Sadə kompüter qrafikası proqramları



Yüklə 0,81 Mb.
səhifə12/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1647085990

3.4.5. Skanerlər.

Skanerobyeti təhlil edib, onun rəqəmsal surətini kompüterə daxil edən ğurğuya deyilir.

Skanerləşdirmə – təsvirin rəqəmsal surətinin alınmasıdır.

Təsvirlərin və fotoşəkillərin kompüterə daxil edilməsindən ötrü skanerlərdən istifadə edilir. Skanerlər üçün əsas parametr buraxılışdır (həlldir). Qeyri-peşəkar istifadəçilərdən ötrü buraxılışı 600 dpi-yə malik olan skanerlər də qənaətbəxş hesab edilə bilər. Bəzi skanerlərdə üfqi və şaquli (məsələn, 600 dpi-nin 300 dpi-yə) buraxılış qiymətləri ayrıca göstərilir. Belə olan halda kiçik qiyməti əsas götürərək məsələn, buraxılışı 1200- ün 600 dpi-yə göstərilən skaneri seşmək lazımdır. Printer kimi ardıcıl porta qoşulan skanerlə təsvirin kompüterə daxil edilməsi aşağı sürətlə həyata keçirilir. Ona görə də universal ardıcıl USB şininə qoşulan skanerlərdən istifadə etmək daha yaxşıdır.

Agfa və UMAX firmalarının istehsal etdiyi skanerlər daha keyfiyyətli skanerlər hesab edilir. Hewlett Packard firmasının skanerləri də geniş yayılmışdır. Mustek firmasının buraxdığı skanerlər isə qiymət/keyfiyyət nisbəti nöqteyi – nəzərindən daha münasib hesab edilir.

Skaner istehsalı üzrə Hewlett Packard, Agfa, UMAX, Plustek, Panasonic, Nikon, Xerox, Kodak, Fujitsu, Epson, Mustek, Lexmarc, Canon firmaları aparıcı firmalar hesab edilir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə