Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   21   22   23   24   25   26   27   28   ...   90

 
87 
düşüncə  tərzinin,  Şərq  (irrosional)  düşüncə  tərzindən  fərqi 
bundadır.   
Kadr  məsələlərinə məktəb daha həssasdır. Çünkü burada 
profesionallıqla bərabər, mənəvi keyfiyyətlər də əsas rol oynayır. 
Bu  prosesdə  ictimaiyyətin  gücündən  istifadə  etməyin  hikməti 
böyükdür. Sovetlər zamanında bu potensialdan istifadə edilmirdi. 
Demokratiyanın  imkanlarından  istifadə  edərək  təhsil 
ictimaiyyətinin  layiqli  üzvlərini  məktəbə,  təhsilin  idarə 
olunmasına  cəlb  etmək  lazımdır.  Cinayətkarı  cəmiyyət  məktəbə 
müdir  (direktor)  seçməz,  amma  təəssüf  ki,  belə  adam  bəzən 
məmur təyin edilir.  
Demokratiyanın  gücü böyükdür. Bu potensialdan istifadə 
etmək  lazımdır.  Fikir  müxtəlifliyinin  hikməti  ilə  bağlı  Bernard 
Şounun bir kəlamında deyilir: «Əgər sənin bir alman varsa və 
mənim  bir  almam  varsa,  almalarımızı  dəyişsək  yenə 
hərəmizin  bir  alması  olar.  Əgər  sənin  bir  ideyan  varsa  və 
mənim bir ideyam varsa, ideyalarımızı dəyişsək hərəmizin iki 
ideyası  olar».  Mənəvi  varın  maddi  vardan  fərqi  və  üstünlüyü 
bundan ibarətdir. Digər fərq isə yuxarıda dediyimiz kimi bundan 
ibarətdir  ki,  maddi  var  xərcləndikcə  azalar,  mənəvi  var 
xərcləndikcə artar, çoxalar. 
1980-cı  illərin  əvvəllərində  mərkəzi  TV-nin  axşam 
verilişlərinin  birində  siyasi  icmalçı  Oleq  Kondraşevin  çıxışı 
indiyə  qədər  yadımdadır.  O,  Böyük  Britaniyada  diplomatik 
qulluqda  olarkən,  bir  dəfə  qızının  təhsil  aldığı  məktəbdə  7-ci 
sinifin  tarix  dərsində  iştirak  edir.  Tədrisin  metodu  ilə  bağlı 
O.Kondraşev qeyd etdi ki, müəllim şagirdin birini ayağa qaldırıb 
və  dedi  ki,  sən  Marqaret  Tetçerin  Afrika  siyasətini  tənqid  et. 
Digər  bir  şagirdə  isə  dedi  ki,  sən  M.Tetçerin  Afrika  siyasətini 
müdafiə  et.  Şagirdlərin  biri  bildiyi  arqument  və  faktlarla 
M.Tetçerin siyasətini müdafiə edir, digəri isə tənqid edir. Tədrisin 
bu  metodu  vasitəsi  ilə  həm  fikir  müxtəlifliyi  tərbiyə  edilir,  həm 
də hadisəyə, prosesə, məsələ müxtəlif bucaqlar altında baxılır. Bu 
metod hələ 2500 il öncə Çin filosofu Kanfutsi: «Cəmiyyətdə əks 


 
88 
fikirlər  bir-birini  tamamlayır»  kəlamının  həyatda  tətbiqi  idi. 
Cəmiyyətdə  müxtəlif  fikirlərin  deyilməsi  və  bu  fikirlər 
içərisindən  xeyirlisinin  seçilməsi  milləti  həm  qoruyar,  həm  də 
inkişafına səbəb olur. 
1988-ci  ildən  qabaq  bir  çox  insanlar  Dağlıq  Qarabağda 
ermənilərin  gizli  pul  topladıqlarını  və  Azərbaycandan  ayrılmağa 
hazırlaşdıqlarını  deyirdilər.  Ancaq  təəssüf  ki,  Azərbaycan 
rəhbərləri  bu  fikirləri  yerindəcə  boğurdular  və  müzakirəyə 
çıxarmırdılar. Bu  xəstə  düşüncə tərzi bizə çox baha başa  gəldi. 
Dağlıq  Qarabağ  probleminin  törənməsində  fikir  müxtəlifliyinin  
və demokratiyanın qıtlığının günahı az deyil. Təhsil vasitəsilə biz 
demokratik  və  digər  bəşəri  dəyərləri,  tənqidi  düşüncə  tərzini  
gənclərə öyrətməyə borcluyuq.   
 


 
89 
11.6. Təhsildə obyekt-subyekt münasibətləri 
 
«Əvvəlcə sev, sonra öyrət»
Y.Kaminski 
 
Azərbaycan  təhsil  sistemində  obyekt-subyekt  münasi-
bətlərinə  yanaşma  birmənalə  olmadığına  görə  bu  barədə  ətraflı 
söhbətə ehtiyac duyulur.  
Fərz  edək  ki,  məktəb  həyətində  iki  gənc  dalaşır  və  biri 
digərini  döyür.  Hüquq  müstəvisində  hər  iki  gənc  dalaşma 
hadisəsinin  subyektləridir.  Sosial-fəlsəfi  baxımdan  bu  hadisənin 
iki  tərəfi  var:  aktiv  və  passiv.  Prosesi  idarə  edən    onun  aktiv,  
idarə  olunan  isə  passiv  tərəfidir.  İdarəedən  (döyən)  tərəf  bu 
hadisənin  subyekti,    idarəolunan  (döyülən)  tərəf    isə    hadisənin 
obyektidir. 
Bu  fikrin  işığında  orta  məktəbdə  dərs  prosesinə  diqqət 
yetirək.  Sinifdə müəllim dərs deyir, şagirdlər qulaq asırlar.  Ona 
görə  də  biliklərin  müəllimdən    şagirdlərə  ötürülməsi    bu 
münasibət  üzərində  qurulubdur.  Müəllim  şagirdi    lövhəyə  dəvət 
edir,  danışdırır,  biliyini  qiymətləndirir  və  s.  Bu  dərs  prosesinin 
obyekti  şagird,  subyekti  müəllimdir.    Çünki  müəllim  dərs 
prosesini  idarə  edir.  Ona  görə  ki,  müəllimin  biliyi,  məlumatı, 
həyat  təcrübəsi,  dünyagörüşü  şagirdinkindən  qat-qat  çoxdur. 
Müəllim  və  şagirdlər  arasındakı  bu  bilik  və  dünyagörüşlər  fərqi 
müəllimi  tədris  prosesinin  subyektinə  çevirir.  Orta  məktəb 
illərində bu vəziyyət  praktiki olaraq saxlanılır. 
Ali  məktəblərdə    vəziyyət  xeyli  dəyişir.  Tələbələrə 
sərbəstlik  verilir.  Tələbələr  kvazisubyektə  çevrilir.  Bu 
müstəqillik də ondan ibarətdir ki,  tədris prosesinə yeni pedoqoji 
texnologiya  -  mühazirələr,  laboratoriya  dərsləri    və 
seminarlar  daxil  edilir.  Tələbəyə  çox  informasiya  vermək 
məqsədi  ilə  müəllim  öz  dərslərini  mühazirələr  şəklində  qurur. 
Tələbələrdən gündəlik dərs soruşulmur. Onlara  tədris prosesinin 


 
90 
subyekti olmaq şansı verilir. Tələbəni aktivləşdirmək məqsədi ilə 
seminar  formasından  istifadə  olunur.  Tələbələr    seminar 
dərslərində  öz  bilik  və  bacarıqlarını    sərbəst  nümayiş    etdirirlər. 
Laboratoriya  dərslərini  yerinə  yetirməklə  tələbəyə  tam 
subyektləşmə  şansı  verilir.  Yuxarı  kurslarda  təhsil  prosesində 
tələbənin rolu daha da artır. Universitetlərdə buraxılış  kursunda  
diplom  işləri  üzərində  işləyərkən  tələbə  öz  mövzusu  sahəsində 
bəzən  tam  subyekt  səviyyəsinə  qədər  ucalır.  Diplom  işlərinin 
mövzuları  adətən  çox  aktual  olur.  İngiltərəli  universitet  
diplomçusu    Cozefson  öz  diplom  işinə-  «Cozefson  effektinə» 
görə sonralar Nobel mükafatı almışdır.  
XX1  əsr  informasiya  əsri  olduğundan    obyekt-subyekt 
münasibətlərində yeni çalarlar əmələ gəlir, təhsil işçiləri bu faktı 
gözdən  qaçırmamalı  və  tədrisin  metodikasına  yeni  düzəlişlər 
daxil etməlidirlər. 
Ən  nəhayət,  ali  təhsilin  son  pilləsi  olan  magistraturada 
müəllim- tələbə münasibəti subyekt-subyekt səviyyəsinə qalxır. 
Müəyyən  məsələlərin  həllində,  elmi  hadisələrin  izahında    artıq 
magistr-tələbə  müəllimindən  daha  çox  informasiyaya  malik  ola  
bilər.  Müəllim  öz  tələbəsinə  artıq  həmkarı  kimi  baxa  bilir.  O 
müəllim xoşbəxtdir ki, tələbəsi ondan daha çox bilir. 
Aspiranturada (doktoranturada) gənc tədqiqatçı öz rəhbəri 
ilə birlikdə müştərək elmi məqalələr yazır.  Bu zaman o, rəhbəri 
üçün  həmkar    səviyyəsinə  yüksəlir.  Elmi  mövzunun  yerinə 
yetirilməsində  aspirant  rəhbəri ilə bərabər hüquqlu  subyekt  kimi 
çıxış edir.  
Beləliklə,  birinci  sinifə  təhsil  prosesinin  obyekti  kimi 
daxil  olan  şagird,  aspiranturanı  bu  prosesin  subyekti  kimi 
qurtarır.  Təhsil  prosesində  idarə  olunan  səviyyədən  idarəedən 
səviyyəsinə  qədər  yüksəlir.  Bu  cür  gənclər  artıq  Vətənə  qulluq 
etməyə hazırdırlar. 
Beləliklə,  tam  və  mükəmməl  təhsil  prosesi  gəncləri 
fəaliyyətin  istənilən  sahəsində  “obyekt“  statusundan  “subyekt“ 
statusuna  qaldırmalıdır.  Bu  işi  ancaq  mükəmməl  təhsil  sistemi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə