Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   25   26   27   28   29   30   31   32   ...   90

 
101 
 
Göründüyü kimi, Amerikada təhsilin məqsədində dövlətin 
mənafeyi  ali  titulur  və  digər  subyektlər  də  bu    məqsəd 
istiqamətində yönəldilir. 
Beləliklə, çağdaş təhsil sistemində liberal və demokratik 
dəyərlərə,    kəmiyyət-keyfiyyət  münasibətlərində  keyfiyyətə 
üstünlük  verilməsi,  fərd-kütlə  münasibətlərində  fərdin  təhsil 
almasının diqqət mərkəzinə çəkilməsi, “hamı üçün baza təhsil“, 
“beşikdən  qəbirə  qədər  öyrənmək“  müddəaları  təhsilin 
fəlsəfəsinin    əsas  müddəalarındandir.    Depersonlaşmış  təhsildən 
personlaşmış  təhsilə  keçmək,  təhsildə  effektlivliyi  artırmaq, 
təhsilin  nəzəriyyəsinin  vacib  məsələlərindəndir.  Təhsilin 
keyfiyyətinə  təsir  edən  amillər:  təhsilin  məzmunu,  pedoqoji 
texnologiya və nəzarət  daim diqqət mərkəzində durmalıdır. 
Təhsilin 
müasir 
pedaqogikası, 
psixologiyası, 
sosiologiyası,  fəlsəfəsinin  əsas  müddəalarından  milli  təhsil 
sistemimizin  həm  formaca,  həm  də  məzmunca  qurulmasında 
istifadə etməliyik. 
“Kəsilməz  təhsil“  konsepsiyasının  əsas  məqsədi  
cəmiyyəti  “öyrənən  cəmiyyətə”  çevirməkdən  ibarətdir. 
Cəmiyyətin  hər  bir  üzvü  hər  zaman  özünü  öyrənci  hesab 
etməlidir. O, nə vaxt, harada, hansı təhsil istəsə ala bilmək şansı 
olmalıdır. 
Həzrəti  Peyğəmbərimizin  məşhur  “beşikdən  qəbirə 
qədər  öyrənmək“  kəlamı  müasir  dövrümüzdə  təhsil  sahəsində 
dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biri  olan  «kəsilməz 
təhsil» konseptual müddəasının əsasını təşkil edir.  
Məlum  olduğu  kimi  gəncliyin  15-20  faiz  istedadlı 
hissəsini  aşkar  etməkdən  ötrü  baza  təhsili  hamı  üçün  olmalıdır. 
Yəni “Hamı üçün baza təhsil”- konseptual müddəa səviyyəsinə 
qalxmalıdır.  YUNESKO  sənədlərində  baza  təhsili  deyəndə  milli 
fənlərlə  yanaşı  biologiya,  kimya,  fizika,  riyaziyyat,  tarix,  xarici 
dil və digər fənlərin tədrisi nəzərdə tutulur. 
 
 


 
102 
12. Təhsilin məzmunu 
 
“Cəmiyyətin  gələcək  tərəqqisi  bir  çox 
cəhətdən  indi  gənclərimizə  nəyi  və  necə 
öyrətməyimizdən asılı olacaqdır”. 
Heydər Əliyev 
 
Təhsilin  məzmununun  strateji  müddəası  Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər  Əliyevin  yuxarıdakı  fəlsəfi 
kəlamında verilmişdir.  
Təhsilin  məzmunu  elə  müəyyənləşdirilməlidir  ki,  
gənclərimiz  həm  vətənpərvər,  həm  də  müasir  tələblərə  cavab 
verə bilən bilikli insan kimi formalaşsınlar. Təhsilin məzmununu 
təhsilin qarşısında duran məqsədə  uyğun formalaşdırmalıyıq.  
Təhsilin  liberallaşması  tədris  olunan  fənlərin  də  dövrün    
tələblərinə uyğun olaraq seçilməsini və bu fənlər içərisində elmi 
(xüsusilə  riyaziyyat)  və  humanitar  (xüsusilə  xarici  dil)  fənlərin 
aparıcı yer tutmasını ön plana çəkir. 
“Dialoq  Avrasiə”“  dərgisinin  2001-ci  il  5-ci  sayında 
müasir  dövrümüzün  tanınmış  filosof-şairi  Muxtar  Şaxanovla 
“Qlobal  dəyişiklik  çağında  ənənələrin  hayqırtısı“  adı  altında 
müsahibə  dərc  edilmişdir.  Həmin  müsahibədən  bəzi  məqamlar 
təhsilin məzmunu baxımından diqqəti cəlb edir. 
 
Muxtar  Şaxanov  söyləyir:  «Qızılqum  çöllərində 
“Cantak“  (dəvətikanı)  adlı  bir  bitki  vardır.  Bu  çirkin  və  sadəcə 
dəvələrin yediyi bitkinin kökləri yerin 50-60 m dərinliyinə qədər 
gedir.  Bir  də  “kambak“  (süpürüm)  adlı  digər  bir  bitki  vardır. 
Onun  kökü  3-5  sm  dərinlikdədir.  Bu  bitki  zəif  bir  küləkdə 
kökündən  qopur  və  səhrada  yuvarlanır.  Qum  fırtınaları  zamanı 
nəinki bitkilər, hətta yerin qum örtüyü yerini dəyişərək köç edir. 
Lazımi  qədər  kökü  olmayan  süpürüm  (kambak)  külək  tərəfindən 
asanca  qumla  bərabər  yerini  dəyişir.  Cantak  isə  öz  yerində 
möhkəm  dayanır,  çünki  kökləri  dərindədir.  Kökü  olmayan 
insanlar, kambaka bənzər və cəmiyyət üçün çox qorxuludur». 


 
103 
 
“Mədəniyyətin  yanılqısı”  əsərimdə  bir  fəsil  var:  “Dörd 
ana”. Bu fəsildə söyləmişəm: hər insanın öz ata-anasından başqa  
dörd anası var: 1) Ana vətən, 2) Ana dili, 3) Mənəvi var və adət-
ənənələr, 4) Öz xalqının tarixi. 
 
İnsanlar  bu  dörd  anada  kök  salmazlarsa,  zəif  kambak 
bitkisi  kimi  küləyin  önündə  dayana  bilməz.  Tarixə  baxdığımız 
zaman  bütün  müharibələrin  bu  dörd  ananı  qorumaq  üçün 
olduğunu görürük. 
 
Mən,  əslən  xalqımın  tarixində  qəhrəmanlıq  rolu  oynamış 
Otrardanam. Orta əsrlərin meqopolislərindən biri olan bu şəhər 
6 ay Çingiz xanın hücumlarına tab gətirmişdir.  
 
Çingiz  xan  bu  şəhəri  fəth  edəndən  sonra  onun  hüzuruna 
iki nəfər gətirirlər: Otrar xanı Kairxanı və satqınlıq edib şəhərin 
qapılarını  düşmən  üzünə  açan  satqını.  Çingiz  xan  Kairxana 
deyir: Kairxan, sən həqiqətən qəhrəmansan. Otrardan ötəri mən 
6 ay vaxt itirdim. Bu duruş mənim şöhrətimə, qələbələrimə kölgə 
saldı.  Mən  sənin  qəhrəmanlığını  qiymətləndirirəm  və  səni  satan 
adamın özün cəzasını  ver  - deyərək, Kairxana qılınc verilməsini 
əmr edir.     
 
Kairxan  deyir:  Dayanın.  Bu  satqının  atası  Otrarın  ən 
məşhur  alimidir.  Mən  ona  hörmət  edərək  bu  gəncə  inanmışam. 
Əmr edin  onu gətirsinlər və baş verən hadisələrin  səbəbini izah 
etsin.  
 
Satqının  əsir  atasını  gətirirlər.  Kairxan  ona  baxaraq 
deyir: 
 
-  Qartaldan  qartal  törəməsi,  ilandan  ilan  törəməsi 
təbiidir. Necə oldu ki, qartaldan ilan törədi? 
 
Satqının atası utanaraq deyir: 
 
- Deməli, mən heç zaman qartal olmamışam. Bizim xalqın 
müdrik  bir  adəti  var:  Uşaq  anadan  olandan  həddibuluq  çağına 
çatana  qədər  doğulduğu  torpaqda  tərbiyə  edilməlidir.  Bu 
cocuğun  doğulduğu  torpaq  üzərində  ayağıyalın  gəzməsi, 
qurbağaların,  eşşəklərin,  xoruzların  səsini  duyması  lazım.  Ana 
torpaqdakı  çiçəkləri  toplaması,  iyləməsi...  Yaxşılığı,  pisliyi  öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə