49
edilir. Bu, keçmiş ictimai-siyasi mühitin yaratdığı nəzarətsizliyin,
biganəliyin, məsuliyyətsizliyin, təhsilin cəmiyyətdə rolunu
düzgün dərk edə bilməməyin nəticəsidir. Demokratiyanın, söz və
fikir azadlığının təhsil sistemində olmamasıdır. Üstəlik
zədələnmiş insan psixologiyasından, rasional və tənqidi düşüncə
tərzinin zəif olmasından törəyən bir amildir.
Sovetlər dönəmində rüşvətxorluq ali məktəblərdə
korrupsiya səviyyəsinə qalxmışdır. Korrupsiya çox qorxunc
xəstəlikdir. Bu xəstəlik şəbəkə şəklində quruluşa malikdir. Aşağı
rütbəli məmurlar rüşvət alıb yuxarı rütbəli məmurlara ötürürlər.
Qarşısına maneə çıxarsa, həmin maneəni nəyin bahasına olursa-
olsun aradan götürür. Rüşvətə, korrupsiyaya qarşı mübarizə
aparmağa borclu olan qurumlar öz funksiyalarını düzgün yerinə
yetirməyəndə bu mənfi proseslər daha sürətlə inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev:
«Rüşvət bizi içimizdən yeyir» -deyərkən yəqin ki, ən çoxu
dövlətin mənafeyinə vurulan zərbəni nəzərdə tutur.
Rektorlar, partkomlar bütün seçkili vəzifələri (dekanları,
kafedra müdirlərini) bu baxımdan seçirdilər. Bə’zən bədən
tərbiyəsi müəllimi qəbul imtahanı komissiyasına sədr tə’yin
edilirdi. Rüşvət, korrupsiya səbəbindən ali məktəblərə qəbul
yerləri əsassız olaraq
ilbəil şişirdilirdi. Bu artım maddi-texniki
bazanın möhkəmləndirilməsi və kadr hazırlığı ilə müşayət
olunmadığından
bilik səviyyəsi, keyfiyyət ilbəil aşağı düşürdü.
Təhsil sistemində mövcud olan qüsurlarla biz ciddi
mübarizə aparmalıyıq, bu xəstəliklərin kompleks müalicəyə
böyük ehtiyacı var. Burada həm inzibati, həm də yeni,
demokratik, elmi metodlardan istifadə etmək lazımdır.
Təhsildə yayılmış xəstəlikdən biri də
tapşırıqdır. Tapşırıq
ictimai şüurda kök salmış zərərli bir fenomendir. İlk baxışda çox
qorxulu hesab edilmir. İctimai şüurda bu hadisə çox vaxt normal
və müsbət dəyərləndirilir. Bir sosial hadisə kimi Azərbaycan
cəmiyyətinin bütün sahələrində, o cümlədən də təhsil sistemində
də geniş yayılıbdır.