Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   11   12   13   14   15   16   17   18   ...   90

 
51 
xərclənməsinə  baxmayaraq,  nəinki  ali  təhsilli,  elmlər  namizədi, 
heç  elmlər  doktoru,  professor  xarici  dil  bilmir.  Mən  inanmıram 
ki, ismtənilən Avropa dövlətində, misal üçün   Almaniyada alman 
dilindən  başqa  dil  bilməyən  professoru  alman  cəmiyyəti  qəbul 
edə. 
 
Bu xəstəliklərin qarşısını almağın ən asan və ədalətli yolu, 
zəruri  biliyi  olmayan  təhsilalanı  təhsilin  yuxarı  pilləsinə 
buraxmamaqdır. Təhsil sistemində keçid imtahanlarını ədalətlə və 
ciddi  aparmaq  lazımdır.  Ədalətsizlikdən  yeni  ədalətsizliklər 
törəyir.  Dördüncü  sinif  səviyyəsində  biliyi  olmayanı  beşinci 
sinifə, səkkizinci sinif  səviyyəsində biliyi olmayanı doqquzuncu 
sinifə,  11-ci  sinif  səviyyəsində  biliyi  olmayanı  ali  məktəbə, 
birinci  kurs  səviyyəsində  biliyi  olmayanı  ikinci  kursa 
buraxmamaq  lazımdır.  Belə  olan  halda  təhsil  sistemi  bu 
xəstəlikdən azad olar.   
Yuxarıda  qeyd  edildiyi  kimi  Təhsil  Nazirliyi  dövlətin 
təhsilə  ayırdığı  pulu  öz sisteminin  köməkliyi  ilə  biliyə,  bacarığa 
və  vərdişə  çevirməlidir.  Yəni  təhsil  sistemi  maddi  varlığı 
intellektual  varlığa  çevirməlidir.  Bu  proçsesdə  böyük  hikmət 
gizlənir.  Beləki,  maddi  varlıq  xırcləndikcə  azalar,  intelektual 
vaprlıq  xərcləndikcə  çoxalar.  İntellektual  sərvətin  maddi 
sərvətdən  əsas  fərqi  bundadır  ki,  onu  kimsə  kimə  bağışlaya 
bilməz,  hədiyyə  də  edə  bilməz.  Kiminsə  köməyi,  dəstəyi  ilə 
vəzifə  almaq  olar,  varlanmaq  olar,  ancaq  ali  təhsil,  alimlik 
dərəcəsi  almaq  mümkün  olmamalıdır.  Tapşırıq  zamanı  dövlətin 
təhsilə  ayırdığı  sərmayə  biliyə  çevrilmir.  Çünki  ortada  əmək 
yoxdur. Həm tapşırıq”, həm də pulla” qiymət yazılarkən dövlətin 
pulu  biliyə  çevrilmədiyindən  dövlət  mənafeyinə    zərbədir.  Digər 
tərəfdən,  bu  prosesin  nəticəsində  mənəvi  mühit  korlanır.  Şəxsi 
mənafe  milli  mənafedən  üstün  tutulur.  İnsanda  ülvi  hisslər 
korlanır. Savadlı  gənclər sınırlar. Mükəmməl  biliyin zəruriliyinə 
ehtiyac duyulmur. “Tapşırıq”“, “rüşvət”“ orta və ali məktəblərdə 
uşaqları  və  gəncləri  ədalətsiz  edir.  Bədbin  ruhda  tərbiyə  edir, 
daha doğrusu, tərbiyə sistemini pozur. Onların müxtəlif sahələrdə 


 
52 
zirvəni  fəth  etmək  potensialını  zəiflədir.  Orta  məktəblərdəki 
ədalətsizliklər  şagirdlərin  kövrək  qəlbini  sındırır.  Ümidsiz 
insanlara  çevirir.  Bu  isə  xeyriyyəçiləri,  valideynləri  məktəbdən 
uzaqlaşdırır,  onlarda  məktəbə  doğmalıqdan  çox,  biganəlik  hissi 
aşılayır. Bir neçə misal çəkmək istəyirəm.  
1.  Amerikanı  kəşf  vedən  Xristofor  Kolumb  bir  ziyafətdə 
iştirak edirmiş. Məclisdəkilərin biri lətifə söyləyir, biri şer deyir, 
digəri  maraqlı  söhbət  edir.  Kolumbun  kəşfi  arzu  etdiyi  kimi 
diqqət  mərkəzinə  çəkilmir  və  adilərdən  hesab  olunur.  Kolumb 
söhbətə qarışır və stolun üstündən bişmiş  bir  yumurtanı götürür 
və  deyir:  kim  bu  yumurtanı  stolun  üstə  dik  qoya  bilər?  Stol 
ətrafında  oturanların  hamısı  cəhd  edir,  ancaq  yumurta  yıxılır. 
Növbə Kolumba çatır. O, yumurtanın dik tərəfini stola bərk vurur 
və sındırır sonra yumurtanı dik qoyur. Hamı etiraz edir və deyir 
ki,  biz  də  belə  edə  bilərdik.  Kolumb  onlara  deyir:  “Elə  mən 
Amerikanı da belə qeyri-adi  addım atmaqla kəşf etmişəm”.  
Əsas odur ki, insan qeyri-adi, qeyri-standart addımları ata 
biləsən.  Rüşvətlə,  tapşırıqla  tələbələr  ali  məktəblərin 
koridorlarında  sınırlar.  Onlar  gələcəkdə  X.Kolumb  kimi  qeyri-
standart addımlar ata bilməyəcəklər.  
2. “Space“” TV kanalının  2002-ci il yanvarın 17-də «Ailə 
üçbucağı»” verilişində çıxış edən Ramin adlı bir gənc dedi ki, ali 
məktəbdə biliyin düzgün qiymətləndirilməməsi, daha açıq desək, 
bilməyənlərin  imtahanlara  şax  girib,  şax  çıxması,  bilənlərin 
qiymətinin  azaldılması  gənclərimizi    sındırır,  onları  bədbin  edir 
və qəhrəmanlıq potensialını əlindən alır. Mən bu gəncin fikirləri 
ilə razıyam.  
 O  müəllimlər  ki,  tapşırığa  baxmırlar,  güzəştə  getmirlər, 
onlar  dövlətin  mənafeyini  qoruyurlar.  Onlar  az  əmək  haqqı  ilə 
dolanır, ancaq milli mənafeyi şəxsi qazancdan üstün tuturlar. Mən 
bu mənəviyyatı təmiz insanları dövrümüzün  qəhrəmanları hesab 
edirəm.  Tapşırığa  baxanlar  isə  dövlətin  mənafeyinə  zərbə 
vururlar. Çox təəssüf ki,  ictimai  şüurda tapşırığa baxan müəllim 
müsbət  imicə  malikdir,  çünki  mülayimdir,  həlimdir.  Məsələyə 


 
53 
lokal  yanaşsaq,  bəlkə  də    bu  addımda  xeyirxahlıq  vardır,  qlobal 
baxımdan tapşırığa baxanlar dövləti  mənafeyə zərbə vururlar. 
Dövlət  təhsil  müəssisələrində  tapşırıq  zamanı  dövlət  və 
milli  mənafe  şəxsi  mənafeyə  qurban  verilir.  Özəl  təhsil 
müəssisələrində  tapşırıq  zamanı  sahibkarın  mənafeyi  xüsusi 
mənafeyə  qurban  verilir.  Dövlət,  mənafeyi  tapdalananda  dözür, 
ancaq  sahibkar  dözmür  və  dözə  də  bilməz.  Bu  səbəbdən  də 
normal özəl məktəblərdə bu xəstəliklər olmamalıdır. 
Rüşvət inkişaf etmiş ölkələrdə də müşahidə olunan sosial 
bəladır.  Cavan  demokratik  quruluşlarda  rüşvətin  yayılmasına 
şərait  daha  çoxdur,  çünki  inzibatçılıq  və  ictimai  nəzarət  azdır. 
Belə  quruluşlarda  dövlət  qanunlarla  daha  ciddi  şəkildə  idarə 
olunmalıdır. 
 
Ali məktəbə qəbul statistikasına diqqət yetirsək görərik ki, 
2000-ci  ildə  test  imtahanında  iştirak  edənlərin  cəmi  10%-i  420 
baldan  çox  bal  toplayır.  Dövlət  təhsilə  müdafiədən  çox  pul 
xərcləyir,  ancaq  bu  pul  rüşvətin  hesabına  biliyə  çevrilmir,  sanki 
yanıb  heç  olur.  Nəticədə  millət  düşünə  bilən  yox,  aldanılan 
millətə  çevrilir.  Çünki  orta  məktəbdə  gənc,  həm  fiziki,  həm  də 
mənəvi cəhətdən sınır.  
 
Sovet  dövründə  mütəxəssis  hazırlığının  keyfiyyəti  ilbəil 
aşağı  düşürdü.  Vəsait  çatmırdı.  Moskva  Aviasiya  İnstitutunun 
keçmiş  rektoru,  mənim  də  yaxından  tanıdığım  akademik 
Y.A.Rıjov mərkəzi TV ilə etdiyi çıxışlarının birində qeyd etdi ki, 
biz  mühəndis  hazırlamırıq,  biz  mühəndisin  müqəvvasını 
hazırlayırıq.  O  zaman  bir  mühəndisin  hazırlanmasına  5000  rub. 
(5000  ABŞ  dollarından  çox)  vəsait  ayrılırdı.  Bu  vəsait  artan 
tələbatı ödəmirdi, baxmayaraq ki, dərs vəsaiti və digər  köməkçi 
vasitələr təhsil müəssisələrinə öz maya dəyərindən aşağı qiymətə 
satılırdı. 
 
Orta  təhsilə  növbəti  zərbə  məktəbi  medalla  qurtarmaq 
praktikasına    son  qoymaqla  və  medalın  statusunu  azaltmaqla 
vuruldu. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə