Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   6   7   8   9   10   11   12   13   ...   90

 
34 
fəlsəfəsini bilmək çox vacibdir. Əks halda təhsil maşını dövlətin 
təhsilə ayırdığı vəsaiti biliyə çevirə bilməz. 
 
Yuxarıda  qeyd  edildiyi  kimi  təhsilin  tarixi  çox  qədimdir 
və  təhsil  sistemi  isə  nəhənk  sistemdir.  Bu  sahədə  güclü  yenilik 
etmək çox çətindir. Radikal dəyişikliklər faciə ilə nəticələnə bilər.   
 
 
 


 
35 
8. Təhsildə keçidlər 
 
“Savadlı, iradəli, bilikli, bacarıqlı, dəyanətli, mərd 
gəncləri olmayan bir ölkənin gələcəyi ola bilməz”. 
Heydər Əliyev 
 
Təhsil  prosesi  fasiləsiz,  kəsilməz  olmaqla  bərabər, 
çoxsaylı  keçidlərlə  müşahidə  olunur.  Təhsil  sisteminin  uğurları, 
həm də bu keçidlərin hüquqi,  pedaqoji, etik baxımdan vaxtında   
ciddi  və  güzəştsiz  aparılmasından  asılıdır.  Bu  keçidlər 
imtahanlarla müşayət olunmalıdır və bu imtahanlar süzgəc (və ya 
çəpər)  rolu  oynamalıdır  ki,  yuxarı  təhsil  pilləsinə  bilik, 
intellektual  və  əxlaq  səviyyəsi  az  olan  gənclər  buraxılmasınlar. 
İdeyaya  görə,  yuxarı  pilləyə  keçə  bilməyənlər    təkrar  sinifdə 
qalmaqla  öz  kəsir  və  qüsurlarını  növbəti  tədris  ilində 
düzəltməlidirlər.  
Hal-hazırda  təhsil  sistemində  bu  keçidlər  formal  aparılır 
və  demək  olar  ki,  məqsədinə  xidmət  etmir.  Təhsil  sistemində  
keyfiyyət  və  mənimsəmə  göstəricisinin  aşağı  olmasının  əsas 
səbəbini burada axtarmaq lazımdır.  
Uşaq bağçasından ilk (ibtidai) məktəbin 1-ci sinifinə daxil 
olmaq,  bu  keçidlərin  birincisidir.  İlk  məktəbin  sonuncu 
sinifindən baza təhsilinə keçid, keçidlərin ikincisidir.  
Üçüncü  keçid-  baza  təhsilindən  (IX  sinifdən)  tam  orta  
təhsilə keçiddir.  
Mənim subyektiv fikrimə görə, Konstitusiyamızla verilən 
icbari  ümumi  orta  təhsil  almaq  hüququ  baza  təhsil  ilə 
yekunlaşmalıdır.  Bu  problemin  həllində  ingilis  təhsil  sistemini 
örnək götürmək olar. 
 Bu  sistemdə  baza  təhsilini  başa  vuranlara  “0“  səviyyəli 
əsas  təhsil  sertifikatı  verilir  (General      Certificate  of  Education 
“0“” level). X-XI sinifləri qurtaran şagirdlərə “A“” səviyyəli əsas 
təhsil  sertifikatı  verilir  (General  Certificate  of  Education,  “A“” 


 
36 
level).  Şübhəsiz,  “A“”  səviyyəli  sertifikat  alanlarla  müqayisədə 
“0“” səviyyəli attestat alanların ixtisas  seçmə imkanı məhduddur.  
Konstitusiyamızın  42-ci  maddəsi  yeni  ictimai-siyasi 
şəraitə uyğun şərh tələb edir.  Bu problemin həlli yolları professor 
S.Xəlilovun  “Təhsil  strateji  sahədir”  məqaləsində  (Azərbaycan 
qəzeti,  23.02.99)  göstərilmişdir.  Hesab  edirəm  ki,  bu  nöqteyi-
nəzər milli, fəlsəfi və elmi baxımdan düzgündür. 
Baza  təhsilindən  sonra    adi  məktəblərlə  bərabər  müxtəlif 
ixtisaslaşmış  məktəblər,  liseylər  də  fəaliyyət  göstərə  bilərlər. 
Rəngarənglik nə qədər çox olarsa bir o qədər yaxşıdır. 
Gənclərin həyatında həlledici keçid - dördüncü keçid orta 
məktəbin buraxılış imtahanları zamanı baş verir. Bu imtahanlarla 
gəncin  bilik səviyyəsi  qiymətləndirilir. Bu imtahanların məxsusi 
cəhəti  ondan  ibarətdir  ki,  bu  imtahanı  keçən  şagirdlərə  dövlət 
sənədi  sayılan  «Attestat»  verilir.  Orta  məktəbi  əla  qiymətlə 
bitirənlər  əvəllər  “qızıl“”  və  ya  “gümüş“”  medallar  alardılar. 
Təhsilin  liberallaşması  bu  praktikanı  yenidən  gündəmə  çıxarır. 
Gənclərin  11  illik  bilik  marafonunda  çempionları  müəyyən 
etməmək  və  mükafatlandırmamaq,  qiymətləndirməmək  düzgün 
deyil.  
Gənclərin həyatında digər vacib keçid beşinci keçid - orta 
məktəbdən ali məktəbə keçiddir. Sovetlər dövründə orta məktəbi 
qurtaran  şagirdlərin  üçdən  biri  ali  məktəbə  daxil  olurdu.  İndiki 
zamanda  bu  nisbətin  az  olması  çox  qorxulu  deyil,  ona  görə  ki, 
bizim  əsas  məqsədimiz  talantlı  gəncləri  itirməməkdir.  Ali 
məktəblərdə  yerlər  kifayət  qədərdir    və  belə  gəncləri  itirmək 
qorxusu  az  ehtimallıdır.  Bu  keçid  test  imtahanları  ilə  reallaşır. 
Şübhəsiz,  gələcəkdə  əhalinin  hər  10  min  nəfərinə  düşən  tələbə 
sayını 
artırmaq 
dövlət 
tərəfindən 
diqqət 
mərkəzində 
saxlanılmalıdır. Sovetlər zamanı Ali məktəbi qutaran hər bir gənc 
işlə  təmin  edildiyindən  digər  keçidlərlə  müqayisədə  bu  keçidə 
ictimai maraq daha çox idi. 
Altıncı keçid - ali məktəbi qurtardıqda baş verir. Bu keçid 
bakalavr”  ixtisas  dərəcəsi  almaq  üçün  dövlət  imtahanları  ilə 


 
37 
yekunlaşır. Bu barədə  yuxarıda geniş  söhbət  getdiyindən təkrara 
ehtiyac yoxdur. Bu pilləni uğürla bitirən tələbələrə dövlət sənədi 
olan «Diplom» verilir. 
Növbəti keçid- “bakalavr“” ixtisas dərəcəsi alandan sonra 
və ya istehsalatdan  magistraturaya  qəbul zamanı   baş  verir. Bu 
keçiddən sonra təhsil prosesinə elm hadisəsi qovuşur və bir-birini 
qarışıqlı  zənginləşdirir.  Magistr  elmi    rəhbəri  tərəfindən  onun 
qarşısında  qoyulmuş  elmi  problemi  həll  edə  bilməlidir  və 
nəticələrini  elmi  məqalə  kimi  çap  etdirməyi  bacarmalıdır. 
Aydındır ki, bir elmi iş yazan magistr  ikincisini də, üçüncüsünü 
də yaza bilər. Elm evinin qapısını bir dəfə açan gənc, onu növbəti  
dəfə də aça bilər. Bu səbəbdən də magistraturadan sonra yeni bir 
təhsil pilləsinə ehtiyac qalmır. Elmi iş aparmağı, nəticələrini çap 
etdirməyi bacaran magistr üçün təzədən xərc çəkib, təhsil mühiti 
yaratmaq, ona dərs keçib elmi iş yazmağı öyrətmək, həm iqtisadi, 
həm də digər baxımdan məqsədə uyğun deyildir. 
Bu  keçidlər  dövründə  təhsil  ocağının  əsas  məqsədi 
uşaqları,    yeniyetmələri,   gəncləri  öyrətməkdir.  Birinci  keçiddən 
sonra  məktəb  uşaqlara  oxumağı,  hesablamağı  öyrədir.  Sonrakı 
keçidlər  müddətində    təhsil  ocağının  məqsədi  gənclərə  bilik 
öyrətməkdir.  
Səkkizinci  keçid-  ya  magistr  səviyyəsindən,  ya  da  is-
tehsalatdan  doktoranturaya  (aspiranturaya)  keçiddir.  Bu  keçid 
təhsil-elm hadisəsindən elm hadisəsinə keçiddir. Maqistratura ilə 
təhsil prosesi yekunlaşır.  Doktorantura təhsil prosesi deyil, elmi 
dəyərli prosesləri və hadisələri ciddi araşdırma  imkanıdır. Dokto-
rantura  dövlət  tərəfindən  tədqiqatçıya  intensiv  elmi  iş  aparmaq 
üçün yaradılmış şəraitdir. Belə olan halda tədqiqatçı özünü elmə 
daha  çox  həsr  edər,    elmi  səviyyəsini  yüksəldər,  elm  inkişaf 
etdirir,  son  nəticədə  universitetlərimiz  daha  yüksək  səviyyəli 
elmi-pedaqoji kadrlarla  zənginləşər.  
Gənclərimizin  bilikli,  bacarıqlı,  iradəli,  savadlı  və  mərd 
olmaları  üçün  təhsildə  olan  bu  keçidlər,  keçid  imtahanları 
ədalətlə,  obyektiv  və  vicdanla  aparılmalıdır.  Bunu  ölkəmizin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə