Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   17   18   19   20   21   22   23   24   ...   90

 
69 
 
Şəkil  11.1-də  hər  üç  qrup  təhsilalanların  biliklənmə 
səviyyəsinin zamandan asılılıq qrafiki göstərilmişdir. 
 
 
 
 
Şəkil 11.1. İstedadlı (I), orta (II) və zəif                                     
                  qabiliyyətli (III) təhsilalanlar üçün                                  
                  təhsillənmənin  zamandan asılılığı. 
 
Şəkildən
 
göründüyü  kimi  eyni  bir  bilik  səviyyəsinin  əldə 
edilmə  müddəti  müxtəlif  qruplar  üçün  müxtəlifdir.  Misal  üçün, 
elmlər  namizədi  səviyyəsini  (PhD)  istedadlı  adamlar  25-30 
yaşında, orta biliklilər 35-40 yaşında, zəif biliklilər 50-60 yaşında 
əldə edə bilərlər. 
 
Birinci  qrupun  təhsilalanları  istedadlı  insanlardır.  Bu 
istedad onlara Allah tərəfindən verilmiş paydır. Dövlət, cəmiyyət 
bu  insanların  potensialının  açılması  üçün  düşünülmüş  şəkildə 
şərait  yaratmalıdır.  Onların  təhsil,  bilik  almaq  fəaliyyətini 
stimullaşdırmalıdır.  Orta  məktəbdə  medal,  test  imtahanlarının 
çempion adları, ali məktəblərdə adlı təqaüdlər, gənc alimlər üçün 
müxtəlif mükafatlar  verməklə  onların  fəaliyyətini  7  yaşından  30 
 


 
70 
yaşına  qədər  nəzarətə  götürüb  stimullaşdırmaq  olar.  Bu 
mükafatlar  uğrunda  gənclərin  açıq  yarışını  təşkil  etməklə 
Vətənimizi 
müasir 
cəmiyyətə 
çevirmək 
olar. 
Başqa 
stimullaşdırıcı faktorlar da düşünmək olar. Vacib məsələ bundan 
ibarətdir  ki,  təhsilalanların  birinci  qrup  təmsilçiləri  öz 
potensiallarını  cəmiyyət  və  dövlət  işlərinə  həsr  etsinlər  və 
şəxsiyyət  kimi  formalaşsınlar.  Böyük  Plutarx  demişdir: 
«Şəxsiyyətsiz  azadlıq  xəyaldır».  28  may  2003-ildə  Qərb 
Universitetində Amerikalı sovetoloq, tarixçi alim Maykl Rıvkinlə 
Azərbaycanda  keçid  prosesləri  ilə  bağlı  söhbət  etdik.  Söhbət 
zamanı  o,  İraq  müharibəsində  ABŞ-ın  uğurlarını  prezident  Buş 
komandasınin  çox  güclü  şəxsiyyətlərdən  təşkil  olunduğu  ilə 
əlaqələndirdi və Ramsfeldin, Kolin Pauellin və Kondoliza Raysın 
adlarını çəkdi.  
 
Müstəqil Azərbaycanda vətəndaş cəmiyyəti qurulur. Bu o 
deməkdir ki, “dövlət-vətəndaş” münasibətləri şaquli müstəvidən 
üfüqi  müstəviyə  keçir.  Bu  dövlət  nəzarətinin  şaquli  istiqamətdə 
zəifləməsi hesabına baş verir. Praktiki həyatda bu, o deməkdir ki, 
əgər  biri  övladına  yüksək  səviyyəli  təhsil  vermək  istəyirsə  və 
başqa  biri  bu  işi  yüksək  səviyyədə  görə  bilirsə,  dövlət    bu  işə 
maneçilik  yox,  şərait  yaratmalıdır.  “Repetitorluq“  bu  prosesin 
həyatda primitiv şəkildə təzahürüdür. Ali səviyyədə bu missiyanı 
özəl məktəblər həyata keçirə bilərlər. 
Buradan  çıxardığımız  nəticə  bundan  ibarətdir  ki,  elmlə 
istedadlı  insanlar  məşğul  olsa  yaxşıdır.  Çünki  onlar  qısa 
müddətdə  əhəmiyyətli  elmi  nəticələr  əldə  edə  bilir.  Orta  və  zəif  
bilikliləri elmə buraxmağa ehtiyac yoxdur. Onların elmə getməsi 
ilə elm qiymətdən düşür, elmi müəssisə çevikliyini azaldır.   
Təhsilin liberallaşması milli mənafeyə uyğun, yerli şəraiti 
nəzərə  alaraq,  yeni  tipli  məktəblərin  də  (misal  üçün,  bələdiyyə 
məktəblərinin) açılması zərurətini yaradır.  
1995-ci  ildən bəri talantlı  gənclərin  – test  çempionlarının 
cəmiyyətə  təqdim  olunmasına  cəhd  etdik.  1995-ci  ildə 
çempionları  YAP  xətti  ilə  iş  adamı  T.İbrahimovun 


 
71 
mükafatlandırmasına,  1996-cı  ildə  «Avrasiya»  qəzetində 
şəkillərinin çapına nail olduq. Həm 2001-ci il, həm də 2002-ci il 
çempionlarının  şəkillərini  iş  adamı  Ə.Evsənin  dəstəyi  ilə  oxu 
dəftərlərinin üz qabığına və sonuncu səhifəsinə vurulmasına nail 
olduq.  (bax:  Şəkil  11.2  və  11.3).  Şəkil  11.2-də  2001-ci  il  test 
imtahanlarında  694.4  bal  toplayaraq  respublka  üzrə  2-ci  yerə 
çıxmış  və  ADİU-nun  beynəlxalq  iqtisadi  münasibətlər  ixtisasına 
qəbul olmuş Cavid Məmmədovun şəkli üz qabığına vurulmuşdur. 
Dəftərin  cildinin  4-cü  səhifəsinə  isə  həmin  ilin  çempionlarının 
şəkilləri vurulmuşdur. 
Şəkil  11.3-də  2002-ci  il  test  imtahanlarında  693,8  bal 
toplamış  respublika  üzrə  birinci  yerə  çıxmış  BDU-nun  iqtisadi 
kibernetika  ixtisasına  qəbul  olunmuş  Quluzadə  Emilin  şəkili 
dəftərin  üz  qabığına  vurulmuşdur.  Dəftərin  cildinin  4-cü 
səhifəsinə  isə  həmin  ilin  çempionlarının  hamısının  şəkili 
vurulmuşdur. 
1993-cü  ildən  bəri  bir  qrup  alimə,  ziyalıya  və  talantlı 
tələbələrimizə  dayaq  duran  məşhur  xeyriyyəçi  Əli  bəy  Evsənin 
dəstəyi ilə 2002-ci il test imtahanların çempionlarının şərəfinə 12 
fevral 2003-cü ildə ziyafət verildi. Ziyafətə Milli Məclisin Elm və 
təhsil  məsələləri  daimi  komissiyasının  üzvləri  ilə  bərabər 
çempionlar, onların müəllimləri, valideynləri də dəvət edilmişdir. 
2001-ci il  test  imtahanlarının çempionlarına göndərdiyim 
məktubu  «Azərbaycan»  qəzeti  2.09.2001  –ci  sayında    «Bilik 
zirvələrini  fəth  etmiş  çempionlara»  adı  altına  çap  etmişdi.  
Məktubda deyilirdi: 
«Bu  il  xalqımız  müstəqilliyimizin  10  illiyini  qeyd 
edəcəkdir.  On  ildir  ki,  od-alov  içərisindən  keçərək  müstəqil 
dövlətimiz  qurulur  və  möhkəmlənir.Dövlətimizin  banisi 
möhtərəəm prezidentimiz Heydər Əliyev müstəqil dövlətimizi yeni 
əsaslarla,  yeni  prinsiplərlə  qurur.Bu  əsaslara  görə  cəmiyyətdə 
kütlə  yox,  şəxsiyyətlər  diqqət  mərkəzinə  çəkilir.  Demokratik 
prosedurlar  nəticəsində  fərdlər  kütlədən  seçilir  və  şəxsiyyət 
səviyyəsinə qaldırılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə