Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   16   17   18   19   20   21   22   23   ...   90

 
66 
açılması,  ali  təhsilin  pillələrə  bölünərək  həyatımıza  daxil  olması  
təhsil sistemində olan yeniliklərdəndir.   
Sovet  təhsil  sisteminin  nəzəri  və  konseptual  əsasları 
Moskvada  hazırlandığından  biz  sadəcə    elmi  kökləri  bizə  bəlli 
olmayan  təlimatlar  əsasında  fəaliyyət  göstərmişik.  Bu  səbəbdən 
də müvafiq orqanlar yeni təhsil sisteminin nəzəri əsaslarını, əsas 
prinsiplərini,  konseptual  müddəalarını  qurduğumuz  dövlətin 
nəzəri əsası və prinsiplərinə uyğun formada hazırlamalıdır. 
 
Sosialist  təhsil  nəzəriyyəsində  kütləni,  liberalizm 
nəzəriyyəsində isə fərdi savadlandırmaq diqqət mərkəzinə çəkilir.   
Hal-hazırda  keçid  dövrünü  yaşayırıq  və  bizim  təhsilimiz  bu  iki 
qütb  arasında  dayanmışdır.  Liberal  təhsil  sisteminə  uğurla 
keçməyimiz  üçün  çağdaş  təhsil  sisteminin  üzərindən  sosializm 
qəlibini (və ya kölgəsini) götürmək lazımdır. Bu isə asan məsələ 
deyildir. 
Ukraynalı 
alim 
S.Xarçenkonun 
fikrincə, 
depersonlaşdırılmış  təhsildən  personlaşdırılmış  təhsilə  keçidin 
nəzəri  əsasını  yaratmaq  müasir  pedaqogika  elminin  əsas  aktual 
məsələlərindəndir.  Təhsil  nəzəriyyəsinin  mərkəzində  fərd  
durmalıdır. Bu nəzəriyyə indiki məktəblərin əsaslandığı keçmişin 
əsassız emprikasından imtina etməlidir. 
 
Məktəb  təhsilinin  depersonlaşdırılması  bizim  məktəb 
bəlalarının  əsas  səbəblərindən  biridir.  Bu  müddəa,  müasir 
pedaqogika elminin gəldiyi nəticədir. 
 
Öz  həyatımızdan  sadə  bir  misal  çəkmək  istərdim.  Hər 
kəsin  yadındadır  ki,  sovetlər  dönəmində  istənilən  iclasda, 
konfransda çıxış edən zala “yoldaşlar” deyə müraciət edərdi. Bu 
müraciət    son  on  ildə  “hörmətli  xanımlar  və  cənablar“ 
formasını  almışdır.  Bu  sadə  müraciət  sözlərində  böyük  və  gizli 
fəlsəfə  durur.  “Yoldaşlar“  sözü  sosializm  nəzəriyyəsinə 
söykənir.  Zalı  kütlələşdirir.  İnsanlar  bir-birinə  bərabər  tutulur. 
“Xanımlar  və  cənablar“  sözləri  liberal  nəzəriyyəyə  uyğun 
olaraq zalı fərdiləşdirir, şəxsiyyətləndirir. Fərz olunur ki, insanlar 
bir-birindən  çox  fərqlidir.  Ən  azı  zalın  bir  hissəsi  qadın,  digər 
hissəsi kişilərdir. 


 
67 
 
Liberalizm 
nəzəriyyəsinin 
mərkəzində 
insanın 
anadangəlmə  məhv  edilməyən  yaşamaq,  azadlıq  və  şəxsi 
mülkiyyət hüququ ilə bağlı ideya durur. Sosial sahədə liberalizm 
hesab edir ki, öz maddi və mənəvi rifahını təmin etmək üçün hər 
bir  adamın  kifayət  qədər  imkanı  var.  Təhsil  bu  imkanların 
açılmasına kömək edən vasitədir. 
Təhsilin  fəlsəfəsi  siyasi  quruluşdan  asılıdır.  Quruluş 
dəyişəndə  fəlsəfə  də  dəyişməlidir.  Yeni  təhsil  sistemini  yeni 
quruluşun  fəlsəfəsinə  uyğun  olaraq,  özündə  yeni  ideya,  yeni 
münasibət,  yeni  təhsil  texnologiyasını  birləşdirərək  qurmaq 
lazımdır.  Yeni  təhsil  sistemi  Azərbaycanın  müstəqilliyinə  və 
iqtisadiyyatına xidmət etməlidir. 
 
Təhsilin heç bir problemi məkandan və zamandan kənarda 
həll  edilə  bilməz.  Təhsilin  hər  bir  problemi  sağlam  və  tənqdi 
düşüncə  və  liberal-demokratik  dəyərlər  əsasında,  zaman  və 
məkan daxilində həll edilməlidir. Misal üçün, 1992-ci ildə BDU-
da “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər”“ fakültəsinin 
açılması  haqqında  qərar  vaxtında  qəbul  edilmişdir.  Çünki  gənc 
Azərbaycan  dövlətinə  diplomatlar  lazım  idi.  Gecikmək  olmazdı. 
Ancaq əlifbanın  dəyişilməsi  haqqındakı qərarın vaxtından qabaq 
qəbul edildiyi qənaətindəyəm. Bu səbəbdən də bəzi məktəblərdə 
şagirdlər latın qrafikası ilə yazır, müəllimlər isə sinif  jurnallarını 
kiril əlifbası ilə doldururdular.  
 
Mən 
Möhtərəm 
Prezidentimiz 
Heydər 
Əliyevin 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Naxçıvan  bölməsinin 
təsis  edilməsi  haqqında  7  avqust  2002-ci  il  (№1003)  tarixli 
sərəncamını, elm və təhsil müəssisələri ilə bağlı qərarlarını vacib 
və zamanı qabaqlayan  addım hesab edirəm. Güman edirəm ki, bu 
qərarlar  Azərbaycanı  gələcəkdə  baş  verə  biləcək  problemlərdən 
qoruyur. 
 
 
Təhsilin  fəlsəfəsi,  təhsil  sahəsində  dövlət  siyasətinin 
müddəaları  və  istiqamətləri,  konstitusiya  normaları,  təhsil 
sahəsində  fəaliyyət  prinsipləri    təhsilin  konseptual  əsasını  təşkil 
edir.  Sovet  təhsilinin  konseptual  əsasını  yuxarıda  (9-cu 


 
68 
paraqrafda) nəzərdən keçirdik. Yeni təhsil  sisteminin fəlsəfəsini 
müddəalarını formalaşdırmağa cəhd edək. 
 
 
11.1.
 
Təhsilin liberallaşması 
 
 «Lazımdırsa cəhalətlə güləşmək,  
Bir çara var, o da ki, yeniləşmək». 
 
 
 
 
H.Cavid 
 
 
Yuxarıda  qeyd  edildiyi  kimi  (§9)  sovet  təhsil  sistemində 
liberal  və  demokratik  dəyərlərin  tətbiqi  yox  dərəcəsində  idi. 
Cəmiyyətin  təhsil  prosesinə  müdaxiləsi  mümkün  deyildi.  Təhsil 
sistemi şaquli idarəetmə sisteminə uyğunlaşdırılmışdır. 
Təhsil  sistemində  liberal  dəyərlərə  üstünlük  verilməsi,  o 
deməkdir ki, kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə 
keçid,    kütlənin  yox,  fərdin  təhsilalma  prosesi  diqqət  mərkəzinə 
çəkilməlidir.  Fərdi  təhsilləndirməklə  cəmiyyəti  təhsilləndirmək 
yeni təhsil sisteminin əsas müddəalarındandır. 
Tədqiqatlar  göstərir  ki,  milli  toplum  daxililində  insan 
sayının  ağıllılıq  dərəcəsinə  görə  paylanması  normal  Qauss 
funksiyasına  tabedir.  Normal  paylanmaya  görə  cəmiyyəti  təşkil 
edən insanların bir qismi (15%) istedadlı (bu qismin 3%-i isə çox 
istedadlı), böyük bir qismi (70%) ağıllı, bir qismi (15%) isə zəif 
ağıllı və kəmağıllılardır. Bu deyilənləri nəzərə alıb  təhsilalanları 
üç qrupa bölmək olar: istedadlı, orta və zəif təhsilalanlar.  
 
Müşahidələr  göstərir  ki,  bu  qrupların  hər  biri  təhsil 
müəssisələrindən  keçdikdə  müxtəlif    həcmdə,    ölçüdə,  çəkidə 
bilik, informasiya toplayırlar. Əlaçılar az zaman kəsiyində çoxlu 
bilik  toplayırlar.  Yaxşılar  çox  təhsil  aldıqca  çox  da  biliklənirlər. 
Zəiflərin  informasiya,  bilik  əldə  etmək  imkanları  məhduddur. 
Təhsil  müəssisələrində  onların  üzərində  vaxt  itirib  çox  işləməyə 
ehtiyac  yoxdur.  Onlara  baza  təhsili  verib  sənətə,  sadə  peşələrə 
istiqamətləndirmək lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə