13
Səfəvi dövlətinin osmanlılar tərəfindən işğal edilmiş torpaqlarını geri almaq uğrunda İranın gələcək
hakimi Nadir Qulu xanın (Nadir şah) apardığı uğurlu müharibə nəticəsində osmanlı qoşunlarından təmizlənən
Naxçıvan diyarı heç də ağ günlərə çıxmadı.
1736-cı ildə özünü şah elan edən Nadir şah Əfşar Muğan qurultayında onun namizədliyinin əleyhinə -
[22-23]
çıxan azərbaycanlılara divan tutdu
21
. Bu qəbildən naxçıvanlılara da az işgəncə verilmədi. Nadir Qulu
xanın şah olmasına etiraz etdiklərinə görə Kəngərli tayfasının bəzi nüfuzlu nümayəndələri də Əfqanıstana
sürgün edildi
22
.
Nadir şah Əfşar Səfəvi dövlətindən əsər-əlamət qalmasın deyə inzibati-ərazi bölgüsündə çox ciddi
dəyişiklik etdi. Belə ki, o, Şirvan, Qarabağ, Təbriz, Çuxur-Səd bəylərbəyliyini ləğv edərək vahid inzibati bölgü
yaratmışdır. Azərbaycan adlanan bu vilayətin idarəsini Nadir şah Əfşar öz qardaşı İbrahim xana həvalə etdi
23
.
Türkiyə-İran müharibələrindən sonra hakimiyyətə gələn Nadir şah Əfşar dövründə ölkədə havalar qu-
raqlıq keçdiyindən məhsulun azlığı zəhmətkeş kütlələrin onsuz da ağır vəziyyətini daha da artıq dərinləşdirdi.
Nadir şahın yeni vergi sistemi, onun hərbi yürüşlərinin ağırlığı İran dövlətində olduğu kimi, bütün Azərbaycanı
əhatə edən aclığa gətirib çıxartdı və
24
bunun nəticəsində yadelli işğalçılara qarşı yönəlmiş xalq hərəkatı XVIII
əsrin ortalarında Azərbaycanda İran hakimiyyətinə son qoyulmasında mühüm rol oynadı
25
.
Nadir şah Əfşarın ölümündən sonra (1747) taxt-tac uğrunda varislərin mübarizəsi ilə yanaşı. Nadir şah
Əfşarın dövlətinə daxil olan vilayətlərin də nüfuzlu feodalları sərbəstliyə can atırdılar. Beləliklə də, Azərbaycan
ərazisində 18 xanlıq əmələ gəldi: Şəki, Qarabağ, Quba, Dərbənd, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz,
Sərab, Ərdəbil, Xoy, Urmiya, İrəvan, Qaradağ, Talış, Marağa, Maku və Cavad xanlıqları
26
.
1747-ci ildə yaranmış Naxçıvan xanlığı nə özünün iqtisadi inkişafı, nə də ki, hərbi qüdrəti baxımından
digər xanlıqlardan fərqlənmirdi. hakimiyyətini gücləndirmək və təcavüzlərdən qorunmaq məqsədi ilə Naxçıvan
xanlığının əsasını qoymuş Heydərqulu xan -
[23-24]
(1747—1763/64) fəaliyyətinin ilk dövründə daha güclü,
olan Qarabağ xanlığına arxalanırdı
27
. Qarabağ xanı Pənah Əli xanla hərbi-siyasi ittifaqa da girirdi
28
.
Heydərqulu xanın ölümündən sonra 1787-ci ilə qədər tez-tez Naxçıvan xanlığında hakimlər dəyişir və
bu dövrə qədər çox zəifləmiş olan Naxçıvan xanlığı, Xoy, Qarabağ və İrəvan xanlıqları Kartli-Kaxetiya çarlığı
və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir
29
.
Bu xanlıqlarla İran arasında siyasi cəhətdən manevr edən Naxçıvan xanları, xüsusilədə Abbasqulu
xanla Kəlb Əli xan 1783-cü ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Rusiyanın himayəsi altına
keçmiş Kartli-Kaxetiya çarı II İraklinin vasitəçiliyi ilə Naxçıvan xanlığında əmin-amanlığa nail olmaq xatirinə
Rusiyanın himayədarlığına keçməyi üstün tuturdular
30
.
1787-ci ildən 1820-ci
ilə qədər, fasilələrlə Naxçıvan xanı olmuş Kəlb Əli xanın dövründə Naxçıvan
xanlığının nisbətən güclənməsi müşahidə olunur və xanlıq daxilindəki siyasi sabitlik Ağa Məhəmməd şah
Qacarın Cənubi Qafqaza yürüşündən sonra pozulmağa başlayır
31
.
Ağa Məhəmməd Qacar özünü şah elan etməzdən əvvəl Cənubi Qafqaza yürüşü ərəfəsində oraya öz
nümayəndələri ilə fərmanlar göndərərək hakim feodallardan — xanlardan itaət əlaməti olaraq «arvadlarını,
uşaqlarını və qardaşlarını girov göndərməyi əmr etmişdir»
32
. Naxçıvan xanlığının hakimi Kəlb Əli xan qəlbdən
sevmədiyi əmisi oğlu, həmişə xanlıq taxtında közü olan Abbas Qulu xanı başından etmək məqsədi ilə onu girov
kimi İran hakiminin xidmətinə göndərdi. Ağa Məhəmməd xan Qaçar Kəlb Əli xanın Abbas Qulu xana olan
münasibətini bildiyi üçün onun bu hərəkətlini qeyri-ciddi qiymətləndirmiş, lakin Qarabağa və Gürcüstana
yürüşə tələsdiyinə görə ona toxunmamış və sonralar bunun üstündə 1797-ci ildə Azərbaycana etdiyi ikinci
yürüşü zamanı Kəlb Əli xanı düşərgə-
[24-25]
sinə dəvət etmiş və burada onu cəzalandıraraq gözlərini kor edib,
21
Ф. М Алиев. Антиранские выступления., с. 98-118.
22
Yenə orada,
23
F. M. Əliyev. Azərbaycan XVIII əsrdə.—«Azərbaycan tarixi», Bakı, Elm, 1993, s. 182; Yenə də onun. Антиранские выступления..,
s. 125
24
F. M. Əliyev. Azərbaycan XVIII əsrdə, s. 183.
25
Yenə orada, s. 184.
26
Yenə orada.
27
F. M. Əliyev. Göstərilən əsəri, s. 14.
28
В. Н. Левиатов. Очерки истории Азербайджана в XVIII в. – Баку, 1948, с. 123.
29
F. M. Əliyev. Azərbaycan XVIII əsrdə, s. 16.
30
Yenə orada, s. 17-18.
31
Yenə orada, s. 18; В. Н. Левиатов. Göstərilən əsəri. s. 163.
32
П. Г. Бутков. Göstərilən əsəri, s. 319.
14
onun yerinə İranda girov kimi saxlanılan Abbas Qulu xanı təyin etmişdi. Dünya işığından məhrum olan Kəlb
Əli xanı isə həbs edib Tehrana göndərmişdir
33
.
Beləliklə, 1747 — 1797-ci illərdə müstəqil bir xanlıq olan Naxçıvan xanlığı həmin vaxtdan etibarən,
1828-ci ildə Rusiya tərəfindən işğal olana qədər, faktiki olaraq İran dövlətinin ucqarlarından birinə çevrilmişdir.
Yuxarıda qeyd edildiyi kimi, 1797-ci ilə qədər Naxçıvan xanlığı müstəqil bir dövlət qurumu idi. Xanlı-
ğın bütün feodalları xana tabe idilər. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi, Naxçıvanda da bütün
hakimiyyət xanın əlində cəmlənmişdi
34
.
İnzibati-ərazi bölgüsündə əvvəlki dövrlə müqayisədə heç bir dəyişiklik baş verməyən Naxçıvan xanlı-
ğı 1797 — 1813-cü illərdə faktiki olaraq İrandan asılı vəziyyətə düşür, müstəqilliyini itirir və xanlıq artıq İran
şahlarının Kəngərli tayfasından təyin etdikləri adamlar tərəfindən idarə olunurdu.
Naxçıvan xanlığının rəsmi olaraq Gülüstan müqaviləsi əsasında İranın tərkibinə daxil olduğu 1813 —
1828-ci illərdə Cənubi Azərbaycanın idarəsi şahzadə Abbas Mirzəyə tapşırılmışdır. Abbas Mirzə sabiq
Naxçıvan xanlığının idarəsini «Asiyada qəbul olunmuş qaydaya əsasən xəzinəyə hər il böyük məbləğdə pul
verməyi öz öhdəsinə götürmüş şəxsə iltizama verirdi
35
.
Həmin şəxs istədiyi adamları vəzifəyə təyin edir və heç kimə hesabat vermirdi. Gördüyü xidmətin
müqabilində o, gəlirin müəyyən bir hissəsini mənimsəməkdən əlavə şahdan hədiyyələr də alırdı
36
.
Şah hökuməti dövründə Naxçıvan diyarı iki rəsmi şəxs tərəfindən idarə olunurdu; onlardan biri xan
nəslindən və yaşca böyük olan kəs Naxçıvan tümənin -
[25-26]
hakimi təyin edilirdi, bəy nəslindən və yaşca
böyük olan başqa bir şəxs isə Kəngərli tayfasının vəkili təyin edilirdi
37
.
İran hakimiyyəti dövründə Naxçıvan xanlığı inzibati baxımdan iki tümənə bölünmüşdür ki, bunlardan
biri Naxçıvan, digəri isə Ordubad tümənləri idi. 1797-ci ildən etibarən Naxçıvan xanlığına daxil
olan Mehri və
Qafan mahalları İbrahim Xəlil xan tərəfindən işğal olunub Qarabağ xanlığına birləşdirilmişdir. Naxçıvan və
Ordubad tümənləri öz növbəsində bir neçə mahala bölünürdü. 1813 — 1828-ci illərdə Naxçıvan tüməni dörd
mahaldan (Naxçıvan, Əlincə, Xok və Dərələyəz), Ordubad tüməni isə beş mahaldan (Ordubad, Əylis, Dəstə,
Cənnab
38
və Bilev
39
) ibarət idi
40
.
1813-cü ildən bəri Fətəli şah rəsmi olaraq Cənubi Azərbaycan xanlıqlarını ləğv edib, yaratdığı
Azərbaycan vilayətinin də ümumi idarəsini şahzadə Abbas Mirzəyə həvalə etmişdi. Onun hakimiyyəti dövründə
Naxçıvan xanlığının sabiq mahalları ayrı-ayrı vəzifəli şəxslərə — mahal bəylərinə tapşırılmışdı. Belə şəxslərin
rəhbərliyi altında mirbölük, kəndxuda, darğa, mirab öhdələrinə düşən vəzifələrini icra edirdilər.
Mirbölük vəzifəsi daha nüfuzlu hesab olunurdu. O, əsasən kənd təsərrüfatına, xüsusilə vergi toplama
işlərinə birbaşa nəzarət edirdi. Mirbölük öz vəzifəsinin yerinə yetirilməsində yeri gəldikdə ona tabe olan
kəndxuda və məliklərin xidmətindən istifadə edirdi
41
. Kəndxudanın vəzifəsi kəndləri idarə etməkdən ibarət idi.
Bu vəzifəyə təsdiq edilməzdən əvvəl kəndxudalar vəzifələrini layiqincə yerinə yetirəcəklərinə dair yazılı şəkildə
iltizam verirdilər
42
.
Öz təsərrüfat işlərini görmək üçün mirbölüklər kəndliləri istədikləri kimi istismar edir və bunun
müqabilində hər il 20 tüməndən 50 tümənə qədər maaş, 5 xalvardan 10 xalvara qədər taxıl alırdılar; bundan -
[26-27]
əlavə, toy vaxtı kəndlilər mirbölüyün xeyir-duasını almaq üçün ona çeşidli hədiyyələr verirdilər
43
.
Xanlıqda və eləcə də Naxçıvan və Ordubad şəhərlərində nizam-intizama, əmin-amanlığa
nəzarət
etmək darğa ilə əsəsbaşıya həvalə olunmuşdur.
Bazarın daxilində darğalar fəaliyyət göstərirdilər. Onlar burada nizam-intizam, xüsusilə qiymətlər
üçün məsuliyyət daşıyırdılar. Mallara qiymət qoyan, alıcı və satıcı arasında meydana çıxan mübahisələri həll
33
П. Г. Бутков. Göstərilən əsəri, s. 320, 427—428; Н. Ф. Дубровин. История войны и владычества русских на Кавказе. Т. 1, кч. 2,
СПб.; 1871, с. 307; В. Н. Левиатов. Göstərilən əsəri. s. 190.
34
В. И. Иваненко. Гражданское управление Закавказьем от присоединения Грузии до наместничества вел. кн. Михаила
Николаевича. – Тифлис, 1909, с. 136.
35
NƏST, s. 51.
36
Yenə orada, s. 52.
37
Нахчиванские рукописные документы., С. 10.
38
NƏST, s. 64, 196.
39
Yenə orada.
40
Yenə orada, s. 64, 193, 196.
41
И. Шопен. Göstərilən əsəri, s. 53.
42
NƏST, s. 53.
43
NƏST, s. 53.