Rayon partiya komitəsinin bürosu kollektiv rəhbərlik
orqanıdır. O, rayon partiya komitəsinin bütün fəaliyyətinə
rəhbərlik edir, kommunistlərin təşəbbüs göstərmələri, onların
fəallığının artması qayğısına qalır, bunun üçün lazımi
tədbirlər hazırlayıb həyata keçirir. Həm də bu tədbirlər təkcə
rayon partiya komitəsinin büro və plenum iclaslarının vaxtlı-
vaxtında çağırılması ilə, bu iclaslarda partiya həyatının
müxtəlif sahələrinə dair məsələlərin müzakirəyə qoyulması
ilə bitmir. Kollektiv rəhbərlik prinsipi rayon partiya
komitəsinin ilk təşkilatlar, kommunistlər və bitərəf fəallarla
möhkəm əlaqə saxlaması ilə, onların irəli sürdükləri tələb və
təkliflərin nə dərəcədə nəzərə alınması ilə sıx rəhbərliyin
forma və metodlarından xeyli dərəcədə asılıdır. Bu üslub büro
və plenum iclaslarında hər bir məsələnin dərindən, hərtərəfli
və yaradıcılıqla müzakirə edilməsi üçün, obyektiv və təsirli
qərar çıxarılması üçün imkan yaradır. Belə qərar isə sözün
həqiqi mənasında kollektiv rəhbərliyin bəhrəsi olmaq etibarı
ilə işin daha da yaxşılaşması, nöqsanların işgüzarcasına
aradan qaldırılması və qarşıda duran hər hansı bir məsələnin
müvəffəqiyyətlə həll edilməsi ilə nəticələnir. Buna görə də
Qasım İsmayılov Rayon Partiya Komitəsi büro və plenum
iclaslarının işgüzarlıqla və yüksək ideya-siyasi səviyyədə
hazırlanıb keçirilməsinə çalışır, kollektiv rəhbərliyin və par-
tiyadaxili demokratiyanın Lenin normalarına əsaslanır.
Məlumdur ki, büronun normal fəaliyyət göstərməsi üçün bir-
inci növbədə iş planının düşünülmüş surətdə tərtib
edilməsinə, müzakirə üçün günün ən vacib və mühüm
məsələlərinin seçilməsinə diqqət verilməlidir. İş planı büro-
Zəkanın gücü
135
nun fəaliyyət proqramı hesab edilir. Odur ki, plan bir nəfər
tərəfindən deyil, bütöv kollektivin rəy və təklifləri əsasında,
rayon partiya komitəsinin təlimatçıları, şöbə müdirləri, büro
və plenum üzvləri öz təklif və qeydlərini bildirdikdən sonra
tərtib edilib büronun təsdiqinə verilir.
Keçən il ərzində gördüyümüz işləri nəzərdən keçirdikdə
aydın olur ki, iş planında nəzərdə tutulan tədbirlərin
əksəriyyəti yerinə yetirilmişdir. Belə bir nəticəyə gəlmək olur
ki, kollektivin iradəsini ifadə edən müsbət nəticə verir.
Biz çalışırıq ki, büronun müzakirə edəcəyi məsələlər
yalnız rayon partiya komitəsinin işçiləri tərəfindən deyil,
habelə plenumun üzvü olub, müxtəlif istehsal sahələrində
çalışan ayrı-ayrı kommunistlər tərəfindən hazırlansın. Belə
olduqda məsələ daha diqqətlə hazırlanır, müzakirə daha canlı,
daha işgüzar xarakter daşıyır. Tənqid və özünütənqid üçün
geniş meydan açılır. Məsələn, bildirdiyimiz 25 büro və 4
plenum iclasında təqribən 200-ə yaxın müxtəlif xarakterli
məsələ müzakirə olunmuşdur. Bu məsələlərin hazırlanmasına
təlimatçılardan və şöbə müdirlərindən başqa 130 nəfərdən
çox plenum üzvü və partiya fəalı cəlb edilmişdir. Yeri
gəlmişkən qeyd etmək lazımdır ki, məsələlərin hazırlan -
masında H. Abdullayev, H. Baxşəliyeva, H. Rüstəmov, X.
Süleymanov, Q. Qurbanov, K. Əsgərov, R. Vəliyev və
başqa yoldaşlar xüsusilə fəal iştirak edirlər. Son aylarda
keçirilmiş bürolarda müzakirə edilən "Rayonun sovxoz və
kolxoz larında heyvandarlıq məhsulları istehsalı və dövlətə
satışında kommunistlərin iştirakı və sosializm yarışının təşkili
forma ları haqqında", "İlk partiya təşkilatlarında üzvlük
Sahib Sailov
136
haqlarının toplanması və təhvil verilməsi haqqında", "Rayo -
nun kolxozlarında pambığın becərilməsində kommunistlərin
avanqard rolunun təmin edilməsində ilk partiya təşkilatlarının
fəaliyyəti haqqında", Rayonun kolxozlarında qış aratının
gedişinə partiya təşkilatının rəhbərliyi haqqnda", "Sov. İKP-
nın XXIV qurultayı şərəfinə sosializm yarışının geniş -
ləndirilməsi haqqında", məsələlərin hazırlanmasında 50
nəfərdən çox plenum üzvü və fəal kommunist iştirak
etmişdir. Plenum iclaslarının müzakirəsinə verilən "Yaroslavl
şəhər partiya təşkilatlarında partiya yığıncaqlarının
keçirilməsi təcrübəsi haqqında" Sov. İKP MK qərarının ilk
partiya təşkilatlarında yerinə yetirilməsinin gedişinə dair" və
"Zəhmətkeşlərin məktub, ərizə və şikayətlərinə baxılması
vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri” haqqında
məsələlərin hazırlanmasına 45 nəfər plenum üzvü və fəal
kommunist cəlb edilmişdir.
Yerlərdə səyyar büroların keçirilməsi işdə ciddi dönüş
yaradılmasına kömək göstərir, adamlarda tapşırılmış iş üçün
məsuliyyət hissini yüksəldir. Becərmənin ilk dövrü idi.
Rayon partiya komitəsi bütün kolxozlarda pambığın suva -
rılması və becərilməsinin gedişini yoxlamaq və nöqsanları
ara dan qaldırmaq üçün yerlərə kənd təsərrüfatı mütəxəs -
sislərindən, təcrübəli pambıqçılardan, partiya fəallarından
ibarət nümayəndələr göndərdi. Yoxlamanın nəticəsi pambıq -
çıların rayon müşavirəsində geniş müzakirə olundu. Or-
conikidze adına kolxozda pambığın suvarılması və
becə rilməsində ciddi nöqsanlara yol verilirdi. Becərmədə
aqrotexniki qaydalar pozulurdu. Briqadalarda əmək intizamı
Zəkanın gücü
137
Dostları ilə paylaş: |