302
edin ki, bunu 100 kiloluq yüklə etmək necə çətindir. Bizim
işimiz də buna bənzəyirdi. İşimizin ən çətin və ən qızğın
vaxtlarında ortaya Murad və onun yaratdığı “Söyüd yar-
pağı” təşkilatı çıxdı. Əlilləri oğurlayaraq onların daxili or-
qanlarını satanlar bizə nə qədər mane olmaq istəsələr də,
bizim mərkəzdən istifadə edərək əlillərə ziyan vurmağı
düşünsələr də, silah gücünə bizdən üstün olaraq bizi yo-
lumuzdan döndərməyə çalışsalar da bacarmadılar. Çünki
bizim yolumuz haqq yoludur və Allah hər zaman nəzərini
bizim üzərimizdə saxlayır. Çünki biz bir ailəyik və hər biri-
miz bu ailəyə görə canımızdan da keçməyə hazırıq. Necə ki,
bunu bizim əməkdaşlarımız, can yoldaşlarımız etdi. Eldar,
Zaur, Ayxan, Devid, Akif, Asif vəzifə borclarını layiqincə
yerinə yetirərək, cinayətkarlarla mübarizədə həlak olan
polis işçiləri və «Ümid» mərkəzinə üzv olduqları üçün
cinayətkarlarn əlinə keçən bir çox əngəlli insanlar. Mən Al-
lahdan onların hər birinə rəhmət, ailə üzvlərinə isə səbr və
dözüm diləyirəm. Ümid edirəm, bu mərkəzin yeni rəhbəri
Süleyman müəllimin bütün tapşırıqlarına əməl edəcəksiniz
və mən bundan sonra da «Ümid» mərkəzi haqqında yal-
nız və yalnız xoş xəbərlər eşidəcəyəm. Bu işdə hər birinizə
uğurlar arzulayıram. Allah köməyiniz olsun. Sağ olun.
Samir sözünü bitirən kimi zaldakı bütün insanlar ayaq
üstə qalxaraq onu alqışlamağa başladılar. O, stuldan qal-
xıb kastellərini götürərək alqış sədaları altında yavaş-yavaş
kənardakı qapıya doğru irəlilməyə başladı. Gedə-gedə bu
tribunaya ilk gəlişini xatırladı. O günkü həyəcanı, əlil araba-
sında tribunaya yaxınlaşmağını, ürkək nəzərlərlə zaldakıla-
rı süzərək titrək səslə sözə başlamasını, zaldan gələn alqış-
ları başladığı işinin ilk uğuru kimi qəbul etməsini. O vaxt-
dan bəri bəlkə də çox şey dəyişmişdi, ancaq dəyişməyən tək
bir şey var idi: Samirin özü. Qarşılaşdığı bu qədər əhvalat,
çəkdiyi bu qədər əziyyət, əldə etdyi bu qədər şöhrət onu
heç dəyişməmişdi.
303
Hadisədən 2 ay sonra
Bakı. Azərbaycan
Maşının arxa oturacağında oturaraq Bakının əsrarəngiz
gözəlliklərinə tamaşa edən Samir zəng gəldiyini görüb, gö-
zünü mənzərədən çəkmədən telefonu qulağına apardı:
-Eşidirəm.
-Samir haradasan? -Telefonda Lusiyanın məlahətli səsi
eşidildi.
-Xəstəxanaya gedirəm. Köhnə tanışlarımdan birini
ziya rət edəcəyəm.
-Nə vaxt gələcəksən?
-Xəstəxanadan çıxandan sonra iş yoldaşlarımla görü-
şüb vidalaşlamaq üçün mərkəzə gedəcəyəm. Yəqin ki, ax-
şama ancaq evə gələrəm. Nədir ki?
-Heç. Sənə bir sürprizim vardı, ona görə deyirdim ki,
evə gələsən.
-O nə sürprizdir elə?
-Evə gələndə bilərsən.
-Yaxşı. Çalışaram evə tez gəlim.
-Hələlik. Öpdüm.
-Mən də.
Samir telefonu cibinə qoyub üzünü Pedroya tutdu:
-Zəng vuran qızın idi. Deyir mənə nə isə sürprizi var.
-Onun işindən bir şey anlamaq olur ki? Allah bilir,
görəsən yenə nə fikirləşib. – Bir neçə saniyə ara verdikdən
sonra – mühərrik dünəndən bəri qəribə səslər çıxardır, bu
gün maşını qaytaranda çilingərə denən baxsın. Yoxsa təzə
sürücü dalımca deyinər.
-Deyərəm.
Samir xəstəxanada baş həkimlə görüşüb onun müşayəti
ilə Muradın olduğu palataya getdi. Çarpayıda uzadılmış
Murada bir neçə tibbi cihaz qoşulmuşdu, hər tərəfi sarıqlı
304
idi. Otaqdan kəskin yod iyi gəlirdi. Samir Murada yaxınla-
şıb bir az onu süzdükdən sonra üzünü baş həkimə çevirib
soruşdu:
-Vəziyyəti necədir?
-Hələlik günün 24 saatı yatızdırırıq. Ölüm təhlükəsi
yoxdur, gənc olduğu üçün yaraları sürətlə sağalır, əgər
buna yaşamaq demək mümkünsə, yaşayacaq. Tam sağal-
dıqdan sonra isə cəzaçəkmə müəssislərinin birinin tibb
məntəqəsinə köçürdəcəklər.
-İtirdiyi bədən üzvlərindən hansılarısa geri qaytarmaq
mümkün olub?
-Xeyr. Nə görməsi, nə eşitməsi, nə də danışması müm-
kün olmayacaq. Yalnız əlləri və ayaqları üçün protez düzəl-
dilə bilər ki, inanmıram onlardan da istifadə edə bilsin.
Samir üzünü Murada çevirib, - əminəm ki, artıq bütün
əlilləri daha yaxşı başa düşürsən. – deyərək palatadan çıxdı.
Mərkəzə qayıtdıqdan sonra oradakı iş yoldaşlarıyla tək-
tək görüşüb vidalaşdıqdan sonra son dəfə olaraq ka binetinə
girdi. Süleymanın artıq bir həftədən çox yeni işinə başla-
masına baxmayaraq, otaqda hər şey əvvəlki və ziyyətdə idi.
Divardakı iri tablo həmişəki əzəməti il öz yerində idi, sto-
lun üstündəki əşyalara sanki heç əl də yilməmişdi, mebel də
həminki mebel idi. Kresloya oturaraq otağa göz gəzdirməyə
başladı. Burada hər şey ona doğma idi. Mərkəzlə bağlı ən
vacib qərarlarını bu otaqda vermişdi, vacib görüşləri də bu
otaqda təşkil eləmişdi. Tənhalıq istəyəndə də bu otağa sı-
ğınmışdı, bu otaqda sanki hər bir əşya onu eşidir, onu başa
düşürdü. Kürəyini kresloya söykəyərək gözlərini yumdu.
Bir-iki dəqiqə bu vəziyyətdə qaldıqdan sonra telefonuna
zəng gəldiyini görüb gözlərini açdı. Zəng vuranın kim ol-
duğuna baxıb düyməni basaraq qulağına apardı:
-Buyur əzizim.
-Əzizim haradasan?
305
-Mərkəz və iş yoldaşlarımla vidalaşıram. Nədir ki?
-Çalış evə bir az tez gəl, çünki sənə daha bir sürprizim
var.
-Yaxşı. Çalışaram.
-Hələlik.
Samir telefonu cibinə qoyub ayağa qalxdı. Qapıya tə-
rəf bir neçə addım atdıqdan sonra geri dönərək masanın
üstündən Azərbaycan bayrağını götürüb otaqdan çıxdı.
Onu yola salmaq üçün binaın həyətində gözləyən Mahmu-
dovla Əzizə yaxınlaşıb əlindəkini göstərərək dedi:
Bu stolüstü bayrağı sizdən və bu mərkəzdən yadi-
gar saxlayacağam. Çilingərə deyərsiniz ki, mənə ayrılan
xidməti maşının mühərrikində kiçik nasazlıq var, qoy ara-
dan qaldırsın. Bir də ki, Süleymana çatdırın ki, Samir dedi
kabinetin dizaynını istədiyi kimi dəyişə bilər.
Samir Əzizgillə sağollaşıb Pedroyla birgə taksiyə əy-
ləşdi. Yolboyu bir neçə dəfə tıxaca düşdüklərindən Lusiya
zəng vuranda hava artıq qaralmışdı. Samir telefonu qulağı-
na aparan kimi üzrxahlıq etməyə başladı:
-Bağışla Lusi, bayaqdan tıxaclarda ilişib qalmışıq. Ya-
rım saata evdəyəm, sən sürprizlərini hazırla.
-Nə qədər tez gəlsən bir o qədər yaxşıdır, çünki artıq
sənə üç sürprizim var.
-Üç?
-Əlbəttə. Elə şad xəbərlərim var ki, inanmayacaqsan.
-Məni marağa saldın. Evə çatana qədər səbirsizlənə-
cəyəm.
-Mənə nə. Tez gələrdin.
-Tez gəlsəydim, üçüncüsü olmayacaqdı.
-Yaxşı, mən getdim Əliyə yemək yedizdirməyə. Sən də
çalış gecikmə.
-Oldu.
Telefonu cibinə qoyub Pedroya dedi:
Dostları ilə paylaş: |