Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   7   8   9   10   11   12   13   14   ...   90

 
38 
gələcək  taleyi  tələb  edir.  Qurani-Kərimin  bir  ayəsində  deyilir: 
«Ölçüdə və qiymətdə aldadanların vay halına».  
Müqəddəs  kitabımızın  bu  ayəsinə  müəllimlərimiz  riayət 
etməlidirlər.   
 
Bu  keçidlərdən  sonra  dövrün  tələbinə  uyğun  daimi 
özünütəhsilləndirmə  prosesi    başlayır.  Öz  ixtisasını  mükəmməl 
bilən  alim  və  ya  müəllim  qonşu  və  qohum  ixtisasları  da 
öyrənməyə  maraqlıdır.  Çünki  bu  üfqi  keçidlərin  də  elmdə  rolu 
çox  böyükdür.  Elmlərin  kontaktında  böyük  elmi  uğurlar 
qazanmaq mümkündür. 
 
Vətənpərvərliyi,  milliliyi  özündə  əxz  edən  keyfiyyətin 
əxlaq toplananı bütün ciddiliyi ilə keçidlərdə nəzərə alınmalıdır. 
 
 


 
39 
9. Sovet təhsili: fəlsəfəsi, uğurları və qüsurları 
 
“Azərbaycanda  1920-ci  ildən  indiyə  qədər 
mövcud  olan  təhsil  sistemi  sovet  təhsil 
sisteminin bir hissəsidir”. 
Heydər Əliyev 
 
 
Bugünkü  dünyəvi  təhsil  sistemi  təkamül  yolu  ilə 
qərarlaşmışdır.  Sovet  təhsil  sisteminin  əsasında  qurulan  təhsil 
sistemimiz  bir  çox  on  illər  ərzində  inkişaf  edərək,  milli  fəxr  
yerimizə çevrilmişdir. Keçid dövrünün başlanğıcına qədər dünya 
ölkələrinin  çoxu  üçün  problem  olan  bir  çox  təhsil  problemləri 
milli təhsil sistemində öz həllini uğurla tapmışdır. Beləki: 

 
əhali tamamilə təhsilə cəlb edilmişdir

 
qadın  və  kişilərin  təhsilalma  əmsalları  təhsilin 
müxtəlif səviyyələrində yüksək idi

 
məktəbdə yüksək əmək intizamı mövcud idi; 

 
məktəblər,  təhsilalanlar  dərslik  və  dərs  vəsaitləri  ilə 
təmin edilmişdir

 
beynəlxalq  olimpiadalarda  təhsilalanlar  yüksək 
nailiyyət qazanırdılar; 

 
sinifdəqalma əmsalı az idi; 

 
təhsildən kənarda qalmamaq qanunla qorunurdu. 
90-cı illərin əvvəllərində sosialist lagerini iqtisadi  böhran 
bürüdü.  Əsas  səbəb  qeyri  rentabelli  müəssisələrin  çoxluğu  və  
müasir bank sisteminin olmaması idi. 
İqtisadi    böhran  əhalini  sürətlə  kasıblaşdırdı.  İlk  baxışda 
təhsil  sistemi  bu  prosesdən  kənarda  qaldı.  Dünya  Bankının 
mütəxəssislərinin fikrincə, hal-hazırda MDB ölkələrinin çoxunda  
təhsil gizli böhran vəziyyətindədir. 
Sovet  təhsil  sistemi  bəşəri  təhsil  sisteminin  prinsipləri 
əsasında  qurulmasına  baxmayaraq,  məxsusi  cəhətlərə  malik  idi. 
Sovet təhsil sisteminin fəlsəfi əsası və bu əsasda aparıcı müddəası 
bundan ibarət idi ki, kütləni təhsilləndirsin, bununla da fərdlərin 


 
40 
təhsil  səviyyəsini  yüksəltsin.  Yəni  cəmiyyətin  təhsil  səviyyəsini 
yüksəltmək  üçün  diqqət  mərkəzinə  şəxslər  yox,  kütlə  çəkilirdi. 
Bayrağında  oraq  və  çəkicin  şəkli  olan  cəmiyyət    marksizmdən 
bəhrələnərək oraq və çəkicin daşıyıcılarını özünün xilaskarı hesab 
etdiyindən  kütlənin  təhsilli  olmasına  çalışırdı.  Dövlət  bu 
konsepsiyaya  sadiq  qalaraq  hər  kənddə,  obada  məktəb  açmışdı, 
necə deyərlər, Məhəmməd dağa tərəf getmirdi, dağ Məhəmmədə 
tərəf  gəlirdi.  «Rabfaklar»,  axşam  fakültələri,  şəhərlərdə 
yataqxana  şəbəkələri  həmin  konsepsiyanın  həyatda  yaşamasının 
təzahür  formaları  idi.  Bu  konseptual  müddəa  sovet  təhsilinə 
beynəlxalq uğur gətirmişdir.  
Sovetlər
 
zamanında  təhsilin  üfqi  istiqamətdə  inkişafı 
aparıcı  idi  və  dövlət  siyasəti  səviyyəsinə  yüksəldilmişdi.  Bu 
sistemdə kəmiyyət əsas göstərici kimi çıxış edirdi. Sovet dövləti 
bunu pulunun çoxluğundan etmirdi. Bunun siyasi səbəbi var idi. 
O  da  bundan  ibarət  idi  ki,  sosial  ədalətli  bir  cəmiyyət  qurmaq 
kimi    tarixi  missiyanı  öz  üzərinə  götürmüş  proletariatın 
övladlarını savadlandırsın. 
Orta  məktəb  təhsilində  «depersonlaşma»  ideyası  bu  gün 
təhsildə baş verən bütün qüsurların əsas səbəblərindən biridir. 
 
Sovet  təhsil  sistemi  təhsilin  şaquli  inkişafına,  yəni 
keyfiyyətə  lazımi  diqqət  yetirmirdi.  ABŞ-ın    bir  universitetində 
işləyən  Nobel  mükafatı  laureatlarının  sayı  bütün  sovetlər 
ölkəsindəkilərdən  çox  idi.  Kəmiyyət-keyfiyyət  münasibətləri 
keyfiyyətin yox, kəmiyyətin xeyrinə inkişaf edirdi.   
 
Sovet təhsil sistemi forma və məzmun baxımından bəşəri 
təhsil sisteminə anoloji idi. Ancaq təhsilin məzmununda sosialist, 
kommunist ideyaları üstün yer tuturdu. 
 
 
Sovet təhsilində liberal və demokratik dəyərlərin tətbiqi 
yox  dərəcəsində  idi.  İdarəetmə  şaquli  ox  üzərində  qurulmuşdur. 
Ucqar  dağ  rayonunun  kənd  ibtidai  məktəbinin  direktorunu  da    
Bakıda  nazir  təyin  edirdi.  Hər  universitet  rektorunun  üzərində 
çoxqat  nəzarət  var  idi.  Sovet  dönəmində  təhsilin  inkişafında 
cəmiyyətin rolu demək olar ki, yox dərəcəsində idi. 


 
41 
Sovet  sisteminin  mahiyyətindən  doğan  qüsurlar, 
problemlər də təhsil sistemində az deyildi. Ən böyük qüsurlardan 
biri  də    təhsilin  məzmunu  ilə  bağlı  idi.  Orta  təhsilin  məzmunu 
“orta  sovet  adamı“  yetişdirməyə  yönəldilmişdi.  Bu  təhsildə 
millilik az, kosmopolitizm çox idi. Sovet təhsili Pavlik Morozovu 
gənclərə  nümunə  kimi  təblğ  edirdi.  Təhsildə  ənənəçilik  yox 
dərəcəsində  idi.  Bu  təhsilin  yaratdığı  qüsurları  biz  Qarabağ 
münaqişəsinin gedişində əyani olaraq gördük. 
Adi  şəxsdən 
ali  şəxsə  kimi  hamının  danışığında  ikiüzlülük,  ikili  standartlar, 
şəxsi mənafe üstünlük təşkil edirdi. 
Sovet  dövründə  Respublikanın  Təhsil  Nazirliyi  öz 
fəaliyyətində  əsasən  təyinedici  və  paylayıcı  funksiyaları  yerinə 
yetirirdi. Bunu isə ölkəmizdə müstəqil yox, yarımmüstəqil dövlət 
olması ilə izah etmək olar. Çünki Respublika Təhsil Nazirliyi öz 
fəaliyyətində  lazım  olan  elmi-nəzəri  müddəaları,  əsasnamələri 
özü hazırlamırdı, mərkəzdən hazır şəkildə alırdı. 
 
Təhsil  müqəddəs  fəaliyyət  sahəsi  olduğundan      burda 
uğurlar  da,  qüsurlar  da  düz  söylənməlidir.  Keçid  dövrünün 
yaratdığı şəraitdin istifadə edib pisə yaxşı, yaxşıya isə pis demək 
olmaz.  Burda  qüsurlara  göz  yummaq  və  ya  onu  təkrarlamaq 
yolverilməzdir. 
 
9.1  Uğurlar 
Demək  olar  ki,  hamımız  sovet  təhsil  sistemində  təhsil 
almışıq, ondan bəhrələnmişik və ondan da imtina etmişik. Sovet 
təhsil sistemi Yer kürəsinin böyük bir hissəsində savadsızlığı ləğv 
etmişdir,  dəyərli  alim,  mühəndis,  həkim,  müəllim  ordusu 
yaratmışdır. Ancaq çox təəssüf ki, kifayət qədər biliyi olmayanlar 
da diplom əldə edə bilmişlər. Sovet təhsil sisteminə məhz bu cür 
hərəkətlər  gölgə  salmışdır.  Ola  bilsin  ki,  SSRİ-nin  dağılmasında 
bu faktor da böyük rol oynamışdır.   
Təhsildə  uğurlarımız  da  az  deyildir.  Əhalimizin  100% 
savadlı olması bizim ən böyük uğurumuzdur. Orta təhsilin icbari 
olması, gənclərimizin 1/3 hissəsinin ali məktəblərdə təhsil alması, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə