Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   23   24   25   26   27   28   29   30   ...   90

 
94 
öyrənibdir. Orada həm də çex dilini öyrənibdir. Çünki beynəlxalq 
jurnalistlərdən sosialist dövlətlərinin birinin dilini öyrənmək tələb 
olunurdu.  İngilis  dilini    isə  müstəqil  öyrənib  ki,  müxtəlif 
konfranslarda  tərcüməçinin  köməyindən  istifadə  etməsin”“. 
Deputat üçün pis göstərici deyil. Onu da qeyd edək ki, D.Roqozin 
RF-nın  Azərbaycana
 
müsbət  və  obyektiv  münasibət  bəsləyən 
deputatlarındandır.   Ç. Aytmatova görə çox dil bilmək ziyalılıq 
əlamətidir.   
İndi  Azərbaycanda  müstəqil  dövlət  və  açıq  cəmiyyət 
qurulur.  Biz  dil  dərslərini    yeni  dövrün  tələblərinə  uyğun 
qurmalıyıq.  Birincisi,  bir  neçə  xarici    dil  və  ixtisası  dərindən 
öyrənəndən  sonra,  dünyanın  çox  yerində  iş  yeri    tapa  bilərik. 
İkincisi,  öz  ölkəmizdə  iş  yerlərinin  xarici  ölkə  vətəndaşları  
tərəfindən  tutulmasının  qarşısını  almış  olarıq.  Üçüncüsü,  bu 
dillərin  köməyi  ilə    Azərbaycanın  haqq  işini    beynəlxalq 
ictimaiyyətə  çatdıra  bilərik,  həm  də  maraqlarını  qoruya  bilərik. 
Təsadüfi deyil ki, ABŞ prezidenti Corc Buş prezidentliyinin 15-ci 
günü təhsillə bağlı öz fikirlərini  açıqladı. Riyaziyyatın və xarici 
dillərin  öyrənilməsinə  önəmli  yer  verilməsini  diqqət  mərkəzinə 
çəkdi.  Bu  faktı  yadda  saxlamağa  dəyər.  Bir  də  fikirləşmək 
lazımdır ki, C.Buş niyə belə etdi? 
Dillə  bağlı  Azərbaycan  cəmiyyətində  problem  çoxdur. 
Bizi  idarə  edənlərin  bəziləri  nəinki  xarici  dil,  heç  doğma  dilini 
bilmir. Bu isə bizi müxtəlif dünyagörüşlü edir, nəticədə cəmiyyət 
parçalanır:  rus  dilli  azərbaycanlılıar,  azərbaycan  dilli 
azərbaycanlılar.  Qeyd  etmək  lazımdır  ki,  ikidillilik  bizi  iki 
mentalitetli  edir.  Bu  isə  birliyimiz  üçün  qorxuludur.    Dil 
probleminə  filoloji  problem  kimi  yox,  siyasi  problem  kimi 
baxmaq  lazımdır.    Sovet  dövründəki  müşahidələrə  görə  rus 
dilində danışan digər millətlrin nümayəndələri, çətinə düşəndə öz 
dillərində danışırlar. Bizimkilərin bəziləri öz dillərində danışanda 
çətinə düşəndə rus dilinə keçirlər. 
 
Sadə həqiqət bundan ibarətdir ki, “dil əlilliyi”“ dünya ilə 
münasibətləri  yaxşılaşdırmağa  kömək  etmir.    Rusiya  Federa-


 
95 
siyasının  Dövlət  Duması  beynəlxalq  görüşlərdə  ali  Rusiya 
məmurlarının  qeyri-rus  dilindən  istifadə  etmək  ideyalarını  rədd 
etmir. 
 
Roma papası İohan Pavel II poliqlotdur. Rus dili də daxil 
olmaqla  o,  8  dildə  sərbəst  danışır.  Bu  dillərin  hər  birini 
öyrənməyə  o,  xeyli  əmək  sərf  etmişdir.  Milli  Məclisin  deputatı 
İlham  Əliyevin  də  çox  dil  bilməsi  ona  və  respublikamıza, 
dövlətimihzə  xeyli  uğur  gətirir.  Gənclərin  İlham  Əliyevə 
rəğbətinin bir kökü də bundadır. 
 
Dil 
mükəmməl 
bilinərsə, 
beynəlxalq 
aləmdə 
Azərbaycanın  maraqları  uğurla  qorunar.  Çünki  belə  vətəndaş 
içərisindən  keçdiyi  beynəlxalq  proseslərin  obyekti  yox,  subyekti 
olar. Azərbaycan Respublikasının milli maraqlarını uğurla qoruya 
bilər. 
 
 


 
96 
11.8. Təhsildə bəşəri dəyərlər 
 
«Hzr  uy  zpkrkyez  tpas  ftçjsükapeas,  ğzr  ez 
bhçhs  upnzpzxpz  ğaylxnl  ayae  zpaqzpzxezs 
küçkcaez  jezxzn,  ksnkəac  jçrkə  upnzpzxks 
çzöxhbzüksk  çzğükp  üağzüksez  çzçbkq  jçrzn 
rhrnhsehx». 
Heydər Əliyev 
 
Həm  təhsil  sisteminin  qurulmasında,  həm  də  təhsilin 
məzmununda  milli  və  bəşəri  dəyərlər  vəhdət  təşkil  etməlidir. 
Dünyəvi  təhsil  sisteminin  quruluşu  təqribən  bütün  dövlətlərdə 
bir-birinə  oxşardır.  Böyük  fərq  təhsilin  məzmununda  büruzə 
verir. Misal üçün, Böyük Britaniyanın tərkib hissəsi olan İngiltərə 
və Şotlandiya təhsil sistemi bir-birindən fərqlənir və bu fərq necə 
öyrətmədə yox, məhz nəyi öyrətməkdədir. 
Təhsil  bilməni,  icad  etməni,  birgəyaşama  mədəniyyətini, 
liberal-demokratik  cəmiyyətlərin  baza  prinsiplərini,  dövləti 
düşüncəni,  müstəqilliyin  yüksək  amal,  azadlığın  ali  nemət 
olduğunu  gənclərə  öyrətməlidir.  Sovet  quruluşunda  milli 
respublikalarda  dövləti  düşüncə  tərzi,  milli  maraqlara  sadiqlik 
tədris  edilmirdi.  Bu  boşluq  da  doldurulmalıdır.  Azadlıqla, 
ədalətlə,  müstəqilliklə  bağlı  bəşəri  fikirlər  tədris  prosesində 
gənclərə  məqsədyönlü  öyrədilməlidir.  Misal  üçün,  ABŞ-ın 
üçüncü prezidenti T.Cefersonun «Dövlət işində işləyənlər xalqın 
qulluğunda olduqlarını unutmamalıdırlar» kəlamını və ya Con 
Stüart  Millin      söylədiyi  «Dövlətin  dəyəri,  dövləti  meydana 
gətirən  şəxslərin  dəyərinə  bağlıdır»  fikirlər  və  buna  bənzər 
digər fikirlər gənclərimizə öyrədilməlidir. 
 
Demokratiya, azadlıq, ədalət, humanizm, insan haqqlarına 
hörmət,  elmi-texniki  yaradıcılığa  meyillilik,  informasiyanı  və 
zamanı  dəyərləndirə  bilmək  qabiliyyətini  gənclərə  öyrətmək, 
təhsil sisteminin əsas vəzifələrindəndir. 
 
Bütün  fəlsəfi  fikirlər,  qanadlı  ifadələr,  xalq  misalları  da 
bəşəri  dəyərlər  sisteminə  daxildir.  Vətəndaşların  kamil 


 
97 
formalaşmasında  əhəmiyyətini  nəzərə  alaraq,  antik  dövürdən  bu 
günə kimi dünya filosoflərının təhsillə bağlı fikirlərinin bir qismi 
18-ci paraqrafda toplanmışdır. 
  
Təhsilin  vacib  məsələlərindən  biri  də  milli  dəyərlərimizi 
bəşəriyyətə, bəşəri dəyərləri  xalqımıza çatdırmasıdır. 
 
Təhsilin və müəllimin cəmiyyətdə rolunu nəzərə alaraq öz 
ənənələrimizdən bir neçə misal çəkmək istəyirəm. Hesab edirəm 
ki,  bu  milli  dəyər  nümunələrimizdən    özümüz  istifadə  etməklə 
bərabər,  onları  bəşəri  dəyər  səviyyəsinə    qaldırmağa  cəhd 
etməliyik: 
  
Yavuz Süleyman və Kamal Paşazadə 
 
 
Yavuz  Sultan  Səlim  at  üzərində  səfərdən  dönərkən 
yanında  türk  alimi  Kamal  Paşazadə  var  idi.  Kamal  Paşazadənin 
atının  ayağından  padşahın  üzərinə  palçıq  çırtladı.  Kamal 
Paşazadə  padşahın hirslənməsinə imkan vermədən söylədi: 
-  Padşahım,  Abbasi  xəlifələrindən  Nəsir,  ölüm  döşəyinə 
düşdüyü zamanı filan sandıqda bir kərpic vardır. Mən öləndə onu 
yastıq kimi başımın altına qoyarsınız. Bunun üzü suyu hörmətinə 
qəbr əzabından qurularam,- demişdir.  
Maraq  edənlər  soruşub  öyrəndilər  ki,  saraya  gələn 
ülamaların  ayaqqabılarının  palçıqlarını  xəlifə  bir  yerə 
toplatdırmış və sonra ondan bir kərpic düzəltdirmişdir. 
Yavuz Süleyman bu rəvayəti dinlədikdən sonra: 
-Hə  bakalım,  Molla  sən  də  çamurunu  bana  saklatasın... 
deyərək, hiddətini teskin etdi.
 
 
 
 
İkinci Mahmud və müəllim 
 
 
İkinci Mahmud  günlərin birində bir məktəbi  ziyarət  etdi. 
Padşah  sinifə  girəndə  xoca  dərsini  verirdi.  Xoca  gələn  zatın 
padşah  olduğunu  anladı  və  dərsini  davam  etdi.  Dərs  bitdikdən 
sonra  cocuqları  sinifdən  çıxarıb  padşahın  ayaqlarına  qapanaraq 
təzimata bulundu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə