ə   y e n i - y e n i   b ə h r ə l ə r   v e r m ə k d ə d i r .  “

Kh'tbəy  

MltŞ.qyev, 

Dağıstanın ərrtəkdar 

mətbnivvət xadimi

V

t

Г *

Böyük  Vətən  və İkinci Dünya 

müharibəsinin  cərəyan  etdiyi  ən 

şiddətli ilin  həmin günü  Dağısta­

nın və Azərbaycanın taleyi son də­

rəcə təhlükədə idi.  I.Stalin müha­

ribədə az qala uduzmaq həyəcanı­

nı,  nəinki  həyəcanını,  deyərdim 

ki, 

sarsıntılarını 

yaşayırdı. 

Kremldə  özündən  sonra  ikinci 

hörmətli şəxs  -  Sov.İKP  \IK-nın 

ikinci  katibi  Malenkovla  uzun- 

uzadı söhbətindən sonra ən etibar­

lı  və  ən  doğru  çıxış  yolu  seçildi.

A zərhaycanda böyük insan,  müd­

rik  şəxsiyyət  olmaqla  bərabər, 

həm  də  görkəmli  alim,  işgüzar 

məmur,  təcrübəli siyasi xadim ki­

mi nüfuz  sahibi  olan  Əziz  Məm- 

mədkərim  oğlu  Əliyev  ömründə 

üzünü  görmədiyi  Dağıstana  rəh­

bər-Vilayət  Partiya  Komitəsinin 

birinci  katibi  təyin  olundu.

  Belə 


bir xilasedici  təyinatla  bəşəriyyə­

tə  meydan  oxuyan  alman  faşiz­

minin  qarşısına,  sözün  əsl  məna­

sında.  sanki  aşırılması  heç  də 

asan  olmayan  sərt  sıldırımlı  bir 

qaya. Çin səddini kölgədə qoyub, 

dərinliyi  və  hündürlüyü  bilinmə­

yən  əzəmətli  bir  sədd  çıxarıldı. 

Doğrusu,  elə həmin  gündən Qaf­

qaz  həsrəti  ilə  çırpınan  faşizmin 

Bakı  arzularının  məzarı  qazıldı. 

Almanlar  Şimali  Qafqazı  məhv 

edib,  Dağıstanın  bircə  addımlı­

ğında  olsalar  da.  Qafqazın  ələ 

keçirilməsinə  dair  rəsmi  gizli 

planlarına,  eyni  zamanda,  şirin, 

dadlı xülyalarına görə sentyabrın 

25-də  Dağıstanı  zəbt  edib  Dər­

bənddən  Bakıya  keçərək  paytax­

tımızı işğal etmək niyyətlərini hə­

yata  keçirmək  gününə  isə cəmi  9 

gün qalırdı.



Bakı  neftini sanki şərbət  kimi 

içməyə hazır olan almanlar qələbə 

eşqi  ilə  yaşayırdı.  Lakin  onlar 

saydığını saysın,  görək  azəri oğlu 

nə saydı...

Əlbəttə, faşizm üçün ciddi hə­

dəf  olan  Bakını  xilas  etməkdən 

ötrü  öncə  Dağıstanı  ələ  vermə­

mək  zərurəti  son  dərəcə  yüksək 

ağıl,  siyasi  bacarıq,  hərbi  çevik­

lik  və  bütün  strateji  sahələrdə 

sərrast taktiki gedişlər tələb edir­

di.

Dövlət  Müdafiə  Komitəsinin 

sədri I.Stalin  1942-ci ilin  16 sent­

yabrında  Əziz  Əliyevin  Dağıstan 

Vilayət  Partiya  Komitəsinin  bi­

rinci katibi təyin  olunması  haqda 

qərarı  imzaladıqdan sonra,  bu  tə­

yinatla əlaqədar sentyabrın  23-də 

C İK (b)P  Dağıstan  Vilayət Parti­

ya  Komitəsinin  XIV plenumu  ça­

ğırılır.  Həmin  plenumda  DİK(b) 

MK-nın  kadrlar  şöbəsi  rəisinin 

müavini Kiselyov vilayətdə yaran­

mış bərbad vəziyyət, cinayətin son 

həddə  çatması  barədə  məlumat 

verib  qeyd edir ki,  dağlarda fəra­

rilərin sayı artır,  qaçaqlıq-qııldur- 

la q ‘ baş  alıb  gedir.  Dağıstanda 

y Ü z l t ä   fərari,  onlarca  quldur 

dəstələri

 ıW 


ki,  onlar talançılıqla 

məşğuldur,  mal-qaranı  oğurlayır, 

İnsanları,  məsul partiya işçilərini, 

• 

fəallarım qətlə yetirirlər.  Bu gün­



lərdə quldurların əli ilə Xasavyurd 

rayon  partiya  komitəsinin  katibi 

Lakin yoldaş  öldürülmüşdür.  Bu 

cür terror aktları başqa rayonlar­

da da həyata keçirilmişdir.

Xarakterik  haldır  ki,  1942-ci 

il  ərzində  13  rayonda  Vilayət 

Partiya -  Komitəsi  katiblərindən 

heç  biri  olmamışdır.  Dağlı  qa­

dınlar  arasında,  kəndlilərlə  apa­

rılan  işlər  xüsusilə  bərbad  vəziy­

yətdədir.  Köklü  Dağıstan xalqla­

rından,  yerli  əhali  arasından 

kadrların  yetişdirilməsinə çox  az 

diqqət  yetirilir.  Vilayət  Partiya

Komitəsində  84  məsul  işçidən 

cəmi  21  nəfəri  Dağıstan  xalq­

larının  nümayəndələridir.  43 

təlimatçıdan  cəmi  7-si  yerli 

əhalidəndir.  Hətta  təlimatçılar 

heyətinin 

burada  yaşayan 

xalqların  dilini  bilmədiyi  bir 

halda  bu  cür  milli  respublika­

da  necə işləmək olar?!.

Qeyd  edim  ki,  Dağıstanda 

80-dən  artıq  xalq  və etnik  qru­

pun  nümayəndələri  yaşayırdı 

ki,  onlardan  sayca  ən  çoxu 

avarlar,  darginlət,  kunııklar, 

ləzgilər,  laklar,  azərbaycanlı­

lar,  tabasaralılar,  ruslar,  no- 

qaylar,  rutııllar,  tatlar  idi.  Res­

publikanın ınilli-etnik cəhətdən nə 

qədər qəliz region olduğu, insanla­

rın bir qismində alınanlara rəğbət, 

digər  qismimlə  isə  ruslara  Şeyx 

Şamil  dövründən  qalma  kin,  qə­

zəb və intiqam hissləri nəzərə ahn- 

sa,  burada  yaranmış  vəziyyətin 

necə  ağır  olduğunu  təsəvvür  et­

mək  qətin  deyildi.  Elə  ən  böyük 

problemlər də buradan başlayırdı. 

Bu  qədər  m üxtəlif  xarakterli, 

fərqli adət-ənənələri olaıı  xalq  və 

tayfaları  yekdil  bir  ailədə  birləş­

dirmək,  üınunıi işin qələbəsinə sə­

fərbər etmək lazını idi.

Əziz  Əliyev  vətəni  Azərbay­

canda  nail  olduğu  güclü  zəka, 

bacarıq  və  təcrübə  potensialını 

bir  daha  səfərbər  edərək,  bütün 

qüvvəsi  ilə  işə  başlayır.  O,  gecə­

ni-gündüzə qatıb  iki  mindən  çox 

kəndə,  aula  gedir,  minlərlə  ağ­

saqqalla  görüşür,  dağlara,  meşə­

lərə çəkilən gənclərin yaşayış yer­

lərinə  qayıtmasının,  cəbhədə  və 

arxada  xarüqələr  yaratmasının 

təşkilatçısı olur.

Kumtorqala.  Buynaksk,  Qa- 

rabulaxkənd.  Batlix. Qunib.  Ser- 

qoqala.  Qasımkənd,  Axvax.  Ba- 

bayurl.  Ka/bek.  Unsukul. Qurn- 

bet.  Lcvkin,  Aküş,  Daxazayev, 

Tsuntisk.  Tlyaratinsk,  Kaxit, 

Lak. Kuli. Aqul və Kurax rayon­

larında,  Buynaksk,  Mahaçqala 

və  Dərbənd  şəhərlərində  parti­

zan dəstələri yaradılır. Əhali təd­

ricən  yaşayış  yerlərinə  qayıdır. 

Təsərrüfat  işlərini  bərpa  edib 

qaydaya  salmaq  mümkün  olur. 

Gənclərin  ordu  sıralarına  yazıl­

ması  işi  gücləndirilir.  Özünümü­

dafiə  dəstələri  təşkil  edilir.  Dağ 

cığırları  müəyyənləşdirilir.  Da­

ğıstanda  yerləşən  hərbi  qoşun 

hissələrinə yerli bələdçilər təhkim 

olunur.  Təxribatçıları  aşkara  çı­

xarıb  zərərsizləşdirmək  üçün  qı­

rıcı dəstələri yaradılır.

Əziz  Əliyev  aylarla  əsgər  is­

tehkamlarına baş çəkir,  əsgərlərlə 

birlikdə gecələyir.  Dəfələrlə qara- 

çovğuna  düşür,  qara  yapıncısına 

bürünərək gecəni maşıınndıı keçi­

rir.  Cəbhəni silahla,  əsgərləri pal­

tarla,  əhalini yeməklə  təmin  edir. 

Orduya  səfərbər  olunan  kişiləri 

qadınlar,  qocalar,  yeniyetmələr 

əvəz etməyə başlayır.  Əlıali tədri­

cən  müharibə  dövrünün  tələbləri­

nə uyğunlaşır, intizam möhkəmlə­

nir.  Şəhərlərdə yeni  sənaye  sahə­

ləri yaradılır.  400 min hektara ya ­

xın  əkin  sahəsinin  çox  hissəsinin 

taxılçılığa  ayrılması  istiqamətin­

də  işlər  genişləndirilir.  2  mindən 

çox  kənd

  »v 


aulu  birləşdirərək 

700-ə  yaxın  kolxoz  və  sovxozun 

fəaliyyəti diqqət  mərkəzində  sax­

lanılır.  Müharibə illərində  bir nə­

fər də olsun acından  adam ölməsi 

halı  baş  vermir.  Yeni  xəstəxana 

ıv 


hərbi  hospitallar  açılıb  güclü 

həkinı-miitəxəssis qrupu ilə təchiz 

olunur.  Cəbhədən minlərlə yaralı,

•  şikəst  döyüşçülər  qəbul  olunub 

‘ 

müalicə edilir ki,  onların əksəriy­



yəti sağalıb yenidən  cəbhə  bölgə­

lərinə qayıdır,  şücaətlə vuruşur.

Birinci  katib  əsgər  ailələrinə 

baş çəkir,  onların qayğısı  ilə ma­

raqlanır,  övladları  ilə  söhbət 

edir,  onları  qələbə  əzminə  ruh­

landırır,  qəlblərində  buna  möh­

kəm  inam yaradır.

T.Talıblının  “Əziz  Əliyev: 

dövrü,  həyatı,  şəxsiyyəti”  kita­

bında  Dağıstanın  həmin  dövrdə­

ki  belə  bir  probleminə də aydın­

lıq  gətirilərək  qeyd  olunur  ki, 

respublikada  bütün  idarə  və  təş­

kilatlarda  rəsmi dil  kimi  rus dili-



Vətəninin 

 



xalqının  adına 

şərəf gətirən  azərbaycanlı

1942-ci ilin  16 sentyabr günündd yurdumuzun h y a p tli 

övladı  Əziz  Əliyev Qardaş Dağıstana rdhbdr tdyin olundu

nin  işləndiyi  bir  şəraitdə  milli 

kadrlar yetişdirmək çox çətin idi. 

Camaat  rus dilini  yaxşı  bilmirdi, 

milli  dillərdə  də  nə  kitab,  nə  də 

məktəb vardı.  Hətta dağlı xalqla­

rının  əksəriyyətinin  əlifbası  belə 

yox idi.


Yerli  xafqtarm  nümayəndələ­

rindən  kadrlar hazırlamaq, onla­

rı  sənayenin,  ticarət  və  nəqliyyat 

müəssisələrinin,  partiya  işində 

irəli  çəkmək  üçün  ibtidai  və orta 

məktəblər,  o  cümlədən  ali  mək­

təblərə  qəbul  üçün  hazırlıq  kurs­

ları  təşkil  edilirdi.  Milli  məktəb­

lərdə ana  dili  ilə yanaşı,  rus  dili­

nin  tədrisinə də  xüsusi  fikir veri­

lirdi.  Çünki  ali məktəblərin əksə­

riyyətində  təhsil  rus  dilində  idi, 

eyni zamanda, yüksək  partiya  və 

digər  orqanlar  üçün  işçiləri  əsa­

sən  Moskva  hazırlayırdı.  Bu  ba­

xımdan  rus  dilinin  tədrisinə  bu 

cür  diqqət  yetirilməsi  dövrün  zə­

ruri  tələblərindən  irəli gəlirdi.

Müharibə  dövrünün  ağır  və 

məşəqqətli  günləri  olsa  da,  mək­

təb,  Dağıstan  xalqlarının  təhsilə 

cəlb  olunması  məsələsini  Əziz 

Əliyev heç  vaxt unutmurdu,  dai­

ma  digqət  mərkəzində  saxlayır­

dı.  Müharibə  və  cəbhə  ilə  bağlı 

problemlər  vaxtım  nə  qədər  çox 

alsa  da,  təhsil  məsələsinə  Dağıs­

tan  xalqlarının  gələcəyi  kimi  ba­

xan azəri oğlu ucqar dağ kəndlə­

rində  belə  məktəblərin  vəziyyəti 

ilə  maraqlanır,  müəllimlərlə  tez- 

tez görüşürdü.



Dağıstanda  təşkil  olunmuş 

azərbaycanlılardan  ibarət  divizi­

ya,  Dağıstanın  polkları

  ıv 


digər 

ordu  birləşmələri  öz  vəzifələrini 

şərəflə  yerinə  yetirir.  Düşmənin 

Dağıstan  ərazisinə,  oradan  da 

Azərbaycan  torpağına  ayaq  bas­

masının qarşısı alınır.  Diviziya di­

gər  ordu  hissələri ilə  birlikdə  hü­

cuma  keçərək,  Şimali  Qafqazın, 

Rostov  vilayətinin,  Taqanroqun 

azad edilməsində şücaət  və qəhrə­

manlıq nümunələri göstərir,  Berli­

nə qədər şər əfi i yo l keçirlər.

Müharibə  zamanı  Dağıstan 

zəhmətkeşləri  istər  cəbhədə,  is­

tərsə  də  arxada  mərdlik,  qəhrə­

manlıq, vətənə sonsuz sədaqət və 

məhəbbət  duyğuları  nümayiş  et­

dirir.  50  nəfər  dağıstanlı  “Sovet 

İttifaqı Qəhrəmanı" şərəfli adına 

layiq  görülür.  25  mindən'çox dö­

yüşçü  orden  və  medallarla  təltif 

olunur.

Dağıstan  ziyalısı  Nəsir  Hey­

dərov  xatirəsində  bəhs  edir  ki, 

ataın  Əli  Heydərov  ıızun  müddət 

Əziz  Əliyevlə bir yerdə çiyin-çiyi­

nə çalışıb.  Ataııı  1942-ci ildə  Da­

ğıstan  Meşə  Sənayesi  Komitəsi­

nin sədri vəzifəsində işləyirdi.  On­

da Əziz Mamedoviç Dağıstan  1

7- 


layət  Partiya  Komitəsinin  birinci 

katibi idi.

Əziz  Əliyev  Dağıstanın  sal­

naməsində  silinməz  izlər  qoydu. 

Dağlılar  arasında  qardaşlığa, 

dostluğa,  birliyə  qoyulan  təməl 

Əziz  Əliyevin  xidmətlərindən  ən 

böyüyü  sayılmalıdır.  O  ağır  mü­

haribə illərinin aclıq,  fəlakət, da­

ğıntısı bütün  Dağıstanı  bürüdüyü 

bir  vaxtda  Əziz  Əliyev  bir  xilas­

kar kimi özünü yetirdi.  Xalqı bü­

tün  faciə  və  bəlalardan  qoruyub 

çıxara  bildi. Əziz  Əliyev dağlıla­

rın  həyatında  böyük  bir  tarixi 

missiyanı  öz  üzərinə  götürdü  və 

onu şərəflə yerinə yetirdi.

Əli  Heydərov daha sonra oğ­

luna danışırmış ki, Əziz Əliyevin 

qorxmazlığı,  işgüzarlığı  əsl  mö­

cüzə  idi.  O,  kabinetdə  çox  az 

olardı.  Vilayətin  hər  yerində  gö­

rünərdi.  Ən  ağır, ən çətin  sahələ­

rə şəxsən özü  baş çəkərdi.  O,  hə­

mişə  yollarda  olardı.  Rayonlara 

gediş-gəliş  çətin  olsa  da,  Raqul, 

Rutul,  Axtı  rayonlarına  tez-tez 

gələrdi.  Əhalinin  problemlərini 

şəxsən özü öyrənərdi.  Dağıstanın 

həyatında  misilsiz  əhəmiyyəti 

olan  Samur-Dəvəçi  kanalının 

açılışı  da  Əziz  Əliyevin  adı  ilə 

bağlıdır.  Bu  kanalın  tikintisində 

bütün  xalqların  nümayəndələri 

əlbir işləyirdilər.



Əziz  Əliyev ictimai-siyasi xa­

dim,  partiya  rəhbəri  kimi  Dağıs­

tanda çox  böyük  işlər görür.  Da- 

ğıstanlıların köçürülməsi planının 

qarşısını  alan  Əziz  Əliyev  tarixi 

xidmətlərinə görə  Dağıstanda  əf­

sanələşməyə başlayır.

Dağlıların  dediyinə  görə, 

Əziz Məmmədkərim oğlunun sa­

dəliyi,  təvazökarlığı  insanların 

ürəyində  məhəbbət  duyğularını 

günü-gündən  artırır.  Deyirlər  ki. 

Əziz  Əliyev  qarşıda  onu  böyük 

qonaqlıqlar  gözləsə  də,  yolda 

çantasından  çörək  çıxarıb  süfrə 

düzəltməyi sevərmiş.

Dağıstanın  partiya  xadimi 

M.Umaxanov  xatirəsində  Əziz 

Məmmədkərim  oğlunun  xarak­

terinin  ən gözəl cəhətlərindən  bi­

ri  haqqında  -  insanların  məişəti­

nə, normal həyat tərzinə, iş şərai­

tinə  qayğısı  barədə  də  bəhs  edib 

deyir ki,  bu  gözəl  məziyyət onun 

şəxsən  mənə  münasibətində özü­

nü  qabarıq  şəkildə  büruzə  ver­

mişdir.  Ordudan  qayıdandan 

sonra  yarım  ildən  çox  mehman­

xanada  yaşadını.  Əziz  Əliyev 

yoldaş  bundan  xəbər  tutaraq. 

“ Dağneff'in  rəisi  V.Blaşenkonu 

(o  çəlin  illərdə  Mahaçqalada

mənzil  tikintisini  yalnız  bu  təş­

kilat aparırdı),  maliyyə-təsərrü­

fat  şöbəsinin  müdiri  S.Elsonu 

və məni yanına çağırtdırdı.  Bla- 

şenkodan  soruşdu  ki,  onun  sə­

rəncamına  bir  mənzil  ayıra  bi­

lərmi? O da cavab verdi  ki,  çox 

çətindir,  ancaq  indi  ki.  birinci 

katib  xahiş  edir,  mümkündür. 

Əziz  Məmmədkərim  oğlu  söh­

bətə  tezcə  yekun  vurdu: 

“Bu 

mənzili təmir edin  və  Umaxanov 

yoldaşa  verin”.

Bu bir epizodda  Əziz Əliye­

vin insanlara böyük qayğısı, on­

ların  şəxsi  həyatına  diqqəti  ay­

dın şəkildə görünür.  M.Umaxa­

nov  daha  sonra  əlavə  edir  ki, 

heç  də  təsadüfi  deyildi  ki, 

adamlar  onun  yanına  açıq 

ürəklə  gedir  və  həmişə  də  yar­

dım alır, xoş söz eşidirdilər.



Əziz  Əliyev  adamlarımızın 

ehtiyacını həmişə dərindən duyıır 

və onlara alicənablıqla kömək əli 

uzadırdı.  Hər  bir  insana  qəlbən 

havadar  çıxır,  taleyində  yaxın­

dan  iştirak  edir,  ən  yaxşı  əməli 

və  əxtaqi  keyfiyyətlərini  hiiruzə 

verməkdə  ona  lazımi şərait  yara­

dırdı.  Yeri  gəlmişkəıı  deməliyəm 

ki,  şəxsən  mənim taleyimdə,  düz­

gün  həyat  yolu  seçməyimdə  və 

fəaliyyətimdə  də  Əziz  Məmməd- 

kərim oğlunun  böyiik  rolu olmuş­

dur...

RSFSR  xalq  artisti  Həmid 

Rüstəmovun  söhbətinə  görə, 

1944-cü  ilin  baharında  Mahaç­

qalada  sanitariyanm  vəziyyəti 

xarablaşır.  Müxtəlif şəhər və res­

publikaların  evakuasiyada  ol­

muş  saysız-hesabsız  vətəndaşları 

köçüb  gedəndən  sonra  şəhərin 

park və küçələrini zir-zibil  yığın­

ları  basır ki,  bu da epidemiya tö­

rədə  bilərdi.  Elə  həmin  vaxt  tə­

mizləmə  üzrə  elliklə  ümumşəhər 

iməcliyi elan  olunur.  Camaat sə­

hər  saat  8-də vağzalyanı  meyda­

na  gələndə  Əziz  Əliyev  yoldaşı 

büro üzvləri ilə birlikdə əlində bel 

şəhəri  təmizləyən  görür.  Onun 

şəxsi nümunəsi və əzmkarlığı ha­

mıya örnək olur.

Dağıstanın  xalq  şairi  Rəsul 

Həmzətov  yazır  ki,  1944-cü  ildə 

Əziz  Əliyevin  şəxsi  təşəbbüsü  ilə 

şair-atam  H.Sadasanın  yaradıcı­

lıq  fəaliyyətinin  50  illik  yubileyi 

keçirildi.  O,  vətənin  yüksək  mü­

kafatı  -  Lenin  ordeni  ilə  təltif 

olundu. Atamı elə ilk dəfə təbrik 

edən də Əziz Əliyev oldu.

...Atamın  yubiley  təntənəsi 

ərəfəsində  faşistlərlə  ölüm-dirim

vuruşmalarında  ortancıl  qarda­

şım da  həlak  olmuşdu,  igidlərini 

qurban  vermiş  digər  dağlılar  ki­

mi.  bizim  də  sinəmiz  dağlı  idi. 

Əziz Əliyev yoldaş iki oğul itirən 

ailəmizə, 

qohum-əqrşbamıza 

mənəvi  təsəlli  vermək  üçün  ata­

mın şərəfinə hökumət qəbulu dü­

zəltmişdi.  Söhbət  əsnasında  mə­

nimlə  də  maraqlandı,  zarafatla 

soruşdu:  “Gecə  patruluna  daha 

urcah  olmursan  ki?..”  O  vaxt 

mənim  ilk  şeirlər  kitabçam  çap­

dan  çıxmışdı.  Əziz  Əliyev  bun­

dan  xəbərdar  idi.  Məclisdə  məni 

təbrik  etdi.  Onun  xahişi  ilə  bir 

dağlı  rəqsi  oynadım,  məmnun 

qaldı.  Şeir oxutdu-təriflədi.  Mən 

qızışaraq  təkrarən  oynayıb  şeir 

oxuyanda,  mülayimcəsinə  nara­

zılığını  bildirdi:  “Bu  gün  atan 

Həmzət  Sadasanın  yubileyidir, 

bir 

ж 

ağayana ol. Sən dağlı bala­

sısan..." Sonra xəbər aldı:



Rəsul,  sən bizim Səməd  Vur­



ğunu tanıyırsanmı?

Cavab verdim:

-  “Azərbaycan"  şeiri  ilə  onu 

yaxşı  tanıyıram.



Sənin  xəbərin  varım  ki.  Sə­

məd  diinən  Mahaçqalada  idi. 

Azərbaycan  diviziyası  buradan 

keçirdi.  I 'urğıııt da gəlmişdi.  Onu 

özüııı qarşılayıb, yola saldım...

Səməd  Vurğunu  M ahaçqala­

da  görə  bilmədiyim  üçün  dərin 

təəssüfümü  bildirdim.  Fürsət  əl­

dən çıxmışdı...

Dağıstanlı  Həmid  Rüstəmo­

vun  başqa  bir  xatirəsində  yazdı­

ğına  görə,  onun  baş  rejissor  işlə­

diyi  Kumık  Teatrı  1944-cü  ildə 

Üzeyir  Hacıbəyovun  ölməz  “Ar­

şın mal alan” musiqili komediya­

sını  tamaşaya  hazırlayır.  Əziz 

Əliyev  primyeraya  ailəsi  ilə  bir­

likdə gəlir. Tamaşa  ona xoş  təsir 

bağışlayır,  o, məmnun qalır.

H.Rüstəmov 

daha 

sonra 


qeyd  edir  ki,  Əziz  Məmmədkə­

rim  oğlu  imkan  daxilində  teatrı­

mızın  hər  primyerasına  şəxsən 

gəlirdi.  Onun  incəsənətə diqqəti, 

tamaşalarımıza  baxması,  söhbət 

və  mülahizələri  teatrımızın  yük­

səlişində,  təkmilləşməsində  müs­

təsna  rol  oynadı.  Onu  hər  şey 

maraqlandırırdı.  Təkcə  işimizə 

sirayət  etmirdi.  Eyni  zamanda 

həyat tərzimizi,  məişətimizi,  hət­

ta yeməyimizin vəziyyətini də öy­

rənirdi,  lazımi  qayğı  göstərirdi. 

Bir dəfə Əziz Əliyev yoldaşın sə­

rəncamı  ilə xalq  ticarət komissa­

rı  şair  Həmzət  Sadasanı,  aktrisa 

B.Muradovanı,  rəssam  M .C a­

malı,  heykəltəraş O.Xasbulatı və

məni çağırıb bizə yüksək dərəcəli 

ərzaq  kartoçkası  təqdim  etdi. 

Bundan  başqa əlamətdar günlər­

də biz əlavə bayram  payı da alır­

dıq...

Əziz  Əliyev  Dağıstanda  işlə­

yəndə  respublikanın  spesifik  şə­

raitini son  dərəcə dərindən  qavra­

yır,  həssas davranış nümayiş etdi­

rir.  Bu  isə  təbii ki,  öz  növbəsində 

bir-birinə  doğma  olan  Azərbay­

can  və  Dağıstan  xalqlarının  dost­

luq və qardaşlığının daha da möh­

kəmlənməsinə təkan  verir.  Böyük 

xidmətlərinə  ehtiram əlaməti ola­

raq  qədirbilən  dağlı  xalqları 

1946-cı  ildə  Əziz  Əliyevi  SSRİ 

Ali  Sovetinə  yekdilliklə  özlərinin 

layiqli elçisi seçirlər.

Müharibə  dövründə  olduğu 

kimi  müharibədən  sonrakı  illər­

də  də  Əziz  Əliyev  respublikada 

özünəməxsus  tükənməz  enerji  ilə 

çalışır.  Həmin illərdə Dağıstanda 

elm və təhsillə bərabər, iqtisadiy­

yatın, mədəniyyətin də inkişafına 

böyük  qayğı  göstərir.  M ahaçqa­

lada  elmi-tədqiqat  bazası  olan 

akademik  mərkəz,  sonra  isə 

SSRİ  Elmlər  Akademiyasının 

Dağıstan  filialı  yaradılır.  Ali 

məktəblilər  bazası  genişləndiri­

lir.  Dağlı qızların  orta və ali  təh­

sil  məsələsi,  mütəxəssis  qadın 

kadrların  hazırlanması,  onların 

respublikanın  təsərrüfat  və  icti­

mai həyatına cəlb olunması  işinə 

xalqımızın  ləyaqətli  oğlu  misilsiz 

əmək  sərf  edir.  Onun  bilavasitə 

iştirakı  ilə  Dağıstanda  Qadın 

Müəllimlər  İnstitutu  və  Qadın 

Pedaqoji  Məktəbi açılır.



Dağıstan  zəhmətkeşləri isə  öz 

növbələrində Əziz  Məmmədkərim 

oğlunun  əziz  xatirəsini  ürəklərdə 

böyük  məhəbbət,  dərin  ehtiranı, 

sonsuz  hörm ət-izzətlə  qoruyub 

saxlayırlar.  Dağıstanın  paytaxtı 

Mahaçqalamn  küçələrindən  biri 

və  Dərbənd rayonunda  ən  iri mü­

əssisələrdən  biri  Ə ziz  Əliyevin 

adını daşıyır.  Onun vaxtı ilə yaşa­

dığı  evin  divarına  xatirə  lövhəsi 

vurulmuşdur.

Doğrudur, Əziz Əliyevin Da- 

ğıstandakı  misilsiz  xidmətlərin­

dən  bir  qəzet  səhifəsində  ətraflı 

bəhs etmək mümkün deyil. Onun 

qardaş diyarda gördüyü əbədiya­

şar işlər qalın-qalın kitabların sə- 

hifələring,  tarixin  yaddaşına  kö­

çürülməkdədir.  Bu  gün  dost res­

publikada  onlarla  ziyalı  Əziz 

Əliyevin  Dağıstan  fəaliyyətinə 

elmi  işlər,  həsr  edir,  doktorluq 

dissertasiyaları müdafiə olunur.

Vətən  övladının  öz  xalamın 

adına  bəxş  etdiyi sərəf və  hörmət 

duyğuları  milyonlarla  azərbay­

canlının  ömür  bovıı  qəlbində  ya­

şayacaqdır.

Reyhan Mirzəzadə, 

puhlisist-politoloa

Türkiyənin  qeyri-hö­

kumət  təşkilatlan,  həm­

karlar  ittifaqları  və  hü­

quq-müdafiə  təşkilatları 

bazar  ertəsi  eks-prezi­

dent 

Kənan 

Evrenin 

1980-ci ildə hərbi çevriliş 

təşkil etdiyinə görə məh­

kəməyə cəlb edilməsi ba­

rədə  ərizə  veriblər.  Bu 

barədə  “Sinxua”  agent­

liyi məlumat yayıb.

istefada  olan  gene­

ralın  məhkəməyə  cəlb 

olunması  bazar  günü 

keçirilən  referendumda 

konstitusiyaya  düzəliş­

lərin  qəbul  edilməsi  nə­

ticəsində  onun  məhkə­

mə  toxunulmazlığından 

məhrum  edilməsindən 

sonra  mümkün olub.

Türkiyə  KlV-in  mə­

lumatına  görə,  hakim 

Ədalət  və  inkişaf Parti­

yasının 

təklif  etdiyi 

konstitusiya  dəyişiklik­

lərinə  səsvermədə  işti­

rak  edənlərin  58  faizi 

onun  lehiııa,  41.98  faiz



Türkiyədə 1980-ci il hərbi çevrilişinin  

təşkilatçısı məhkəməyə verilib

isə əleyhinə səs verib.

Referendumda  seçi­

cilərin  seçki  məntəqələ­

rinə gəlişi 77,55  faiz təş­

kil  edib,  onların  əksər 

hissəsi 

kürd 


azlığın 

kom pakt  yaşadığı  ra ­

yonların payına düşür.

Türkiyə  Parlamenti 

tərəfindən  may  ayında 

qəbul edilən  konstitusiya 

düzəlişləri  paketinə  qüv­

vədə olan və 1980-ci ildəki 

hərbi çerrilişdən sonra qə­

bul  edilən  konstitusiyaya 

26 düzəliş daxildir.  Onlar 

məhkəmə  sistemində,  o 

cümlədən,  Konstitusiya 

Məhkəməsi,  hakim  və 

prokurorların  Ali  Şura­

sında  islahatların  keçiril­

məsini,  ıııülki  məhkəmə 

instansiyalarının hərbçilə­

rə  münasibətdə  cinayət 

işinin  açılmasım,  siyasi 

partiyaların  buraxılması 

haqqında

 

•cinayət  işinin 



açılınası  iizrə  səlahiyyət­

lərin  Apelyasiya  Məhkə­

məsindən  Parlamentə  ve­

rilməsini nəzərdə tutur.

Hüquq müdafiəçiləri 

A nkara,  İstanbul.  İz­

mirdə  Evren  və  çevrili­

şin  iki  başqa  liderinin 

mühakimə olunması  tə­

ləbi  ilə  şikayət  ərizəsi 

təqdim ediblər.



1980-ci  il  sentyabrın 

12-də  baş  vermiş  dövlət 

çevrilişi  nəticəsində  50- 

y ə   yaxın   adam  edam 

olunub,  yü z  minlərlə  in­

san  həbs  edilib,  bir  çox­

ları  işgəncələrə  məruz 

qalıb;  yüzlərlə  insan

həbsdə  vəfat  edib,  bir 

çoxları itkin düşüb.  Çev­

rilişdən  sonra  Türkiyə 

Baş  Qərargahının rəhbə­

ri  general  Evren  prezi­

dent olub

  və 


1989-cu  ilə­

dək  hu  vəzifəni tııtub.

Evrenin 


sözlərinə 

görə,  beş  min  insanın 

həlak  olmasına  səbəb 

sol  və sağ qruplaşmalar 

arasındakı  çoxillik  zo­

rakılıqlara  son  qoymaq 

üçün  hərbçilərin  müda­

xiləsi zəruri  idi.



Xatırladaq  ki.  2009- 

cu  ildə  “H ürriyyət”  qə­

zetinə 

müsahibəsində 

Evren çevriliş təşkil etdi­

yinə  görə  məhkəməyə 

cəlb о!и пае ağı ha!du.  in­

tihar edəcəyini hUdirmis-

di. 

ШШШШШШШШШк

Yüklə 112,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə