Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah


“pis tələbə yoxdur, pis müəllim var“



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   9   10   11   12   13   14   15   16   ...   90

 
45 
“pis tələbə yoxdur, pis müəllim var“ prinsipi, bəlkə də təhsildə 
keyfiyyəti  aşağı  salan  başlıca  səbəblərdən  biri  idi.  Heç  bir 
müəllim “pis müəllim“”” statusunu boynuna götürmək istəmirdi, 
bilənə və bilməyənə, tapşırılana və ya pul verənə qiymət yazırdı. 
Dövlət  diqqət  mərkəzində  qəbul  imtahanlarından    daha  çox, 
dövlət  imtahanlarından  saxlamalıdır.  Başqa  sözlə,  dövlət  tələbə 
biletinin yox, verdiyi diplomun məsuliyyətini daşımalıdır. 
Ali məktəbə qəbul ətrafında ajiotaj baş verirdi. Ölkədə ali 
təhsil müəssisələrinin süpürgəçisindən tutmuş  nazirə qədər hamı 
avqust  ayında  qəbulla  məşğul  olurdu.  Qəbul  bütün  güc 
strukturlarının diqqət mərkəzində saxlanılırdı. Bu inzibati-partiya 
nəzarətindən də çoxlu qüsurlar törəyirdi. 
Təhsildəki  qüsurları  iki  qrupa  bölmək  olar:  əsas  və 
törəmə qüsurlar.  
Əsas  qüsurlar  təhsilin  konseptual  müddəalarından 
uzaqlaşdıqca  yaranmışdı.  N.Xuruşşov  zamanında  alimin, 
müəllimin  cəmiyyətdə  sosial  statusu  zaman-zaman  xeyli  aşağı 
düşmüşdü.  Yəni  təhsilin  konseptual  müddəalarının  birindən 
imtina  edildi.  Bunun  əvəzində  aqronom  və  zootexnikin  sosial 
statusu  ön  plana  çəkildi  və    müəllimin    statusundan  üstün 
tutulurdu.  Cəmiyyətdə  müəllimin  sosial  statusu  aşağı  düşdükcə 
sistemə  rüşvət  daxil  olurdu.  Bunun  nəticəsində  sovet  təhsil 
sistemi  getdikcə  zəiflədi,  cəmiyyətdə  mənəvi  çürümə, 
deqradasiya  başladı.  Müəllim  gülüş  hədəfinə  çevrilirdi.  Bəzi 
valideyinlər  “uşağıma  dəymə,  oxuyar  adam  olar,  oxumaz 
müəllim olar“” sözlərini dilə gətirirdi. Müəllimin gözü valideynin 
cibinə dikildi. Təhsil sistemində deqradasiya prosesi 50-ci illərin 
sonundan  başlayaraq,  uşaq  bağçalarından  universitetlərə  kimi 
bütün sferalara yayıldı.  
1960-cı  illərdən  sonrakı    dövrlərdəki  təhsil  sitemində  ən 
böyük  qüsur  dövlətin  ayırdığı  pulun    biliyə    çevrilməməsi  və 
yaxud  pis  çevrilməsidir.  Başqa  sözlə,  Təhsil  Nazirliyinin  öz 
məqsədinə  zəif  qulluq  etməsidir.  Ədəbiyyatı  tarixdən,  cəbri 
həndəsədən,  mübtədanı  xəbərdən  ayıra  bilməyənlərin,  nəinki 


 
46 
kamal attestatı, hətta institut diplomu  əldə etmək imkanı vardı. 
On  illərlə  xarici  dil,  rus  dili  dərsləri  keçilməsinə  baxmayaraq 
gənclər nəinki orta məktəbi,  hətta ali məktəbi  qurtarandan sonra 
da xarici dil bilmirdilər. Bu deyilənləri ixtisas fənlərinə də şamil 
etmək  olar.  Təhsil  maşınının  faydalı  iş  əmsalı  ilbəil  aşağı 
düşürdü. 
Digər  fundamental  qüsur  təhsilin  üfqi  və  şaquli 
istiqamətdə  inkişafı  arasında,  fəlsəfi  dillə  desək  kəmiyyətlə 
keyfiyyət  arasında  vəhdətin  pozulması  ilə  bağlıdır.  Qeyd  etmək 
lazımdır  ki,  prof.  S.Y.Xarçenkonun  (Ukrayna)  fikirincə  təhsil 
insan fəaliyyətinin elə unikal sahələrindəndir ki, burada kəmiyyət 
keyfiyyəti  artırmır,  əksinə  azaldır.  Ölkədə  məktəb  şəbəkəsinin 
genişlənməsi  (yəni  kəmiyyət  göstəricisinin  artması),  maliyyə 
resursunun  artması  ilə  müşahidə  olunmurdu.  Sadə  dildə  desək, 
təhsilin  şaquli  istiqamətdə  inkişafına  lazımı  diqqət  verilmirdi. 
Forma  və  məzmunca  orta  məktəblər  yeknəsəng  idilər.  Nə  orta 
məktəb  imtahanları,  nə  də  ali  məktəb  imtahanları  məqsədinə 
xidmət 
etmirdi, 
biliklərin 
qiymətləndirilməsi 
obyektiv 
aparılmırdı, formal xarakter daşıyırdı. 
Digər fundamental qüsur pedaqoji kadrların hazırlanması 
ilə  bağlıdır.  Cəmiyyətdə  müəllimin  sosial  statusunun  aşağı 
düşməsi  nəticəsində  pedaqoji  institutlara    orta  məktəb 
məzunlarının zəif hissəsi qəbul olunurdu. Zəif tələbə kütləsi zəif 
bilikli  müəllimlərə  çevrilir,  onlar  da  öz  növbəsində  zəif  bilikli 
şagird  kütləsi  hazırlıyırdılar.  Bu  səbəbdən  də  son  illər  də  test 
imtahanlarında  məzunlar  hər  il  əvvəlki  illərdən  zəif  bilik 
səviyyəsi  nümayiş  etdirirlər.  Çox  təəssüf  ki,  bu  prosesə  diqqət 
verilmir.  Bu  fonda  qocaman  dəyərli  müəllimlərin  nüfuzu  çox 
yüksək tutulmalıdır.  
Bu  fundamental  qüsurlardan  çoxlu  sayda  törəmə 
qüsurlar  meydana  gəlirdi.  Belə  törəmə  qüsurların  bəzilərinin 
üzərində dayanaq: 
Rüşvət.  Rüşvət  –  vəzifəli  şəxsin  (məmurun)  öz  vəzifə 
səlahiyyəti  daxilində  rüşvət  verənin  xeyrinə  gördüyü  işin 


 
47 
müqabilində  aldığı  pul,  qiymətli  əşya,  mülk  və  digər  şeylərdi. 
Vəzifəli şəxs rüşvət alaraq dövlət mənafeyini öz şəxsi mənafeyinə 
qurban  verir.  Dövlət  zəifləyir,  müqavimət  qüvvəsi  azalır. 
Vətəndaşın dövlətə inamı  zəifləyir. Rüşvətin nəticəsində qazanan 
(heç  bunu  qazanmaq  da  saymaq  düz  deyil,  ölkəmizin  rüşvətlə 
varlanan  bir  çox  adamları  xaricdədirlər,  heç  Vətənə  dönə 
bilmirlər) rüşvəti verən və alandır. İtirən isə dövlətdir.  
Mənim qənaətimə görə, rüşvət kütlənin mənafeyinin şəxsi 
mənafeyə qurban verilməsidir. Bu səbəbdən də rüşvətxor məmuru 
kütlə sevməz. Kütlənin mənafeyini mənimsəmək cinayətdir. Milli 
qəhrəmanlığa  diametral  əks  hadisədir,  çünki  qəhrəmanlıq  fərdin 
kütlə  yolunda  özünü  fəda  etməsidir.  Hər  bir  həqiqi  ziyalı 
ümumxalq mənafeyini şəxsi mənafedən yüksək tutmalıdır. Dövlət 
rüşvətə qarşı ciddi mübarizə aparmalıdır. 
Təhsildə  rüşvət:  Müşahidələr  göstərir  ki,  rüşvətxor 
müəllimə  maraqlı  deyil  ki,  şagird,  tələbə  dərsə  gəlsin,  dərsin 
öyrənsin,  əks  halda  o,  rüşvət  ala  bilməz.  Bu  cür  xislətli 
müəllimlər  dərsi  mürəkkəb  deyir,  həm  də  əlaçı  tələbəyə  və  ya 
hörmətli  müəllim  övladına  imtahanın  başlanğıcında  2  yazır  ki, 
sinfi (qrupu) şoka salsın, sonra pul yığsın. 
 Rüşvətin  cəmiyyətə,  dövlətə  vurduğu  ziyan  və  zərbələr 
haqqında  fikirlərimi  “Keçid  dövrünə  fəlsəfi  baxış“”  kitabımda 
(Bakı, 1998, s.61)  söyləmişəm.   Əlavə qeyd etmək istəyirəm ki, 
rüşvət  müstəqilliyimizin  əleyhinə  işləyən  amansız  qüvvədir. 
Azərbaycanın  müxtəlif  adlı,  ünvanlı  xarici  düşmənlərindən  heç 
biri onu diz çökdürə bilmədi. Amma rüşvət daxildən müstəqiliyyə 
böyük ziyan vura bilər.   
Dövlət,  cəmiyyət,  məmur  olan  hər  yerdə,  hər  ölkədə 
prinsipcə rüşvət vardır. Dövlətin nizam-intizamından asılı olaraq, 
müxtəlif ölkələrdə bu prosesin masştabı müxtəlifdir. Dünyanın ən 
sivil,  inkişaf  etmiş  ölkəsində  də  rüşvət  müşahidə  olunur.  Amma 
bu  ölkələrin  təhsilində  rüşvət  yoxdur.    Azərbaycan  təhsilində 
rüşvətin  miqyası  genişdir.  Azərbaycan  təhsilində  rüşvətin 
olmasından  çox  narahat  olmağa  bəlkə  də  dəyməz.  Ona  görə  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə