30
Hər kəsdən eşitmək mümkündür: «Təhsil millətin
gələcəyidir». Bu fikir qüsurludur. Düzgün fikir isə belədir:
«Keyfiyyətli təhsil millətin gələcəyidir». Kənddə məktəbin
olması yox, keyfiyyətli təhsil verən məktəbin olması çox
vacibdir. Bir təkəri olmayan avtomaşının kəndə xeyri nə
qədərdisə, komplektləşməyən, keyfiyyətsiz təhsil verən məktəbin
də xeyri təqribən o qədərdir. Keyfiyyətsiz təhsil verən məktəb
millətin xeyrinə yox, zərərinə işləyir.
Bir jurnalist bir dəfə Mustafa Kamal Atatürkdən
«Cumhurbaşqanı olmasaydınız nə olmaq istərdiniz?“”- sualına
“milli egitimin başına keçmək istərdim”-deyərək cavab verir və
bununla da təhsilə böyük əhəmiyyət verdiyini diqqət mərkəzinə
çəkir.
31
7.Təhsil sistemi və təhsil müəssisələri
“Bilməyən və bilmədiyini bilən
uşaqdır. Onu öyrədin. Bilən və
bildiyini bilməyən yuxudadır. Onu
oyadın. Bilməyən və bilmədiyini
bilməyən nadandır. Ondan qaçın.
Bilən və bildiyini bilən liderdir.
Onu izləyin”.
Çin misalı
Böyük alman filosofu İ.Herder dövləti idarə edən qurumu
maşına, aparata bənzətmişdir. (Bax: Ş. Əsgərov: “Keçid dövrünə
fəlsəfi baxış“”. Bakı, 1998.). Texnokrat baxışına görə dövlət
maşını ölkənin iqtisadi, intellektual və zaman potensialını xalqın
arzusuna, məqsədinə çevirən bir mexanizmdir. Bu maşın yan-
yana qoyulmuş üç qab kimi təsəvvür edilə bilər. Birinci qaba
iqtisadi, intellektual və zaman potensialı (çox təəssüf ki, Şərq
ölkələrində zaman potensialı dəyərincə qiymətləndirilmir)
tökülür. Üçüncü qaba xalqın məqsədi - xoşbəxt və firavan
yaşamaq arzusu toplanır. Orta qab potensialı arzuya çevirən
aparatdır, qurğudur. Deməli, arzuya çatmaq üçün hökmən
potensial, sonra potensialı arzuya çevirən qurum (mexanizm,
qurğu) lazımdır. Potensialın arzuya çevrilmə dərəcəsi bu aparatın
faydalı iş əmsalından asılıdır. Faydalı iş əmsalı çox olan aparat
daha mükəmməl hesab olunur. Qeyd edək ki, Danimarkada,
Yaponiyada dövlət maşınının işlətdiyi potensial, əsasən,
intellektual potensialdır. Bizim dövlət maşınının işlətdiyi
potensial isə əsasən neft, qaz, kənd təsərrüfatı məhsulları və
sairədir. İnkişaf etmiş ölkələrlə, üçüncü dünya ölkələrinin fərqi
bundadır.
Bilik, savad dövlət maşınının işlətdiyi potensial
olduğundan, dövlət əhalisinin savadlı olmasında maraqlıdır. Ona
görə əhalinin (xüsusi ilə gənclərin) təhsil alması üçün xeyli vəsait
(2002-ci ildə büdcənin 22%-ni) ayırır. Dövlət bu pulun
32
vətəndaşların biliyinə çevrilməsi üçün qurumlar təsis edir. Bu
qurumların ən böyüyü Təhsil Nazirliyidir. Bu niyyətlə Təhsil
Nazirliyi özü də çoxlu sayda qurumlar təsis edir. Təhsil
nazirliyinin əsas vəzifəsi dövlətin təhsilə ayırdığı pulu gənclərin
biliyinə çevirməkdən ibarətdir.
Deməli, Təhsil Nazirliyi dövlət maşınının bir hissəsi
olmaqla bərabər, dövlətin təhsilə ayırdığı maliyyə və maddi
vəsaitləri gənc nəslin biliyinə çevirən bir maşındır, aparatdır. Bu
maşın çoxsaylı hissələrdən (təhsil müəssisələrindən) - uşaq
baxçaları, orta məktəblər, universitetlər və digər təhsil
qurumlarından ibarətdir.
Təhsil müəssisələrinin, xüsusən məktəbin cəmiyyət üçün
əhəmiyyəti, millətin taleyində oynadığı rolunu Məhəmməd Hadi
qədər, hesab edirəm ki, heç kəsə sərrast ifadə etmək nəsib
olmamışdir:
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət
Məktəb nə demək? Baisi- ülviyyətü şövkət,
Məktəb nə demək? Cilvəgəhi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəbin insan həyatında rolunu məncə bundan düzgün
qiymətləndirmək mümkün deyildir.
Təhsilimizə dövlət tərəfindən ayrılan vəsait ilbəil artır,
2002-ci ildə bu vəsait təqribən 1082 mld. manatdan çox
olmuşdur. Qeyd edək ki, müharibə şəraitində yaşamağımıza
baxmayaraq, dövlət təhsilə müdafiədən çox pul xərcləyir.
Azərbaycan Respublikasının dövlət büdcəsindən son
illərdə təhsilə və elmə ayrılan vəsait aşağıdakı cədvəldə milyon
manatlarla göstərilmişdir.
33
Cədvəl 7.1
İllər
Təhsil
Elm
1999-cu il
860212,5
43378,1
2000-ci il
955270,2
50926,2
2001-ci il
1011133,0
58521,8
2002-ci il
1082269,6
61705,1
2003-cü il
1216265,8
89546,0
Gənclərə təhsil vermək prosesi praktiki olaraq bütün
ölkələrdə üç pilləyə bölünür. Təhsil prosesi ilk (ibtidai) təhsillə
başlayır və ali təhsillə yekunlaşır. Bu iki pillə arasında orta
təhsil durur. Adından da göründüyü kimi ali təhsillə təhsil prosesi
başa çatır. “Ali”“ sözü ona işarədir ki, seçilmiş ixtisasla bağlı
həmin dövr üçün məlum olan biliklər tam öyrədilməlidir. Bu
səviyyə bütün ölkələrdə təqribən bir-birinə bərabər olmalıdır və
beynəlxalq standart hesab olunur. Ali məktəblərin nüfuzu bu
səviyyə ilə müəyyənləşir. Yəni ali təhsil, təhsilin zirvə
səviyyəsidir. Orta təhsil pilləsi ilk məktəblə ali məktəbin
ortasında yerləşdiyi üçün “orta məktəb”“ adlanır. Ancaq ali
məktəbdən sonra da təhsil almaq olar və vacibdir.
Eynşteynə görə insanın anadan olduğu və öldüyü gün
onun əlində deyil. Bu iki nöqtə arasındakı zaman məsafəsi isə
isanın öz əlindədir. Çünki Həzrəti Peyğəmbərimizin buyurduğu
kimi insan bu iki nöqtə arasında (beşikdən qəbirə kimi) təhsil
almalıdır.
Həm öz təcrübəmiz, həm də bəşəri təcrübə göstərir ki,
məktəbəqədər təhsildən ilk təhsilə qədərki təhsil müəssisələrinin
varlığı uşaqların daha harmonik və dünyagörüşlü böyüməsinə
kömək edir.
Təhsil sisteminin əhatə dairəsi həm struktur, həm də
kontingent baxımından çox böyükdür. Belə nəhəng sistem elmi
müddəalar, milli-bəşəri dəyərlər və prinsiplər əsasında yaradıla və
idarə oluna bilər. Bu səbəbdən də təhsilin nəzəri əsasını,
Dostları ilə paylaş: |