2. İdman dəqiqəsi “Səhər idmanı”
Hər səhər tezdən
İdman edirik.
Növbə ilə hərəkət etmək
Çox xoş olur bizə:
Sevinə-sevinə addımlamaq,
Əlləri qaldırmaq,
Sonra aşağı salmaq.
Oturmaq və durmaq.
Tullanmaq və hoppanmaq.
3. Oyun “Böyük və kiçik”
Uşaqlara tapmaca demək.
Evimizdə bir kişi var,
Xor-xor ilə yatışı var. (pişik)
Suallar:
-Şəkildə kimi görürsünüz? (Pişik balasü ilə)
-Pişik necədir? (Böyükdür)
-Bəs, balası? (kiçikdir)
Şəkildə iki nəlbəki var, biri böyükdür, o pişik üçündür, digəri isə kiçikdir, o pişiyin balası üçündür.
Uşaqlara karandaşla pişikdən böyük nəlbəkiyə və pişiyin balasından kiçik nəlbəkiyə yol çəkməyi tapşırmaq.
Suallar:
Pişik hansı nəlbəkidən süd içir? ( böyükdən)
Bəs, balası hansı nəlbəkidən süd içir? (kiçikdən)
Dostları ilə paylaş: |