30 aprel 2015-ci il
http://www.amu.edu.az
3
ATU-nun mətbuat xidməti
u
Milli Məclisin 65 saylı Saat-
lı-Sabirabad-Kürdəmir seçki
da
irəsindən seçilmiş deputatı,
Azərbaycan Tibb Universiteti-
nin rektoru, akademik Əhliman
Əmiraslanovun təşəbbüsü ilə Saat-
lı və Sabirabad rayonlarında pulsuz
tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində bölgənin bir
neçə kənd sakinləri ezam olunmuş
həkim briqadası tərəfindən pulsuz
müayinədən keçiriliblər.
Həkim briqadası yola düşməzdən əvvəl
akademik Əhliman Əmiraslanov onlarla
görüşüb, bu cür aksiyada könüllü iştirak
etdiklərinə görə təşəkkürünü bildirib. Millət
vəkili qeyd edib ki, belə müayinələr bir sıra
xəstəliklərin vaxtında aşkarlanmasına, pa-
tologiyaların qarşısının aılnmasına kömək
edir: “Bu, çox böyük bir işdir. Rayonlarımız-
da hər cür avadanlıqlarla təchiz olunmuş
klinikalar, xəstəxanalar fəlaiyyət göstərir.
Lakin bəzi sahələrdə mütəxəssislərə ehti-
yac duyulur. Bu baxımdan, kampaniyanın
böyük əhəmiyyəti var”.
İki gün ərzində Saatlının bir neçə kəndində
müayinə aparacaq həkim briqadasına 230
nəfərdən çox müraciət olub. Onlar əsasən
göz ağrılarından, ürək nahiyəsində olan
narahatlıqlardan və s. şikayət ediblər.
Müayinələrdən sonra səhhətində problem
olan bəzi sakinlərə həkim-mütəxəssislər
tərəfindən məsləhətlər verilmiş və müvafiq
müalicə təyin olunmuş, bəziləri isə staso-
nar şəkildə müalicə olunmaq üçün Bakıya
göndərilmişdir.
Saatlıda əhalinin pulsuz müayinəsi
kampaniyasında müxtəlif ixtisaslı həkim-
mütəxəssislər - Əmənullayev Nuran (nev-
ropatoloq), Səmayə Əliyeva (endokrino-
loq), Vüsal Kərimov (pediatr), Mehriban
Səmədova (USM həkimi), Ağayev Elçin
(cərrah), Hafiz Qəhrəmanov (oftalmoloq),
Nüşabə Əlişova (ginekoloq), Afil Nuriyev
(daxili xəstəliklər), Həqiqət Vəliyeva (onko-
loq), Şirazi İbrahimov (LOR - burun-qulaq-
boğaz xəstəlikləri), Emil Əliyev (dəri-zöhrəvi
xəstəlikləri) iştirak ediblər.
Sabirabadda isə bu təşəbbüs üçün – tibb
elmləri doktoru Musayev Xaləddin (cərrah),
tibb üzrə fəlsəfə doktoru Hüseynova Venera
(ginekoloq), dosent Nağdəli Zamanov (te-
rapevt), tibb üzrə fəlsəfə doktoru Zülfiyev
Qabil (oftalmoloq), tibb üzrə fəlsəfə doktoru
Cəfərova İnarə (onkoloq), tibb üzrə fəlsəfə
doktoru Şərifov Tahir (endokrinoloq), tibb
üzrə fəlsəfə doktoru Əhmədov Gündüz (pe-
diatr), Məmmədov Yaqub (USM), tibb üzrə
fəlsəfə doktoru Qasımov Rauf (cərrah) və
tibb üzrə fəlsəfə doktoru Cavadzadə Vüqar
(infeksionist) iştirak etdilər.
Rayonda
tibbi
müayinəyə
gələn
vətəndaşlar belə aksiyaların mütəmadi ola-
raq, hər il təşkil olunmasına görə deputat
Əhliman Əmiraslanova və ezam olunmuş
həkim briqadasına minnətdar olduqlarını
bildirdilər. Müayinə zamanı müxtəlif ixtisaslı
həkim-mütəxəssislər aşkar olunan patologi-
yalara müvafiq olaraq xəstələrə tibbi təyinat
və məsləhətlər verdilər.
Onu da qeyd edək ki, mayın 1 və 2-də pul-
suz müayinə aksiyasının Kürdəmir rayonun-
da da keçirilməsi nəzərdə tutulub.
u
Aprelin 22-də
Azərbaycan
Tibb
Universitetinin (ATU)
Onkoloji klinikasında
elmi konfrans keçirilib.
Almaniyadakı
Azərbaycanlı Həkimlər
Cəmiyyəti (VANT)
tərəfindən təşkil olunan elmi
konfransda qonaq qismində
Almaniyadan olan elmi
tədqiqatçı, bioloq Tasilov
Ford iştirak edib. O, ATU-
nun keçən ilki məzunları
Uğur Ağamalıyev və Valeh Rüstəmovla
birgə Almaniyada mədəaltı vəzi
xərçənginə aid elmi-tədqiqat işi üzərində
çalışır. Uğur Ağamalıyevin sözlərinə
görə, ATU məzunlarının Almaniyada 6
tədqiqatçıdan ibarət Elmi-tədqiqat qrupu
var. Onlardan bir nəfəri kimyaçı, digərləri
isə həkimlərdir: “Elmi-tədqiqat işimizin
əsas maliyyə dəstəyi dövlət tərəfindəndir.
Bu işin təşkilatçısı isə Almaniyadakı
Azərbaycanlı Həkimlər Cəmiyyətidir.
Hazırda 6 elmi tədqiqatçımız var. Bu il
daha 3 elmi tədqiqatçının bizə qoşula-
cağı gözlənilir. Gələcəkdə bu işi daha
da genişləndirməyi düşünürük. İstər
Azərbaycan Tibb Universitetindən olsun,
istərsə də digər xəstəxanalardan belə bir
elmi korporasiya yaratmaq planımız var”.
U.Ağamalıyev elmi-tədqiqatlarının
əsasən xərçəng xəstəliyi istiqamətində
aparıldığını bildirib.
u
Aprelin
21-də
Azərbaycan
Tibb
Universitetinin
rektoru, akademik
Əhliman
Əmiraslanov ali
məktəbin rəhbər
heyəti ilə görüş
keçirib. Görüşün
məqsədi yaxın
günlərdə başlanacaq yay imtahan
sessiyasından öncəki vəziyyətlə
bağlı məlumat almaq, imtahanlara
hazırlıq vəziyyətini müzakirə
etməkdən ibarət olub. Qeyd edək
ki, son illər Azərbaycan Tibb
Universitetində bütün imtahanlar
insan faktoru olmadan - test
üsulu ilə, kompyüterlər vasitəsilə
aparılır.
Artıq ənənə halını alan görüşdə aka-
demik Ə.Əmiraslanov qeyd edib ki, bu
semestr, Azərbaycanda keçiriləcək tarixi
tədbir - “Bakı 2015” Avropa Oyunları-
na görə bir qədər qısaldılıb. Buna görə
də Tibb Universitetində may ayının
sonuna kimi imtahanlar başa çatdırıl-
malıdır. Ə.Əmiraslanov “Bakı 2015”
Avropa Oyunlarının ölkəmiz üçün siyasi
və ictimai əhəmiyyətindən danışaraq
bildirib ki, bu idman yarışı bütün qitənin
tarixində qalacaq bir hadisə olacaq.
Rektor ATU tələbələrinin böyük qisminin
Avropa Oyunlarında könüllü kimi iştirak
edəcəyini də vurğulayıb və onlara uğurlar
arzulayıb.
Daha sonra imtahanların keçırıldiyi
Virtual Test Mərkəzinin direktoru, dosent
Şahin Bayramov çıxış edərək imtahanlara
texniki hazırlıqların uğurla başa çatdı-
ğını bildirib. Qeyd olunub ki, hazırda
ATU-nun əczaçılıq fakültəsinin IV kurs
tələbələrinin dövlət imtahanlarına start
verilib.
Görüşdə iştirak edən fakültə
dekanları isə tələbələrin imtaha-
na hazırlıq səviyyəsinin yoxla-
nılması, dövlət attestasiyası və
semestr imtahanlarına hazırlığın
vəziyyəti haqqında məlumat
verdilər.
Tibb Universitetinin tədris-
hissə müdiri, dosent Nəsimi
Qasımov Nazirlik tərəfindən
fakültələr üzrə təyin edilən at-
testasiya komissiyaları haqqında
məlumatı görüş iştirakçılarının
diqqətinə çatdırdı.
ATU-nun Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent Cahangir
Qasımov isə bu il Universitetdə “Məzun
günü”nün may ayının 27-i saat 17:00-da
keçiriləcəyini bildirdi.
Görüşdə qeyd olundu ki, Universitetdə
imtahanların gedişi zamanı yarana
biləcək anlaşılmazlıqları operativ həll
etmək məqsədilə appelyasiya komissiya-
ları və qaynar xətt təşkil edilmişdir.
ATU-nun Onkoloji klinikasında
elmi konfrans keçirilib
Rektor yay imtahan sessiyasına
hazırlığın vəziyyətilə maraqlanıb
Saatlı və
Sabirabad
sakinləri pulsuz müayinə olundu
u Müasir dövrdə gənclərin
xarici dil, xüsusilə də ingilis
dilini bilməsi çox önəmlidir.
Dil bacarıqları tələbələrin
beynəlxalq təcrübəni daha yax-
şı mənimsəməsinə, əlaqələri
genişləndirməsinə,
konkret
fənn ilə bağlı daha çox bilik
əldə etməyə imkan verir. Tibb
elminin daim inkişaf edən bir
sahə olduğunu nəzərə ala-
raq ingilis dili biliklərinin ATU
tələbələri üçün daha çox
əhəmiyyət kəsb etdiyini deyə
bilərik. Bu məsələdə tələbələrə yar-
dım etmək məqsədilə Azərbaycan Tibb
Universitetinin (ATU) rektoru, akademik
Ə.Əmiraslanovun dəstəyi nəticəsində
Tələbə Həmkarlar İttifaqı Komitəsinin
nəzdində tələbələr üçün pulsuz danışıq
kursları (Conversation Club) təşkil edilib.
Bu haqda ATU-nun Tələbə Həmkarlar
İttifaqı Komitəsinin sədri, dosent Elşad
Novruzov məlumat verib.
Onun sözlərinə görə, bu kurs-
larda ingilis dilində başlanğıc
(Beginner) və orta səviyyələr
(İntermediate) üçün xüsusi
proqramlaşdırılmış dərslər ke-
çilir.
Kursların tamamilə ödənişsiz
olduğunu xüsusi qeyd etmək
lazımdır. Bu, tələbələrin xarici
dillərlə daha intensiv məşğul
olmasına imkan yaradacaq.
Qeyd edək ki, ingilis dilində
danışıq klubunun yaradılması
layihəsi ATU-nun II müalicə
profilaktika fakültəsinin 3-cü kurs tələbəsi
Sərxan Həsənlinin başçılığı ilə icra olu-
nur. Dərslər həftədə 2 dəfə - şənbə və
bazar günləri ATU-nun tədris binasında
(fizika-kimya korpusu) keçirilir.
Kursda iştirak etmək üçün facebookda
“Medicalconversationamu” qrupuna qa-
tılmaq lazımdır.
Tibb Universitetində tələbələr üçün
ödənişsiz xarici dil kursları təşkil edilib