Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   29   30   31   32   33   34   35   36   ...   90

 
115 
inkişaf  etmiş  kapitalizm,  ya  da  inkişaf  etmiş  sosializmdə 
mümkündür.  Bu  səbəbdən  də  MDB  ölkələrində  təhsil  sistemi 
dövlət tərəfindən kifayət qədər yox, zəruri miqdarda maliyyələşir. 
Bazar  münasibətləri  müəllim  əməyinə  qiymət  qoyubdur. 
Repetitor kimi müəllim bir tələbədən bir fənn üzrə ayda  əməyinə 
təqribən  50  ABŞ  dolları  haqq  alır.  Bu  məbləği  bir  ölçü  kimi 
götürərək istifadə etmək olar.  
Bir  qədim  misalda  deyilir:  “Ölçüdən  böyük  səadət 
yoxdur.  Ölçü  harmoniyanın  əsasıdır“.  Büdcə  mə’lum.  Şagird, 
tələbə,  müəllimin  sayı  da  məlum.  Ölçü  də  var.  Hesablama 
aparsaq  görərik  ki,  arzumuz  imkanımıza  uyğun  deyildir.  Yəni 
keyfiyyətli  təhsil  qurmaq  üçün  maliyyə  vəsaiti  çatmır.  Bu, 
təhsilin başlıca problemlərindəndir. 
 
Müxtəlif    dövlətlərdə  təhsilə  ayrılmış  büdcə  xərclərinin 
təhsil  pillələri  üzrə  paylanması  cədvəl  13.1-də  göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          Cədvəl  13.1. 
 
Ölkələr 
Məktəbə 
Qədər 
İbtidai 
Orta və 
orta           
ixtisas 
Ali 
ABŞ (1994) 
Yaponiya (1994) 
Türkiyə (1995) 
Azərbaycan (1996)
 

2.3 
0.2 
15.4
 
        32 
        37 
        43 
-
 
36 
42 
22 
57 
      25 
      12 
      35 
      6.7 
 
 
Göründüyü  kimi  bizim  təhsil  sistemində  büdcənin  təhsil 
pillələri  üzrə  paylanmasında  bir  strategiya  yoxdur,  bəşəri 
təcrübəyə söykənmə hiss edilmir. 
Dövlətin  təhsilə  ayırdığı  vəsaitin  hamısının  (100%)  orta 
məktəbə yönəldildiyini nəzəri cəhətdən fərz etsək və bu pulu orta 
məktəb şagirdlərinin sayına bölsək, ildə hər şagirdə 550-600 min 
manat,  ayda  isə  50-60  min  manat  pul  düşər.  Bu  pulda  həm 


 
116 
məktəb  binasının,  həyətinin  saxlanılması,  (işıq,  istilik,  mebel, 
avadanlıq xərcləri), həm də müəllimlərin əmək haqqı oturur.  
Yuxarıda  qeyd  edildiyi  kimi,  repetitor  ayda  bir  fəndən 
təqribən  50  dollara  qədər  haqq  alır.  Bu  nəqd  puldur  və  digər 
köməkçi  xərclər  buraya  daxil  deyildir.  Əgər  hər  sinifdə  10-12 
fənnin tədris olunduğunu nəzərə alsaq, bu rəqəm 350-600 dollara 
qalxar.  Yuxarıda  göstərildiyi  kimi    bizim  büdcədə  isə  hər 
məktəbli  üçün  ayda  55000  -  60000  manat  və  ya  10-12  dollar 
vəsait  nəzərdə  tutulur.  Deməli,  ali  məktəbin,  aspiranturanın 
fəaliyyətini  dondursaq  belə,  dövlətin  təhsilə  ayırdığı  vəsait,  orta 
məktəbin  tələbatını  dövrün  tələbi  səviyyəsində  ödəməyə  imkan 
vermir. Bu rəqəmlər problemlərin nə qədər ağır, çözülməsinin nə 
qədər çətin olduğunu bir daha təsdiqləyir.  
Ali məktəbləri qapamaq olmaz. Onlar hökmən işləməlidir. 
Aspirantura  hökmən  fəaliyyət  göstərməlidir.    Ali  təhsil  çox  pul 
tələb  edən  sahədir.  Ali  məktəblərin  normal  fəaliyyət  göstərməsi 
üçün  də  böyük  vəsait  tələb  olunur.  Bu  vəsait  ABŞ-da  təhsil 
büdcəsinin 25%-ni, Türkiyədə isə 35%-ni təşkil edir. 
Bəs  nə  etməli,  vəziyyətdən  necə  çıxmalı?  -  suallarına 
cavab  vermək  zəruridir.    Azərbaycanın  elmi  potensialını, 
alimlərini,  zəkalı  insanlarını  bu  işə  cəlb  edib  bu  vacib  sahənin 
problemlərini  həll  etməyə  çalışmalıyıq.  Dövlət  vəsaitinin  təhsil 
pillələrinə  görə  bölünməsi  (bax  cədvəl  13.1.)  də  təhsilin 
iqtisadiyyatının vacib problemlərindəndir.   
Həm  orta,  həm  də  ali  məktəb    müəllimlərinin  əməyinin 
layiqincə  qiymətləndirilməsi    təhsilimizin  əsas  vacib  problem-
lərindəndir. Hər bir cəmiyyətdə orta aylıq əmək haqqı göstəricisi  
olduğu  məlumdur (bax: Cədvəl 13.2).  Əgər məktəb müəlliminin 
orta  əmək  haqqı  Respublika  üzrə  orta  əmək  haqqından  azdırsa, 
belə  vəziyyətdə  məktəb  dövlətin  ayırdığı  pulu  biliyə  çevirə 
bilməz. Belə şəraitdə təhsil maşını düz işləyə bilməz. Cəmiyyətin 
inkişafı  və  ya  mənəvi  çürüməsi  bu  əmək  haqqları  arasındakı 
fərqdən  asılıdır.  Əgər  istəyiriksə  ki,  cəmiyyətimiz  inkişaf  etsin, 
onda  müəllim  ordusunun  orta  əmək  haqqı  cəmiyyətdə  mövcud 


 
117 
olan  orta  əmək  haqqından  çox  olmalıdır.  Bu  fərq  nə  qədər  çox 
olarsa,  təhsil  maşınının  faydalı  iş  əmsalı    o  qədər  çox  olar.  Bir 
neçə  dəfə  istifadə  etdiyim  bir  misalı  təkrar  çəkmək  istəyirəm: 
külək ona görə əsir ki, fəzanın iki nöqtəsi arasında təzyiqlər fərqi 
var.  Çay  ona  görə  axır  ki,  çay  boyunca    iki  nöqtə  arasında 
hündürlüklər  fərqi  var.  Elektrik    lampası  ona  görə  yanır  ki, 
elektrik  dövrəsinin  iki  nöqtəsi  arasında  gərginliklər  fərqi  var.  O 
zaman  cəmiyyətdə  deqradasiya  dayanar  və  sağalma  başlayar  ki,  
təhsil  işçilərinin,  intellektual  sahə  adamlarının  orta  maaşı  (T) 
iqtisadiyyat  üzrə  orta  maaşdan  (İ)  çox  olsun.  Əmək  haqqları  
arasında bu fərq hərəkətverici qüvvəyə çevrilir, stimullaşdırıcı rol 
oynayır. Belə olan halda təhsil maşını düzünə işləyir və dövlətin 
təhsilə  ayırdığı  vəsait  biliyə  çevrilər.  Cəmiyyət  bilikli  olar  və 
inkişaf edər, onun nou-xau  yaratmaq qabiliyyəti  artar. Beləliklə, 
müasir cəmiyyətin inkişaf şərtlərindən biri  belədir:  
 
I
T
>1 
 
haradakı T-təhsil üzrə orta əmək haqqı, İ-iqtisayiyyat üzrə 
orta əmək haqqıdır. Bu şərtin ödənilməsi təhsilin, ümumilikdə isə 
cəmiyyətin sağlam inkişafına səbəb olar.  
 
 
 
 
 
 
           Cədvəl  13.2. 
 
 
Orta 
əmək 
haqqı 
(manat-
la) 
 
1970 
     
1990 
   
1996 
 
1997 
 
   
1998 
 
2000 
 
2003 
İ 
İqtisa- 
Diyyat  
üzrə  
 
109 
rub 
 
19.5 
 
 
89370 
 
141643 
 
168412 
 
205000 
 
373500 

Təhsil 
üzrə 
120 
rub 
17.7  63047  119830 
132209 
166000 
267000 
T/İ     T/İ 
1.1 
0.91  0.705 
0.85 
0.79 
0.81 
0,72 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə