Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   26   27   28   29   30   31   32   33   ...   90

 
104 
vətənində görməsi, yəni bütün bunları hiss etməsi, öz malı etməsi 
lazım.  Bu  cür  tərbiyə  edilən  insan  vətəninə  xəyanət  etməz. 
Xəyanət etmək istəsə belə xəyanət edə bilməz. Öz qəlbiylə, şüuru 
ilə  bütünləşən  bu  torpaq  onun  bir  parçası  olur.  Mən  bu  adəti 
pozdum.  Arvadımın  uşağı  olmayan  bir  qardaşı  var  idi.  Cocuq 
anadan olanda israrla onu istədi. Başqa uşaqlarım olduğu üçün 
bu  uşağı  ona  verdim.  Bu  uşaq  Otrarda  deyil,  başqa  bir  yerdə 
böyüdü. Böyüdükdən sonra evimə döndü. Bu səbəbdən də Otrarı 
satması  onun  üçün  asan  oldu.  Beləliklə,  mən  də  bu  satqınlıqda 
ortağam.  Oğlumla  bərabər  məni  də  cəzalandırmalısınız  ki, 
başqaları üçün bu dərs olsun». 
 
Təhsilin  məzmunu  ilə  bağlı  bu  hekayətdən  biz  bir  neçə 
vacib  faydalı  nəticə  çıxara  bilərik.  Birincisi,  “kökü  olmayan 
insanlar, kambaka bənzər və cəmiyyət üçün çox qorxuludur“. On 
il bundan öncə rus mahnıları oxuyanlar indi başqa dildə mahnılar 
oxuyurlar,  yəni  kambaklıq  edirlər,  çünki  milli-mənəvi  irsimizə 
dərin  kök  atmayıbdır.  İkincisi,  bu  köksüz  insanları  vətənə 
bağlamaq  üçün  dörd  anadan  qidalandırmalıyıq.  Üçüncüsü, 
millətin  tarixində  tərbiyənin  əhəmiyyəti  böyükdür.  Fərdin 
tərbiyəsi  cəmiyyətin    (toplumun)  taleyində  mühüm  rol  oynayır. 
Toplumun  mənafeyinin  fərd  tərəfindən  satılması  satqınlıqdır  və 
bu  pis  tərbiyyənin  nəticəsində  baş  verir.  Təlim  -  tərbiyə  sistemi 
elə  qurulmalıdır  ki,  birincilərin  sayı  maksimum,  ikincilərin  sayı 
minimum olsun, daha yaxşı olar ki, heç olmasın.  
Təhsilin  məzmununu  müəyyənləşdirərkən  bu  fikirlərin, 
hisslərin  nəzərə  alınmasına  böyük  ehtiyac  duyulur.  Qarabağ 
müharibəsində  bizi  satanlar  az  olmadı.  Otrarın  başına  gələn 
müsibət  Qarabağın  başına  gəldi.  Bir-iki  nəfərin  satqınlığı 
ucbatından bir miliyon əhalimiz  qaçqın oldu. Hüquq müdafiəçisi 
adı  altında  fəaliyyət  göstərən  Eldar  Zeynalov    kimiləri 
Azərbaycanın mənafelərini necə asanlıqla sata bilir. Hesab etmək 
olar  ki,    onun  kimilər  dörd  anadan  süd  almayıblar.  Ana  vətənlə 
təmasları  az  olubdur.  Milli-mənəvi  dəyərlərimizi-  ana  dilini,  ata 


 
105 
yurdunun  tarixini  bilmirlər.  Əks  halda  onlar  belə  addım 
atmazdılar.  
Mənim  fikrimcə,  təhsil  proqramları  iki  blokda 
cəmləşməlidir.  Birinci  blok  fənlər  gənclərin  milli  hisslərini 
yüksəldərək  vətənpərvər  etməli,  ikinci  blok  fənlər  onları    bilikli 
etməlidir.  Birinci  blok  (milli  blok)  aşağıdakı  fənləri  əhatə 
etməlidir:  ana  dili  və  ədəbiyyat,  Azərbaycan  tarixi,  coğrafiyası 
(yaxşı  olardı  ki,  bu  fənn  bəzi  hallarda  «Ana  vətən»  adı  altında 
tədris  olaydı)  və  milli-mənəvi  dəyərləri,  adət-ənənələri  özündə 
birləşdirən fənn; İkinci – bəşəri bilik bloku isə fizika, riyaziyyat, 
kimya,  astronomiya,  biologiya  və  s.  əhatə  etməlidir.  Şübhəsiz, 
birinci blok fənnə Azərbaycan və Şərq mədəniyyəti, mənəviyyatı, 
milli, dini dəyərləri birləşdirən «İslam mədəniyyətinin əsasları» 
adı  altında  da  tədris  etmək  olar.  Başqa  ad  da  fikirləşmək 
mümkündür.  İslam  mədəniyyətinin  əhəmiyyətini  qeyd  etmək 
niyyəti ilə bir əhvalat danışmaq istəyirəm: 
«Xorasan  vilayətinin  Gilan  şəhərindən  olan  15  yaşlı 
azərbaycanlı  balası  Əbdülqadir  Gilani  doğma  şəhərində  ilk 
təhsilini  alandan  sonra  yüksək  təhsil  almaq  üçün  Bağdada 
getmək  arzusunu  anasına  bildirir.  Anası  oğlunun  bu  arzusunu 
bəyənir və onu Bağdada gedən bir karvana qoşur və deyir: 
-Oğlum, Allahdan qorx və yalan söyləmə. 
Karvan  Bağdada  yaxınlaşarkən  onların  qarşısını 
quldurlar  kəsir  və  karvan  əhlini  soyurlar.  Növbə  Əbdülqadirə 
çatır. Quldurbaşı soruşur: 
-Pulun varmı? 
Əbdülqadir düşünmədən deyir:  
-Əmican, var. 
-Hardadır? 
-Anam cibimin içinə tikdi. 
Quldurbaşı bu etirafa heyran qaldı və dedi: 
-Hər  kəs  pulunu  gizlədir,  sənin  doğru  danışmağının 
səbəbi nədir? 


 
106 
-Mən  yola  çıxarkən,  anam  mənə  dedi  yalan  söyləmə, 
cənab Haqq hər şeyi görür. 
Bu  uşaqdan  eşitdiyi  sözlərdən  quldurbaşının  gözləri 
yaşardı. Cənab Haqqın gözləri qarşısında illərlə quldurluq ömrü 
yaşadığını anladı. Dərhal ruhunda dəyişiklik baş verdi. Pulların 
geri qaytarılmasına əmr verdi və Əbdülqadirdən  soruşdu: 
-Oğlum, hara gedirsən? 
-Bağdada təhsil almağa. 
-Gəl  bərabər  gedək  və  mənə  övladlıq  et,  deyərək  quldur 
dəstəsini  dağıtdı.  Əbdülqadiri  mədrəsəyə  yerləşdirib  təhsilinə 
göməklik etdi». 
 Bu  azərbaycanlı  balası  sonra  Şərqin  böyük  alimi  olmuş 
və Qadirilik təriqətini yaratmışdır. 
Bu  blokların  nisbi  çəkiləri  ilk,  orta  və  ali  məktəblərdə 
müxtəlif olmalıdır. Belə ki, ilk məktəbdə I blok, ali məktəbdə II 
blok,  orta məktəbdə isə hər iki blok  müxtəlif siniflərdə müxtəlif 
nisbi çəkilərdə tədris olunmalıdır. 
Fərz  etsək  ki,  orta  məktəbdə  I  blok  fənləri  II  bloka 
nisbətən  daha  dərindən  və  mükəmməl  keçirilir,  onda  bizim 
gənclər  ifrat  millətçi,  faşist,  “başıqırxıqlar”  (skinhedlər)  kimi 
böyüyəcək,  millətə  zərərləri  xeyirlərindən  çox  olacaqdır.  Və  ya 
tərsinə,  fərz  etsək  ki,  II  blok  dərslər  I  bloka  nəzərən  daha 
mükəmməl və əhatəli tədris olunur, onda gəncin kosmopolit kimi 
böyüməsinə  şübhə  yoxdur.  Bu  halda  da  millətin  qazancı 
itirdiyindən az olacaq.  
Deməli, bu bloklar arasında zəruri nisbətin tapılması təhsil 
sisteminin və milli pedaqogikanın vacib problemlərindəndir.    
Bundan  başqa  təhsilin  məzmunu  sadədən  mürəkkəbə, 
millidən bəşəriyə xətti üzrə qurulmalıdır.  
Həzrəti peyğəmbərimizin  «Alim öldü, aləm öldü» və ya 
«Cənnət  anaların  ayaqları  altındadır»  və  bu  kimi  yüzlərlə 
kəlamları 1 blok fənlər vasitəsi ilə gənclərimizə öyrədilməlidir ki, 
onlar  elmin,  ananın,  Vətənin  qədrini  bilsinlər.  N.Tusinin, 
A.Bakıxanovun,  H.Zərdabinin  milli-mənəvi  dəyərlər  xəzinəmizi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə