Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Müxtəlif analizatorlarla (eşitmə, toxunma-hərəkət) qavranılan çoxluları saymaq



Yüklə 2,56 Mb.
səhifə29/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   25   26   27   28   29   30   31   32   ...   106
SRTFM

Müxtəlif analizatorlarla (eşitmə, toxunma-hərəkət) qavranılan çoxluları saymaq. Görmə qavrayışına istinad etməklə yanaşı (əyani göstərilən çoxluqları) uşaqları eşitmə, əl ilə toxunmaqla çoxluqları saymaqda çalışdırmaq, onlara hərəkətləri saymağı öyrətmək vacibdir.

Toxunma hissi ilə və səsləri saymağa aid çalışmaları uşaqlara gözlərini yummağı təklif etmədən aparırlar. Bu uşaqları saymadan yayındıra bilər. Tərbiyəçi səsləri şirmanın arxasından çıxarır ki, uşaqlar onları ancaq eşidə bilsinlər, əllərin hərəkətini görməsinlər. Uşaqlar torbaya qoyulmuş əşyaları ancaq əl ilə toxunmaqla sayırlar. Bu məqsədlə müxtəlif vəsaitlərdən istifadə edilir. Məs., kartoçkalardakı düymələri, taxdadakı dəlikləri,torbada və yaxud salfetin altındakı oyuncaqları saymaq olar. Bundan əlavə müxtəlif musiqi alətlərindən də istifadə etmək olar: baraban, metallafon, çubuqlar.

Uşaqları hərəkətləri saymaqda çalışdıraraq, onlara təklif edirlər ki, ya nümunəyə görə, ya da deyilən ədədə görə hərəkət etsinlər: çəkicin zərbələri qədər,sən də taqqıldat və ya 3 dəfə otur-dur. Lakin 3 yaşlı uşağa çox mürəkkəb hərəkətləri yerinə yetirməyi təklif etmək olmaz,çünki bu balacaların diqqətini sayma əməliyyatından yayındıra bilər.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə