Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   15   16   17   18   19   20   21   22   ...   90

 
63 
Cədvəl 10.1 
 
Bal 
2000-ci il 
2001-ci il 
2002-ci il 
 
A/b 
R/b 
A/b 
R/b 
A/b 
R/b 

0-0 
661 
29 
211 

186 


0-140 
53,34 
32,88 
39,5 
29,1 
56,73 
38,48 

0-280 
82,55 
71,12 
72,39 
63,90 
82,49 
72,82 

0-420 
94,74 
90,95 
89,75 
87,02 
94,37 
90,45 

0-560 
99,21 
98,65 
97,72 
97,51 
99,24 
98,13 

0-700 
100 
100 
100 
100 
100 
100 
Orta bal 
163 
218 
208 
240 
163 
218 
Mediana 
qiyməti 
 
118 
 
133 
 
178 
 
220 
 
120 
 
180 
 
 
 
Dünyada  gedən  qlobal  və  təbii  dəyişikliklər,  yuxarıda 
saydığımız  qüsurların,  mənfi  halların  olması  təhsildə  islahat 
aparılmasını  vacib  edir.  Göründüyü  kimi,  köhnə  quruluş 
dağılmasaydı belə, təhsildə yeniləşməyə ehtiyac vardır.  
 
Yuxarıda  qeyd  edildiyi  kimi  təhsildə  təzadlı  hallar 
yaranmışdır.  
 
Valideyn  övladının  bilik  almasına  yox,  qiymət  almasına 
pul xərcləyir. İmtahanı, zaçotu pulla yazdırır. 
 
Valideyn  övladı  institutu  bitirəndə  yox,  qəbul  olanda 
şənlik məclisi qurur, sevinir. Başqa sözlə, institutun verdiyi tələbə 
bileti, dövlətin verdiyi diplomdan uca tutulur. 
 
Təhsil  müəssisələrində    aparılan  imtahanlar  formal 
xarakter  daşıyır,  öz  məqsədinə  qulluq  etmir.  Tapşırığa  baxan 
müəllim  cəmiyyətdə  daha  çox  müsbət  imicə  malikdir,  nəinki 
ciddi və obyektiv müəllimlər. 
 
Sosializmdən gələn  «pis tələbə  yoxdur, pis  müəllim  var» 
prinsipini  bəzi  rektorlar  rəhbər  tutaraq  imtahanların  obyektiv 
aparılmasında  düzgün  mövqe  tutmurlar  və  s.  Bu  təzadlı  hallar 
təhsil  mühitində  gərginlik  yaratmışdır.  Bu  gərginliyi  götürmək 
üçün təhsildə yeniləşməyə ehtiyac böyükdür. 
 
Modernləşmənin  əhatə  etdiyi  istiqamətlərin  bəzilərini 
göstərmək olar: 


 
64 
1.Yeni təhsil sisteminin fəlsəfəsinin, nəzəri əsasının (təhsil 
nəzəriyyəsinin)  müəyyənləşdirilməsi,  liberal  və  demokratik 
dəyərlərin  təhsilə  gətirilməsi.  Təhsil  fəaliyyətində  köhnə 
prinsiplərin  bəzilərindən  imtina,  yeni  prinsiplərin  qəbuluna 
ehtiyac duyulur; 
2.  Təhsil  sferasının  maliyyələşdirilməsinin  təkmilləş-
dirilməsi; 
3. Təhsil sferasında özəl sektorun formalaşması; 
4.  Mütəxəssis  hazırlığının  bazar  konyukturuna  uyğunlaş-
dırılması; 
5.  Təhsilin  məzmununun,  təhsil  proqramları  və  tədris 
planlarının təkmilləşdirilməsi; 
6.  Təhsilin  strukturunun  və  idarə  edilməsinin  
təkmiləşdirilməsi; 
7.  Biliyin  qiymətləndirilməsi  probleminin  və  keyfiyyətə 
nəzarət prosesinin təkmilləşdirilməsi;  
8.  Ölkədə  vahid  təhsil  mühiti  yaratmaq  və  bunun  kimi 
digər sahələrdə yeniləşməyə ehtiyac duyulur.   
 
Bu işin uğurla getməsi üçün ilk növbədə təhsil sisteminin 
fəlsəfəsi,  başqa  sözlə  desək,  onun  konseptual  müddəaları 
müəyyənləşməlidir.  Bu  müddəalar  əsasında  depersonlaşmış 
təhsildən  personlaşdırılmış  təhsilə  keçmək  və  təhsil 
nəzəriyyəsini yaratmaq lazımdır. Kəmiyyət yox keyfiyyət diqqət 
mərkəzinə  çəkilməlidir.  Yeni  konsepsiya  köhnənin  davamı  ola 
bilməz  və  ondan  çox  fərqlənməlidir.  Çünki    yeni  qurulan 
cəmiyyətin  nəzəri  əsası  əvvəlkindən  kökündən  fərqlənir.  Bir 
sözlə, təhsil və təhsil sisteminin konsepsiyası yeniləhməlidir. 
 
 


 
65 
11. Yeni təhsil sisteminin fəlsəfəsi 
 
 
 
 
 
 
 
“Həyat  böyük  bir  prosesdir.  Bu  prosesdə 
uğurla  iştirak  etmək  üçün  insan  müasir 
tələblərə uyğun olan təhsilə malik olmalıdır". 
  
 
 
 
Sosializm, faşizm, liberalizm ideyaları XX əsrdə müxtəlif 
dövlətlərdə  tarixi  təcrübədən  keçmişdir.  Bu  ideyaların, 
ideologiyaların  başlanğıc  amalı  xoşbəxt  cəmiyyət  qurmaq 
olmuşdur.  Sosializmdə  kütləni  xoşbəxt  etməklə  onun  içərisində 
fərdi  xoşbəxt  etmək,  liberalizmdə  tərsinə  fərdi  xoşbəxt  etməklə 
kütləni  xoşbəxt  etmək  ideyası  hədəfə  götürülmüşdür.  Faşizm 
ideologiyasının  əsasında  ali  irqi  hakimiyyətə  gətirməklə 
cəmiyyətdaxili  ziddiyyətlərə  son  qoyaraq  xoşbəxt  cəmiyyət 
yaratmaq ideyası durmuşdur.  
 
XX  əsrdə  bu  ideyaların  hər  biri  praktikada  sınandı. 
Kommunizm  və  faşizm  ideyaları  tarixin  təkərləri  altında  məhv 
olundu.  Liberalizm  bütün  sınaqlardan  uğurla  çıxdı.  Hal-hazırda 
aparıcı,  öncül  fikir  bundan  ibarətdir  ki,  liberal-demokratik 
dəyərlərə  alternativ  heç  bir  ideya  yoxdur.  ABŞ  alimi  Frensis 
Fukuyama    belə  düşünür.  O,  fikirlərini  1989-cu  ildə  “Tarixin 
sonu” essesində söyləmişdir. 
 
Bu  ideya  Azərbaycanda  da  aparıcı  yer  tutur. 
Azərbaycanda  liberal-demokratik  dəyərlər  əsasında  dövlət  artıq 
qurulmuşdur. Söz azadlığı,  fikir müxtəlifliyi,  bazar iqtisadiyyatı, 
insan  hüquq  və  azadlıqlarının  təminatı  bu  quruluşun  baza 
prinsiplərindəndir.  Ali  idarəedici  orqanlar  demokratik  üsullarla 
seçilir. 
 
Liberal-demokratik 
dəyərlər 
təhsil 
sisteminə 
də 
gətirilməlidir.  Yeni  təhsil  sisteminin  fəlsəfi  əsası  liberal-
demokratik dəyərlər əsasında formalaşdırılmalıdır.   
Müstəqillik  dövründə  əldə  edilən  ən  böyük  uğurumuz 
Moskvadan  asılı  olmamağımızdır.  Özəl  orta  və  ali  məktəblərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə