Sadə kompüter qrafikası proqramları


x 600 15 düym; 1024 x 768



Yüklə 0,81 Mb.
səhifə9/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
UNEC 1647085990

800 x 600 15 düym; 1024 x 768 17 düym; 1280 x 1024 19 düym;

1600 x1200 20 düym monitorlar üçün standart buraxılış rejimi hesab edilir.

Monitoru seçərkən onun test cədvəli ilə yoxlanması zəruridir. Yaxşı monitor ağ rəngi zəif sarımtıl və ya zəif maviyəbənzər əks etdirməməlidir.



3.5.2. Rəqəmsal fotokameralar.

Təsvirlərlə iş üçün tətbiq edilən əlavə avadanlıqlar arasında rəqəmsal fotokameralar daha önəmlidir. Rəqəmsal fotokameralarda plyonka əvəzinə işığa həssas elementdən istifadə edilir. İşığa həssas element təsvirləri elektrik siqnallarına çevirir. Siqnallar kodlaşdırılandan sonra kameranın yaddaşında saxlanır. Kameranın yaddaşında saxlanan siqnalları istənilən vaxt kompüterə köçürmək olar. Rəqəmsal fotokameranın yaddaşından kompüterə yazılmış təsvirləri ixtiyari kompüter qrafikası proqramı ilə emal etmək və printerlə çap etmək olar. Keyfiyyətli fotokamera istifadəçiyə köçürmə qurğusunda və ya skanerdən imtina etməyə imkan verir.

Rəqəmsal fotokameralar ilk növbədə onların köməyi ilə alınan fotoşəkillərin buraxılışı (həlli) ilə (320x240 pikseldən 2400x1800 pikselə qədər) fərqləndirilir. Adətən belə kameralar alışma (işıqlandırma) qurğusu, fotolara baxmaq üçün maye kristal disple, avtomatik fokslaşdırma, taymerlə (çəkilşə başlamaq üçün istifadə edilir) və fotoqrafiyalara televizor ekranında baxmax üçün istifadə edilən televizor çıxışı ilə komplektləşdirilir. Belə kameraların komplektinə müəyyən həcmə malik olan xüsusi yaddaş kartı, kompüter üçün şnurlar komplekti və proqram təminatı (drayver) daxil edilir. Baha kameralar təsvirlərin daha keyfiyyətli alınmasını təmin edir edir və onlarda mövcud olan əlavə funksiyaların sayı da daha çox olur. Baha kameralarda obyektləri yaxınlaşdırmaq və uzaqlaşdırmaq üçün istifadə edilən və Zoom adlanan funksiya olur. Optik və rəqəmsal yaxınlaşdırma və uzaqlaşdırma pejimləri fərqləndirilir. Rəqəmsal yaxınlaşdırma və uzaqlaşdırma rejimi obyekt böyüdükərkən onun dəqiq vəya aydın görünməsini yaxşılaşdıra bilmir. Bəzi kameralar videoklip çəkmək və hər bir təsvirə qısa nitq şərhi vermək fünksiyalarına malik olur. Əlavə yaddaş kartından istifadə etməklə səkilləri saxlamaq üçün istifadə edilən yaddaşın həcmini genişləndirmək olar. Rəqəmsal fotokameraları Agfa, Canon, Kodak, Nikon, Olympus, Sony; Samsung; FujiFilm və bir sıra digər firmalar buraxır.

Rəqəmsal fotokameralar onlarda alınan təsvirlərin ölçülərinə görə fərqlənir: 320 x 240; 640 x 480 ; 1024 x 768 ; 1280 x 960 ; 1600 x 1200 ; 2400 x 1536 ; 2288 x 1712 ; 2560 x 1696 ; 2560 x 1920 ; 2816 x 2112 ; 3200 x 2400 piksel.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə