Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   19   20   21   22   23   24   25   26   ...   90

 
80 
11.3. Təhsildə kütlə və fərd münasibətləri 
 
«Ziyalı  kütləvi  ola  bilməz.  Alimdir,  şairdir, 
bəstəkardır,  rəssamdır,  yazıçıdır,  artisdir  – 
bunlar  fitri  istedada  malik  olan  nadir 
adamlardır  və  öz  mədəniyyəti,  yaradıcılığı, 
fəaliyyəti  ilə  bizim  cəmiyyətin  mədəni 
səviyyəsini qaldırır».  
 
 
 
      Heydər Əliyev 
 
 
Təhsil konsepsiyasını qurarkən nəzərə almaq lazımdır ki,  
hər  bir  insan  əvvəlcədən  ümumi  və  xüsusi  qabiliyyət  dəsti 
(naboru)    ilə  dünyaya  gəlir.  Psixi  cəhətdən  normal  insanların 
ümumi  qabiliyyətləri  praktiki  olaraq  eynidir  və  cəmiyyətdə, 
təbiətdə  və  məişətdə  insani  davranışların  sadə  formalarını  əldə 
etməyə  qulluq  edir.  Xüsusi  qabiliyyətlər  həm  talant  səviyyəsinə 
görə,  həm  də  fəaliyyətin  müxtəlif  istiqamətlərinə  görə  hamıda 
müxtəlifdir.  Misal  üçün,  musiqi  qabiliyyətini  xüsusi  qabiliyyətə 
aid etmək olar. Lakin talantlı insanlarda da bu qabiliyyət müxtəlif 
ölçüdədir.  Bu  fikirlərimiz  insanın  təbiət  elmlərinə,  texniki  və 
digər xüsusi qabiliyyətlərinə də aid edilir. 
 
Depersonlaşmış  təhsildə  xüsusi  qabiləyyətin  nəzərə 
alınmamasından şəxsiyyətlər əziyyət çəkirlər. Çox təəssüf ki, bu 
ağrını  isə  heç  kəs    hiss  etmək  istəmir.  Vəziyyətdən  çıxış  yolu  
təbii  forma  olaraq,  təhsilin  fərdiləşdirilməsi  konsepsiyasına 
üstünlük verilməsidir. 
Yeni  təhsil  sisteminin  konseptual  müddəalarından  biri, 
yuxarıda  qeyd  edildiyi  kimi,  diqqət  mərkəzinə  şəxsiyyətin, 
fərdlərin  çəkilməsidir.  Cəmiyyətin  aparıcı  qüvvəsi  istedadlı 
insanlar,  şəxsiyyətlər  hesab  edilməlidir.  Şəxsiyyətin    keçmişdə   
danılmış    rolu  bərpa  edilməli,  proletariatın  (kütlənin)  tarixi 
missiyasından isə imtina edilməlidir. 
 
Dediklərimizdən  aydın  olur  ki,  yeni  təhsil  sisteminin 
dayaq nöqtəsi sosialist  təsəvvürünə uyğun olaraq  kütlə üzərində 
yox,  əsasən  istedadlı  fərdlər  üzərində  qurulmalıdır.  Sual  olunur 


 
81 
bu  iki  dünyagörüşlərün  fərqi  nədir?  Qeyd  etmək  lazımdır  ki,  bu 
dünyagörüşlərdə təhsilə münasibət fərqlidir. Fərq isə bundadır ki, 
kütləni  öyrətmək  lazımdır,  şəxsə  isə  şərait  yaratsaq  özü 
öyrənəcəkdir.  Fəlsəfi  dillə  desək,  kütlə  təhsillənmə  prosesində 
həmişə obyekt, fərd isə həm də subyekt ola bilər. 
 
İstedadlı 
gənclərin 
təhsildən 
kənarda 
qalması 
yolverilməzdir.  Belə  gənclər  yaxşı  təhsil  sistemindən  keçsələr, 
gələcəkdə nəinki özləri ayaq üstə möhkəm dayanacaqlar, bir çox 
hallarda  yeni  ideyalar  əsasında  yeni  qurumlar  (özəl,  ictimai, 
yaradıcı təşkilat və s.)  yaradaraq  yüzlərlə həmvətənlərinə iş  yeri 
açacaqlar.  Xalqın  hörmətini  qazandıqdan  sonra  belə  insanların 
fəaliyyəti, mədəniyyəti, davranışı gənc nəsil üçün örnək ola bilər. 
Şagirdlərimiz 
beynəlxalq 
bilik 
yarışlarında, 
müsabiqələrdə,  olimpiadalarda,  yaxşı  mənada  fərqlənmə 
yarışlarında uğurla iştirak edirlər. Daxildə də belə yarışları geniş 
tətbiq etmək lazımdır. Əlaçı məzunların orta məktəbi “medalla”“  
bitirməsi  praktikasını  təzədən  bərpa  etmək,  olimpiadalar, 
zənnimizcə  təhsil  səviyyəsinin  yüksəlməsinə  kömək  edərdi. 
“qızıl”“ və “gümüş“”  medallar praktikası yeni quruluşun ruhuna, 
fəlsəfəsinə  uyğundur.  Belə  tədbirlər  şagird  və  tələbə  kütləsinin 
içərisində talantlı gənclərin yetişməsinə kömək edərdi. 
19.04.03  tarixdə  Bakı  şəhəri  67  saylı  orta  məktəbin  XI 
sinif    şagirdi  Sevda  Mehdiyevanın  «Pıçıltı»  kitabının  təqdimat 
mərasimində  iştirak  etdim.  Məktəbin  müəllim  kollektivinin  bir 
şagirdin  yaradıcılığına  göstərdikləri  qayğını,  isti  münasibəti 
gördüm  və  sevindim.  Belə  məktəblərin  və  belə  şagird-müəllim 
münasibətlərinin olması insanı sevindirir. 
Deməli,  yeni  təhsil  sistemi  istedadlı  gəncləri  diqqət 
mərkəzində  saxlamalıdır.  Bunu  sübut  etmək  üçün  bizim  tarixə 
müraciət  etməyə  ehtiyacımız  yoxdur.  H.Əliyev  şəxsiyyəti  bizə 
örnəkdir. Bir Şərq mütəfəkkiri sərrast demişdir: “Bütün  aləmi bir 
şəxsiyyətdə  toplamaq  cənabi  Haqqa  zor  gəlməz“...1992-ci  il  və 
2002-ci  il  Azərbaycanında  təməl  fərq  cəmiyyətdə  yox,  ali 


 
82 
rəhbərlikdə  baş  veribdir.  Dövlətin,  cəmiyyətin  inkişafında  tarixi 
şəxsiyyətin rolu çox böyükdür.  
Beləliklə,  təhsilin  konsepsiyasında  insanın  təbii  fərdi 
qabiliyyətlərini 
nəzərə 
alan 
təhsildə 
fərdiləşməyə 
(depersonlaşma) üstünlük verilmədir. 
Yeri gəlmişkən, cəmiyyətdə də «fərd-kütlə» münasibətinə 
toxunmaq  istəyirəm.  Bu  münasibəti  bilmək,  cəmiyyətdə  düzgün 
mövqe seçmək, qərar qəbul etməyə kömək edir. 
19.04.03  tarixində  TV  kanallarının  gecə  verilişlərinin 
birində  «qəhrəmanlıq»  mövzusu  müzakirə  edilirdi.  Ekranda 
tanınmış insanlar bu problemi açmaq istəyirdilər. Ancaq problem 
açılmadı.  Çünki  problemə  fərd-kütlə  kontekstində  baxılmadı. 
Orada  bir  cümlə  deyilsəydi  kifayət  edərdi:  qəhrəmanlıq  kütlə 
yolunda fərdin özünü  fəda etməsidir. Şəxsi həyatını   ictimai 
həyata qurban verməsidir. Satqınlıq ictimai marağın şəxsi marağa 
qurban verilməsidir. 
Göründüyü kimi həm təhsildə, həm cəmiyyətdə fərd-kütlə 
münasibətlərinin aydın dərk olunması, cəmiyyətdə çox problemə 
aydınlıq gətirər.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə