Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   12   13   14   15   16   17   18   19   ...   90

 
54 
 
Məktəblə  valideyn  arasında  əlaqə  zəif  idi.  Həm  valideyn 
tərəfdən, həm də məktəb tərəfdən böyük biganəlik hökm sürürdü. 
Valideyn  uşağını  məktəbə  göndərməklə,  məktəb  isə  «oxuyur 
oxusun, oxumur cəhənnəmə oxusun”»-deməklə öz işlərini bitmiş 
sayırdı. Şagirdlərə qayğı göstərilmirdi.   
 
Burada  bir  haşiyə  çıxmaq  istəyirəm.  Azərbaycan 
Respublikasının  Belçika  dövlətindəki  səfiri    cənab  M.Əfəndiyev  
söhbət  zamanı  dedi  ki,  oğlum  7-ci  sinifdə  oxuyanda  
xəsdələndiyindən axırıncı dərsə qalmayaraq, evə qayıdır. Səhərisi 
məktəbdən  evə  məktub  gəlir.  Əvvala,  şagirdin  axırıncı  dərsdə 
olmadığı  haqda  valideynlərə    məlumat  verilir.  İkincisi,  
məktəblinin dərsdə  olmamasının səbəbi soruşulur. Ana məktuba 
cavab  yazır,  uşağın  dərsdə  olmamasının  səbəbini    göstərir  və 
məktəbə göndərir. O birisi gün məktub təzədən geri qaytarılır və 
atanın    da  məktuba  qol  çəkməsi  tələb  olunur.  Bu  misal  məktəb-
valideyn münasibətinə bir örnək ola bilər. 
 
Bu yerdə sağlam təhsil sisteminə nümunə kimi bir haşiyə 
də çıxmaq istəyirəm: 
 
Eşitdiyimə görə, Böyük  Britaniyanın Baş Naziri  T.Bleyer 
bir  həftəlik  istirahatə  gedəndə  orta  məktəbdə  oxuyan  övladına 
məktəbdən  icazə  ala  bilməyibdir.  Bu  hadisə  Uinstron  Çerçilin 
«Orta məktəb müəllimlərinin hakimiyyətini baş nazir ancaq arzu 
edə bilər» fikrində nə qədər haqlı olduğunu təsdiqləyir. 
 
Orta 
məktəblərdə 
imtahanlar 
formal 
keçirilirdi. 
Qiymətləndirmə  obyektiv  aparılmırdı.  Sinifdəqalma  praktikası 
tətbiq edilmirdi. Birinci sinfə qəbul olunanların (ölüm-itim halları 
istisna  olmaqla)  hamısı  orta  məktəbi  qurtarıb  kamal  attestatı 
alırdı. Attestat qiymətləri şişirdilirdi. Məzunlar dövlət sənədi olan 
attestatdakı  qiymətlərə  uyğun  bilik  nümayiş  etdirə  bilmirdilər. 
Bəzən  attestatların  satılması  halları  da  müşahidə  olunurdu. 
Siyasət naminə belə cinayət hallarının üstü tez ört-basdır edilirdi. 
Pedaqoji qurumlar fəaliyyətsizlik göstərirdi.  


 
55 
 
Məktəb ilə valideyn arasında ciddi, qarşılıqlı məsuliyyətin 
olmamasından  iki  böyük  qüsur:  təhsildə  keyfiyyətsizlik, 
mənəviyyatda pozğunluq törəyir. 
 
 
  9.3 Terminoloji qüsurlar 
 Dünyəvi  təhsil  sistemi  Azərbaycanda  bərqərar  olandan  bəri 
hesab  etmək  olar  ki,    başlanğıcda  bəzi  terminlər  düz 
seçilməyibdir. İndi onlardan yaxa qurtarmağın vaxtı çatıbdır.  
Şərq ölkəsi olaraq biz uşaqlarımızı oxuda-oxuda sinifdən 
sinfə  keçiririk.  Qərb  ölkələrində  valideynlər  övladlarını  öyrədə-
öyrədə  sinifdən  sinfə  keçirirlər.  Bu  cinayətdə  müəllim  və 
valideyn  əlbirdirlər.  Bu  səbəbdən  də  qüsur  yaşayır.  Oxudulan, 
amma  öyrədilməyən  (əzbərlənməyən)  şer  yeri  gələndə  təkrar 
edilə bilinmədiyi kimi, öyrənilməyən bilik də  yeri gələndə tətbiq 
edilə  bilməz.  Bir  sənəti    və  ya  ixtisası  öyrənərlər,  sonra 
öyrənilənləri  həyatda  tətbiq  edərlər.  Təhsil  də  qlobal  masştabda 
bu məqsədə qulluq edir. 
 
Valideynlərimizin  “oğlum  və  ya  qızım  universitetdə 
oxuyur”-  deməsi  düzgün  deyildi.  Gənclərimiz  universitetlərdə 
oxumurlar,  öyrənirlər.  Biri  fizikanı,  biri  hüququ,  digəri  isə 
mühəndisliyi  öyrənir.  Oxumaq  vasitədir,  öyrənmək  məqsəddir
Oxumaq  asan,  öyrənmək  çətin  işdir.  İşin  çətinliyindən  qorxmaq 
lazım  deyildır.  Ruslar  da,  ingilislər  də  “oğlum  və  ya  qızım 
univrsitetdə və ya məktəbdə öyrənir“”- deyirlər, oxuyur demirlər. 
Bu  qüsur  səbəbindən  Leninin  məşhur  «öyrənmək,  öyrənmək  və 
yenə  də  öyrənmək»  kəlamı  dilimizə  «oxumaq,  oxumaq  və  yenə 
də  oxumaq»  kimi  tərcümə  edilmişdir.  Məqsədimiz  öyrənib 
mütəxəssis, ixtisasçı  olmaqdır, məqsədimiz oxuyub quru diplom 
almaq  olmamalıdır.  Yüz  illər  qabaq  oxumağın  təhsildə  məqsəd 
olduğuna inanıram. Amma indi bizə öyrətmək lazımdır. 
 
Biz  övladlarımıza  bilməyi  yox,  oxumağı  öyrətdiyimizə 
görə  cəmiyyətin  intellektual  səviyyəsi  aşağı  düşür.  Şairlərimizin 
sayının  lazım  olandan  çox  olmasının  bir  səbəbini  də  burda 
axtarmaq  lazımdır.  Çünki  intellektual  potensialı  yüksək  olan  bu 


 
56 
insanlardan potensial şer şəklində xərclənir. Bu şairlərin çoxunun 
timsalında  neçə-neçə  alim,  mühəndis,  konstruktor,  sənayeçi, 
bankir,  maliyyəçi,  siyasətçi,  hərbiçi,  general  itirmişik.  “Cidanı 
çuvalda  gizlətmək“”  mümkün  olmadığı  kimi  yazmağı,  oxumağı 
bacaran  insanın  daxili  potensialı  da  vurub  bədəndən  şer 
formasında çıxır.  
 
Şüurlarda  psixoloji  çevriliş,  inqilab  etmək      lazımdır. 
Beyinlərdən  oxumaq  sözünü  çıxarıb,  yerinə    öyrənmək  sözünü  
qoymaq lazımdır.  
 
Təhsil  sistemində  istifadə  edilən  bəzi  terminlərə    yeni 
dövrün  gözü  ilə  baxaraq,  iradlar  söyləmək  mümkündür.  Təhsil 
tariximizin  müstəqillik  dövründə  qüsurlu  terminlərdən    vaxtında 
imtina  etsək  yaxşıdır.  Subyektiv  fikirimə  görə  və  beynəlxalq 
təcrübəni  nəzərə  alaraq  “ibtidai  məktəb“”,  “natamam  orta 
məktəb“,  “ali  təhsildən  sonrakı  təhsil“  terminlərinin  “ilk 
məktəb“,  “baza  məktəb“,  “ali  məktəbdən  sonrakı  təhsil“ 
terminləri ilə əvəz etsək düzgün olardı.  
 
Təhsil  alana  orta  məktəbdə  şagird,  ali  məktəbdə  tələbə, 
aspiranturada  aspirant,  bəzi  kurslarda  müdavim  deyirlər. 
Türkiyədə bu qrup insanlar öyrənci adlanırlar. Məncə bu adların 
hamısın təhsilalan termini ilə ifadə etmək olar. 
 
Dövlət  məmurlarımız  dövlətdən  maliyyələşməyən  təhsil 
müəssisələrinə  “qeyri-dövlət  təhsil  müəssisələri”  deyirlər. 
Hesab edirəm ki, bu müəssisələr qeyri-dövlət yox, qeyri-hökumət 
təhsil  müəssisələri  adlandırılmalıdırlar.  Çünki  bu  təhsil 
müəssisələri  dövlətin  cəmiyyət  qarşısında  üzərinə  götürdüyü 
konstitusion  öhdəlikləri  yerinə  yetirir.  Bu  məktəbləri  özəl 
məktəblər adlandırmaq  daha   düzgün olardı. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə