«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L



Yüklə 96,9 Kb.

tarix19.10.2018
ölçüsü96,9 Kb.


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

39 



M E H M E T        Ü N A L



 



 

TƏSƏVVÜF TARİXİNDƏ CƏLVƏTİLİK



 



 

 

Ключевые  слова:  джалватиййа,  тарикат,  тасаввуф,  исламская 

философия.   

Açar sözlər: cəlvətilik, təriqət, təsəvvüf, islam fəlsəfəsi 

Key words: calvatiyya, tarikat, tasavvuf, Islamic Philosophy 

 

Saysız  təriqətlər  üsul  və  metod  fərqliliyi  ilə  qollara  ayrılmış  və  ya  yeni 



adlarla  başqa  təriqətlər  qurulmuşdur.  Cəlvətilik  təriqəti  də  xəlvətilik 

təriqətindən ayrılaraq formalaşan bir təriqətdir.   

Ərəb  dilində  "cələ"  kökündən  törəyən  "ortaya  çıxma,  peyda  olma" 

mənasını verən cəlvət, təsəvvüf termini kimi "salikin mənliyindən təmizlənmiş 

və  ilahi  xüsusiyyətlərlə  bəzənmiş  şəxsin  xəlvətdən  çıxıb  insanlara  qarışması 

mənasını verir". (1) 

   Salikin

1

  müəyyən  bir  müddət  dünyada  heç  bir  işlə  məşğul  olmadan 



tamamilə  inzivaya  çəkilməsi,  bu  müddət  ərzində  bütün  pis  və  çirkin 

xüsusiyyətlərindən  əl  çəkib  yaxşı  və  gözəl  xasiyyətlər  əldə  etməyə  çalışması 

xəlvət,  bu  işi  bacardıqdan  sonra  sosial  həyata  geri  dönməsinə  isə    cəlvət 

deyilir. Cəlvət halındakı qulun mənliyi yox olduğu üçün onun hərəkətləri Haqqa 

aid edilir və bu halda "...Atarkən sən atmadın, ancaq Allah atdı" (2) ayəsi dəlil 

göstərilir (3). 

Tədqiqatçı S.Əraydın cəlvətiyyənin bir təriqətin adını ifadədən daha çox 

əslində  bütün  təriqətlərin  müştərək  əsasını  təşkil  etdiyini  vurğulamışdır  (4).   

Xalq  ilə  yaxşı  münasibət  qurmağa,  yəni  cəlvətə  ehtiyac  duyan  bir  sufi  mütləq 

Haqq  ilə  möhkəm  bir  xəlvətə  malik  olmalıdır.  Ancaq  onun  sayəsində  onun 

cəlvəti  xəlvətinin  himayəsində  yaşaya  bilər.  O  zahirdə  xalq,  batində  isə  Haqq 

                                                           

 Süleyman Demirel Üniversitesi fənn-ədəbiyat fak. mehmetunal@sdu.edu.tr



 

  Təsəvvüfün  irfani-fəlsəfi  və  sosial  təlimi  olan  xəlvətiyyə  haqqında  elmi  ədəbiyyatda  mövcud  olan 



bəzi  uyğunsuzluq  və  qeyri  səlislilik  halları  nəticəsində  təsəvvürlərin  müəyyən  qədər  birtərəfli 

olmasını,  hətta  bəzən  Seyyid  Yahya  Bakuvinin  yubileyinin  keçirilməsi  zamanı  nəşrlərdə  yol  verilmiş 

saxtalaşma  hallarını  nəzərə  alaraq  mütəfəkkirin  yubileyinə  həsr  olunmuş  konfrans  məruzələrinin 

tezislərini nəşr etdirmək ilə yanaşı biz jurnalımızın səhifələrində elmi ictimaiyyəti, eləcə də xəlvətiyyə 

cərəyanının fəlsəfəsini və sosial platformasını ilkin mənbələr əsasında araşdıran bir sıra tədqiqatlarla 

da tanış etmək qərarına gəlmişdik. – Red. 

Azərbaycan  dilinə  tərcümə:  f.ü.fəls.d.  Rahil  Nadir  oğlu  Nəcəfov,  AMEA  Fəlsəfə  və  Hüquq  İnstitutu, 



rnacafov@gmail.com

 

 



1

 Salik – təsəvvüfdə mənəvi təmizlənmə yolunda olan    insanı belə adlandırırlar. 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

40 



ilədir.  Cəlvətdə  ikən  xəlvətdə,  xəlvətdə  ikən  cəlvətdədir.  Cəlvəti  xəlvətinə, 

xəlvəti  cəlvətinə  mane  deyil.  İlk  sufilərin  "kövn-bövn"  dedikləri  bu  hal  daha 

sonralar  cəlvət-xəlvət  deyimiylə  ifadə  edilmişdir.  Nəqşibəndilik  təriqətində 

"xəlvət dər əncümən" (içində Haqq ilə olma) ifadəsi də bu mənada işlədilmişdir 

(5).   

Cəlvətilik,  cəlvətə  mənsub  olanlara  ümumilikdə  verilən  addır.  Cəlvət 



xəlvətdən çıxmaqdır. Bu anlamda “hər şeyi çıxarmaq, həqiqət paltarını geymək” 

deməkdir.  Xəlvət  ilə  cəlvət  arasında  məna  və  yazılış  baxımından  yalnız 

nöqtədən başqa bir fərq yoxdur. Cəlvət xəlvətiyyənin bir qolu kimidir (6). 

Cəlvət  və  xəlvət  sözləri  başlanğıcda  bir  mövqe,  vəziyyət  ifadə  edərkən 

daha  sonralar  iki  ayrı  təriqətin  adlarına  çevrilmişdir.  Cəlvətilik  təriqətinin  ilk 

qurucusu olaraq müxtəlif şəxslərin adları çəkilir. Bu müxtəlif rəvayətləri qeyd 

edən  xəlvəti  şeyxi  İsmayıl  Haqqı  Bursalı  deyir:  "Cəlvətiyyə  təriqəti  İbrahim 

Zahid Gilani (öl. 700/1300) dövründə aypara, Üftadə (öl. 988/1580) zamanında 

yarım ay; Huda (öl. 1038/1628) əsrində isə bütöv ay vəziyyətində oldu" (7). 

Muhyiddin  İbn  Ərəbiyə  görə,  insan  harada  olursa-olsun,  göz  qabağında 

olduğundan  sözün  tam  mənasıyla  xəlvət  mümkün  deyil.  Xəlvətdə  gizlilik 

şərtdir.  Həqiqi  xəlvət  qulun  öz  bədəninin  Allaha  aid  olduğunu  bilərək 

mənliyindən  sıyrılması  və  dünyada  açıq,  görünən  hər  şeyin  Allah  olduğunu 

anlamasıdır.  Bu  idraka  çatan  şəxs  hər  yerdə  və  hər  şeydə  təcəlli  edən  Allahı 

görəcəyindən cəlvətdə olsa belə xəlvətdədir. Bundan başqa, İbn Ərəbi cəlvətin 

daha üstün bir hal olduğunu vurğulayır (8). 

Cəlvətilik,  Üftadə,  sonra  Xıdır  Dədə,  ondan  sonra  da  Ağbıyıq  Sultan 

vasitəsiylə Hacı Bayram Vəliyə gedib çatdığı üçün bayramiliyin bir qolu sayılır. 

Bayramilik  ilə  cəlvətilik  silsiləsinin  bu  mənada  bir  yaxınlığı  vardır.  Bununla 

bərabər, bayramilik silsiləsinin nəqşibəndilik ilə əlaqəsinə görə cəlvətilik ondan 

da bəzi izləri qoruyub saxlayır. Məsələn, nəqşibəndilikdəki "nəzər ber qədəm", 

"xəlvət der encümen" və "hafisi zikr" kimi anlayışlar cəlvətilikdə də vardır

2

 (9).   


Cəlvətilik  ilə  xəlvətilik  zühurları  etibarilə  İbrahim  Zahid  Gilani  ilə 

birləşdikləri kimi daha sonrakı silsilələrində də bir yaxınlıq gözə dəyir. Şəxsən 

                                                           

2

  Cəlvətilik  təriqəti  Üftadədən  sonra  daha  da  inkişaf  edərək  elm  və  əməli  cəhətdən  zəngin  bir 



ənənəyə  malik  oldu.  Yalnız  Hüdayi  və  İsmayıl  Haqqı  Bursəvinin  əsərləri  bu  ənənəni  anlamaq  üçün 

kifayətdir.  Osmanlı  padşahlarının  bəzilərinin  bu  təriqətə  mənsub  olması  təriqətin  həm  xüsusiyyət, 

həm də vəziyyəti  baxımından Osmanlı cəmiyyətində aktiv olduğunu göstərir. Osmanlı padşahlarının 

bu təriqətə mənsubiyyəti padşahların təriqətə əhəmiyyət verməsi və şeyxlərin bəzilərinin padşahlarla 

münasibət qurması barədəki məlumat araşdırmağa möhtac olsa da bu məlumatın həqiqətə yaxın ola 

biləcəyini  düşünməyə  əsas  verir.  Yalnız  Osmanlı  padişahları  deyil,  siyasət,  hərb,  fikir  və  sənət 

dünyasının  böyüklərinin  bu  təriqətdən  təsirləndikləri  müşahidə  olunur.  Cəlvətilik  həm  xüsusiyyət, 

həm də vəziyyət baxımından türklər və Osmanlı cəmiyyətinə olduqca çox təsir etmişdir. 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

41 



Hüdayinin:  "Bizim  yolumuz  həm  xəlvətilik,  həm  cəlvətilikdir”,  –  deyərək 

cəlvətiyyə ilə xəlvətiyyəni əlaqəli qəbul etdiyini göstərir. Xəlvətiyyə təriqətinin 

Cəlvətiyyəyə  silsilə  etibarilə  olan  yaxınlığından  başqa  həmdə  məqsəd 

baxımından da bir-birləriylə həmahəng olduğu görünür. Buna misal olaraq, hər 

iki  təriqətin  mənimsədiyi  "tövhid  və  əsma"  (əsma  –  isimlər,  Tanrının  adları 

deməkdir – R.N.) zikirlərini verə bilərik (10). 

Cəlvətilik  təriqəti  silsiləsinin  Əziz  Mahmud  Hüdayiyə  qədər  olan 

şəcərəsini Səlcuq Eraydın “Təsəvvüf və təriqətlər” adlı əsərində belə vermişdir: 

“Hz. Məhəmməd Mustafa (s.ə.s.) 11/632; Hz. Əli Murtaza 48/668; Həsən Bəsri 

110/728; Həbib Naşı 150/767; Davud Tai 184/800-801; Məruf Kərxi 200/815; 

Səriyyi-i Şikəst 253/867; Cüneyd Bağdadi 297/909; Mimşad Dinəvəri 367/977; 

Məhəmməd Dinəvəri 367/977; Məhəmməd əl-Bəkr 400/1009; Qazi Vəhyəddin 

və  ya  Vəcihəddin  452/1060;  Ömər  əl-Bəkri  487/1094;  Əbun-Nəcib  Ziyaəddin 

əs-Sührəvərdi  563/1167;  Qütbəddin  Əbhəri  623/1226;  Şihabəddin  ət-Təbrizi 

638/1240;  Seyyid  Cəmaləddin  ət-Təbrizi  əl-Əzhəri  672/1273;  İbrahim  Zahid 

Gilani  700/1300;  Səfiəddin  Ərdəbili  735/1334;  Sədrəddin  Ərdəbili;   

794/1392;  Əlaəddin  Əli  Ərdəbili  833/1429;  Həmdüddin  Ağsarayi  815/1412; 

Hacı Bayram Vəli 833/1429; Ağbıyıq Məczub 860/1455; Xıdır Dədə 918/1512; 

Muhəmməd  Muhyiddin  Üftadə  988/1580  27;  Əziz  Mahmud  Hüdayi 

1038/1628" (11).   

Cəlvətilik  təriqətinə  daxil  olan  şəxsin  aclıq,  susuzluq,  süluk,  (12)  və 

uzlətə (14) alışma zəruriliyi vardır. Cəlvətilik, tam mənasıyla sünni təriqətidir. 

Bu  təriqətdə  süluk  səma  ilədir.  Cəlvətilik  təriqətində  müridin  vəzifələri 

bunlardır: 1) mürid hər gün l00 istiğfar (bağışlanma), 700 kəlmeyi-tövhid, beş 

vaxt namazdan sonra salavat gətirmək; 2) iki rükət “İsra” namazı qılmaq; 3) altı 

rükət  “Duha”,  12  rükət  təhəccüd  namazları  qılmaq;  4)  boş  vaxtlarında  Quran 

oxuyaraq anlamaq; 5) rəcəb-şaban və ramazan ayını oruclu keçirmək; 6) şəvval 

ayında 6 gün oruclu olmaq; 7) məhərrəm, rəbiul-əvvəl və zilhiccə aylarında gün 

oruc tutmaq; 8) həftədə iki gün (bazar ertəsi-cümə axşamı) oruclu olmaq (14). 

Bütün  təriqətlərdə  olduğu  kimi,  cəlvətilikdə  də  Haqqa  daha  tez 

qovuşmaq  üçün  bir  mürşidi-kamilə  bağlanmanın  zəruriliyi  vardır.  Mürid 

mürşidini  seçərək  ona  bağlandıqdan    sonra  mürşidinin  təlimatına  uyğun 

olaraq,  kamillik  yolunda  zikr  və  mənəvi  mübarizəyə  başlayır.  İlk  və  ən 

əhəmiyyətli zikr, kəlmeyi-tövhid, yəni "Lə ilahə illallah" sözüdür. Buna “tövhid 

zikri”  də  deyilir.  Mürid  ilk  zamanlar  tövhid  zikrini  edərkən  "Lə  məbudə   

illallah"  mənasını  düşünər.  İkinci  mərhələdə  kəlmeyi-tövhidi  "Lə  Məqsum 

illallah"  mənası  ilə  zikr  edər.  Üçüncü  mərhələ  də  isə  tövhidi  "Lə  mövcudə 

illallah"  (Allahdan  başqa  mövcud  yoxdur.)  mənası  ilə  zikr  edər.  Mürid  ona 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

42 



tövhid  nuru  zahir  olana  qədər  bu  zikrinə  davam  edər.  Cəlvətilik  təriqətində 

ikinci  əhəmiyyətli  zikr  Allahın  yeddi  ismi-şərifi  anlamında  olan  "əsmai-səbə" 

zikridir.  Bunlar  "Lə  ilahə  illallah",  Allah,  Hu,  Haqq,  Hayy,  Qəyyum,  Qəhhar 

zikirləridir. Bu yeddi ad, nəfsin yeddi mövqeyinə nüfuz edir.   

Cəlvətilik  təriqətinə  girən  müridə  şeyx  bunları  təlqin  və  tövsiyə  edər: 

mürid  mürşidin  verdiyi  təlimatın  xaricinə  çıxmaz  (15).  Hər  gün  100  dəfə 

"Əstağfirullah əl-azim" deyilməlidir. Hər gün Peyğəmbər Əfəndimizə (s.ə.s.) 100 

dəfə  salat  və  salam  gətirilməlidir.  Gündə  700  dəfə  "Lə  ilahə  illallah"  və  hər 

iyirminci  və  ya  otuzuncuda  bir  dəfə  "Muhammədun  Rəsulullah"  deyilməlidir. 

Səhər  namazından  sonra  günəş  iki  mizraq  boyu  yüksələnə  qədər  zikr  və 

təfəkkürlə  məşğul  olunmalıdır.  İsra  vaxtından  zavala  (günəş  batana  qədər) 

qədər, 4-6 rükətlik quşluq namazı qılınmalıdır. Axşam namazının sünnəsindən 

sonra 6 rükət "evvab" namazı qılınmalıdır. Gecənin üçdə bir vaxtında qalxıb 2-

12 rükətlik "təhəccüd" namazı qılınmalıdır. Bazar ertəsi və cümə axşamı günləri 

ilə zilhiccə və məhərrəmin 10 gününü,  rəcəb və şabanın bütün  günləri oruclu 

keçirilməlidir.  Daima  dəstəmazlı  olunmalıdır.  Dəstəmaz  aldığı  zaman  2  rükət 

"şükri-vudu" namazı qılınmalıdır. Bundan başqa, mürid bunları etməyə diqqət 

etməlidir:  tövbə  və  inabəyə  qayğı  göstərilməlidir,  sünnəyə  riayət  olunmalıdır, 

dünya  malına  tamah  edilməməlidir,  az  yeməli,  az  danışmalı,  daima  zikrlə 

məşğul  olmalı,  şeyxə  ürəkdən  bağlanmalı,  şeyxə  etirazı  tərk  etməli  və  ona 

inanıb etibar etməlıdir (16).     

Cəlvətilər dizləri üzərində dayanaraq zikrlə məşğul olarlar. Buna "məzfi 

qiyam" və ya "Xıdır qıyamı" deyilir. Bir rəvayətə görə, qüud (oturuşda) tövhidi 

əsnasında  Şeyx  Əziz  Mahmud  Hüdayi  öz  yerində  oturarkən  bir  anda  zikr 

məclisinə  "Hz.  Peyğəmbərimizin  (s.ə.s.)  "(bir  başqa  rəvayətə  görə  də,  Hz.Xızır 

əleyhissəlam)  təşrif  buyurduğunu  qəlb  gözü  ilə  görüb  ayağa  qalxmaq  istəmiş, 

lakin O şəxs qaxlmamasına işarə etdikdə, dizləri üzərində yarı qalxmış olaraq, 

zikrə  elə  o  vəziyyətdə  davam  etmişdir.  O  gündən  sonra  bu  şəkildə  zikr 

cəlvətiyyə ayinlərində vərdiş halına gəlmişdir. (17) 

Cəlvətilikdə sülukun dörd mərtəbəsi vardır: təbiət, nəfs, ruh və sirr.   

Təbiət  mərtəbəsində  salik  təbiətən  vacib  olan  yemə,  içmə  və  cinsi 

münasibətdən  mücahidə  yolu  ilə  uzaqlaşmağa  çalışmalıdır.  Məhdud  şəkildə 

yeyər, içər və müəyyən müddət evlənməz.   

Nəfs  mərtəbəsində  nəfsdən  qaynaqlanan  pis  xasiyyət  və  sifətlərini  tərk 

edər. Nəfsin pis hərəkətləri iki cürdür. Bir qrupu öz iradəsi ilə işlədiyi günahlar, 

digərləri dərinə nüfuz etmiş pis xasiyyət və vərdişlərdir. Bunların hər iki qrupu 

da ancaq riyazət və mücahidə ilə islah edilə bilər. Nəfs müəyyən şəkillərdə islah 

edilib nəzarət altına  alındıqda  ruh  və sirr mərtəbələrinə yol açılmış olur. Ruh 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

43 



mərtəbəsində  salik  nəfsin  pis  xasiyyətlərinin  şərindən  xilas  olaraq  ruhu  ilə 

əlaqəyə  girmiş  sayılır.  Ruhun  korlanmış  tərəfi  ilahi  qabiliyyətdən  məhrum 

olmaqla  mümkün  olur.  Buna  görə,  ruhun  tərbiyəsi  ancaq  ilahi  biliklərlə 

gerçəkləşir.   

Ruh  mərtəbəsində  elmi-lədün  sirləri  aşkara  çıxmağa  başladığı  zaman 

salik  "kəşf"  etməyə  başlayır.  Təbiət  və  nəfs  mərtəbələrində  kəşf  yoxdur. 

Çərşənbə  axşamı  ruh  mərtəbəsində  mərifət  və  ilahi  eşqi  əldə  etdikdən  sonra 

salik  sirr  mərtəbəsinə  yüksələr.  Bu  mərtəbədə  qul  masivadan  əlaqəni  kəsib, 

Haqqdan başqasına könül verməməlidir (18). 

Əziz  Mahmud  Hüdayi  xəlvət  ilə  cəlvətin  iki  yol  ilə  Haqqa  çatdığını 

söylədikdən  sonra  həccə  müxtəlif  yollarla  gedənlərin  nəticədə  Məkkədə 

birləşdiklərini  xatırladaraq,  xəlvət  yolunun  isimlərin  zikrindən  başladığını  və 

üsuli-əsmanın on iki olduğunu, lakin bunun əhlinin az olduğunu, öz zamanında 

yeddi ada çatanın kamala çatmış sayılaraq ona xilafət verildiyini, cəlvət əhlinin 

tövhid, riyazət və mücahidə ilə süluk etdiklərini ifadə edir (19). 

Təriqətin təməl əsasları bu üç anlayışla məhdudlaşdırılır:   

1.  Təzkiyə:  "Lə  məqsum  illəllah"  zikriylə  birləşdirilən  anlayış,  tərki-

dünya ilə nəfsi masivadan təmizləmək məfhumunu ifadə edər.   

2.  Təmizlik:  "Lə  məhbub  illəllah"  zikriylə  ifadəsini  tapan  bu  anlayış  isə 

ürəyin hər cür pisliklərdən təmizlənməsini tələb edir.   

3.  Təlciyə:  "Lə  mövcudə  illəllah"  zikriylə  ifadə  edilən  bu  son  anlayış  da 

Allahla bütünləşə bilmə mərhələsinə işarə edir (20).   

Cəlvətilik  təriqətinin  qolları:  Bir  çox  təriqətdə  olduğu  kimi  cəlvətilik 

təriqətində  də  üsul  və  metod  fərqliliyinə  görə  şöbələr  meydana  gəlmişdir.  Bu 

şöbələri qısaca tanıyaq.   

Həqiqilik. Cəlvəti şeyxi İsmayıl Haqqı Bursəviyə aid edilən cəlvətiliyin bir 

şöbəsidir.  İsmayıl  Həqqi  Bursəvinin  silsiləsi  Hz.  Hüdayiyə  bu  şəkildə  çatır: 

Muqad  Əhməd  Əfəndi  (öl.  1049/1639),  Zakirzadə  Abdullah  Əfəndi  (öl. 

1068/1657),  Osman  Əfəndi  (öl.  1102/1690),  İsmayıl  Haqqı  Bursəvi  (öl. 

1137/1725).  Çox  geniş  yayılma  və  böyümək  imkan  əldə  edə  bilməmiş  olan 

həqiqilik XVIII əsrin sonlarından etibarən Bursada təmsil olunmuşdur (21). 

b.  Səlamilik.  Səlamilik,  Zakirzadə  Abdullah  Əfəndinin  xəlifəsi  Əli 

Əfəndiyə  mənsub  cəlvətiliyin  qoludur.  Silsiləsi  Hüdayidən  Səlami  Əfəndiyə, 

ondan  isə  bu  şəxslərə  gedib  çıxır:  Muqad  Əhməd  Əfəndi,  Zakirzadə  Abdullah 

Əfəndi,  Salami  Əli  Əfəndi.  Səlami  Əli  Əfəndiyə  aid  edilən  səlamiliyin  diqqətə 

çarpan xüsusiyyəti salavatın sayının on üçdən on yeddiyə qədər    çoxalmasıdır 

(22). 



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

44 



c.  Fənailik.  Cəlvətiliyin  səlamilik  qolunu  qurmuş  olan  Səlami  Əli 

Əfəndinin  xəlifəsi  olan  kütahyalı  Əli  Əfəndiyə  mənsubdur.  Əli  Əfəndi,  Səlami 

Əfəndinin  xəlifəsi  olduğundan  bu  iki  qolun  silsilələri  müştərəkdir.  Fəna 

təxəllüsü  ilə  şeirlər  də  yazmış  olan  Əli  Əfəndi,  Cəlvətiyyədə  ictihad  etmiş  və 

qurduğu  bu  qola  də  öz  təxəllüsünə  görə  Fenaiyyə  deyilmişdir.  Fəna  tacı  19 

tərklidir. Fəna xanəgahı şeyxinin övladlarının tacının təpə qismi narıncı rəngli 

olub digərlərinin rəngi yaşıldır (23).   

d. Haşimilik   

Haşimilik Bandırmalızadə Mustafa Haşim Ataya mənsub olan cəlvətiliyin 

qoludur. Haşim Baba batini meyllərinə görə sıx-sıx cəlvətilərin tənqidinə məruz 

qalmışdı. Hətta cəlvəti astanası şeyxləri tərəfindən inkar olunmuşdur. Təriqətin 

silsiləsi Hüdayiyə bağlı iki qoldan gəlir. Həmin qollar bunlardır:   

1.  "Məmməd  Fənai  Əfəndi  (1075/1664),  Vəliyyüddin  Mucahid  Əfəndi 

(1108/1696),  Seyyid  Hamid  əl-Moravi  (1139/1726),  Yusuf  Nizaməddin  b. 

Hamid əl-Bandırmavi (1161/1748), Mustafa Haşim Baba (1197/1782) . 

2.Muqad  Əhməd  Əfəndi  (1049/1639),  Dəvati  Mustafa  Əfəndi 

(1060/1650), Mustafa  Ərzincani (1123/1711), Yusif Nizaməddin b. Hamid  əl-

Bandırmavi (1161/1748), Mustafa Haşim Baba (1197/1782) " (24). 

Təriqətin təsirləri: Əziz Mahmud Hüdayinin İstanbulda çox müridlərinin 

olması  ilə  yanaşı,  həm  də  müxtəlif  bölgələrə  göndərdiyi  xəlifələri  sayəsində 

Anadolu  və  Balkanlarda  yayılmağa  başlayan  cəlvətiliyin  xüsusilə  İstanbul, 

İzmir,  Balıkəsir,  Orta  Anadolu  və  Balkanlarda  xeyli  yayıldığı  məlumdur. 

Hüdayidən  sonra  İstanbulda  eyni  qüvvə  ilə  təmsil  edilməsə  də,  nüfuzunu 

davam etdirmiş və İstanbul son dövrlərə qədər təriqətin ən məşhur olduğu yer 

olmuşdur. Həm Hüdayi dövründə, həm də daha sonrakı dövrlərdə Balkanlarda 

Filibəli  İsmayıl  Əfəndi,  Saçlı  İbrahim  Əfəndi,  Osman  Fəzl  Əfəndi  kimi  seçmə 

şeyxlər  tərəfindən  təmsil  edilən  cəlvətilik  Balkanların  ən  məşhur 

təriqətlərindən biri olmuş, ikinci mərkəzi olan Bursa isə Üftadə və nəvələri ilə, 

İsmayıl  Haqqı  Bursəvi  kimi  şeyxlər  vasitəsiylə  son  dövrlərə  qədər  nüfuzunu 

qorumuşdur.   

Cəlvətiliyin  Üsküdardakı  mərkəzi  dərgahında  Hüdayinin  vəfatından 

sonra təkyələr bağlanana qədər iyirmi üç şeyx dərgahdar olmuşdur. Dərgahın 

son şeyxi Əbdülqafir Abid Əfəndidir

3

 (öl. 1946).   



                                                           

3

 Cəlvətilik təriqətinin qurucusu Əziz Mahmud Hüdayi Həzrətlərinin adına Üsküdarda qurulmuş olan 



Əziz Mahmud Hüdayi vəqfi fəaliyyətlərini bu gün də davam etdirir. "Qul din qardaşına kömək etdiyi 

müddətdə  Allah  da  qulunun köməkçisidir"  hədisi-şərifi  işığında  bu  vəqfin  müxtəlif  fəaliyyətləri  hələ 

də davam edir. Vəqfin ictimai xidmətlər və təhsil xidmətləri adı altında davam edən yardımları indiki 

vaxtda bir çox adamın imdadına çatır.   




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

45 



İctimai  fəaliyyətlər.  Ərzaq  paylama  vahidi.  İstanbulun  müxtəlif 

səmtlərində  yaşayan  və  vəqfin  əməkdaşlarının  müəyyən  etdiyi  1500-dən  çox 

ailəyə  vəqfin  bu  işə  həvalə  edilmiş  vasitələri  ilə  hər  ay  nizamlı  olaraq  ərzaq 

paylanırdı. 200-ə qədər ailəyə ərzaq yardımından əlavə nağd maddi yardım da 

edilirdi.   

Məişət  xidmətləri:  Hüdayi  vəqfi  quruluşundan  bu  yana  vəqf  sənədində 

göstərildiyi kimi, Hüda həzrətlərinin vəqfinə uyğun olaraq, məscid külliyəsində 

olan  yeməkxanada  hər  gün  təxminən  500  adama  yemək  verilirdi.  Ramazan 

ayında,  mübarək  gün  və  gecələrdə  buradan  verilən  yeməklərin  sayı  1000   

nəfərlikdən çox olurdu.   

-  Səhiyyə:  Fəqirlərin  siyahısında  qeyd  olunmuş  ailələrin  xəstəxana 

xidmətləri  vəqf  tərəfindən  qarşılanır  və  dərmanları  təmin  edilirdi.  Vəqf 

ətrafında  bəzi  həkimlər  vəqfin  göndərdiyi  xəstələri  pulsuz  müayinə  edir,  vəqf 

tərəfindən    bu  xəstələrin  dərmanları  təmin  edilirdi.  Bir  xüsusi  xəstəxana 

vəqfin xəstələrinə müəyyən imkanlar daxilində diaqnoz qoyub müalicə edirdi.   

- Əşya hədiyyələri: Bağışlanan əşyalar möhtac kəslərlə verənlər arasında 

əhəmiyyətli  bir  xidmət  körpüsü  vəzifəsini  görürdü.  Bu  xeyriyyə  ocağına 

minlərlə  cüt  ayaqqabı,  minlərlə  geyim,  çoxlu  yanacaq  və s  yardımlar  verilirdi. 

Xalqının yaxın əlaqə və köməyi ilə reallaşan bu xidmətlərin daha da yayılması 

üçün böyük səy sərf olurdu.   

-  Məscid  xidmətləri:  Vəqf  məscid  tikdirmək  istəyən  xeyriyyəçi  şəxsləri 

məscidə ehtiyacı olan bölgə insanları ilə qovuşdurub, çox sayda məscidin inşası 

və təmirinə rəhbərlik edirdi. Bu xidmətlərdən başqa, könüllü bir təşkilat olaraq, 

əhalisi  və  camaatı  sıx  olan  İstanbul  məscidlərində,  təmiz  bir  mühitdə  ibadət 

imkanını təmin etmək üçün məscid xalçalarını yumaq üçün xüsusi xalça yuma 

yeri qurulmuşdu. Ətrafdakı məscidlərin xalçalarının daima pulsuz yuyulmasını 

təmin  edən  bu  yer  hər  il  təqribən  115  məscidə  xidmət  edirdi.  Bundan  başqa 

vəqfdə  əl  əməyi  olan  məhsullar  satılır  və  onların  sahiblərinə  maddi  kömək 

edilirdi.  Bayramlarda  xüsusi  şənliklər  təşkil  olunur,  fağır  və  yoxsullara  xeyli 

maddi  yardım  edilirdi.  Vəqfdə  həmçinin  Quranı  öyrənmək  istəyənlər  üçün 

mədrəsə tipli kurslar təşkil olunurdu. 

Yeri-yurdu  olmayan  tələbələrə  qalmaq  üçün  yer  və  təqaüd  verilirdi. 

Elmlə  məşğul  olub  elmini,  irfanını  daha  da  artırmaq  istəyənlərə  şərait 

yaradılırdı  və  bu  məqsədlə  tədqiqat  mərkəzinə  bənzər  bir  mərkəz 

formalaşdırılmışdı.   

Nəticə 

                                                                                                                                                                          

 



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

46 



İslam dünyasında təriqətlər kökləri daha qədimlərə dayanmaqla birlikdə 

ilk  olaraq  XII  əsrdən  sonra  görünməyə  başlayır.  Bunun  ən  vacib  səbəbi  bu 

müddətdə  ortaya  çıxan  ictimai  ehtiyaclardır.  Mövcud  İslami  qaydalar 

cəmiyyətin  müxtəlif  təbəqələrinin  problemlərinə  lazımi  səviyyədə  cavab  verə 

bilmədiyi  zaman  əvvəl  məzhəblər,  bir  neçə  əsr  sonra  isə  təriqətlər  ictimai 

həyatda meydana çıxmağa başlamışdır.   

Cəlvətilik təriqəti Əziz Mahmud Hüdayi tərəfindən qurulmuş və çox qısa 

zaman  içində  inkişaf  etmişdir.  Xüsusilə  təriqət  XVIII  əsrdə  İstanbul,  Bursa, 

Balıkəsr,  Ədirnə  və  Balkanlarda  çox  sürətli  inkişaf  prosesinə  malik  olmuşdur. 

Bu  inkişafın  nəticəsində  onun  nüfuzu  xeyli  artırmışdı.  XVIII  əsrdə  bu  təriqətə 

mənsub  şairlər  yetişmiş  və  əsərlərinin  çoxunu  təsəvvüf  sahəsində  qələmə 

alınmışlar. Hal-hazırda da onların əsərləri araşdırıcılar tərəfindən nəşr edilərək 

elm dünyasına töhfə edilir.   

Cəlvət halının Hz. Peyğəmbərin həyatında da qarşılığı mövcud olmuşdur. 

Hz.  Peyğəmbər  (s.ə.s)  vəhy  gəlmədən  əvvəl  Hira  dağında  "xəlvət"  halında  idi. 

Vəhyin  gəlişi  ilə  birlikdə  xalqın  arasına  qarışmış  və  peyğəmbərlik  ilə  birlikdə 

"cəlvət"  halına  keçmişdir.  Bu  səbəbdən  cəlvət  xəlvətdən  daha  uca  bir 

mərtəbədir.  Cəlvət,  artıq  qeyd  etdiyimiz  kimi,  xalq  arasında  Haqq  ilə  birlikdə 

olmaqdır.  Cəlvətilik,  Üftadə  zamanında  yüksəlmiş,  Hüdayi  ilə  birlikdə  zirvə 

dövrünü yaşamışdır. Əziz Mahmud Hüdayi həyatda ikən on minlərlə İstanbulda, 

ümumilikdə  isə  yüz  minlərlə  müridi  vardı.  Cəlvətiliyin  ikinci  mərkəzi  sayılan 

Bursa da həm Üftadənin nəvələri, həm də İsmayıl Haqqı kimi şeyxlər vasitəsiylə 

nüfuzunu  qoruyub  saxlaya  bilmişdir.  Lakin  cəlvətilik,  Anadolu  və  Rumeli 

xaricində çox da məşhur deyildir. 



 

İstifadə olunmuş ədəbiyyat siyahısı 

 

1.

 

Mustafa  Kara, Tasavvuf ve Tarikatlar Tarihi, Dergah Yay., İstanbul, 1985,  s. 

191 vd 

2.

 

Süleyman  Uludağ,  “Cəlvət.”  (DİA),  Cilt:  VII,  Türkiye  Diyanet  İslam 

Ansiklopedisi Vakfı Yay., İstanbul, 1993, s. 273. 

3.

 

Kuran-ı Kerim, Enfal, 8/17.   

4.

 

Uludağ, age., s. 273. 

5.

 

Eraydın, Selçuk, Tasavvuf ve Tarîkatler, Marifet Yay., İstanbul, 1981. 

6.

 

Uludağ, age., s. 273. 

7.

 

Mustafa Kara, Bursada Tarikatlar ve Tekkeler, Bursa, 1993, s. 143. 


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

47 



8.

 

Ömer  Başkan,  “Halkı  İrşad  Çabasının  Tefsire  Yansımış  Biçimi:  Bursevinin 

Ruhul-Beyanı  ve  Tefsir  Yöntemine  Dair  Bir  Değerlendirme”,  Dinbilimleri 

Akademik Araştırma Dergisi, VIII, Sayı: 3, Samsun, 2008, s. 134. 

9.

 

Uludağ, age., s. 273. 

10.

 

Kamil  Yılmaz,  “Cəlvət.”  (DİA),  Cilt:  VII,  Türkiye  Diyanet  İslam  Ansiklopedisi 

Vakfı Yay., İstanbul, 1993, s. 274. 

11.

 

Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 226. 

12.

 

Eraydın, age., s. 430. 

13.

 

Mehmet  Kanar,  Arap  Harfli  Alfabetik  Osmanlı  Türkçesi  Sözlüğü,  Say  Yay., 

İstanbul, 2010, s. 648. 

14.

 

Kanar, age., s. 754.   

15.

 

Eraydın, age., s. 429-430 

16.

 

Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 185 vd.   

17.

 

Eraydın, age., s.429-430. 

18.

 

Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 203-222; www.ismailhakki.org. 15 Ekim 

2011 

19.

 

Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 216. 34 Eraydın, age., s. 429. 

20.

 

Başkan, agm., s. 135. 

21.

 

Muslu, age., s. 441; Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 239 

22.

 

Muslu, age., s. 474; Yılmaz, Aziz Mahmud Hüdayi…, 235 vd.   

23.

 

Muslu, age., s. 483; Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 242. 

24.

 

Muslu, age., s. 486; Yılmaz, Aziz Mahmud Hüdayi…, s. 242-243 

25.

 

http://www.hudayivakfi.org 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə