Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   2   3   4   5   6   7   8   9   ...   90

 
11 
2. Təhsil anlayışı 
 
«Təhsil müqəddəs cihaddır». 
Həzrəti Məhəmməd 
 
Amerikalı  alim  D.Karneqinin  fikrincə,  təhsil  –  istənilən 
həyat  situasiyalarında  düzgün  hərəkət  etmək  qabiliyyətidir.  Bu 
ifadəni  bir  az  da  müasirləşdirib  demək  olar  ki,  təhsil-istənilən 
həyat  situasiyalarında  düzgün  qərar  qəbul  etmək  qabiliyyətini 
öyrədən sahədir. 
Təhsil  anlayışının  mənası  zaman-zaman  dəyişibdir. 
Bəşəriyyət inkişaf etdikcə, dövrün yeni səciyyəvi cəhətləri əmələ 
gəldikcə,  təhsil  anlayışına  yeni  çalarlar  əlavə  olunur.  Təhsilin 
onlarca  tərifi  vardır.  Bunlardan  biri  də  Ə.X.Paşayevin, 
F.A.Rüstəmovun  «Pedaqogika,  Yeni  kurs»  (Bakı,  2002.) 
kitabında verilən aşağıdakı tərifdir: 
Təhsil  cəmiyyətin  və  dövlətin  mənafeyi  naminə 
şəxsiyyətin  intellektual  və  emosional  sferalarını  inkişaf 
etdirmək,  onu  həyata  hazırlamaq  məqsədi  ilə  müasir 
standartlara  uyğun  olaraq  müəyyənləşdirilmiş  məzmunun 
tədris  müəssələrində  mənimsənilmə  səviyyəsinin  qəbul 
olunmuş  meyarlarla  yoxlanılan  və  hüquqi  sənədlərdə  təsbit 
olunan nəticəsidir. 
Göründüyü  kimi  təhsil  həm  vətəndaşın,  həm  cəmiyyətin, 
həm də dövlətin mənafeinə xidmət edən sahədir. Bu səbəbdən də 
təhsili  həm  vətəndaş,  həm  cəmiyyət,  həm  də  dövlət  diqqət 
mərkəzində  saxlayır.  Bu  səbəbdən  də  Həzrəti  Peyğəmbərimiz 
təhsili müqəddəs cihad hesab etmişdir. Yeri gəlmişkən, qeyd edək 
ki, Peyğəmbərimizin bu fikirini Vaqner çevirərək «Bilik uğrunda 
müharibə  lazımdır»  formasında  söyləmişdir.    Çox  təəssüf  ki, 
Sovetlər  zamanında  cəmiyyətin  bu  sahəyə  müdaxilə  imkanı 
minimum idi. 
Təhsil  öyrənməklə  və  öyrətməklə  müşayət  olunan 
ictimai-sosial hadisə və  fundamental sosial institutlardan biridir. 


 
12 
3. Təhsilin səciyyəsi 
 
 «Heç kəs sənin düşmənin deyil, 
heç  kəs  sənin  dostun  deyil,  hər 
kəs sənin müəllimindir». 
Florens Şinn 
 
   
          Təhsil  qocalmaz,  daim  gərəkli  peşədir.  Onun  böyük 
əhəmiyyəti  haqqında  hələ  bir  neçə  min  il  öncə  Çin  filosofu 
Konfutsi  demişdir:  “Əgər  bir  illik  planınız  varsa,  taxıl  əkin. 
Əgər 10 illik  planınız varsa, bağ salın. Əgər 100 illik planınız 
varsa, insanları öyrədin”
         Təhsil sap deyil ki, qırılanda düyüb təzədən istifadə edəsən. 
Təhsil  şüşədir,  qırıldı  məsrəfdən  çıxır.  Təhsildə  kəsilməzlik  çox 
vacibdir. 
Diqqət  yetirməyə  dəyər  ki,  YUNESKO-nun  son 
sənədlərində təhsil “xəzinə özündə”  hesab edilir. 
Strukturlaşmış  cəmiyyətdə  sosial  piramidanın  yüksək 
səviyyələrinə  qalxmaq  üçün  təhsil  istifadə  olunan  yollardan 
başlıcasıdır.  Bu  baxımdan  təhsilə  “sosial  lift”  kimi  də  baxmaq 
olar.  Bu  səbəbdən  də  təhsilə  qoyulan  sərmayə  gələcək  inkşafa 
sərf olunan sərmayə kimi dəyərləndirilir. 
Təhsil  sisteminin  məxsusi  cəhətlərindən  biri  də    bundan 
ibarətdir ki, ona edilən təsirlər (müsbət və mənfi) özünü çox gec 
büruzə verir. 1920-ci illərdə təhsilə göstərilmiş qayğı 40-cı və 50-
ci  illərdə  öz  bəhrəsini  verdi.  1950-ci  illərdə  təhsilə  vurulan  zər-
bələrin  nəticələri  80-90-cı  illərdə  üzə  çıxdı.  Beləliklə,  təhsilə 
edilən həmlələrin mənfi və ya müsbət nəticəsi dərhal yox, 30-40 
ildən sonra hiss olunur. 
 
Təhsil  insanların  potensial  imkanlarının  hərtərəfli 
açılmasına  kömək  edən  əsas  vasitədir.  Cəmiyyətin  harmonik 
inkişafına  kömək  edir  və  həm  fərdin,  həm  də  cəmiyyətin 
geriqalma  problemini  həll  edir.  Nəsilbə  nəsil  kasıb  yaşayan  bir 
ailənin  kasıblığına  son  qoymanın  yegənə  və  etibarlı  çarəsi 
təhsildir. 


 
13 
Təhsilləndikcə  insanların  intellektual  səviyyəsi  və 
fərqlilik dərəcəsi artır. Təhsil nəinki insanın özünü, hətta insanın 
cəmiyyətdə mövqeyini dəyişdirir. 
 
  
Bütün  bu  xarici  və  daxili  faktorları,  təhsilin  səciyyəvi 
cəhətlərini  nəzərə almadan təhsillə bağlı qəbul edilmiş istənilən 
qanun və qərarların həyatda işləməsi şübhə doğurur.  
 
A.Linkolin  bir  kəlamında  deyir:  “Bir  nəfəri  həmişə, 
hamını  bir  dəfə  aldatmaq  olar.  Hamını  həmişə  aldatmaq 
olmaz”.  Ölkənin  təhsil  sistemi  güclü  olarsa,  onda  heç  bir  nəfəri 
də aldatmaq mümkün olmaz. 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  bir  kəlamında 
deyilir:  “Əgər  hər  bir  ölkənin  vətəndaşları  öz  hüquqlarını 
anlayarsa  və  qoruya  bilərsə,  onda  ən  kiçik  dövlətlər  belə 
böyük məmləkət  qədər qüdrətli olar”. 
İnsanlar  təhsilli  olarsa,  onlar  öz  hüquqlarını  anlayar  və 
qoruya  bilərlər.  Onda  dövlətimiz  də  qüdrətli  olar.  Dövlətin 
qüdrətli olması üçün vətəndaşlar təhsilli olmalıdır. 
Yüzbaşı  Səlahəddinin bir kəlamında deyilir:  «Cahil olan 
ağıllının  əsiridir».  Təhsil  insanları  cahillikdən  uzaqlaşdırır  və 
qüvvətli edir. Bu səbəbdən də H.Cavid: «Şübhəsiz, bilgidə Allah 
gücü var» - demişdir. 
 


 
14 
4. Təhsilin məqsədi 
 
“Bizim 
təhsil 
sistemimizin 
məqsədi  Azərbaycanın  gələcək 
inkişafını təmin etməlidir”. 
Heydər Əliyev 
 
Sovetlər  zamanı  Respublika  təhsilinin  qarşısında  duran 
məqsəd  Bakıda  yox,  Moskvada  müəyyən  edilirdi.  Şübhəsiz,  
təhsilin  məqsədi  o  quruluşun  ali  məqsədinə  uyğun  müəyyən 
edilirdi.  Biz  o  quruluşdan  imtina  etmişik.  Çağdaş,  müstəqil, 
suveren    Azərbaycan  köhnə  quruluşun  davamı  olmadığından, 
yeni  təhsilin  məqsədini  biz  müəyyən  etməliyik.  Təhsilimizin 
məqsədini 
dövlətimizin 
məqsədinə 
uyğunlaşdırmalıyıq. 
Ukraynalı  professor  S.Xarçenkonun  fikrincə:  “Müasir  orta 
məktəbin  əhatə  dairəsinin  böyüklüyü  və  onun  idarəolunmaz 
artımı  başa  düşülən  və  eyni  zamanda  təzadlı  faktorla  bağlıdır: 
təhsilin  dəqiq  ifadə  olunmuş  məqsədi  yoxdur.  Təbii  ki, 
məqsədsiz  təhsil,  nəticəsiz  təhsil  yaratmalıdır”.  (S.Xarçenko, 
“Pedaqoqika XX1 veka”, str.14).  
Ona  görə  də  təhsilin  məqsədini  müəyyən  edərkən  
dövlətçilik 
mövqeyi 
əsas 
götürülməlidir. 
Azərbaycan 
Respublikasının  Konstitusiyasının  12-ci  maddəsinin  birinci 
bəndində dövlətin ali məqsədi belə təsbit olunmuşdur: 
“I.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının 
təmin edilməsi dövlətin ali məqsədidir”.  
Şübhəsiz,  dövlətin  ali  məqsədi  təmin  olunduqca  təhsil 
sisteminin  bütün  subyektlərinin  (həm  şagirdin,  həm  tələbənin, 
həm  də  müəllimlərin)  şəxsi  məqsədləri  və  maraqları  
ödənilməlidir. 
Kim  təhsilin  məqsədini,  təhsil  sistemində  çalışanların 
dövlət  tərəfindən  dolandarılması,  gənclərə  attestat  və  diplom 
verilməsi  kimi  başa  düşürsə,  o,  ciddi  səhvə  yol  verir.  Belələri 
təhsildə radikal addım atmağa müqavimət göstərir və onun sosial 
partlayışla  nəticələnəcəyi  haqqında  “öncəgörmüşlük”“”  edirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə