Sadə kompüter qrafikası proqramları


Təsvirlərlə iş avadanlıqları



Yüklə 0,81 Mb.
səhifə7/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   2   3   4   5   6   7   8   9   10   ...   16
UNEC 1647085990

3.5. Təsvirlərlə iş avadanlıqları

3.5.1.Təsvirlərlə işləmək üçün kompüterlər.

Fərdi kompüterlərdə təsvirlərlə işləmək üçün müxtəlif əlavə avadanlıqlardan istifsdə edilir. Bundan əlavə kompüterin özünə də əlavə tələblər qoyulur.

Təvirlərlə işləmək üçün istifadə edilən kompüter adi ofis və ya məişət kompüterlərindən güçlü olmalıdır. Operativ yaddaşın və vinçterin (sərt diskin) həcmi böyük olmalıdır. Müasir tələblər baxımından sərt diskin həcmi 100 Qbayt və daha çox, operativ yaddaşın həcmi isə 4 Qbayt və daha çox olsa yaxşıdır.

Kompüterdə kompakt diskə yazan qurğunun olması çox vacibdir. Hazır təsvirləri və digər komponentləri kompakt diskdə saxlamaq daha münasibdir.

Təsvirlərlə işləmək üçün istifadə edilən kompüter müasir və yüksək sürətə malik olan prosessorla təchiz edilməlidir ki, təsvirlərin redaktə edilməsi prosesi həyata keçirilərkən kompüter çox fikirləşəsi olmasın.

Təsvirlərlə işləmək üçün istifadə edilən kompüter müasir və yüksək sürətə malik olan videoadapterə malik olmalıdır. Videoadapter seçilmiş monitorun verilmiş rejimdə işini təmin edə bilməlidir. Bu, o deməkdir ki, videoadapter lazım oln buraxılışı (həlli), kadrların dəyişmə tezliyini və rəng dərinliyini himayə edə bilməlidir.

Təsvirlərlə işləmək üçün istifadə ediləcək monitoru seçəndə də diqqətli olmaq lazımdır. Ixtiyari kompüterdə monitor kompüterin əsas komponentlərindən biri hesab edilir. Təsvirlərlə iş prosesində isə bu daha böyük əhəmiyyət kəsb edir.Təsvirlərlə işləmək üçün istifadə edilən kompüterin monitorunun diaqonalının ölçüsü 17 dyümdən az olmamalıdır. Monitorun diaqonalının ölçüsü 19 dyüm və daha çox olsa yaxşıdır. Seçilmiş buraxılış (həll) üçün rəng dərinliyi 16 bitdən az olmamalıdir. Rəng dərinliyinin qiyməti 32 bit olsa daha yaxşıdır. Kompüterin arxasında işləyərkən güzün tez yorulmaması üçün monitorda kadrların dəyişmə sürəti 85 hersdən az olmamalıdır. Təsvirkərlə içləmək üçün monitor seçəndə onu hökmən test cədvəlinin köməyi ilə yoxlamaq lazımdır. Monitoru test cədvəli ilə yoxlayarkən ekranın səthində bütün rənglərin bircinc əks etdililməsinə, xüsusilə də ekranın kənarlarıda yerləşən xırda detalların dəqiq və aydın görünməsinə diqqət yetirmək lazımdır.

3D-disple deyəndə təsviri həcmli göstərən disple başa düşülür. Həcmli təsvir müəyyən həcm hüdudunda işıqlanan nöqtələrlə formalaşdırılır. Belə displelərdə piksel əvəzinə vokseldən istifadə edilir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə