Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   2   3   4   5   6   7   8   9   10   ...   90

 
24 
olaraq Şərq dövlətlərinin heç birində mükəmməl təhsil doktrinası 
olmamışdır.  Şərqlilərin 
irrasional
qərblilərin  rasional 
düşüncəyə malik  olduqları təhsil sahəsində də öz təsdiqini  tapır. 
Bunun nəticəsində Şərq cəmiyyətləri nə birinci, nə ikinci bəşəri-
sənaye  inqilablarında  iştirak  etməmişlər.  Qeyd  edək  ki,  birinci 
sənaye  inqilabının  möcüzəsi  olan  motorun  ixtirasından  sonra 
fiziki  gücümüz  qat-qat  artmışdır.  İkinci  sənaye  inqilabının 
möcüzəsi  sayılan  kompüterlər  əqli  imkanlarımızı  çoxqat 
artırmışdır. Hər iki bəşəri sənaye inqilabları son iki yüz il ərzində 
Qərbdə  yaranmış  mükəmməl  təhsil  sistemindən  törənmiş 
nəticələrdir.    
 
Təhsil ilk baxışda çox asan fəaliyyət sahəsi kimi görünür. 
Ancaq təhsil sferasının daxilinə girdikcə onun nə qədər mürəkkəb 
sahə  olduğu  aydınlaşır.  Təhsil,  təkcə  məktəb,  direktor,  müəllim, 
şagird,  valideyn  münasibətlərinin  cəmi  deyildir.  Təhsildə  tarixi 
təcrübə,  milli  ənənə,  bəşəri  dəyərlər  cəmləşmişdir.  Təhsil  sosial 
pramidanın  hər  bir  təbəqəsinin  marağı  daxilindədir.  Misal  üçün, 
dövlət  başçısı  əhalinin  savadlı  olmasında  maraqlıdır.  Çünki 
əhalinin  savadlı  olması  bir  tərəfdən  xarici  qüvvələrin  qərəzli 
təsirinə  müqaviməti  artırır,  digər  tərəfdən    savadlı  əhali 
iqtisadiyyatı, mədəniyyəti inkişaf etdirir. 
 
Həqiqətən,  təhsil  çox  mürəkkəb  sahədir.  Həzirət  Əlinin 
bir  kəlamında  deyilir:  «Öyrəndikcə  nə  qədər  az  bildiyimi 
öyrəndim». 
 
Bu  kəlamın  tətbiqi  ilə  bağlı  iki  misal  çəkmək  istəyirəm. 
Birinci  misal:  30  il  öncə  ilk  avtomaşını  alarkən  professor  Azər 
Hənifə  oğlu  Zeynallının  mənə  verdiyi  məsləhətdir.  Professor 
Zeynallı  dedi:  «İlk  dəfə  mən  də  maşın  alarkən  dayım  dedi  ki, 
bacıoğlu, maşını ilk dəfə idarə edən insanlar elə bilirlər ki, onlar 
maşını  həm  yaxşı  bilirlər,  həm  də  yaxşı  idarə  edirlər.  Ancaq  5 
ildən  sonra  başa  düşürlər  ki,  maşını  idarə  etməyi  bacarırlar, 
amma  maşını  bilmirlər.  10  ildən  sonra  isə  başa  düşürlər  ki,  nə 
maşını bilirlər, nə də idarə etməyi bacarırlar. Odur ki, bacıoğlu, 
mənim bu sözlərimi yadında saxla». 


 
25 
 
1950-ci  illərdə  deyilmiş  sözləri  Azər  Zeynallı  yadında 
saxlayıb  1975-ci  ildə  mənə  dedi.  Mən  də  yadımda  saxlayıb  bu 
gün oxucularıma deyirəm  ki,  onlar da bu qiymətli  fikiri gələcək 
nəsillərə ötürsünlər. 
 
İkinci  çəkmək  istədiyim  misal  belədir:  «Hindistan 
padşahı  Qərb  ölkələrindən  birinin  kralına  bir  fil  hədiyyə 
göndərir.  Kral  göstəriş  verir  ki,  ölkənin  ən  güclü  veterinarını 
filəbaxan  təyin  edin.  Bir  həftədən  sonra  kral  fillə  maraqlanır. 
Deyirlər ki, hər gün həkim 100 dəfələrlə filin başına fırlanır. Kral 
həkimi  çağırdırır  və  filin  vəziyyətini  soruşur.  Həkim  deyir:  Kral 
həzrətləri, sağ olun! Bu necə heyvandır? Bir həftədir ki, mən bu 
heyvanın başı ilə arxasını tapa bilmirəm». 
 
Həqiqətən,  yunan  filosofunun  «bilmədiyimi  ayaqlarım 
altına  yığsam,  başım  göylərə  dəyər»  fikri  haqlı  fikirdir.  Bəli, 
təhsil mürəkkəb sahədir. Bu sahədə bilmədiyimiz, bildiyimizdən 
qat-qat çoxdur. 
  
 


 
26 
6. Təhsilin cəmiyyətdə yeri 
 
“Müasir cəmiyyətlərdə təhsil      
məsələsi ölüm-dirim məsələsidir, 
cəmiyyətin gələcək taleyinin asılı 
olduğu məsələdir”.
  
 
 
 
 
Ernest Renan 
 
 
 
E.  Renan  X1X  əsrdə  yaşamışdır.  Onun  bu  kəlamı  XXI 
əsrdə də öz əhəmiyyətini saxlayır. Onun həmyerlisi və həmyaşıdı 
Lui Paster həmin fikri başqa cür ifadə etmişdir: “Elm vətənin ən 
uca  təcəssümü  olmalıdır,  çünki  xalqlardan  hansı  biri 
başqalarını fikir və əqli fəaliyyətdə üstələsə, o, həmişə birinci 
olacaqdır”.  Hər  iki  fikir  bizim  üçün  də  çox  əhəmiyyətlidir. 
Ancaq  bu  fikirlərdən  də  daha  güclü  fikiri  XX-əsrin  əvvələrində 
böyük Məhəmməd Hadi söyləmişdir:”  
  “Əlməktəbü, əlməktəbü, ey millət amandır”.  
Əmək  ehtiyatlarının  keyfiyyəti,  deməli  iqtisadiyyatın 
vəziyyəti  bütövlükdə  birbaşa  təhsilin  səviyyəsindən  asılıdır.  Bu 
səbəbdən  də  Yaponiya  və  Cənubi  Koreya  təhsil  sistemini 
yeniləşdirərək iqtisadi sferada keyfiyyət sıçrayışına nail olmuşlar. 
Keyfiyyətli  təhsil    həm  fərdə,  həm  də  cəmiyyətə    lazımdır. 
Keyfiyyətli  təhsil  bir  tərəfdən  ölkəni  yüksək  ixtisaslı  kadrlarla 
təmin  edir  (bu  isə  əmək  məhsuldarlığını  artırır,  yeni 
texnologiyanın tətbiqini asanlaşdırır və sosial strukturada yüksək 
səviyyələri  tutmağa  imkan  verir).  Digər  tərəfdən  yüksək  təhsil 
görmüş fərd cəmiyyətdə özünü asanlıqla reallaşdıra bilir. 
 
Ekspert rəylərinə görə təhsilin inkişafına dövlət tərəfindən 
qoyulan  investisiya  ən  sərfəli  və  tez  bəhrə  verən  sahə  hesab 
olunur.  Başqa  sözlə,  kapital  qoyulması  üçün  ən  əlverişli  sahə 
gənclər  üçün  təhsil  sistemidir.  Yuxarıda  qeyd  edildiyi  kimi, 
fərdin,  ailənin,  dövlətin  ildən  ilə  ötrülən  kasıblığının  qarşısını 
ancaq  keyfiyyətli  təhsillə  almaq  olar.  Yaponiya,  Cənubi  Koreya 
praktikada bunu subut etdi.  Biz də bunu təkrar edə bilərik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə