Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   18   19   20   21   22   23   24   25   ...   90

 
72 
Bu  il  TQDK  –nın  apardığı  imtahanlar  nəticəsində  80 
mindən  çox  məzunlar  içərisindən  təhsil  və  bilik  çempionları 
seçilmişdir.  Bu  gənclər  yüksək  bilik  səviyyəsi  nümayiş  etdirərək 
nər biri öz qrupunda  1-ci  yerə çıxmışdır. Bu gəncləri artıq çox 
insanlar  tanıyır.  İstərdim  ki,  onları  Azərbaycan  ictimaiyyəti 
tanısın, təbrik etsin və onlarla fəxr etsin! 
Beləliklə,  700  mümkün  baldan    11  qrupda  697  bal 
toplayıb  1-ci  yer  tutmuş  Rüfət  İsrəndiyar  oğlu  Qaralovu,  1V 
qrupda  692  bal  toplayıb  1-ci  yer  tutmuş  Aysel  Nazir  qızı 
İsmayılovanı,  111  qrupda  692  bal  toplayıb  1-ci  yer  tutmuş 
Lamiyə Natiq qızı Şirvanzadəni, 1-ci qrupda 686 bal toplayıb  1-
ci  yer  tutmuş  Tamilla  İqoryevna  Əliyevanı,  V  qrupda  610  bal 
toplayıb 1-ci yer tutmuş Numay Tufan qızı Axundzadəni ürəkdən 
təbrik edirəm! 
Əziz çempionlar! Bu qələbəniz və 111 minilliyin ilk «Bilik 
günü»  münasibəti  ilə  sizi,  valideyinlərinizi,  və  müəllimlərinizi 
təbrik edirəm. Arzu edirəm ki,  nümunəvi  şagird olduğunuz kimi, 
nümunəvi  tələbə  və  vətəndaş  olaraq  xalqımızın  adını  yüksəklərə 
qaldırasınız.  Bu  çətin,  lakin  şərəfli  işdə  hamınıza  can  sağlığı, 
xöşbəxtlik  və  uğurlar  diləyirəm!  Üaddan  çıxarmayın  ki,  bilik 
uğrunda döyüş lazımdır! 
                                             Şahlar Əsgərov, 
                       Milli Məclisin Elm və təhsil   
                                                məsələləri daimi 
                                                komissiyasının sədri, 
                                                əməkdar elm xadimi
                                                professor»  
 
Bu,  fərdin    diqqət  mərkəzinə  çəkilməsi  və  liberalizmin 
praktiki həyatda tətbiqi deməkdir. 
2003-cü  ildə  aparılan  testin  nəticələri  elan  edilib. 
Çempionlar  artıq  məlumdur.  Fürsətdən  istifadə  edərək  test 
çempionları – İlmar Balaxan oğlu Qəhrəmanovu (I qrup, 695.000 
bal),  Elçin  Nəbi  oğlu  Hüseynovu  (II  qrup,  687.411  bal),  Tural 


 
73 
Ağabala  oğlu  Quliyevi  (III  qrup,  688.750),  Aytən  Sirac  qızı 
Məmmədovanı  (IV  qrup,  675.000  bal),  Validə  Yaşar  qızı 
Əsgərovanı  (V  qrup,  623.428  bal)  təbrik  edirəm,  onlara  təhsildə 
daha uca zirvələri fəth etməyi arzulayıram. 
 


 
74 
Шякил 11.2 


 
75 
Шякил 11.2 
(б)
 


 
76 
Шякил 11.

(à) 


 
77 
Шякил 11.3 
(б)
 


 
78 
11.2. Müəllimin sosial statusu 
 
«Həqiqi  müəllim  adını  daşıyan  insan  həmişə, 
tarixin  ən  çətin  dövrlərində  dəyanətli, 
dözümlü olubdur və mənəviyyatını hər şeydən 
yüksək tutubdur». 
   
 
 
Heydər Əliyev 
   
 
 
İnsanın  cəmiyyətdə  və  ya  qrupda  tutduğu  mövqe-status 
adlanır.  İstənilən  status  rollardan  ibarətdir.  Müəllimin  statusu 
onun  vəzifə  borcunu  müəyyənləşdirir.  Müəllim  bilikləri 
şagirdlərə  ötürməyə  borcludur.  Onun  biliyini  qiymətləndirərək, 
tərbiyəsinə  nəzarət  edərək  müxtəlif  rolları  yerinə  yetirir. 
Müəllimin hüquq və vəzifəsi qanunla və ənənə ilə müəyyənləşir. 
 
Beləliklə,  status  cəmiyyətin  sosial  strukturunda  tutulan 
yerdir və müəllimin  bu strukturda özünə layiq  yeri vardır. Qeyd 
etmək  lazımdır  ki,  Yaponiyada  müəllimin  statusu  kifayət  qədər  
yüksəkdir.  Bu  yerin  tutulmasında,  bu  yerə  uyğun  hüquq  və 
vəzifələrin formalaşmasında milli ənənənin xüsusi yeri vardır. 
 
Təhsil  prosesinin  subyekti-müəllimin  sosial  statusu 
cəmiyyətdə  yüksək  tutulmalıdır.  Bu  bəşəri  dəyər  bütün 
zamanlarda hər bir cəmiyyətin diqqət mərkəzində olubdur. 
 
V.Yanın  “Çingiz  xan“  (Bakı,  1983)  əsərində  maraqlı  bir 
səhnə  var.  Çingiz  xan  Buxaranı  təslim  edib  “məscidə 
yaxınlaşanda  bütün  camaat  öz  padşahı  qarşısında  etdiyi  kimi, 
səməd atın ayaqlarına düşdü. Ancaq bir neçə qoca ülamə əllərini 
qurşaqlarının  üstünə  qoyaraq  düz  dayanmışdılar.  Onlar  öz 
alimliklərinə  görə  hökmdarın  qarşısında  üzü  üstə  düşməkdən 
azad idilər”. 
 
Türk  məmləkətlərində  və  o  cümlədən  Azərbaycan 
cəmiyyətində  müəllimin  statusu  XX  əsrin  ortalarına  qədər  çox 
yüksək  olub,  cəmiyyətin  ən  hörmətli  adamına  (yuxarıda  qeyd 
edildiyi  kimi)  “müəllim“  deyiblər.  Sonra  sui-istifadə  halları 
başlayıb,  küt,  savadsız,  mənəvi  cəhətdən  qüsurlu  insanlar 
müəllimlik  etdikcə  bu  peşəyə  münasibət  dəyişib,  inversiya  baş 


 
79 
verib,  müəllim  hörmətdən  düşübdür.  XX  əsrin  əvvəllərində 
ruhani  məktəblərində  mollalar  dini  və  mədrəsəni  nə  qədər 
hörmətdən  salmışdırsa,  çağdaş  dövrümüzdə  müəllimlərin  bir 
qismi  təhsili,  məktəbi  o  qədər  hörmətdən  salıblar.  Bizim 
müəllimləri  tənqid  atəşinə  tutmaq  üçün  “Molla  Nəsrəddin”“ 
jurnalını  yolun  azmış  müəllimləri  tənqid  etmək  üçün  təzədən 
«Müəllim Nəsrəddin» adı altında  nəşr etməyə ehtiyac duyulur. 
 
Müəllimin  cəmiyyətdə  sosial  statusunu  qaldırmaq  üçün 
dövlət səviyyəsində proqram hazırlayıb həyata keçirməyə ehtiyac 
duyulur.  Əvvəla,  müəllim  peşəsinə  yaramayanlar  təhsil 
müəssisəsindən uzaqlaşdırılmalı, ikincisi, müəllimlərin orta aylıq 
əmək  haqqı  cəmiyyətin  digər  üzvlərinin  orta  aylıq  əmək 
haqqından  yüksək  olmalıdır.  ABŞ  iqtisadçısı  Cekson  Qreyson 
Yaponiyada  müəllim  peşəsinin  müqəddəs  sayılmasını  və  qanun 
üzrə  müəllimlərin  ən  yüksək  maaşlı  25  faiz  içərisinə  daxil 
olduğunu  qeyd  edir.  C.Qreyson  yazır  ki,  1983-84-cü  illərdə 
Yaponiya  müəllimlərinin  orta  aylıq  əmək  haqqı  ölkə  üzrə  orta 
aylıq  əmək  haqqından  2,4  dəfə  yuxarı  olmuşdur  və  ABŞ-da 
uyğun göstəricinin 1,7 olduğuna təəssüflənir. 
 
2000-ci  il üçün Azərbaycanın  təhsil sistemində orta aylıq 
əmək haqqı 166 min manat, ölkə üzrə orta aylıq əmək haqqı 205 
min  manat  olmuşdur  (Bax  “Müstəqil  Azərbaycan  10  il”“  kitabı, 
Bakı, səh. 101.). Təhsildə orta aylıq əmək haqının ölkə üzrə orta 
əmək  haqqından  az  olması  qüsurlu  hal  kimi  qeyd  olunmalıdır. 
Qeyd  etmək  yerinə  düşər  ki,  1970-ci  illərdə  respublikada  orta 
aylıq  əmək  haqqı  109  rub  olarkən,  təhsildə  120  rub  olmuşdur. 
Əmək haqlarının nisbəti təhsilin xeyrinə 1,1-ə bərabər olmuşdur. 
Bu  nisbəti    çağdaş  cəmiyyətimizə  gətirməklə  dirçəlişə  tez  nail 
olmaq olardı. 
 
Azərbaycan Respublikasının prezdenti H.Əliyevin «Təhsil 
müəssisələri işçilərinin əmək haqlarının artırılması haqqında» 15 
may  2003-cü  il  tarixli  sərəncamından  sonra  bu  nisbət  bizdə 
təqribən bərabər olmuşdu. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə