Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   35   36   37   38   39   40   41   42   ...   90

 
133 
müxtəlif  struktur  hissələrinə  və  rayon  təşkilatlarına  müvafiq 
göstərişlər verilir. 

ballı 
qiymətləndirmə 
şkalasının 

ballıdan 
üstünlüyünün,  mahiyyətinin,  elmi-pedaqoji,  metodik  əsasının 
müsbət  cəhətlərinin,  onun  təhsilin  humanistləşməsində  və 
demokratikləşməsində müsbət rolunun nədən ibarət olmasını başa 
düşmək  çətindir.  Müşavirədə  çıxış  edənlərin  çoxu  tanınmış,   
insanlardır. Ancaq inandırıcı əsas olmasa, bu sözçülük kimi qəbul 
edilə bilər. Mən əminəm ki, 9 ballı şkala xeyirli bir şkala deyildir. 
Ancaq  belə  bir  qiymətləndirmə  şkalası  ilə  bağlı  təhsil 
ictimaiyyətinin  ümümi  fikrin  birliyi  də  təəccüb  doğurur.  Bəs 
niyə bu əhəmiyyətsiz qiymətləndirmə şkalasına bu qədər görəvli 
təhsil  işçiləri  və  pedoqoji  ictimaiyyət  yekdil  münasibət 
bəsləyiblər?  Bir  də  qeyd  eməyi  lazım  bilirəm  ki,  biliyin  9  balla 
qiymətləndirməsi  şkaladır,  sistem  deyildir.  Və  şkalanın  sistem 
adlandırılması  təəcüb  doğurur.  Burada  mən  təhsil  nazirliyindən 
çox,  pedoqoji  ictimaiyyəti  və  sahə    elm  adamlarını 
günahlandırıram. 
İkinci  qeydim  «islahat»  termininə  aiddir.  Mənə  elə  gəlir 
ki,  bu  termin  çox  vaxt    yerində  işlədilmir.  Birincisi,  islahat 
sözünün açılışına fikir versək görərik ki, lüğətlərdə yazılır: İslahat 
–  ictimai  həyatın  hər  hansı  bir  sahəsində  mövcud  sosial 
strukturun  əsasını  dağıtmadan  aparılan,  dəyişmək,  çevirmək, 
başqa şəkilə salmaqdır. 
Azərbaycanda  kənd  təsərrüfatı  sahəsində  islahat  getdi: 
kolxoz  və  sovxozlar  ləğv  edildi,  onların  yerində  fermer 
təsərrüfatları yaradıldı və dövlət torpaqları əhaliyə paylandı. 
Təhsildə  bu  ölçüdə  dəyişiklik  baş  verməyib  və  mənim 
fikrimcə də baş verə bilməz. Çünki təhsilin yaşı 10000 ildir və bu 
sahədə  heç  bir  ölkə  köklü  dəyişiklik  apara  bilməz.  9  ballı 
qiymətləndirmə  şkalasının  təhsildə  islahat  adlandırılmasını  da 
düzgün  hesab  etmək  olmaz.    Bu  səbəbdən  də  qonşu  Rusiyada 
təhsildə reformadan çox, modifikasiyadan (yeniləşmədən) söhbət 
gedir.  (Bax:  «Poisk»,  №  9,  7.03).  Beləliklə  təhsildə  «islahat» 


 
134 
terminini yerində işlətmak lazımdır,  Prezident H.Əliyev deməli, 
dəb xətrinə yox: 
«İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox 
ağıllı,     düşünülmüş    şəkildə həyata keçirilməlidir... Dəb naminə 
yox, yalnız əldə   etdiyimiz    səviyyədən         daha yuxarı qalxmaq 
üçün təhsilin  səmərəliliyi, elmin    səmərəliliyini artırmaq üçün 
aparılmalıdır». 
9  ballı  şkala  sadə      deyildir,  əksinə  mürəkkəbdir. 
Mənimsəmə faizi ilə 9 ballı şkalanın rəqəm göstəriciləri arasında 
ələqəni    tapmaq  üçün    fənn  müəllimləri  tənasüb  qurub  və  həll 
etməli  olacaqlar.  Bu  şkala  ilə  80  %  mənimsəmənin  rəqəm 
göstəricisi  7.2-dir.  Mənimsəmə  əsas  faizlərinin  rəqəm 
göstəricisinin  tam ədədlə ifadə olunmaması bu şkalanın  başlıca 
qüsurudur. Əgər bu qüsur olmasaydı, onda 5 ilə 100 tam ədədlər 
sırasından  onlarla  qiymətləndirmə  şkalası  düzəltmək  mümkün 
olardı.  
 
Cədvəl  14.1-də  müxtəlif  qiymətləndirmə  şkalalarında 
mənimsəmənin  faiz  və      rəqəm  göstəriciləri  arasında  münasibət 
tərtib edilmişdir. 
 
 
 
 
Cədvəl  14.1. 
 
 
Mənim-
səmə 
%-lə 
Qiymətləndirmə şkalası 
Key-
fiy-
yətcə 
Kəmiyyətcə 

10 
20 
50 
100 
700 

11 
100 
80 
60 
Əla 
Yaxşı 
Kafi 



10 


20 
16 
12 
50 
40 
30 
100 
80 
60 
700 
560 
420 

7,2 
5,4 
11 
8,8 
6,6 
40 
20 

q/kafi 
q/kafi 
q/kafi 









20 
10 
 0 
40 
20 
 0 
280 
140 

3,6 
1,8 
 0 
4,4 
2,2 
 0 
 
   
Digər şkalalarla müqayisədə 9 və 11 ballı qiymətləndirmə  
şkalalarının qüsurları cədvəl 14.1-dən aydın görünür.  
 


 
135 
9 ballı  şkala haqqında geniş məlumat  Təhsil Nazirliyinin   
Elmi-Tədqiqat  Pedaqoji  Elmlər  İnstitutu  tərəfindən  çap  olunmuş 
“Şagirdlərin  təlim  müvəffəqiyyətlərinin  9  bal  sistemi  ilə 
qiymətləndirilməsi  normaları“  kitablarda  (Bakı-2000,  təkrar 
nəşri-2002)   verilmişdir.  
 
Bu 
kitabın 
hər 
ikisində 
də 
müvəffəqiyyətin 
qiymətləndirilməsinə  ancaq  pedaqoji  baxış  şərh  edilmişdir. 
Qiymətləndirməyə  dövləti,  elmi,  fəlsəfi,  iqtisadi,  məntiqi  baxış 
yoxdur.  Bu  isə  təəssüf  doğurur.  Kitabda  bir-iki  abzas  istisna 
olmaqla tarixi icmal, qiymətləndirmə haqqında elmi xülasə və ya 
başqa  beynəlxalq  elmi-pedoğoji  təcrübəyə  istinad  da  yoxdur. 
Yeganə əl tutası abzasda isə yazılır:  
 
“Təsadüfi  deyildir  ki,  dünyanın  müxtəlif    dövlətlərində 
şagirdlərin  təlim  müvəffəqiyyətləri  müxtəlif  bal  sistemi  ilə 
qiymətləndirilir.  Rusiya,  Çexoslovakiya,  Macarıstan,  Polşa, 
Almaniya və bir çox başqa ölkələrin məktəblərində 5, Hollandiya 
məktəblərində  10,  İtaliya  məktəblərində  11,  Fransa,  Əlcəzair 
məktəblərində 20 baldan istifadə olunur. 100 baldan istifadə edən 
ölkələr  də  var.  Əslində  ayrı-ayrı  ölkələrdə  bal  vahidlərinin 
kəmiyyətcə müxtəlifliyi şərti xarakter daşıyır“.  
 
İtaliya  məktəbləri  istisna  olmaqla  yerdə  qalan 
qiymətləndirmə şkalaları sağlam düşüncəyə və məntiqə uyğundur 
və  istifadə  üçün  yararlıdır.      Xarici  İşlər  Nazirliyinin 
əməkdaşlarının  köməkliyi  ilə  İtaliya  səfirliyindən  aldığımız 
məlumata  görə  orada  orta  məktəblərdə  müvəffəqiyyət  10  ballı 
sistemlə  qiymətləndirilir  və  uğur  6-10  bal  arasında 
qiymətləndirilir. 1, 2 …5 qiymət heç kəsə yazılmır. 
 
Sonra  kitabın 6-cı səhifəsində oxuyuruq: 
 
“Həyatın  hər  hansı  sahəsində  insan  fəaliyyətinin 
qiymətləndirilməsində üç səviyyə məlumdur: aşağı, orta, yüksək
(Bu  fikir  korrekt  deyil.  Cəmiyyətdə  qərarlanmış  qiymətləndirmə 
səviyyələri:  əla,  yaxşı,  kafidir).  Məktəbin  ənənəsinə  (  məlum 
deyil  hansı  ənənədən  söhbət  gedir)    əsasən  9  balı  aşağıdakı 
səviyyələr üzrə qruplaşdırmaq mümkündür: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə