Sadə kompüter qrafikası proqramları


My pictures (Mənim təsvirlərim) qovluğu



Yüklə 0,81 Mb.
səhifə2/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1647085990

3.2. My pictures (Mənim təsvirlərim) qovluğu.

Windows Me/2000/XP əməliyyat sistemlərində və sonrakı versiyalarda təsvirlərlə işin himayə edilməsi bilvəsitə sistemin özunə daxil edilmişdir. Mənim sənədlərim (My documents) qovluğunda Mənim təsvirlərim (My pictures) adlı qovluq yerləşir. Bu qovluğun xarici görünüşü digər qovluqların görünüşündən bir qədər fərqlənir. Bu qovluqda yerləşən bütün qrafif fayllar kiçik eskizlər formasında təsvir edilir. Pəncərənin aşağı sol küncündə öncə baxış sahəsi yerləşir. Göstəricini eskizlərdən hər hansı birinin üzərinə gətirib sol düyməni sıxanda, öncəbaxış sahəsində seçilən təsvir görünür. Xüsusi alətlər lövhədə yerləşən düymələrdən istifadə etməklə təsvirlər üzərində bir sıra əməliyyatlar yerinə yetirmək olar.



Baxılan təsvirin miqyasını böyütmək üçün əvvəcə üzərində plyus işarəsi həkk edilmiş Böyütmə duyməsini seçmək, sonra isə öncəbaxış sahəsində əks etdirilən təsvirin üzərində sol düyməni sıxmaq lazımdır. Təsviri kiçiltmək üçün üzərində minus işarəsi həkk edilmiş düyməni seçib, sonra təsvir üzərində sol düyməni sıxmaq lazımdır. Həqiqi ölçü düyməsi sıxılanda təsvir özünün həqiqi ölçüləri ilə görünür. Ölçünün uyğunlaşdırılması düyməsi isə elə miqyas seçməyə imkan verir ki, təsvir həm bütövlüklə öncəbaxış sahəsini doldura bilir, həm də öncəbaxış sahəsinə təsvir tam yerləşə bilir.

Windows Me və Windows XP əməliyyat sistemlərində Mənim təsvirlərim qovluğundan istifadə etməklə təsvirləri 90 dərəcə döndərmək mümkündür. Bu məqsədlə üzərində ox isarəsi həkk edilmiş düymələrdən istifadə edilir. Bu zaman duymənin altında və ya yanında döndərmə istigamətini seçməyə imkan verən köməkçi menyu əmələ gəlir: saat əqrəbinin hərəkəti istiqaməti üzrə (Rotate clockwise) , saat əqrəbi hərəkətinin əksi istiqaməti üzrə .

Təsvirləri çap etmək üçün Print duyməsindən istifadə sdilir. Print düyməsi sıxılandan sonra ekrana Windows-un standart çap dialoqu açılır. Bu dialoqun köməyi ilə printeri seçmək və onun tənzimlənməsini həyata keçirmək olar. Mənim təsvirlərim qovluğunda yerləşən bütün təsvirlərə tamekranlı rejimdə baxmaq, və təsvirlərin avtomatik birinin digərini əvəz etməsini təmin etmək olar. Bu rejim slayd-şou rejimi adlanır. Slayd-şou rejimi Windows Me və Windows XP əməliyyat sistemlərində rüsxətlidir. Bu məqsədlə Slaydların göstərilməsi (Slide show) istinadından istifadə edilir.

Slayd-şou rejimində təsvirlərə baxışın idarə edilməsindən ötrü idarəetmə lövhəsindən istifadə etmək olar. Soldan birinci düymə slaydların göstərilməsini təmin edir. İkinci düymə slaydların göstərilməsini dayandırır. Üçüncü duymədən əvvəlki təsvirə keçmək üçün, dördüncü düymədən növbəti təsvirə keçmək üçün istifadə edilir. Tamekranlı rejimdən çıxmaq üçün beşinci düyməni sıxmaq lazımdır.

Kompüterə skaner və ya pəqəmsal kamera quraşdırılmış olanda həmin qurğulardan təsvirləri bilavasitə Mənim təsvirlərim qovluğundan istifadə etməklə köçürmək olar. Bu məqsədlə slayd-şou istinadı ilə yanaşı yerləşən Skaner və ya kamera (Skanner or camera) istinadından istifadə edilir. Bu istinad seçiləndə təsvirlərin alınmasını təmin edən usta işə qoşulur. Istinad ekrana Windows sistem vasitələrlə himayə edilən qurğular olanda çıxır. Rəqəmsal kameralar və skanerlər xüsusi ustanın kömöyi ilə quraşdırılır. Ustanı işə qoşmaq üçün İdarəetmə lövhəsində (Control Panel) yerləşən Skanerlər və kameralar (Skanners and cameras) nişanından istifadə edilir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə