Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

 
111 
öz  tövhəsini  verməlidir.   Bunun  üçün  də  bir  daha  qeyd  edək  ki, 
bizə  demokratiya  lazımdır  ki,  cəmiyyətdə  fikir  müxtəlifliyi 
bərqərar  olsun.  Demokratik  tərbiyənin  əsası  məktəbdə 
qoyulmalıdır. 
 
İkinci  hekayənin  təhsilin  məzmunu  ilə  birbaşa  əlaqəsi 
vardır. Hekayədə söylənilir: 
 
Qədim  zamanlarda  Çində  Çju  Pin-man  adlı  bir  adam 
yaşayırdı.  Bir  dəfə  Pin-man  eşidir  ki,  qocaman  ovçu  Ma  Ten 
əjdaha öldürməyi bilir. Pin-man ovçunun yanına gəlib ona deyir: 
-Hörmətli  cənab  Ma  Ten,  xahiş  edirəm  əjdahı  öldürməyi 
mənə öyrət. 
 
-Bu  çox  çətin  sənətdir!  –  deyə  Ma  Ten  cavab  verir. 
Əjdahaya  qalib  gəlməyi  öyrənmək  üçün  çox  illər  məşğul  olmaq 
lazımdır. Bir  də sən beş il bu meşədə yaşaya bilərsənmi?  Beş il 
səhərdən  axşama  kimi  təlim  almağa  hövsələn  çatarmı?  Təlim 
üçün mənə verməyə pulun varmı? 
 
Çju Pin-man dedi: 
 
-Mən bu meşədə beş il yaşamağa hazıram. Beş il səhərdən 
axşama  kimi  təlim  alacağam.  Mən  bütün  pullarımı  sizə 
verəcəyəm, təki siz mənə əjdahaya qələbə çalmağı öyrədin. 
 
Ovçu:  
 
-Elə isə təlimə başlayaq, - dedi. 
 
Qurtarmaq bilməyən beş il keçir, ovçu deyir: 
 
-Mən  bütün  biliyimi  sənə  verdim.  Bu  gündən  sən  nə  cür 
əjdaha olur-olsun qalib gələ bilərsən. 
 
Xoşbəxt  Pin-man  öz  kəndlərinə  qayıtdı.  Olan-qalanını 
təlim  üçün  verdiyindən  tamam  pulsuz  qalmışdı.  Lakin  Çju  Pin-
man  kədərlənmirdi.  Axı  o  heç  kəsin  bacarmadığı  bir  işi  – 
əjdahaya qalib gəlməyi bacarırdı. 
 
O,  qürurla  həyətləri,  kəndləri  gəzir,  öz  xidmətini  təklif 
edirdi. 
 
-Sən  nə  iş  görə  bilərsən?-  deyə  ondan  soruşduqda,  Çju 
Pin-man məğrur-məğrur cavab verirdi: 
 
-Əjdaha öldürə bilərəm! 


 
112 
 
-Yaxşı  da,  əjdaha  görünən  kimi  biz  səni  tez  çağırarıq,  - 
deyə adamlar ona cavab verirdi və hələlik sənin biliyin bizə gərək 
deyil! – deyirdilər. 
 
Çju  Pin-man  uzun  zaman  yaşadı,  lakin  bir  dəfə  də  olsun 
əjdaha ilə rastlaşmadı. Beləliklə, o heç bir iş bacara bilmədiyinə 
görə həyatı ehtiyac və qüssə ilə keçdi. 
 
Çju  Pin-man  sadə  həqiqəti  ancaq  qocalığı  zamanı  başa 
düşdü,  bildi  ki,  insana  ancaq  adamlara  gərək  olan  və  xeyir 
gətirən bilik lazımdır.         
 
Zaman-zaman 
təhsilin  qarşısında  duran  məqsəd 
dəyişdiyindən,  məqsədə  nail  olmaq  üçün  təhsilin  məzmunu  da 
ehtiyatla və düşünülmüş şəkildə dəyişməlidir.  
Milli təhsilimizin forma və məzmunu arasında münasibət 
elə qurulmalı, bir-birini elə tamamlamalıdır ki, təhsilin qarşısında 
duran  ali  məqsədinə  nail  olmaqla  bərabər,  bizim  gənclərimiz 
içərisindən  keçdiyi  ictimai-sosial  hadisələrin,  proseslərin  idarə 
olunan  yox,  idarə  edən  tərəfi  olsun,  başqa  sözlə,  obyekti  yox, 
subyekti olsunlar. 
 
Mənim  inancıma  görə  insan  iki  cazibə  mərkəzi  (qütb) 
arasında  fəaliyyət  göstrir.  Özünə  məhəbbət  və  xalqa  ,  millətə 
məhəbbət.  Birinci  qütb    heyvanidir,  ikinci  qütb  insanidir.  Bu 
baxımdan  K.Marks  həqiqətəq  haqlıdır:  İnsan  ictimai  varlıqdır.  
Son  50000  ildirki,  insan    oğlu  özünə  məhəbbətdən  insani 
məhəbbətə  döğru  yol  gedir.    Bu  fəaliyyətin  ən  bariz  nümunəsi 
10000  il  öncə  dövlətin  əmələ  gəlməsidir.    Dövlət  bir  qurum 
olaraq  ictimai  məhəbətin  təzahür  formasıdır.  Hər  kəs  özünə 
məhəbbətdən  bir  az  kəsib,  millətə  məhəbbət,  dövlətə  məhəbbət 
payının üzərinə qoyur. Müxtəlif insan toplumları bu yolla irəliyə 
doğru hərəkət edir. Hansı toplumlarda vətənə, millətə  məhəbbət 
özünə  məhəbbətdən  üstünlük  təşkil  edirsə    o  cəmiyyət  daha 
qabaqcıldır.  Cəmiyyət  daxili qüsurların çoxu özünə məhəbbətin 
ifratlığından  doğur.    Vətənə  məhəbbət  güclü  olan  cəmiyyətlərdə 
rüşvət olmaz, küçədən kəsib həyatyanı sahəyə ğatmazlar, şəhərin 
mərkəzində    qəsir  tikilməz  və  s.    Hər  dəfə  Bakı  bağlarına 


 
113 
gedəndə, bağ yollarının əyri-üyrü və dar olmasını görəndə  özünə 
məhəbbətin  bizdə  üstün  olması  nəticəsinə  gəlirəm.    Deyəyki, 
Almaniyada belə mənzərəyə rast gəlmək mümkün deyil. Çünki o 
toplumda millətə vurğunluq daha çoxdur.  
 
Təhsilin məqsədi elə müəyyənləşməlidir və məzmunu elə 
qurulmalıdır  ki,  insanın  Vətənə,  millətə  məhəbbəti  özünə 
məhəbbətdən qat-qat çox olsun. 
 


 
114 
13. Təhsilin iqtisadiyyatı 
 
«Hesab  edirəm  ki,  cəmiyyət  hardan  olur  olsun, 
nədən  olursa  kəsib  təhsilə  xərcləməli,  gənc  nəslin 
təhsilinə, müəllimə kömək etməlidir». 
 Heydər Əliyev 
 
Müasir  dünyada  dövlətlər  adətən  iqtisadi    qüdrətinə  görə 
sıraya  düzülürlər.  İqtisadiyyatın  açarı  texnikadadır.  Texnikanın 
açarı  texnologiyadadır.  Texnologiyanın  açarı  elmdədir.  Elmin 
açarı  təhsildədir.  Beləliklə,  iqtisadiyyatın  da  açarı    təhsildədir 
qənaətinə  gəlmək  olar.  Deməli,  iqtisadiyyatımız  təhsilimizin 
başqa  formada  inikasıdır.  Təhsilin  bütün  problemlərinin 
kökündə  iqtisadiyyat  durur  və  yuxarıda  deyildiyi  kimi 
iqtisadiyyatın da açarı təhsildədir. Odur ki, dövlətin güclü olması 
üçün  xəzinəsi  özündə  olan  təhsil  sisteminin  potensialından 
istifadə etmək lazımdır. Təhsilə ona görə çox pul xərcləyirlər ki, 
xəzinə  daha  zəngin  olsun  və  gələcəkdə  yaşayış  daha  firavan 
olsun. 
Təhsillə iqtisadiyyatın əlaqəsi fizikanın  birləşmiş qablar 
qanununda  olduğu  kimiidir.  İqtisadiyyatı  yüksək  olan  ölkələrin 
təhsili,  təhsili  yüksək  olan  ölkələrin  iqtisadiyyatı  yüksəkdir. 
Təhsilə  iqtisadiyyatı  inkişaf  etdirən  bir  amil  kimi  baxılmalıdır. 
Çalışmaq  lazımdır  ki,  bu  müddəa  həm  iqtisadiyyat  sahəsində 
çalışanların, həm də təhsil işçilərinin şüurlarına hakim kəsilsin. 
 
YUNESKO-nun  məlumatına  görə,  inkişaf  etməkdə  olan 
ölkələrin bütün dövlət büdcəsi keyfiyyətli təhsil sistemi qurmağa 
çatmır.  Azərbaycan  öz  dövlət  büdcəsinin  22%-ni  təhsilə 
yönəltmişdir. Əgər nəzərə alsaq ki, şagirdlərin sayı 1,7 mln.-dan, 
tələbələrin  sayı  300  mindən,  təlim-tərbiyə,  təhsillə  məşğul  olan 
müəllimlərin  sayı  isə  200  mindən  çoxdur,  onda  bu  nəticəyə  gə-
lərik ki, bizdə də vəziyyət çox gərgindir və inkişaf etməkdə olan 
ölkələrdəki kimidir.   
 
Rusiya Federasiyasının təhsil naziri V.Filippov hesab edir 
ki,  təhsilin  dövlət  büdcəsindən  kifayət  qədər  maliyyələşməsi  ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə