Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   13   14   15   16   17   18   19   20   ...   90

 
57 
10. Keçid dövründə təhsil 
 
 
”Azərbaycan müstəqil dövlət kimi yeni 
iqtisadi-siyasi  sistem  yolu  ilə  gedərək, 
dünyanın  bütün  ölkələrinin,  xüsusən 
Qərb ölkələrinin təcrübəsindən istifadə 
etməyə 
çalışır 
və 
təhsilin 
də 
təkmilləşməsində 
bu 
təcrübədən 
istifadə etmək lazımdır”. 
 
  Heydər Əliyev 
 
 
 
 
 
 
Yeni təhsilə keçid bir çox səbəbdən zəruridir. Əvvəla, onu 
qeyd  edək  ki,  sovet  təhsil  sistemi  uzun  illər  dövrün  tələbinə 
uyğun  inkişaf  etmirdi.  Sovet  quruluşunu  dağıtmaq  istəyən 
qüvvələr  hədəfə  siyasi  hakimiyyət,  iqtisadiyyat,  hərbi  sahə  ilə 
bərabər, həm də təhsili götürmüşdülər. Tarixin sınağından keçmiş 
dərsliklər,  dərs  vəsaitləri  yeniləşmə  adı  altında  korlandı, 
anlaşılmaz  edildi.  Orta  məktəbdə  “qızıl”,  “gümüş“”  medallar 
praktikası  gah  ləğv  edildi,  gah  da  statusu  dəyişdirildi.  Təhsildə 
rüşvətə  göz  yumuldu.  Müəllimin  statusu  ədalətsiz  olaraq  ilbəil 
endirildi. 
İkinci səbəb son 10 ildə yaranmışdır. Yeni cəmiyyət yeni 
təhsil sistemi tələb edir. Yeni quruluş köhnədən fərqləndiyi üçün 
yeni təhsil sistemi də əvvəlkindən fərqlənməlidir. Çünki dövlətin 
ideoloji  yükünün  çox  hissəsini  təhsil  sistemi  çəkir.  Yeni 
dövlətimiz  öz  mahiyyətinə  görə  liberal-demokratik  dövlət 
olduğundan,  təhsil  sistemi  də  bu  dövlətə  qulluq  etməyə  qadir 
olmalıdır.  Təhsil  sistemində  demokratik  və  liberal  dəyərlərdən 
istifadə  olunmalıdır.  Təhsil  sistemini  liberal-demokratik 
dəyərlərdən  kənar  saxlamaq,  çoxlu  sayda  yeni  qüsurların 
törəməsinə səbəb ola bilər.  
Yeni  təhsil  sisteminə  keçid  ciddi  problemlərlə  müşahidə 
olunur.  Köhnə  təhsil  sistemi  ilə  yeni  təhsil  sistemi  arasında, 
qapalı cəmiyyətin kütləvi təhsili ilə açıq cəmiyyətin liberal təhsili 


 
58 
arasında, yeni baxışlarla köhnə baxışlar arasında ziddiyyətlər var 
və  bu  səbəbdən  onlar  arasında  gedən  mübarizə  təbiidir.  Üstəlik 
müasir sağlam düşüncə ilə köhnə düşüncə arasındakı mübarizə də 
təhsildə keçid proseslərini labüdləşdirir. 
 Bu  səbəbdən  də  yeni  təhsil  sisteminə  keçidin  zəruriliyi 
əvvəlki paraqraflarda göstərilən qüsurların varlığından da törəyir. 
Keçid  dövrünün  təhsil  sistemində  yaratdığı  digər  qüsurları 
tezislər halında belə ifadə etmək olar: 

 
ailə-məktəb, 
müəllim-tələbə, 
müəllim-şagird, 
müəllim-valideyn,  xeyriyyəçi-məktəb  arasında  mənəvi 
çəpər,  inam  yoxdur,  gərginlik  və  maneə  vardır.  Bazar 
əhval-ruhyəsi  həm  ali  məktəbə,  həm  də  orta  məktəbə 
daxil olur.   

 
ailə  mənəvi  örnək,  müdafiəçi,  köməkçi  olmaq  rolunu 
itirir; 

 
valideynlər  təzə  əlifbanı  bilmədiklərindən  uşaqlarına 
kömək  edə  bilmir,  bu  isə  təhsilin  səviyyəsini  xeyli 
aşağı salır;  

 
təzə  əlifba  ilə  əlavə  ədəbiyyat,  dərs  vəsaiti 
çatışmamazlığı  səbəbindən  təhsilin  səviyyəsini  aşağı 
düşür; 

 
bəzi  müəllimlərin  fənn  üzrə  bilik  səviyyəsi  lazımı 
səviyyədə deyildir; 

 
orta məktəbdə  rus dili  ilə bərabər başqa bir xarici  dil 
öyrədilməlidir,  ancaq  öyrədilmir.  Vəsait  havayı 
xərclənir. 

 
gənclərimizi zərərli informasiyadan qorumaq getdikcə 
çətinləşir.  Gözlərimiz  qarşısında  xalqımız  “öyrənən 
yox,  oxuyan  və  oynayan  millətə“  çevrilir;  15  fevral 
2003-cü  il  tarixdə  Az.TV-nin  şənbə  qonağı  bəstəkar 
Nəriman Əzimov oldu. O, ürəkağrısı ilə qeyd etdi ki, 
8  milyon  xalqın  7  milyonu  oynayır.  Elə  bil  ki,  biz 
Ermənistandan  Qarabağı  almışıq.  Bu  iradı  mən  də 
təqdir edirəm. 


 
59 

 
əgər  əvvəllər  ali  məktəblərdə  qeyri-sağlam  bir  işi 
keçirmək  mümkün  olmurdusa,  indi  tərsinə,  bəzi  ali 
məktəblərdə düz işi keçirmək çətindir, bəlkə də, qeyri-
mümkündür. 
Keçid  dövrü,  qaçqınlıq  həyatı,  müharibə  şəraiti  təhsil 
sistemi üçün əlavə problemlər yaratmışdır. 
Ətraf  mühit,  küçə  zorakılığı  təhlükə  mənbəyinə  çevrilir. 
Azyaşlıları  narkotikadan,  alkaqoldan  və  digər  sosial  bəlalardan 
qorumaq getdikcə çətinləşir. 
 Müasir informasiya vasitələri, TV-kanalları, video-texnika 
cəmiyyətimizə həm müsbət, həm də mənfi çalarları ilə daxil olur. 
Çox  təssüflər  ki,  mənfi  cəhətlər    daha  cəzbedici  olduqlarından 
gənclərimiz zərərli  təsir altına tez düşürlər.  
 Dərsə  davamiyyət  və  ona  nəzarət  bərbad  vəziyyətdədir. 
Adı  və  soyadı  rayon  məktəbinin  jurnalında,  özü  aylarla,  illərlə 
Bakıda  repetitorla  məşğul  olan  yüzlərlə  şagird  vardır.  Amma  nə 
məktəb,  nə  müəllim,  nə  maarif  işçiləri,  nə  rayon  icra 
hakimiyyətinin  məsul  işçiləri,  nə  rayon  prokuroru,  nə  də  qeyri-
hökumət təşkilatları (QHT) dövləti və vətəndaş borclarını yerinə 
yetirmirlər  səsini  çıxarmır,  çünki  neçə  illərdi  ki,  bu  xəstə  hala 
vərdiş edilibdir.  
Təhsil  mühiti,  təhsildə  mənəviyyat  deqradasiya  olubdur. 
Öyrənmək, oxumaq qız sənətinə çevrilir. Kitabxanaların və kitab 
mağazalarının  sayı  günü-gündən  azalır,  barların,  diskotekaların 
sayı isə günü-gündən çoxalır. Gününü restoranda keçirən gəncin 
hörməti, kitabxanada keçirəndən qəlbi tutulur. Tələbələr məktəbə 
əlləri  cibində,  kitabsız,  çantasız  gedirlər.  Elə  gedirlər  ki,  tələbə 
olduqları seçilməsin.  
 «Zəbt  olunan  Şərq  ərazisindəki  camaatla  nə  edəcəyik?» 
sualına Hitler: «Qoy radio bu əhaliyə yalnız mümkün qədər çox 
musiqi yeritsin. Mə’nəvi özbaşınalığın yaranması üçün onları əqli 
işə yaxın buraxmaq olmaz. Mə’nəviyyatı yoxsul olan insanlar isə 
özlərini  həmişə  xoşbəxt  sayırlar».  Bu  fikir  filosof  Muxtar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə