Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   34   35   36   37   38   39   40   41   ...   90

 
130 
xətanın yaratdığı fəsad bir faiz olar. İndiki şəraitdə bu şkalaların 
hər  birini  Azərbaycan üçün məqbul saymaq olar.     Ancaq qeyd  
edək ki, 100 ballı şkala isə 10 ballıdan xeyli üstündür. Ali təhsilin 
keyfiyyətinin  yüksəldilməsində  yüz  ballı  şkalanın  potensial 
imkanları daha çoxdur, biliyə nəzarət daha asandır. 
 
 
 
       Şəkil 14.3. “5”“” və “700“ ballı şkalalar arasında münasibət. 
 
 
 
Son zamanlar bir çox məktəblərdə 9 ballı qiymətləndirmə 
şkalası  ilə  bağlı  eksperiment  aparılır.  Bu    ekserimenti  Təhsil 
Nazirliyi dəstəkləmiş və  müvafiq  qərarlar qəbul etmişdir. Misal 
üçün,  TN  –nin  28.06.02  tarixdə  keçirilmiş  müşavirəsində  və 
09.07.02 tarixli 746 saylı qərarında 9 ballı qiymətləndirmə şkalası 
təqdir  edilir.  Dünya  Bankı  isə  bu  işi  dəstəkləyir.    Bu  qurumun 
niyyətini başa düşmək mənim üçün çətindir. Biz Dünya Bankı və 
bu  kimi  qurumların    məsləhətlərini  eşitməklə  bərabər  öz  milli 
mənafeimizi qorumağı da bacarmalıyıq. 
 


 
131 
 
“Azərbaycan müəllimi “ qəzeti 5-11 iyul 2002-ci il tarixli 
sayında  9  ballı  qiymətləndirmə  şkalası  ilə  bağlı  Təhsil 
Nazirliyində  keçirilmiş  müşavirə  haqqında  geniş  məlumat  dərc 
etmişdir.Qəzet yazır:   
 
“İyunun  28-də  Təhsil  Nazirliyində  geniş  müşavirə 
keçirilmişdir. 
Müşavirədə 
respublikanın 
ümumtəhsil 
məktəblərində şagirdlərin təlim müvəffəqiyyətlərinin 9 bal sistemi  
ilə qiymətləndirilməsinin tətbiqi məsələləri müzakirə olunmuşdur. 
Tədbirdə  Təhsil  Problemləri  İnstitutunun  direktoru,  direktor 
müavini  və  şöbə  müdirləri,  Nərimanov,  İsmayıllı,  Quba,  Şəki, 
Lənkəran  RTŞ  müdirləri,  Gəncə  Şəhər  Təhsil  İdarəsinin  rəisi, 
həmin  rayonların  RTŞ  metodmərkəzlərinin  direktorları,  məktəb 
rəhbərləri və nazirliyin əməkdaşları iştirak edirdilər. Müşavirəni 
giriş sözü ilə təhsil naziri açaraq qeyd etdi ki, 1998-1999-cu dərs 
ilindən  başlayaraq  Nərimanov  və  İsmayıllı  rayonlarının 
ümumtəhsil  məktəblərində  şagirdlərin  bilik,  bacarıq  və 
vərdişlərinin  9  bal  sistemi  ilə  qiymətləndirilməsi  üzrə 
eksperimentə  başlanılmış,  sonrakı  dərs  ilində  bu  iş  davam 
etdirilmişdir.  Həmin  rayonların  məktəblərində  eksperimentin 
ikiillik  təcrübəsi  onun  tətbiq  dairəsinin  genişləndirilməsi  üçün 
əsas vermiş, nazirliyin müvafiq əmri ilə 2000-2001-ci dərs ilindən 
Gəncə  şəhərinin,  Quba,  Şəki  və  Lənkəran  rayonlarının 
ümumtəhsil    məktəblərində  eyni  məzmunda  eksperimentə 
başlanmışdır». 
 
Göründüyü  kimi  9  ballı  sistemə  Təhsil  Nazirliyi  cari 
məsələ kimi yox, ciddi məsələ kimi yanaşıb; 
 
Azərbaycan  təhsilinə  rəhbərlik  edən  bütün  insanlar  bu 
müşavirədə iştirak edib; 
 
Ən  nəhayət  1998-1999-cu  illərin  təcrübəsi  əsas  veribdir 
ki,  eksperimentin tətbiq dairəsi  genişləndirilsin  və Gəncə, Quba, 
Şəki  və  Lənkəran  şəhərlərinin  ümumtəhsil  məktəblərində  eyni 
məzmunda eksperimentlər aparılsın. 
 
Bununla  bərabər  1998  –  1999  –cu  illərin  təcrübəsinin 
verdiyi əsas nədir? – sualı hələ ki açıqdır. Qəzet sonra yazır: 


 
132 
 
«Təhsil  Problemləri  İnstitutunun  direktor  müavini, 
eksperimentin  rəhbəri,  professor  Y.Kərimov  şagirdlərin  təlim 
müvəffəqiyyətlərinin  9  bal  sistemi  ilə  qiymətləndirilməsi  üzrə 
aparılan  eksperimentin  mahiyyətindən,  bununla  əlaqədar 
görülən 
işlərdən 
ətraflı 
danışdı. 
Şagirdlərin 
təlim 
müvəffəqiyyətlərinin  9  bal  sistemi  ilə  qiymətləndirilməsinin  bir 
çox  cəhətlərinə  görə  mövcud  “5”  bal  sistemindən  üstün 
olduğunu  elmi-metodik,  pedaqoji  cəhətdən  əsaslandırdı,  bunu 
orta  ümumtəhsil  məktəblərində  aparılan  islahat  sahəsində 
mühüm  addımlardan  biri  kimi  qeyd  etdi  və  müvafiq  təkliflər 
irəli sürdü. 
 
Müşavirədə  Lənkəran  şəhər  9  saylı  məktəbin  direktoru 
Söhbət  Ağasıyev,  Dünya  Bankı  Layihəni  İdarəetmə  Qrupunun 
rəhbəri  A.Cahangirov, Təhsil Problemləri İnstitutunun  direktoru 
A.Mehrabov,  həmin  institutun  direktor  müavini  Ə.Abbasov  çıxış 
etdilər.      
 
  Təhsil  nazirinin  müavini  İ.İsgəndərov  öz  çıxışında  ötən 
illər  ərzində  bu  sahədə  əldə  olunan  təcrübəni,  şagirdlərin  təlim 
müvəffəqiyyətlərinin  9  balla  qiymətləndirilməsinin  mahiyyətini, 
onun 
müsbət  cəhətlərini  ətraflı  izah  etdi,  bu  işin 
təkmilləşdirilməsi ilə bağlı təkliflərini verdi”. 
 
Müzakirələrdə  belə  bir  ümumi  fikir  səsləndi  ki, 
şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin  9  bal  sistemi  ilə 
qiymətləndirilməsi  təhsilin humanistləşdirilməsi  və demokratik-
ləşdirilməsi  prinsipinə  əsaslanır,  obyektivliyin  gözlənilməsi, 
müəllim-şagird,  müəllim-valideyn  münasibətlərinin  səmərəli 
əməkdaşlığa çevrilməsi baxımından çox faydalıdır“. 
 
Qəzetdə  verilmiş  məlumatlardan  9  ballı  qiymətləndirmə  
şkalasının    məntiqini,  nəzəri  əsasını  anlamaq  mümkün  deyildir. 
Bu  şkalanın  şanına-şöhrətinə  deyilmiş  təriflərin  heç  bir  elmi-
nəzəri əsası yoxdur.   
Təhsil  Nazirliyinin  09.07.02  746  saylı  qərarını  təhlil 
etmək niyyətində deyilik. Həmin qərarda da 9 ballı şkala müsbət 
xarakterizə edilir, bu sistemin yayılması üçün Təhsil Nazirliyinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə