Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

 
30 
Hər  kəsdən  eşitmək  mümkündür:  «Təhsil  millətin 
gələcəyidir».  Bu  fikir  qüsurludur.  Düzgün  fikir  isə  belədir: 
«Keyfiyyətli  təhsil  millətin  gələcəyidir».  Kənddə  məktəbin 
olması  yox,  keyfiyyətli  təhsil  verən  məktəbin  olması  çox 
vacibdir.  Bir  təkəri  olmayan  avtomaşının  kəndə  xeyri  nə 
qədərdisə, komplektləşməyən, keyfiyyətsiz təhsil verən məktəbin 
də  xeyri  təqribən  o  qədərdir.  Keyfiyyətsiz  təhsil  verən  məktəb 
millətin xeyrinə yox, zərərinə işləyir. 
Bir  jurnalist  bir  dəfə  Mustafa  Kamal  Atatürkdən 
«Cumhurbaşqanı  olmasaydınız  nə  olmaq  istərdiniz?“”-  sualına 
“milli  egitimin  başına  keçmək  istərdim”-deyərək  cavab  verir  və 
bununla  da  təhsilə  böyük  əhəmiyyət  verdiyini  diqqət  mərkəzinə 
çəkir. 
 
 


 
31 
7.Təhsil sistemi və təhsil müəssisələri 
 
“Bilməyən  və  bilmədiyini  bilən 
uşaqdır.  Onu  öyrədin.  Bilən  və 
bildiyini  bilməyən  yuxudadır.  Onu 
oyadın.  Bilməyən  və  bilmədiyini 
bilməyən  nadandır.  Ondan  qaçın. 
Bilən  və  bildiyini  bilən  liderdir. 
Onu izləyin”. 
Çin misalı 
 
 
Böyük alman filosofu İ.Herder dövləti idarə edən qurumu 
maşına, aparata bənzətmişdir. (Bax: Ş. Əsgərov: “Keçid dövrünə 
fəlsəfi  baxış“”.  Bakı,  1998.).  Texnokrat  baxışına  görə  dövlət 
maşını ölkənin iqtisadi, intellektual və zaman potensialını xalqın 
arzusuna,  məqsədinə  çevirən  bir  mexanizmdir.  Bu  maşın  yan-
yana  qoyulmuş  üç  qab  kimi  təsəvvür  edilə  bilər.  Birinci  qaba 
iqtisadi,  intellektual  və  zaman  potensialı  (çox  təəssüf  ki,  Şərq 
ölkələrində  zaman  potensialı  dəyərincə  qiymətləndirilmir) 
tökülür.  Üçüncü  qaba  xalqın  məqsədi  -  xoşbəxt  və  firavan 
yaşamaq    arzusu  toplanır.  Orta  qab  potensialı  arzuya  çevirən 
aparatdır,  qurğudur.  Deməli,  arzuya  çatmaq  üçün  hökmən  
potensial,  sonra  potensialı  arzuya  çevirən  qurum  (mexanizm, 
qurğu) lazımdır. Potensialın arzuya çevrilmə dərəcəsi bu aparatın 
faydalı  iş  əmsalından  asılıdır.  Faydalı  iş  əmsalı  çox  olan  aparat 
daha  mükəmməl  hesab  olunur.  Qeyd  edək  ki,  Danimarkada, 
Yaponiyada  dövlət  maşınının  işlətdiyi  potensial,  əsasən, 
intellektual  potensialdır.  Bizim  dövlət  maşınının  işlətdiyi 
potensial  isə  əsasən  neft,  qaz,  kənd  təsərrüfatı  məhsulları  və 
sairədir.  İnkişaf  etmiş  ölkələrlə,  üçüncü  dünya  ölkələrinin  fərqi 
bundadır.  
 
Bilik,  savad  dövlət  maşınının  işlətdiyi  potensial 
olduğundan, dövlət əhalisinin savadlı olmasında maraqlıdır.   Ona 
görə əhalinin (xüsusi ilə gənclərin) təhsil alması üçün xeyli vəsait 
(2002-ci  ildə  büdcənin  22%-ni)  ayırır.  Dövlət  bu  pulun 


 
32 
vətəndaşların  biliyinə  çevrilməsi  üçün  qurumlar  təsis  edir.  Bu 
qurumların  ən  böyüyü  Təhsil  Nazirliyidir.  Bu  niyyətlə  Təhsil 
Nazirliyi  özü  də  çoxlu  sayda  qurumlar  təsis  edir.  Təhsil 
nazirliyinin  əsas  vəzifəsi  dövlətin  təhsilə  ayırdığı  pulu  gənclərin 
biliyinə  çevirməkdən ibarətdir.  
 
Deməli,  Təhsil  Nazirliyi  dövlət  maşınının  bir  hissəsi 
olmaqla  bərabər,  dövlətin  təhsilə  ayırdığı  maliyyə  və  maddi 
vəsaitləri gənc nəslin biliyinə çevirən bir maşındır, aparatdır. Bu 
maşın  çoxsaylı  hissələrdən  (təhsil  müəssisələrindən)  -  uşaq 
baxçaları,  orta  məktəblər,  universitetlər  və  digər  təhsil 
qurumlarından ibarətdir. 
 
Təhsil  müəssisələrinin,  xüsusən  məktəbin  cəmiyyət  üçün 
əhəmiyyəti, millətin taleyində oynadığı  rolunu  Məhəmməd Hadi 
qədər,  hesab  edirəm  ki,  heç  kəsə  sərrast  ifadə  etmək  nəsib 
olmamışdir: 
 
 
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət  
 
Məktəb nə demək? Baisi- ülviyyətü şövkət, 
 
Məktəb nə demək? Cilvəgəhi-nuri-həqiqət, 
 
Məktəb nə demək? Rəhbəri-irşadü səadət. 
 
Övladi-vətən etmək üçün bizdə təali 
 
Məktəblər açıb kəsb edəlim elmü kəmali! 
 
 
Məktəbin  insan  həyatında  rolunu  məncə  bundan  düzgün 
qiymətləndirmək mümkün deyildir. 
 
Təhsilimizə  dövlət  tərəfindən  ayrılan  vəsait    ilbəil  artır, 
2002-ci  ildə  bu  vəsait  təqribən  1082  mld.  manatdan  çox 
olmuşdur.  Qeyd  edək  ki,  müharibə  şəraitində  yaşamağımıza 
baxmayaraq, dövlət təhsilə müdafiədən çox pul xərcləyir. 
 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  son 
illərdə  təhsilə  və  elmə  ayrılan  vəsait  aşağıdakı  cədvəldə  milyon 
manatlarla göstərilmişdir. 
 


 
33 
 
 
 
 
 
Cədvəl 7.1 
 
 
 
 
İllər 
Təhsil 
Elm 
1999-cu il 
860212,5 
43378,1 
2000-ci il 
955270,2 
50926,2 
2001-ci il 
1011133,0 
58521,8 
2002-ci il 
1082269,6 
61705,1 
2003-cü il 
1216265,8 
89546,0 
 
 
Gənclərə  təhsil  vermək  prosesi  praktiki  olaraq  bütün 
ölkələrdə  üç  pilləyə  bölünür.  Təhsil  prosesi  ilk  (ibtidai)  təhsillə 
başlayır  və  ali  təhsillə    yekunlaşır.  Bu  iki  pillə    arasında    orta 
təhsil durur. Adından da göründüyü kimi ali təhsillə təhsil prosesi 
başa  çatır.  “Ali”“  sözü  ona  işarədir  ki,  seçilmiş  ixtisasla  bağlı 
həmin  dövr  üçün  məlum  olan  biliklər  tam  öyrədilməlidir.  Bu 
səviyyə  bütün  ölkələrdə  təqribən  bir-birinə  bərabər  olmalıdır  və 
beynəlxalq  standart  hesab  olunur.  Ali  məktəblərin  nüfuzu  bu 
səviyyə  ilə  müəyyənləşir.  Yəni  ali  təhsil,  təhsilin  zirvə 
səviyyəsidir.  Orta  təhsil  pilləsi  ilk  məktəblə  ali  məktəbin 
ortasında  yerləşdiyi  üçün  “orta  məktəb”“  adlanır.  Ancaq  ali 
məktəbdən sonra da təhsil almaq olar və vacibdir.  
 
Eynşteynə  görə  insanın  anadan  olduğu  və  öldüyü  gün 
onun  əlində  deyil.  Bu  iki  nöqtə  arasındakı  zaman  məsafəsi    isə 
isanın öz əlindədir. Çünki Həzrəti Peyğəmbərimizin buyurduğu 
kimi  insan  bu  iki  nöqtə  arasında  (beşikdən  qəbirə  kimi)  təhsil 
almalıdır.  
 
Həm  öz  təcrübəmiz,  həm  də  bəşəri  təcrübə  göstərir  ki, 
məktəbəqədər təhsildən ilk  təhsilə qədərki təhsil  müəssisələrinin 
varlığı  uşaqların  daha  harmonik  və  dünyagörüşlü  böyüməsinə 
kömək edir. 
 
Təhsil  sisteminin  əhatə  dairəsi  həm  struktur,  həm  də 
kontingent  baxımından  çox  böyükdür.  Belə  nəhəng  sistem  elmi 
müddəalar, milli-bəşəri dəyərlər və prinsiplər əsasında yaradıla və 
idarə  oluna  bilər.  Bu  səbəbdən  də  təhsilin  nəzəri  əsasını, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə