299
nazirə həmin adamın bu vəzifəyə təyin olunmasını istədi-
yini bildirdi. İki gün sonra nazir ona seçdiyi Süleyman adlı
adamı mərkəzin müdiri vəzifəsinə təyin edildiyini bildir-
di. Samir isə öz növbəsində keçiriləcək möhtəşəm tədbirlə
həmin adamın mərkəzin işçilərinə və ictimaiyyətə təqdim
olunması üçün hazırlıqlara başladı. Bu tədbir həm də onun
üçün vida mərasimi idi və o «Ümid» mərkəzində son çıxı-
şını etməliydi.
Dörd gün sonra mərkəzin tədbir zalı başdan-ayağadək
insanlarla dolu idi. Mərkəzin şöbə rəisləri,
filial rəhbərləri,
müxbirlər, mərkəzlə əməkdaşlıq edən təşkilat və şirkətlərin
rəhbərləri, dövlət nümayəndələri, xarici qonaqlar və
əngəlli insanlardan ibarət böyük bir insan ordusu tədbir
zalına toplaşaraq yığıncağın başlamasını gözləyirdilər.
Tədbiri Əmək və Əhalinin Sosial Müdafiə naziri açdı:
-Salam mehriban dostlar, hörmətli qonaqlar. Bilirəm
ki, hər biriniz səbirsizliklə Samirin son çıxışını necə
edəcəyini gözləyirsiniz, ona görə də çalışacağam ki, nitqi-
mi qısa edim. Mənim bu gün tribunaya çıxıb danışdığım
bu mərkəz yaranmasından heç bir il ötməsinə baxmaya-
raq, dünya miqyasında çox möhtəşəm, lazımlı və nüfuz-
lu bir təşkilat səviyyəsinə qalxdı. «Ümid» mərkəzinin bu
mərtəbəyə qalxmasında əməyi keçən və zəhmət çəkən hər
bir kəsə dərin təşəkkürümü bildirirəm. Ancaq mənimlə
razılaşarsınız ki, «Ümid» mərkəzinin qısa zamanda bu
səviyyəyə qalxmasında əsas pay sahibi olan Samirdir ki, o
öz ağlı, biliyi, istedadı və yenilməz iradəsi sayəsində sağ-
lamlıqlarını itirmiş insanların gələcəyə daha inamla bax-
maları üçün belə bir ümid qapısı açdı. Könül istərdi ki, bu
cür bacarıqlı və zəhmətkeş bir insan hər zaman bizimlə ol-
sun və bizlər də bir vətəndaş olaraq, onun cəmiyyət üçün
gördüyü belə möhtəşəm işlərə baxıb qürur hissi keçirdək.