Sağlamlıq və xəstəlik haqqında ümumi anlayış


İnfeksion və parazitar xəstəliklər



Yüklə 242,58 Kb.
səhifə2/4
tarix29.11.2023
ölçüsü242,58 Kb.
#141598
1   2   3   4
xestelik saglamliq

1. İnfeksion və parazitar xəstəliklər.
2. Şişlər.
3.Endokrin sistemin xəstəlikləri, qidalanmanın pozulması, maddələr mübadiləsinin və immunogen reaktivliyin patologiyası.
4. Qanın və qanyaradıcı sistemin xəstəlikləri.
5. Psixi pozulmalar.
6. Sinir sisteminin və duyğu orqanlarının xəstəlikləri
7. Qan dövranı sisteminin xəstəlikləri.
8. Tənəffüs orqanının xəstəlikləri.
9. Həzm orqanlarının xəstəlikləri.
10.Sidik-cinsiyyət sisteminin xəstəlikləri.
11.Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaşmaları
12.Dərinin və dərialtı təbəqənin xəstəlikləri.
13.Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri.
14.Anadangəlmə anomaliyalar (inkişaf qüsurları).
15.Erkən uşaqlıq dövrünün xəstəlikləri.
16.Aydın olmayan simptomlar və patoloji hallar.
17.Travmalar və zəhərlənmələr.
Xəstəliklərin səbəbləri və yaranma şəraiti. Xəstəliyi törədən və ona spesifik əlamətlər verən amillər xəstəliyin səbəbi adlanır. Patofiziologiyanın xəstəliklərin səbəblərini və yaranma şəraitini öyrənən hissəsinə etiologiya deyilir. Xəstəliklərin ekzogen və endogen, yəni xarici və daxili səbəbləri ayırd edilir. Amma bu bölgü şərtidir. Çünki daxili amillər özləri də bilavasitə fərdin orqanizminə, onun valideynlərinə və ya nə vaxtsa uzaq əcdadına (məsələn, irsi xəstəliklərə səbəb olan mutagen amillər) təsir göstərmiş ekzogen amillə əlaqədar olaraq formalaşır.
Xəstəliklərin yaranma şəraitini də xarici və daxili amillər təşkil edir ki, bunlar xəstəliyin inkişafını sürətləndirir və ya qarşısını alır. Məsələn, xarici şərait amillərindən emosional gərginlik, soyuqdəymə, xronik yorğunluq, keyfiyyətsiz qidalanma, zərərli vərdişlər (siqaret çəkmə və s.), xəstəyə pis qulluq xəstəliklərin törənməsinə və ya şiddətlənməsinə səbəb olursa, sakit və rahat yaşayış, iş şəraiti, düzgün iş günü və qidalanma rejimi, idmanla məşğul olma xəstəliyin qarşısını alır.
Elecə də xəstəliyə irsi meyllik, diatezlər (patoloji konstitusiya), körpəlik və qocalıq dövrləri və s. xəstəliklərin əmələ gəlməsinə şərait yaradırsa, sağlam irsiyyət və konstitusiya, immunitet kimi daxili amillər bunun qarşısını alır.

Yüklə 242,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə