42
əhalinin hər 10 min nəfərinə düşən tələbə sayının 176 (1982-ci
il) nəfər olması sovetlər dönəmində təhsil sahəsində qazandığımız
uğurlardandır.
1991-ci ilin əvvəli üçün əhalimizin təhsil səviyyəsi
haqqında statistik məlumat aşağıda göstərilmişdir:
Əmək qabiliyyətli əhalinin sayı: 4309 min nəfər.
o cümlədən:
tam
ali təhsilli
523 min;
natamam
ali təhsilli
95 min;
orta ixtisas
təhsilli
709 min;
ümumi
orta təhsilli
2055 min;
natamam
orta təhsilli
927 min nəfər olmuşdur.
Bu uğurların əsas baza səbəblərindən biri də bundan ibarət
idi ki, sovet təhsil sistemində müəllimin və alimin cəmiyyətdə
sosial statusu və rolu yüksək tutulurdu və bu konseptual xəttə
1950-ci illərin sonuna kimi sadiq qalındı. Elin, obanın hörmətli
insanlarına da
“müəllim” deyirdilər. Azərbaycanda ilk Lenin
ordeni məhz müəllimə verilmişdir.
Sovet quruluşunun ilk onillikləri dövründə müəllimin
əmək haqqının yüksək olması, təhsil müəssisəsinin ədalətli idarə
edilməsi, Rusiya təhsil sisteminin inqilabdan qabaqkı müsbət
ənənələrinin davam etdirilməsi, qızıl, gümüş medallarla əlaçı
məzunların təltif edilməsi, tələbələrə təqaüdlərin verilməsi təhsil
mühitini münbit edirdi, təhsil müəssisələri, demək olar ki,
qüsursuz fəaliyyət göstərirdilər. Adlı-sanlı məktəb kollektivləri
yaranmışdır. Elə məktəblər var idi ki, buraxılış sinfinin 20-30%
məzunu məktəbi medalla qurtarırdı.
Müəllim və alimin qüsursuz, uğurla işləməsi üçün hər cür
şərait yaradılmışdı. Universitetlərdə haqqın, gerçəkliyin əsasını
təşkil edən biliklər əldə edilir, məktəblərdə bu biliklər gənc nəslə
öyrədilirdi. Bu səbəbdən də
elm-təhsil müəssisələri
məbəd
statusunda
fəaliyyət göstərirdi.
44
Akademik Y.B.Xoritonun fikrincə:
“Hər bir kəs səhv
edə bilər. Əsas odur ki, səhv təkrar olmasın. Səhvləri
malalamaq yaramazlıqdır“. Ədalətli və yadda saxlamalı fikirdi.
9.2 Qüsurlar
Azərbaycan həm inkişafının müasir səviyyəsinə, həm də
uğursuzluqlarına görə öz təhsil sisteminə borcludur. Son 100 ildə
qarşılaşdığımız faciələr və əldə etdiyimiz uğurlar təhsilimizlə
bağlıdır. Son 10 ildə təzadlı hallarla qarşılaşmışıq. Biz
özümüzdən sayca az və iqtisadi cəhətdən zəif olan ermənilərə
torpaq uduzmuşuq. Bu təzadlı hallar ona görə baş verib ki, biz
içərisindən keçdiyimiz ictimai-siyasi hadisələrin, proseslərin
subyekti yox, obyekti olmuşuq. Bunun səbəbi təhsil
sistemimizdə qüsurların və milli
təhsil indeksimizin (bax §6)
nisbətən az olmasıdır. Təhsilimiz qüsursuz olsaydı səhv qərarlar
yox, düzgün qərarlar qəbul edərdik və Qarabağ problemində
uduzmazdıq. Ermənilər Qarabağdan qat-qat çox torpaqları «göz
qırpımında» bizdən oğurlayıblar. Əgər Dağlıq Qarabağ
torpaqlarını 14 il ərzində geri qaytara bilmiriksə, burada
təhsilimizin də günahı böyükdür.
Sağlam düşüncəyə uyğun olaraq təhsildə uğurlarımızdan
çox xəstə problemlərimiz haqqında danışmağımız faydalı olardı.
Təhsil sistemində tənəzzül və qüsurların həm obyektiv, həm də
subyektiv səbəbləri var. Bir tərəfdən keçid dövrü çətinliklər,
problemlər yaradır, digər tərəfdən də mənəvi cəhətdən qüsurlu,
müstəqilliyin yüksək nemət olduğunu başa düşməyənlər, institutu
zorla qurtarmışlar, ixtisasında qeyri-kompitent, funksiyasında
savadsız insanlar özlərini təhsilin idarəetmə strukturlarında
yerləşdirə bilmişlər.
Sovet təhsil sisteminin ən qüsurlu cəhəti bundan
ibarət idi
ki, ali məktəbə qəbulu diqqət mərkəzində saxlayırdı, dövlət
adından ali məktəbin verdiyi diplomun səviyyəsi aşağı idi.İctimai
şüurda yer almış «O, inistitüu qutarmadı, inistitut ondan qutardı»
deyimi real həyatdan bəhrələnirdi. Ali məktəblərin rektorlarının,
partiya təşkilatı katiblərinin, dekanların tez-tez təkrar etdikləri