306
-Lusia hər 3-4 saatdan bir mənə bir sürpriz hazırlayır.
Sənin nədənsə xəbərin yoxdur? Bilmirsən o nə hazırlayıb?
-Sözün düzü xəbərim yoxdur. Mən özüm də maraqdan
partlayıram.
-Onda evə gedəndə öyrənərik. – Üzünü sürücüyə tuta-
raq: – Qardaş, çalış bir az sürətlə sür. Bu gün çox yorulmu-
şam, dörd sürprizi həzm etməyə halım yoxdur.
Samir evə girən kimi divanda oturub Lusiyaya dedi:
-Buyur Lusi. Bu gün bütün günü məni maraq içində
saxlamısan.
Yox, indi olmaz. – Lusiya gec gəldiyi üçün Samirdən
əvəz çıxmaq məqsədiylə onu bir az daha intizarda saxla-
mağı qərara aldı. – Əvvəl şam edək, bir az dincini al sonra.
Fikrin başqa yerdə qalsa, sürprizlərin heç bir marağı olma-
yacaq. Mən istəyirəm, ən az iki-üç saatını bu sürprizlərə
həsr edəsən.
-Bax bu olmadı, məni elə həvəsləndirdin ki, həyacandan
heç nə yeyə bilməyəcəyəm. – Üzünü Xoseyə çevirərək on-
dan kömək istədi. – Sən bir şey bilirsən? Əgər mənə desən
açacağım restorana sənin adını verəcəyəm.
-Bilməyinə bilirəm. Ancaq incimə, mən desəm Lusi öm-
rünün sonuna qədər məndən küsəcək.
Üzünü Lusiyaya tutaraq:
-Yaxşı, qoy sən deyən olsun. Vaxt gələr sənin də mə nə
işin düşər. – Ayağa qalxaraq, – Mən getdim əynimi dəyiş-
məyə, sən də tez süfrəni hazırla.
Samir üçün bir günə bərabər olan yarım saatlıq şam
yeməyindən sonra Lusiya hamının divanda oturmasını
istəyib, özü onların qarşısındakı stulda əyləşdi:
Demək belə! Başlayaq birinci sürprizdən. Samir, sən
həmişə qayğılanırdın ki, İpaniyaya köçsək kirayədə yaşa-
malı olacağıq və buna görə də ünvanımızı tez-tez dəyişmək
307
məcburiyyətində qalacağıq. Artıq bu problem öz həllini
tapdı, bizim İspaniyada evimiz var.
Bu necə ola bilər? – Samir təəccüblə soruşdu.
-Yadındadırmı, biz İspaniyada olanda Almeyda mə nə
dedi ki, “Hoja de sauce” təşkilatı barədə məlumat verdiyimə
görə İspaniya höküməti mənə xüsusi təşəkkür edəcək?
-Hə yadımdadır. Həmin evi sənə mükafat kimi verib lər?
-Hə, təqribən, iyirmi gün bundan qabaq Almeyda mə-
nəm zəng vuraraq nə istədiymi, ən çox nəyə ehtiyacım ol-
duğunu soruşdu. Mən də ondan ev istədim və şəxsiyyət
vəsiqəmin surətini ona göndərdim ki, evi rəsmiləşdirsinlər.
Bu gün səhər isə Almeyda zəng vuraraq, ikimərtəbəli möh-
təşəm bir villanın bundan sonra bizim ixtiyarımızda oldu-
ğunu bildirdi.
-Bax, bu həqiqətən əla xəbər oldu. – Samir sevinclə dil-
ləndi. – Restoranı da evimizə yaxın bir yerdə açarıq. Yaşa-
maq demişkən, evi bizə hansı şəhərdən veriblər.
-Yəqin paytaxt Madriddən olarş – Pedro dilləndi
-Yox. Samirin getmək arzusunda olduğu şəhərdədir.
Va lensiyada, Paz küçəsində. Əla yerdədir. Paz küçəsi ilə
San Visente Martir küçələrinin kəsişməsində Şahzadə mey-
danı yerləşir, beynəlxalq keramika muzeyi də Paz küçəsinə
yaxndır.
-Otaqlardan birini rəsm çəkmək üçün iş otağı edə cə-
yəm. – Xose dilləndi.
-Narahat olma Xose. – Pedro dedi. – Otaqlar o qədər
çox olacaq ki, lap rəsm sərgisi də aça bilərsən.
-Onsuz da heç kim gəlib onun çəkdiyi şəkillərə baxma-
yacaq. – Lusiya zarafata keçdi. – Otaqları boş yerə məşğul
etməyin.
-Sən ərə gedəndən sonra villa mənə qalacaq. İstəsəm
sərgi açaram, istəsəm mayallaq aşaram.
308
Bəlkə də bu söz atışması uzanacaqdı, Samir araya gir-
di:.
-Dayanın görüm, sonra mübahisə edərsiniz. Lusi, keç
ikinci sürprizə.
-Samir düz deyir, keç ikinci sürpizə. – Pedro səbir siz-
ləndi.
-Yaxşı. Samir sən İspaniyaya gələndə çantanda lotore-
ya bileti vardı ha, bu gün həmin lotoreya bileti cek-potu
uddu, düz bir miyon yarım.
Samir sevinclə əllərini göyə qaldırıb şükr etdi. Bütün
ailə sevinc içində atılıb düşərək bir-birilərini təbrik edir,
həmin pulla neyləmək istədiklərini deyirdilər. Gecə yarı-
ya qədər uzanan xoş arzularla dolu söhbətdən sonra belə
qərara gəldilər ki, üç gündən sonra İspaniyaya köçsünlər.
Samir bu vaxt ərzində restoranda işləyəcək aşpazların ax-
tarışı ilə məşğul olacaqdı.
Pedroyla Xose bir, Əliylə Lusiya bir, Samir isə digər
otaqda yatırdı. Hamı yatmağa gedəndən sonra Samir ota-
ğına keçib bir neçə dəqiqə çarpayısında uzandıqdan son-
ra qalxıb Əlinin otağına getdi. Otağa yaxınlaşıb qapını üç
dəfə astadan döydü. Lusiya qapını açıb maraqla soruşdu:
-Nə lazımdır?
-Bir neçə dəqiqəlik mənim otağıma gələ bilərsən?
Səndən vacib bir söz soruşmaq istəyirəm.
Lusiya - əlbəttə - deyib, Samirlə bərabər onun otağına
getdi. Samir çarpayıda əyləşərək dedi:
-Buyur otur.
Lusiya onun yanında oturaraq dedi:
-Buyur sualını ver. Səni eşidirəm.
-Əvvəla bağışla ki, son vaxtlar işdə üst-üstə baş verən
hadisələrə və problemlərə görə sənə daha az vaxt ayırıram,
daha az diqqət yetirirəm. Söz verirəm, sabahdan etibarən
birgə daha çox vaxt keçirəcəyik. İkincisi isə mən yolda
309
olarkən sən zəng vurub dedin ki, mənə üç sürprizin var,
ancaq bayaq iki sürprizi açıqladın. Başımız lotoreyaya elə
qarşıdı ki, nə mənim yadıma, nə də Xoseylə Pedronun ya-
dına üçüncü düşmədi.
-Onların yadına düşsəydi də fərqi yox idi. Çünki bu
sürpriz yalnız sənin üçündür.
-Maraqlıdır. Bu nə sürprizdir belə? – Samir Lusiaya
daha yaxın oturdu.
-Neçə gündür ki, demək istəyirdim, ancaq imkan ol-
murdu. – Bir az ara verərək, – Samir, mən hamiləyəm.
Samir xəbərin sevincindən özünü itirdi və eşitdiyinin
doğru olub-olmadığını yoxlamaq üçün yenidən soruşdu:
-Necə? Nəsən? Dedin hamiləsən?
-Hə Samir, hamiləyəm. İspaniyadakı xəstəxanada keir-
diyimiz gecənin nəticəsi.
Samir xoşbəxtlik duyğuları içində Lusiyanı qucaqlayıb
öpdü. Sevindiyindən dəli kimi qışqırıb bu xəbəri hamıya
eşitdirmək istəsə də, bunun ağılsızlıq olduğunu bilirdi və
yalnız Lusiya ilə özünün eşidə biləcəyi səslə danışmağa
başladı:
-Əla, əla, əla, bu həqiqətən əla xəbərdir. Mən ata ola-
cağam! Təşəkkür edirəm Lusi, belə bir xoşbəxtliyi mənə
nəsib etdiyinə görə səni ömrün boyu xoşbəxtlik dənizində
üzdürəcəyəm.
Hər ikisi səhər saat 4 – dək körpə ilə bağlı xəyallar qura-
raq, İspaniyada evlənməyi və uşaqla barəsində Pedrogilini
yalnız bundan sonra xəbərdar etmələrini qərarlaşdırdılar.
Lusiya Əlinin otağına getdi. Samir isə çarpayıda uzanıb
gözlərini yumaraq körpəsinin simasını xəyalında can-
landırmağa çalışdı və nə vaxt yuxuya getdiyini özü də
bilmədi.
Dostları ilə paylaş: |