84
Rubnerin tədqiqatları onu da sübut edib ki,karbohid-
ratlar ən qənaətli qida növüdür.Zülalların,ələlxüsus,ət,yağ,süd,
kulinariya məmulatlarının 80 faizi itkiyə məruz qalırlar, orqa-
nizmə lazım olan miqdarda enerji vermək nöqteyi-nəzərindən
çox səmərəsiz qida növü sayılırlar.Həm də zülalın həzm olun-
ması,mənimsənilməsi,çevrilməsi və orqanizimdən kənar edil-
məsi üçün külli miqdarda enerji itirməli oluruq. Bu da ayrı-ayrı
orqanların sıradan tez çxmasına səbəb olur:.
Diqqət!Orqanizmə daxil olan hər artıq qram zülal,
zəhərə çevrilib, qanı zəhərləyir, qatılaşdırır, qaraldır, qan
dövranını pisləşdirir.Bunu dönə-dönə sinaqdan çıxarmı-
şam, hər dəfə də dəhşətli ağrılar dərhal baş qaldırıb, halım
pisləşib, təcili tədbir görmək məcburiyyətində qalmışam.
Tədqiqatların daha bir maraqlı nəticəsi barədə.Yaşlı
adamların qidadan aldığı bütün enerjinin yalnız 4 faizi yeni
hüceyrələrin yaradılması üçün istifadə olunur,qalan 96 faizi
enerji istehlakına sərf olunur.Bu,bir daha sübut edir ki, “canlı”
qida-ən gözəl qidadır,onu ətlə əvəz etməyə,yaxud tamamla-
mağa heç bir ehtiyac yoxdur.Əksinə,sağlam adamı,nə qədərki
xəstələnməyib,ət yeməkdən çəkindirmək böyük savabdır. Xəs-
tə adama isə,əsasən,bitki qidası(çiy şəkildə) və tərkibində az
miqdarda zülal olan qida vermək məsləhətdir.Belə bir məsələyə
diqqət yetirmək lazımdır ki,ana südündə çox cüzi miqdarda
zülal vardır.Bu normanı Ana Təbiətin özü təsbit edib.
Bəli,Ana Təbiət hər şeyi dəqiq ölçüb-biçib ki,biz
həmişə sağlam və gümrah yaşayaq,uzun ömür sürək,xoşbəxt
olaq.Biz isə onun əbədi və dəyişməz qanunlarını müntəzəm
pozuruq.Qəribə olsa da,guya, bunu sağlamlıq naminə edirik.
Yaşlı adamlar soruşa bilər:mənə nə qədər zülal lazım-
dır?Dünyanın bir çox alimləri hesab edirlər ki, ümumiyyətlə,
hər kq çəkiyə 1 qram zülal bəs edər.İnkişaf edən orqanizmə və
xəstələrə bir qədər artıq lazımdır.Bu məsələ hələlik mübahisəli
qalıb. Mən isə öz üzərimdə və xəstələrin üzərində apardığım
sınaqlardan belə qənaətə gəlmişəm ki,ahıl və ya xəstə adam
85
zülaldan çox cüzi miqdarda istifadə etməlidir.Ümumdünya
Sağlamlıq Təşkilatı da çox yüksək norma təyin edib:65 kq
çəkisi olan kişi üçün 37-62 q zülal, 55 kq çəkili qadın üçün 29-
48 q zülal. Təbii yeməkləri təbliğ edənlər isə hər iki halda
göstərilən aşağı həddi (yəni: 37-29 q) normal sayırlar.Bəzi
tədqiqatçılar belə hesab edirlər ki,zehni işlə məşğul olan
adamlara 25-20,hətta, 15 q zülal kifayyət edər. Bu qədər zülalı
almaq üçün 100 q badam,qoz,yaxud fındıq ləpəsi yemək lazım
gələr.Bunlarla yanaşı, banan, əncir,xurma (karalyok) və bir çox
başqa meyvələr karbohidratlarla zəngindir.Günəbaxan tumu
özündə çox gözəl qida zülalı ilə təbii yağın,vitaminlərin,bir çox
mikroelementlərin və karbohidratların qarışığını cəmləyib.
Amma onu çiy şəkildə qəbul etmək lazımdır.Günəbaxan
tumunu üyüdüb oradan yağı çıxartsanız, tərkibində 88 faiz çox
qiymətli zülal qalar.
Yada salaq ki,heyvanların yediyi otlarda kifayyət qədər
zülal vardır.Fikir verin:quruda yaşayan heyvanların ən irisi,ən
güclüsü və ən zəhmətkeşi olan fil nə ət yeyir,nə yağ yeyir,nə də
şokalad,onun qidası çiy bitkidir.Bu ağıllı heyvan 60-70 il azar-
bezarsız yaşayır,zəhmətkeşdir,ağıllıdır.Başqa bir məqam:bizə
ət,süd,yumurta verən heyvanlar da zülalı otdan,yarpaqdan və
dəndən alır-zəngin Bitki Səltənətindən.Bir neçə yüz il ömür
sürən qarğanın əsas qidası bitki,ən sevimli “xörəyi” isə -
qozdur. Bu barədə düşünməyinə dəyər.Yarpaqlar və yaşıl kütlə
insan orqanizmini zülalla təmin etmək üçün çox perspektivli
qida sayılır. Kim bilir,bəlkə də elə gün gələcək ki,insan ev
heyvanlarını yedizdirib,onlardan zülal almaq üçün bu qədər
vəsait,enerji və vaxt sərf etmək,dənizləri,okeanları ələk-vələk
edib balıq ovlamaq əvəzinə,elə zülalı birbaşa Təbiətin zəngin
“süfrəsindən”-otlardan,yarpaqlardan,şüluldan alacaq.Əlbəttə,bu
sabahın işidir.Bu gün isə bol-bol meyvə,tərəvəz,göy-göyərti,
şülul(hamısı da çiy) yemək vacibdir.İnsanın çörəksiz, makaro-
nsuz,ətsiz,yağsız,şokoladsız,mürəbbəsiz daha yaxşı yaşaya
86
biləcəyi fikrinə,azar-bezardan həmişəlik yaxa qurtaracağı
fikirinə tədricən alışın.
ƏT HAQQINDA NƏYİ BİLMİRİK?
Hamıya elə gəlir ki,ət insana güc verir,orqanizmi möh-
kəmləndirir.Əslində isə bu güclənmə araq içən sərxoşun “güc-
lənməsinə”, “cəsarətlənməsinə” bənzəyir.Qıraqdan baxan ayıq
adamlar sərxoşun necə “gücləndiyinə” gülür,onu ələ salır.
Çünki hamı bilir:alkoqol adama güc vermir,sadəcə,orqanizmi
qıcıqlandırıb oyadır.Bu təsir-toksik təsirdir.İnsan toksik təsiri
yanlış olaraq bədənə güc axması kimi qəbul edir.Həqiqət
budur.Eyni fikiri ət haqqında da söyləmək olar.Bu gün belə bir
yanlış təsəvvür var ki,ət yemədən güc toplamaq,iş qabliyətini
saxlamaq,hətta,yaşamaq belə mümkün deyil.
Mən özüm ucqar dağ kəndində dünyaya gəlmişəm.
Cütlə yer şumlayan,qızmar Günəş altında zəmi biçən,dərz bag-
layan, xırman döyən,ot çalan kişilərin,dovşanı qova-qova
yorub tutan cavanlarımızın,kürəyində odun şələsi daşıyan
oğlanlarımızın ət-yağla,sən deyən, arası yoxudu.Uşaq vaxtı və
yeniyetmə çağında ət yediyim günləri barmaqla saya bilərəm.
Əti,əsasən,bayramlarda,toylarda,yaslarda,bir də evə qonaq gəl-
əndə görərdik.Belə hadisələr isə çox olmur.Odur ki,ət dilimizə
təsadüfdən-təsadüfə dəyərdi.Həm də ət yemək simvolik xarak-
ter daşıyırdı.Yediyimiz mer-meyvə, göy-göyərti,şülul olardı.
Bu barədə 1990- cı ildə işıq üzü görmüş “Arandan gələn adam”
adlı povestimdə həvəslə söz açmışam.Bu əsəri yazanda Nişi
təlimindən tam bixəbər idim.Sadəcə olanları-həyat həqiqətlə-
rini qələmə almışdım.Bu gün yenidən həmin mətləbin üstünə
qayıtmağı,o vaxt yalnız boş mədəmizi doldurmaq naminə qəbul
etdiyimiz çox dəyərli qidaların adını çəkmək istəyirəm.Yaz
gələndə(əlbəttə,göy guruldayandan sonra:nənələrimiz deyirdi-
lər ki,göy guruldamamış pencər yeməyin,zəhərlənərsiniz.Bu
hikməti hələ aça bilməmişəm) özümüzü salırdıq zəmi yerlərinə,
Dostları ilə paylaş: |